Ruslardan ictimai nəqliyyatda, liftlərdə və dayanacaqlarda maska taxmaq tələb olunur
“Rusiya Federasiyasının ərazisində olan şəxslər insanların çox olduğu yerlərdə, ictimai nəqliyyatda, taksilərdə, dayanacaqlarda və liftlərdə tənəffüs orqanlarını qorumaq üçün gigiyenik maskalar taxmalıdırlar”, - deyə Popovanın agentliyin saytında dər
“Rusiya Federasiyasının ərazisində olan şəxslər insanların çox olduğu yerlərdə, ictimai nəqliyyatda, taksilərdə, dayanacaqlarda və liftlərdə tənəffüs orqanlarını qorumaq üçün gigiyenik maskalar taxmalıdırlar”, - deyə Popovanın agentliyin saytında dərc olunmuş fərmanında deyilir.
TASS-ın Rospotrebnadzorun mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, insanların kütləvi toplaşdığı yer dedikdə qəsəbənin və ya şəhər rayonunun ümumi istifadəsində olan ərazi başa düşülür; onlardan kənarda xüsusi ayrılmış ərazi; müəyyən şərtlər altında eyni vaxtda əllidən çox insanın ola biləcəyi binada ümumi sahə.
Sənəd oktyabrın 28-dən qüvvəyə minir və maska rejiminə riayət olunmasına nəzarət rayon rəhbərlərinə həvalə edilib.
Operativ Qərargahın məlumatına görə, Rusiyada bir gündə 16 550 COVID-19 hadisəsi aşkarlanıb, 320 nəfər ölüb.