
Dr. Elvin İsmayılov
Uroloq
10 il peşəkar təcrübə
Haqqında
Türkiyədən dəvət olunmuş cərrah uroloq-androloq Uzm. Dr. Elvin İsmayılov həftə içi hər gün Masallı Bioloji Təbabət klinikasında pasiyentlərin qəbulunu həyata keçirir. Uzm. Dr. Elvin İsmayılovun icra etdiyi əməliyyatlar: • Böyrək, sidik kisəsi və prostatın açıq ve laparoskopik (qapalı) cərrahiyyəsi; • Kəsiksiz, böyrək daşlarının lazerlə əməliyyatı (fleksible URS-RIRS); • Tək 1 sm-lik kəsiklə mərcanvari böyrək daşlarının əməliyyatı Perkutan Nefrolitotomi (PCNL); • Prostatın xoşxassəli böyüməsinin kəsiksiz əməliyyatı (Pazmokinetik TURP); • Sidik axarı daşlarının lazerlə parçalanması və xaric edilməsi əməliyatı (URS); • Sidik kanalının ve sidik axarının darlıqlarının cərrahi əməliyatları (İnternal Üretrotomi və UP plasti); • Mikroskopik Varikoselektomi, Hidroselektomiya,Orxiektomiya əməliyyatı; • Prostatın biyopsiyası; • Qadınlarda inkontinans (sidik qaçırma) cərrahiyyəsi (TOT ve TVT); • Sidik kisəsinin törəmələrinin endoskopik üsulla xaric edilməsi (TURB); • Androloji problemlərin cərrahi müalicəsi; • Kriptorxizmin cərrahi müalicəsi və s. Uzm. Dr. Elvin İsmayılovun müayinə və müalicə etdiyi xəstəliklər: • Böyrək və sidik axarı daşları; • Sidik kisəsi daşları və prostatın böyüməsi; • Sidik kisəsi və prostat törəmələri; • Qadın uroloji problemlər (sistitlər, sidik qaçırmalar); • Kişi cinsiyyət sistemi xəstəlikləri (hidrosel, testis tümörü, infeksiya, erektil disfunksiya); • Sonsuzluq; • Uşaq uroloji xəstəlikləri və s. Təhsil və iş məlumatları: • Azerbaycan Tibb Universiteti - 2006-2012 • Mərkəzi Klinik Xəstəxanası -uroloq- 2012 -2016 • Samsun Ondoqquz Mayıs Universiteti - uzmanliq təhsili - 2016-2021 Mənbə: https://btk.az/doctors/236-dr-elvin-smayilov.html
Qəbul klinikaları
- Bioloji Təbabət Klinikası (İnteqrativ Müalicə Mərkəzi)
Nəsimi · 3-cü mkr, Pişəvəri küç. 110