Təcili tibbi yardım: 103
Hekiminiz

Tibbi ensiklopediya

Xəstəliklər Ensiklopediyası

Simptomlar, diaqnostika və müalicə haqqında yoxlanılmış məlumat. Hazırda 196 material.

Dayaq-hərəkət sistemi xəstəlikləri

Kifoz

Kifoz — İnsan onurğasında baş verən qeyri-normal əyriliklərdən biri; onurğanın döş nahiyəsində önə doğru əyilməsi. Qozbelliyin əmələ gəlməsinə səbəb olur.

Ətraflı oxu →
Dayaq-hərəkət sistemi xəstəlikləri

Kinbek xəstəliyi

Kinbek xəstəliyi (ing. Kienbock´s) – biləyin yarıaypara sümüyünün aseptik osteo-nekrozudur, peşə ilə bağlı, çox vaxtı sağ əldə peşə ilə bağlı tast gəlir.

Ətraflı oxu →
Dayaq-hərəkət sistemi xəstəlikləri

Kohler xəstəliyi

Kohler xəstəliyi (ing. Kohlerˋs dis.) – pəncənin qayığabənzər sümüyünün osteonekrozudur.

Ətraflı oxu →
Dayaq-hərəkət sistemi xəstəlikləri

Koksiqodiniya

Koksiqodiniya — büzdüm nahiyəsində müşahidə edilən ağrılardır. Əksər hadisələrdə xəstəliyin əsasında büzdüm nahiyəsinin travmaları durur. Qadınlarda kişilərə nisbətən 3 dəfə çox rast gəlir.

Ətraflı oxu →
Mədə-bağırsaq xəstəlikləri

Kor həlqə sindromu

Kor həlqə sindromu (ing. blind loop syndrome) – bağırsaq anastomozlarında nazik bağırsaqda staz nəticəsində bakteriyaların sürətlə artması, malabsorbsiya və steatoreya, oynaq sindromu baş verir. Kor ilgək və ya durğun bağırsaq sindromu nazik bağırsaqda bakteriyaların çox artması ilə (bakteriyaların miqdarı >105/ml) əlaqədar meydana çıxan funksional pozğunluqlar (diareya, steatoreya) və malabsorbsiyadır. Malabsorbsiya malnutrisiyaya, sepsisisə və böyrək çatmazlığına gətirib çıxara bilir.

Ətraflı oxu →
Dayaq-hərəkət sistemi xəstəlikləri

Körpücük sümüyünün sınıqları

Körpücük sümüyünün sınıqları — çiyinə olan bir başa və ya dolayısı ilə olan travma nəticəsində baş verir. Bu sınıqlar çox geniş yayılmışdır və təcili tibbi yardım həkiminin praktikasında çox tez-tez rast gəlinir. Əsasən qabağa uzadılmış əlin və çiyin sümüklərinin üstünə yıxıldıqda belə sınıqlar baş verir. Travma nəticəsində baş verən sınıqlar sırasında körpücük sümüyü sınıqları təxminən 2,6% hallarda müşahidə edilir. Bu sınıqlar daha çox uşaq və gənclərdə müşahidə edilir. Körpücük sümüyü sınıqlarının üçdə biri 13–20 yaş arasında olan xəstələrin payına düşür. 20 yaşdan sonra körpücük sümüyü...

Ətraflı oxu →
Mədə-bağırsaq xəstəlikləri

Kron xəstəliyi

Kron xəstəliyi, terminal ileit – mədə-bağırsaq sisteminin ayrı-ayrı sahələrinin iltihabı, qalınlaşması, xoralaşmasıdır. Xroniki formada ağrı, ishal, malabsorbsiya, üveit, oynaq sindromu (iri, asimmetrik, çox vaxti aşağı ətrafların periferik artriti, spondilit, sakroiliit, neqativ RF və ANA, düyünlü eritema) yaranır. Periferik artrit epizodları bağırsaq kəskinləşməsi dövründə olur, halbuki spondilit isə bağırsaq patologiyasının ağırlığından asılı olmayaraq yaranır. Ailə üzvləri arasında Crohn xəstəliyi olan insanlarda xəstəlik 25 dəfə çox rast gəlir. Kron xəstəliyinin Aşkenazi yəhudiləri ara...

Ətraflı oxu →
Dayaq-hərəkət sistemi xəstəlikləri

Larsen sindromu

Larsen sindromu (ing. Larsen Syndrome, LS) — 1950-ci ildə Larsen və əməkdaşları tərəfindən kəşf edilən, böyük oynaqların çıxıqları və üz anomaliyaları ilə xarakterizə olunan, doğuşdan gələn pozğunluq.

Ətraflı oxu →
Sinir sistemi xəstəlikləri

Laym xəstəliyi

Laym xəstəliyi (ing. Lyme dis.) – spiroxeta ilə törənən (Borellia burgdorferi) gənə dişləməsindən sonra yaranan, mövsümi xarakterli, transmissiv xəstəlikdir. Dərinin (dişləmə yerində yaranan xroniki miqrəedici eritema çox xarakterikdir), ürəyin, sinir və oynaqların zədələnməsi baş verir. Ən çox dizin sinoviti olur, nadir halda xroniki hala keçir.

Ətraflı oxu →
Dayaq-hərəkət sistemi xəstəlikləri

Leqq–Kalve–Pertes xəstəliyi

Leqq-Kalve-Pertes xəstəliyi (ing. Legg-Calve-Perthes) – çox vaxt Pertes terminindən istifadə olunur. Bud sümüyünün başının osteoxondropatiyasıdır. Çox vaxt 5–10 yaşlı oğlanlarda olur, ayaqda ağrı və axsama yaranır.

Ətraflı oxu →
Tənəffüs sistemi xəstəlikləri

Letterer-Sive xəstəliyi

Letterer-Sive xəstəliyi – uşaqlarda olan aqressiv xəstəlikdir, sümüklərin zədələnməsi, hepatosplenomeqaliya və bəzən ağciyərin interstisial zədələnməsi xarakterikdir.

Ətraflı oxu →
Ürək-damar xəstəlikləri

Leykoz

Leykoz, leykemiya və ya ağ qan xəstəliyi — sümük iliyi xəstəliyi olub, qan hüceyrələrinin, əsasən ağ qan hüceyrələrinin çoxalması ilə nəticələnən qan xərçəngi xəstəliyi. Qanın tərkibində sağlam leykositlərin, eritrositlərin və trombositlərin kəskin azalması baş verir. Bu bəla xalq arasında "ağ qan qırmızı qanı yeyir" ifadəsi ilə məşhurdur. Uşaq yaşlarında xərçəng xəstəliyinə tutulanların 35%-i leykoz xəstələridir. Leykozlarda onların formasından asılı olaraq, qanyaradıcı üzvlər, ilk növbədə, sümük iliyi, qaraciyər, dalaq, limfatik düyünlər və başqa üzvlərdəki letikulo-endoteli toxuması zədə...

Ətraflı oxu →
Dayaq-hərəkət sistemi xəstəlikləri

Lofqren sindromu

Lofqren sindromu – sarkoidozlu xəstədə yaranan triadadır: kəskin artrit (aşıq-baldır, diz), düyünlü eritema və ikitərəfli döşdaxili limfadenopatiya. Kəskin artrit bir neçə həftə davam edir. Qızdırma və üveit ola bilər.

Ətraflı oxu →
Endokrin xəstəliklər

Makkyun-Olbrayt sindromu

Makkyun-Olbrayt sindromu (ing. McCune-Albright) – triadadır: a) sümüklərin çoxocaqlı, adətən birtərəfli olmaqla fibroz displaziyası, b) dərinin "südlü qəhvə rəngi", c) endokrin pozğunluqlar.

Ətraflı oxu →
Ürək-damar xəstəlikləri

Marşal sindromu

Marşal sindromu — genetik pozğunluq olaraq təsnif edilən nadir vəziyyət. Bu sindrom əsasən eşitmə itkisi, göz problemləri (məsələn, katarakt və ya miopiya), üz skeletində anomaliyalar (məsələn, düz üz profili və ya kiçik çənə) və oynaq problemləri ilə xarakterizə olunur. Marşal sindromu ilə əlaqəli digər simptomlara dəri problemləri, boy qısalığı və bəzi hallarda ürək problemləri daxil ola bilər.

Ətraflı oxu →
Mədə-bağırsaq xəstəlikləri

Meningit

Meningit — baş beyin və onurğa beyni qişalarının iltihabi xəstəliyi. Bütün yaş qruplarında rast gəlinir. Hava-damcı yolu ilə keçir. Bəzi bakteriyalar (meninqokoklar, pnevmokoklar, streptokoklar, haemophilus, vərəm çöpləri, qarın yatalağı çöpləri, listeriyalar), viruslar (enteroviruslar, I və II tip sadə herpes virusu, epidemik parotit virusu, arboviruslar), parazitlər (amöb, malyariya) və göbələklər tərəfindən törədilir. Müxtəlif ağırlıq dərəcələri və təzahürləri (yüngül nazofaringit və meninqokokk gəzdiriciliyindən yayılmış meninqokokkemiya və meninqoensefalitə qədər) olur. Mümkün olan fəs...

Ətraflı oxu →
Sinir sistemi xəstəlikləri

Menkes xəstəliyi

Menkes xəstəliyi və ya Qıvrım saç sindromu – mis metabolizminin pozulması ilə bağlı nevroloji əlamətlər, anomal reflekslər, fiziki inkişafdan qalma, ənsə qabarları və nadir halda tez sınan muncuğabənzər (pili torti) saçlar olur. Əksər hallarda revmatoloji şikayətlərə rast gəlinir.

Ətraflı oxu →
Mədə-bağırsaq xəstəlikləri

Mədəaltı vəzi travmaları

Mədəaltı vəzi travmaları — Mədəaltı vəzi travmaları abdominal zədələnmələr arasında 2% halda rast gəlir. Zədələnmələrin 2/3-sini açıq, 1/3-ni isə qapalı travmalar təşkil edir. Mədəaltı vəzi travmaları travmaları adətən çoxlu orqan zədələnmələri ilə birlikdə rast gəlir və xəstələrdə pankreasla yanaşı təxminən 3–4 orqan zədələnir. Açıq travmalarda letallıq 5–15%, atəşli silah yaralanmalarında və qapalı travmalarda isə 50%-ə qədər çatır. Ölüm başlıca olaraq erkən dövrdə qanaxmaya, gec dövrlərdə isə intraabdominal infeksiyaya bağlıdır.

Ətraflı oxu →