Təcili tibbi yardım: 103
Hekiminiz
Mütəxəssis tərəfindən yoxlanılıb28 may 2025

ABŞ-da pandemiya zamanı doğulan körpələrin İQ səviyyəsi daha aşağıdır

Braun Universitetinin tədqiqatçıları tərəfindən aparılan tədqiqatda Rod-Aylenddən olan 672 uşaq iştirak edib. Bunlardan 188-i 2020-ci ilin iyulundan sonra, 308-i 2019-cu ilin yanvarından əvvəl, 176-sı isə 2019-cu ilin yanvar-2020-ci ilin mart ayları

Braun Universitetinin tədqiqatçıları tərəfindən aparılan tədqiqatda Rod-Aylenddən olan 672 uşaq iştirak edib. Bunlardan 188-i 2020-ci ilin iyulundan sonra, 308-i 2019-cu ilin yanvarından əvvəl, 176-sı isə 2019-cu ilin yanvar-2020-ci ilin mart ayları arasında doğulub. Uşaqların hamısı vaxtında doğulub və heç bir anadangəlmə qüsuru olmayıb. Bütün iştirakçıların inkişaf səviyyəsini qiymətləndirmək üçün mütəxəssislər IQ (intellekt əmsalı), idrak qabiliyyətləri, şifahi və motor funksiyaları daxil olmaqla bir sıra testlər keçiriblər.

Əldə edilən nəticələr tədqiqatçıları xoşagəlməz şəkildə təəccübləndirdi: pandemiya zamanı doğulan bütün uşaqların göstəriciləri əhəmiyyətli dərəcədə aşağı idi. Valideynlərin sosial-iqtisadi vəziyyəti nə qədər aşağı olarsa, uşağın intellektual, koqnitiv, şifahi və motor qabiliyyətləri bir o qədər pisləşir. Üstəlik, iştirakçıların orta İQ səviyyəsi 78-i keçmirdi, halbuki pandemiyadan əvvəl amerikalı uşaqlar üçün bu rəqəm ən azı 100 idi.

Tədqiqat müəlliflərinin fikrincə, bütün bunlar valideynlərin məcburi təcrid zamanı, iş, ev işləri və uşaq baxımını birləşdirməli olduqları zaman yaşadıqları böyük stressdən irəli gəlir. Çox güman ki, bu amil intrauterin inkişafa da təsir edə bilər.

"Hamiləlik zamanı ananın stressi, narahatlığı və depressiyası körpənin beyninə mənfi təsir göstərərək, motor, koqnitiv və davranış inkişafında potensial gecikmələrə səbəb ola bilər. Bu, stress hormonlarının, o cümlədən kortizolun təsiri ilə bağlıdır", - alimlər yazıblar. Onlar bildiriblər ki, bu dəyişikliklərin uşaqların gələcək inkişafına necə təsir edəcəyi bəlli deyil.

Müəlliflər tədqiqatın iqtisadi baxımdan nisbətən firavan sayılan Rod-Aylend ştatında aparıldığını, ona görə də uşaqlı ailələrin yaxşı ödənişlər aldığını vurğulayıblar. Daha kasıb bölgələrdə vəziyyət daha da pis ola bilər.