Tibbi ensiklopediya
Xəstəliklər Ensiklopediyası
Simptomlar, diaqnostika və müalicə haqqında yoxlanılmış məlumat. Hazırda 196 material.
Septik şok
Septik şok — İnfuziyaya baxmayaraq hemodinamikanın düzəlməməsi septik şok adlandırılır. Hazırda septik şok ümumi iltihab sindromunun ağır formalarındın biri kimi qəbul edilir və mahiyyətcə hipovolemik və vazodilatator şok hesab edilir. Orqanizmin bütün orqanlarında baş verən iltihab (ÜİS) kapilyar keçiriliyicini artıraraq plazma itirilməsinə – hipovolemiyaya səbəb olur (sekvestrasiya, ödem, üçüncü sahə). Eyni zamanda iltihab mediatorları diffuz vazodilatasiya törədərək perferik müqaviməti azaldırlar. Septik şok ən çox travmalarda və iltihabi-destruktiv xəstələrdə rast gəlir. Erkən septik şo...
Ətraflı oxu →Şeyerman xəstəliyi
Şeyerman xəstəliyi (ing. Scheuermannˋs dis.), fəqərənin osteoxondrit, yuvenil dorsal kifoz – fəqərələrdə ağrı, konturlarının qeyri-düzgün, cisimlər deformasiyalaşır
Ətraflı oxu →Səhər buxovlanması
Səhər buxovlanması (ing. morning stiffness) – oynaqda səhərlər yaranan hərəkət məhdudluğu, sərtliyi və ya çətinliyi. Güman edilir ki, istirahət anında limfa dovranının durması ilə iltihab mediatorlarının oynaqda toplanması ilə yaranır. İltihab nəticəsində yaranan buxovlanma səhər oyandıqda yaranır və ya güclənir və ya uzun müddətli istirahətdən sonra yaranır. Lokal və ümumi olur, davam müddətinə əhəmiyyət verirlər.
Ətraflı oxu →Şəxsiyyət pozuntuları
Şəxsiyyət pozuntuları — uzunmüdətli, güclü və müqavimətli düşüncə və davranış qəliblərilə xarakterizə olunmuş pozuntular sinfidir. Şəxsiyyət pozuntularının aşkarlanması və təsnif edilməsi çoxpilləli və çətin prosesdir. Pozuntuların mənbəyi filogenetik inkişaf prosesi tərkibində — genetik və ya ontogenetik inkişaf çərçivəsində formalaşa bilir. Bəzi hallarda isə həm irsi, həm də ontogenetik mənbəyə sahib ola bilər. Şəxsiyyət pozuntularının aşkara çıxarılmasında fərdin tərkibində formalaşdığı mədəni və sosial mühit ən əsas faktordur. Bir vəziyyətə şəxsiyyət pozuntusu kimi diaqnoz qoyulması üçü...
Ətraflı oxu →Sifilis
Sifilis — xroniki yoluxucu dəri zöhrəvi xəstəlik olub, gedişatında dərinin, selikli qişaların, daxili orqanların, sümük və sinir sisteminin zədələnməsi müşahidə olunur. Xəstəliyin törədicisi solğun treponema (treponema pallidum) yarımnövündən olan spiraxetalardır (lat. spirochaetales).
Ətraflı oxu →Sindinq-Larsen-Yoxanson sınığı
Sindinq-Larsen-Yoxanson sınığı – diz qapağının aşağı qütbünün osteoxondriti, idman travması ilə bağlı.
Ətraflı oxu →Şizofreniya
Şizofreniya (yun. σχίζω — yarmaq və φρήν - ağıl, düşüncə)— psixoz xarakterli bir psixi pozuntu növüdür. Şizofreniya sözünün mənşəyi iki yunan sözü — "parçalanma" və "fikir"ə dayanır, çünki şizofren xəstələrin beyinlərində və reallıqda baş verən hadisələr arasında parçalanma vardır. İnsanın düşüncə, duyğu və davranışlarında, özünün və ətrafındakılara əhəmiyyətli dərəcədə təsir edən bəzi dəyişikliklərə səbəb olan bir xəstəlikdir. Bu dəyişikliklər keçici ya da qalıcı ola bilər. Şizofreniya irsi xəstəliklərdən biridir. Şizofren şəxslərdə müxtəlif şəxsiyyət dəyişkənliyi müşahidə edilmir: onların...
Ətraflı oxu →Sınıq qəlb sindromu
Sınıq qəlb sindromu — əsasən stressli vəziyyətlər və həddindən artıq emosiyaların səbəb olduğu ürək xəstəliyi. Bu sindrom həm də ciddi fiziki xəstəlik, yaxud ağır əməliyyətdan sonra da yarana bilər. Sınıq qəlb sindromunda xəstələrdə ani ürək ağrıları ola bilir və bu, bəzən infakt ilə səhv salınır. Sınıq qəlb sindromu yalnızca ürəyin bir hissəsinə təsir edərək qan dövranını müvəqqəti olaraq pozur.
Ətraflı oxu →Sklerodermiya
Sklerodermiya — dəri, qan damarları, əzələlər və daxili orqanlarda dəyişikliklərə səbəb ola bilən bir qrup autoimmun xəstəlik. Xəstəlik sadəcə dəri ilə də lokalizasiya ola və ya digər oqranlara da yayıla bilər. Sklerodermanın simptomları vəziyyətin növündən və şiddətindən asılı olaraq dəyişə bilər. Sklerodermanın ən çox görülən simptomlarından biri dərinin, xüsusən də barmaqlarda, əllərdə, üzdə və ayaqlarda qalınlaşması və sərtləşməsidir. Dəri daha parlaq və sıx görünə bilər. Həmçinin soyuq temperatur və ya stresə cavab olaraq əl və ayaq barmaqlarında olan qan damarlarının daralması halı, ə...
Ətraflı oxu →Skolioz
Skolioz (yun. σκολιός — "əyri", lat. scoliōsis) — onurğa sütununun əyriliyi. Skolioz xəstəliyi xüsusən gənc və yeniyetmə yaşlarında özünü daha qabarıq büruzə verdiyindən bəzən insanlarda kompleks halına gəlir. Əyriliklər əsasən döş və bel nahiyələrində müșahidə olunur. Xəstəliyin proqressiv inkişafı onurğa sütununun və döş qəfəsinin nəzərə çarpacaq dərəcədə deformasiyasına gətirib çıxarır. Bu isə inkişaf edən orqanizmdə bir sıra orqan və sistemlərin patoloji dəyişikliklərinə səbəb olur. Skolioz xəstəliyinin (əyilmə bucağı 10 dərəcədən artıq) ümumi yayılma tezliyi 2–3%, 6–14 yaşlı uşaqlar ar...
Ətraflı oxu →Şok
Şok (ing. shock zərbə deməkdir) — orqanizmin fövqəladə xarici qıcığa qarşı həyati vacib üzv və sistemlərin funksiyasını mühafizə etmək üçün vermiş olduğu kəskin kompensator cavab reaksiyası və eyni zamanda nəticə etibarilə sinir, qan dövranı, tənəffüs sistemlərində, maddələr mübadiləsində proqressiv pozğunluqlarla müşahidə olunan patoloji proses, həyat üçün təhlükəli bir haldır. Şokun ilkin simptomlarına zəiflik, sürətli ürək döyüntüsü, sürətli nəfəsalma, tərləmə, narahatlıq və artan susuzluq daxildir. Bu simptomları huşsuzluq və ya ürək dayanması kimi daha ağırlaşmış hallar izləyə bilər. Ş...
Ətraflı oxu →Sosiskayabənzər barmaq
Daktilit (ing. dactylitis) – sosiskayabənzər barmaq – əl və ayaq barmaqlarının birində oynağın artriti, vətər yatağının və yumşaq toxumaların diffuz zədələnməsidir. AS üçün xarakterikdir. PsA və ReA-də müşahidə olunur.
Ətraflı oxu →Spondiloz
Spondiloz (yunanca spondylos — fəqərə mənasını verir. Sinonimi isə deformasiyaedici spondilozdur) onurğa sütununun anatomik strukturlarının tədricən köhnəlməsi və qocalması ilə müşayiət olunan involyusion (geri dönməz yaşla bağlı) bir prosesdir. Bu zaman fibröz halqanın ön və ya yan hissələrinin xarici liflərində distrofiya (qidalanma pozğunluğu), Öz elastikliyini (turqorunu) saxlayan pulpoz nüvənin təzyiqi altında həmin hissələrin qabarıqlıq (protruziya) yaratması, ön uzununa bağın (ligamentin) ətrafında duzların toplanması və sümüyə çevrilməsi (ossifikasiya), onurğa sütununun ön və yan hi...
Ətraflı oxu →Sporotrikoz
Sporotrikoz — "qızılgül xəstəliyi" kimi da tanınan dəri, ağciyər, sümük və oynaqlara təsir edən və geniş yayıla bilən göbələk infeksiyası. Xəstəliyin törədicisi bütün dünyada rast gəlinir. Növ 1896-cı ildə onu insan nümunəsindən təcrid edən Benjamin Şenkin şərəfinə adlandırılmışdır.
Ətraflı oxu →Stikler sindromu
Stikler sindromu (ing. Stickler syndrome, irsi irəliləyişi olan artrit-oqtalmodistrofiya) — Bağlayıcı toxumaları, xüsusən də kollagenə təsir edən, nadir genetik xəstəliklər qrupudur. Stikler sindromu kollagenopatiyanın XI alt növüdür. Stikler sindromu, fərqli üz xüsusiyyətləri, göz problemləri, eşitmə itkisi, oynaqlar və skelet problemləri ilə xarakterizə olunur. İlk dəfə 1965-ci ildə Qunnar B. Stikler tərəfindən tədqiq edilmişdir.
Ətraflı oxu →Still xəstəliyi
Still xəstəliyi (ing. Still´s dis.) – 16 yaşaqədər (2–5 yaş) uşaqlarda yaranan xroniki artrit (oynaq sayı və ağırlığı müxtəlif), cins fərqi yoxdur, qızdırma (ən azı 2 həftə ərzində 3 ardıcıl gündə sənədləşdirilməsi), daxili üzvlərin (limfadenopatiya, hepatomeqaliya və ya splenomeqaliya, serozit) zədələnməsi, tez keçib gedən səpgi ilə xarakterizə olunur. EÇS normal olması xəstəliyi inkar edir. Anemiya, leykositoz, trombositoz, ferritin, CRP artır, ANA və RF neqativ olur.
Ətraflı oxu →Streptokokk faringit
Streptokokk faringit və ya streptokokk anginası, A qrupu streptokokkların səbəb olduğu badamcıqlar da daxil olmaqla boğazın arxa hissəsinin infeksiyası. Ümumi simptomlara qızdırma, boğaz ağrısı, badamcıqların qızarması və boynun ön hissəsində genişlənmiş limfa düyünləri daxildir. Baş ağrısı və ürəkbulanma və ya qusma da baş verə bilər. Bəzi insanlarda skarlatinda olduğu kimi səpgilər əmələ gəlir. Simptomlar adətən infeksiyaya məruz qaldıqdan 1-3 gün sonra başlayır və 7-10 gün davam edir. Streptokokk anginası hava damcı yolu ilə — danışarkən, öskürərkən və ya asqırdıqda, üzərində damcı olan...
Ətraflı oxu →Sümük şişi
Sümük şişi termini həm xoşxassəli, həm də bədxassəli sümük şişləri üçün istifadə edilən bir termindir. Lakin, daha çox osteosarkoma və ya osteoma kimi ilkin sümük şişləri üçün də istifadə olunur. Bəzi hallarda bu termin ikincili, metastatik sümük şişlərini də təsvir edir (məsələn, neyroblastomadan metastazlar, prostat xərçəngi və s.). Sümük xərçəngi isə bu xəstəliyə qoyulan səhv adlandırma hesab edilir.
Ətraflı oxu →