Təcili tibbi yardım: 103
Hekiminiz
Mütəxəssis tərəfindən yoxlanılıb27 may 2025

Koronavirus elektron mikroskop altında belə görünür

ABŞ Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun laboratoriyası əvvəllər 2019-nCoV kimi tanınan yeni SARS-CoV-2 koronavirusunun fotoşəkillərini çəkib. Şəkil 11 fevral 2020-ci ildə ötürücü elektron mikroskopu ilə çəkilib. Şəkil: NIAID-RML Vir

ABŞ Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun laboratoriyası əvvəllər 2019-nCoV kimi tanınan yeni SARS-CoV-2 koronavirusunun fotoşəkillərini çəkib. Şəkil 11 fevral 2020-ci ildə ötürücü elektron mikroskopu ilə çəkilib.

Şəkil: NIAID-RML

Virus nümunələri laboratoriya işçisi Emmie de Wit tərəfindən təmin edilib və görüntülər mikroskopçu Elizabet Fişer tərəfindən çəkilib. Fotoşəkillər rəngləndirilib və İnstitutun laboratoriyasının tibbi vizual incəsənət mərkəzində işlənib.

Şəkil: NIAID-RML

İnstitutun saytında bildirilir ki, yeni şəkillər 2012-ci ildə Yaxın Şərq tənəffüs sindromu epidemiyasına səbəb olan koronavirusun görüntülərindən az fərqlənir. Bütün koronavirusların şəkilləri onları əhatə edən “tac”a görə oxşardır.

Şəkil: NIAID-RML

Yeni şəkilləri İnstitutun Flickr hesabından pulsuz yükləmək mümkündür.