Koronavirus: İnfeksiya Cənubi Koreya, İtaliya, İranda sürətlə yayılır
37 ölkədə yeni koronavirusa yoluxma hallarının sayı 80 mini keçib, ölənlərin sayı 2600-dən çox olub. Çində xəstəliklərə nəzarət yaxşılaşsa da (əvvəlki gündə 508 infeksiya və 71 ölüm), İran, İtaliya və Cənubi Koreyada yoluxmalarda kəskin artım var. İr
37 ölkədə yeni koronavirusa yoluxma hallarının sayı 80 mini keçib, ölənlərin sayı 2600-dən çox olub.
Çində xəstəliklərə nəzarət yaxşılaşsa da (əvvəlki gündə 508 infeksiya və 71 ölüm), İran, İtaliya və Cənubi Koreyada yoluxmalarda kəskin artım var.
İranda koronavirus qurbanlarının sayı 14-ə, İtaliyada isə 7-yə çatıb. Cənubi Koreyada isə virusa yoluxanların sayı 893-ə çatıb.
Ümumdünya Səhiyyə Təşkilatı COVID-19 vəziyyətini pandemiya hesab etmir, lakin bütün ölkələri buna mümkün qədər hazır olmağa çağırır.