Təcili tibbi yardım: 103
Hekiminiz

Tibbi ensiklopediya

Xəstəliklər Ensiklopediyası

Simptomlar, diaqnostika və müalicə haqqında yoxlanılmış məlumat. Hazırda 196 material.

Onkoloji xəstəliklər

Osteoid osteoma

Osteoid osteoma — osteoblastlardan və osteoklastların bəzi komponentlərindən əmələ gələn xoşxassəli (xərçəngsiz) sümük şişi. Şiş bütün xoşxassəli sümük şişlərinin 9-10%-ni təşkil edir. Osteoid osteomaların ölçüsü 1,5 sm-dən az olur. Şiş bədəndəki hər hansı bir sümüyündə, lakin ən çox bud və ayağın uzun sümüklərində olur. Onlar bütün xoşxassəli sümük şişlərinin 10-12%-ni və bütün anormal sümük böyümələrinin 2-3 %-ni təşkil edir. Osteoid osteoma hər yaşda baş verə bilər, lakin ən çox 4-25 yaş arası xəstələrdə rast gəlinir. Kişilər qadınlara nisbətən təxminən 3 dəfə daha çox təsirlənir.

Ətraflı oxu →
Sinir sistemi xəstəlikləri

Osteoma

Osteoma — xoşxassəli sümük şişi. Sümük şişi digər sümükdə böyüdükdə "homoplastik osteoma" kimi tanınır. Digər toxuma üzərində böyüdükdə "heteroplastik osteoma" deyilir. Osteoma burun və paranazal sinusların ən çox rast gəlinən xoşxassəli neoplazmasıdır. Osteomaların səbəbi aydın deyil, lakin ümumi qəbul edilmiş nəzəriyyələr embrioloji, travmatik və ya yoluxucu səbəbləri müəyyən edir. Osteomalar Qardner sindromunda (yoğun bağırsağın popilozu) da baş verir. Böyük kraniofasiyal osteomalar nazofrontal kanalların tıxanması səbəbindən üz ağrısı, baş ağrısı və infeksiyaya səbəb ola bilər. Çox vaxt...

Ətraflı oxu →
Dayaq-hərəkət sistemi xəstəlikləri

Osteomalyasiya

Osteomalyasiya (ing. osteomalacia) – mənası sümüyün yumşalmasıdır. Bu zaman Vit. D defisiti ilə bağlı sümüklərin yumşalması baş verir. Keyfiyyət patologiyasıdır, yəni mineralizasiya pozulur, sümük toxumasının həcmi normal və ya artmış olur. Zərdabda fosfor və ya kalsiumun azalması və ya qanda mineralizasiyanın inhibitorlarının sirkulyasiyası ilə bağlıdır.

Ətraflı oxu →
Dayaq-hərəkət sistemi xəstəlikləri

Osteomielit

Osteomielit — sümük infeksiyası. Simptomlara sümükdə ağrı, qızartı, qızdırma və zəiflik daxil ola bilər. Uşaqlarda ən çox qol və ayaqların uzun sümükləri, bud sümüyü və çiyin, böyüklərdə isə topuq, onurğa və yan sümükləri təsirlənir.

Ətraflı oxu →
Dayaq-hərəkət sistemi xəstəlikləri

Osteoparoz

Osteoparoz (yunanca: osteo — sümük, poros-dəlik deməkdir)- skeletin metabolik xəstəliyi olub,sümük toxumasının zədələnməsi, sümüklərin deformasiyası və sınığı ilə nəticələnən xəstəlikdir. Osteoparoz çox geniş yayılmış bir xəstəlik olub, xüsusilə qadınlarda menopauza dövründə daha çox rast gəlinir.Osteoparozun əsas fəsadı kiçik travmalar zamanı belə sınıqların yarana bilmə təhlükəsidir. Osteoparoz zamanı onurğanın sınığı ağır yük qaldırma və bədənin sirkələnməsi zamanı baş verə bilər. Dünyada yaşlı insanların əlilliyinin və ölümünün əsas səbəblərindən biri osteoparoz hesab olunur. 60 yaşdan...

Ətraflı oxu →
Dayaq-hərəkət sistemi xəstəlikləri

Osteopetroz

Osteopetroz, Albers-Şenberq xəstəliyi və ya sümüklərin "mərmər" xəstəliyi – osteoklastların funksiyasının pozulması, sümük toxuması bərkləşir, kirəcləşir, kövrəkləşir, sümük iliyi məsafəsi daralır.

Ətraflı oxu →
Sinir sistemi xəstəlikləri

Osteoskleroz

Osteoskleroz — sümüklərin anormal sərtləşməsi və sümük sıxlığının artması ilə xarakterizə olan xəstəlik. Əsasən medullar və ya kortikal sümüyə təsir göstərə bilər. Sadə rentgenoqrafiya osteosklerotik pozuntuları aşkar etmək və təsnif etmək üçün dəyərli vasitədir. Yerli və ya ümumiləşdirilmiş osteosklerozla özünü göstərə bilər. Yerli osteoskleroza Legg-Calve-Perthes xəstəliyi, oraq hüceyrəli anemiya və osteoartrit səbəb ola bilər. Osteoskleroz səbəb faktoruna uyğun olaraq qazanılmış və irsi olaraq təsnif edilə bilər.

Ətraflı oxu →
Ürək-damar xəstəlikləri

Osteoxondritlər

Osteoxondritlər – rentgenoloji əlamətlərlə gedən heterogen qrup xəstəlikdir. Bəzən təsadüfən tapılır. Çox vaxtı ağrı olur, 3-16 yaşda (xüsusi ilə oğlanlar) yaranır, daha çox periferik skelet zədələnir. Bəzən subxondral hissənin infarktı ilə əlaqədar olur.

Ətraflı oxu →
XBT-10: M42Sinir sistemi xəstəlikləri

Osteoxondroz

Osteoxondroz onurğa disk və sümük-qığırdaq strukturlarının degenerativ dəyişiklikləridir. Boyun və bel ağrıları, keyimə ilə tez-tez rast gəlinir.

Ətraflı oxu →
Onkoloji xəstəliklər

Otalgiya

Otalgiya (sinonimı qulaq ağrısı) — qulaqda ağrı, qulağın özünün, onun xarici hissəsi və daxili qulaq xəstəliklərinin və ya bədənin başqa bir hissəsində inkişaf edən patoloji proseslərin simptomu. Ümumi tibbi praktikada, otolarinqoloqlarda və təcili yardım şöbələrində tez-tez rast gələn ümumi bir simptomdur. Qulaq xəstəlikləri zamanı otalgiyanın ən çox yayılan səbəbi infeksiyalardır. Ağrı daimi, fasilələrlə, sızıltılı və ya kəskin ola bilər. Bu xəstəliyə hər yaşda olan insanlar tutula bilər. Yetkinlik yaşına çatmış insanlarda qulaq ağrısının səbəbləri qulaq infeksiyaları və travmaları, boğaz...

Ətraflı oxu →
Dayaq-hərəkət sistemi xəstəlikləri

Palindrom revmatizm

Palindrom revmatizm, Henç-Rozenberq sindromu – palindrom residivləşən və ya qayıdan deməkdir. 30–50 yaşda, əsasən diz oynaqlarının qeyri-müntəzəm, bir oynaqdan çox olmaq şərti ilə (2–5), intensiv ağrı ilə, ağrının qısa müddətdə yüksəlməsi ilə müşahidə olunur. Remissiyada dəyişiklik tapılmır. Bu sindrom digər oynaq xəstəliklərinin başlanğıcı ola bilər.

Ətraflı oxu →
Onkoloji xəstəliklər

Pambıqvarı osteoporoz

Pambıqvarı osteoporoz (ing. osteoporosis circumscripta) – sümüklərin Pecet xəstəliyində yeni sümük toxuması həddən artıq əmələ gəldiyi üçün kortikal qat qalınlaşır ("pambıq" görkəmi alir).

Ətraflı oxu →
Sinir sistemi xəstəlikləri

PANDAS sindromu

PANDAS sindromu (ing. pediatric autoimmune neuropsychiatric disorders associa-ted with A streptococcal infections) – klassik revmatik xoreyadan fərqli olaraq aşkar psixonevroloji simptomlarla gedir, əlamətlər tez və tam reqressiyası adekvat streptokok terapiyasından sonra keçir.

Ətraflı oxu →
Ürək-damar xəstəlikləri

Panik atak

Panik atak, panik hücum və ya təşviş hücumu — əzabverici hisslərlə (məsələn, yüksək ürək döyüntüsü, boğulma hissi, sinə ağrısı, başgicəllənmə, ishal, ürəkbulanma) müşayiət olunan qəfil və şiddətli narahatlıq simptomu. Panik ataklar ölümcül deyil və həyati təhlükəsi olan xəstəliklərə səbəb ola bilməz. Panik atak qorxunun sürətli artması və əksər hallarda qısa müddətli olması ilə xarakterizə olunur. Adətən bu vəziyyət müxtəlif qorxularla müşayiət olunur, məsələn, ölüm qorxusu, dəli olmaq və ya özünə nəzarəti itirmək qorxusu. Həmçinin, panik ataklardan əziyyət çəkən xəstələr tez-tez panik atak...

Ətraflı oxu →
Dayaq-hərəkət sistemi xəstəlikləri

Panner xəstəliyi

Panner xəstəliyi – bazu sümük başı qabarcığının osteonekrozu.

Ətraflı oxu →
Sinir sistemi xəstəlikləri

Paresteziya

Paresteziya — dəridə hiss edilən və açıq-aydın uzunmüddətli təsiri olmayan sızıltı, qaşınma, uyuşma, sancma və ya yanma hissidir. Narahat ayaqlar kimi sindromlar zamanı sızıltı, uyuşma, yanma, qaşınma və ağrı kimi hisslər eyni vaxtda baş verə bilər. Bu söz yunan dilində olan para ("anormal") və aistesia ("hiss") sözlərinin birləşməsindən əmələ gəlmişdir. Dəridə olan hissləri onurğa beyni vasitəsilə ötürən periferik həssas sinirlərdə və ya trigeminal sinir yollarındakı hər hansısa bir pozğunluq paresteziyanın yaranmasına səbəb ola bilər.

Ətraflı oxu →
Dayaq-hərəkət sistemi xəstəlikləri

Partlayan baş sindromu

Partlayan baş sindromu — Bu vəziyyətin yaranmasının bir neçə səbəbi ola bilər, lakin ən çox rast gəlinən səbəb yüksək və daimi səslərin təsiri nəticəsində orta qulağın mikrotravmasıdır. Əsasən bu xəstəlikdən DJ-lər əziyyət çəkir. Oyaqkən və yatarkən belə xəstələr qulaqlarında dözülməz səslər eşidirlər. "Səs o qədər yüksəkdir ki, sanki məni öldürəcək" – deyərək şikayətlənirlər. Əlbəttə ki, bu səslərdən heç kim ölmür, ancaq səslər həmin şəxsin psixikasını çox ciddi şəkildə korlayır.

Ətraflı oxu →
Dayaq-hərəkət sistemi xəstəlikləri

Paxidermoperiostoz

Paxidermoperiostoz, Tureyn-Solent-Qol sindromu – birincili hipertrofik osteo-artropatiya olub, irsidir, ən çox kişilərdə, əl barmaqlarının qalınlaşması, təbil çubuqları, dərinin hipertrofiyası (paxiderma), kobud çizgili sifət, seboreya, hiperhidroz, periostit

Ətraflı oxu →