Təcili tibbi yardım: 103
Hekiminiz

Tibbi ensiklopediya

Xəstəliklər Ensiklopediyası

Simptomlar, diaqnostika və müalicə haqqında yoxlanılmış məlumat. Hazırda 196 material.

Dayaq-hərəkət sistemi xəstəlikləri

RANK-L

RANK-L – RANK-a birləşən liqanddır, osteoblastlar tərəfindən sintez edilir, sümüyün osteoklastik rezorbsiyasını stimulə edir.

Ətraflı oxu →
Dayaq-hərəkət sistemi xəstəlikləri

Raxit

Raxit (ing. rickets) – osteomalyasiyada olduğu kimi sümük və qığırdağın mineralizasiyasının qazanılmış və ya anadangəlmə səbəbdən pozulması və qeyri-mineral sümük matriksin (osteoid) toplanması baş verir. OP-dən fərqli olaraq mineral sümüyün sümük matriksinə nisbəti enir. Epifizlərin bağlanmasına qədərki dövrdə yaranan patologiyadır və bu böyüklərin osteomalyasiyasına uyğundur. Etioloji səbəblər (Vit D defisiti və ya rezistentliyi və ya parathormonla bağlı olmayan fosfatların böyrəklərdə mübadiləsinin pozulması). Klinika: sümüklərdə ağrı və deformasiya, proksimal əzələrdə zəiflik, "ördək" y...

Ətraflı oxu →
Dayaq-hərəkət sistemi xəstəlikləri

Reaktiv artrit

Reaktiv artrit – aseptik iltihabi artrit; 1– 4 həftə əvvəl urogenital və qastrointestinal infeksiya olur; konkret infeksiya ilə əlaqə var, amma oynaq boşluğunda infeksion amil aşkar edilmir. Əsasən 20–40 yaşda olur, urogenital forma daha çox kişilərdə olur. Artrit adətən asimmetrik, oliqoartritik olub, çox vaxtı aşağı ətrafların iri oynaqları zədələnir. Dəyirmi balanit və blennorragik keratodermiya çox xarakterikdir. HLA-B27 pozitivliyində oynaqdan kənar əlamətlər (dəri, göz, entezit) olur. Proqnoz əlverişlidir, ancaq 10–20% xroniki gediş, immunosupressiv müalicəyə ehtiyac olur.

Ətraflı oxu →
Sinir sistemi xəstəlikləri

Refleks simpatik distrofiya

Kompleks regional ağrı sindromu (KRAS Tip 1 və Tip 2) — bəzən Refleks Simpatik Distrofiya (RSD) və ya Refleks Nevrovaskulyar Distrofiya (RND) kimi tanınan, nadir və şiddətli bir nevrovaskulyar və disavtonom pozuntu növü. Bu sindrom xroniki ağrı, nevrovaskulyar və nevropatik simptomlara səbəb olur. Simptomlar geniş müxtəliflik göstərsə də, ənənəvi təzahürü fiziki travma və ya nevrotrop virus infeksiyasından sonra gözlənilən bərpa müddətindən daha uzun müddət davam edən şiddətli ağrı ilə xarakterizə olunur və sonradan zədələnməyən bölgələrə yayıla bilər.

Ətraflı oxu →
Mədə-bağırsaq xəstəlikləri

Rektovaginal fistul

Rektovaginal fistul — doğuş, travma və ya digər səbəblərdən düz bağırsaq və uşaqlıq yolu arasında yaranan patoloji əlaqədir.

Ətraflı oxu →
Dayaq-hərəkət sistemi xəstəlikləri

Residivləşən polixondrit

Residivləşən polixondrit – qığırdaq toxumalarının (qulaq seyvanı, burun, traxeola-ringeal) iltihabı və destruksiyası, qeyri-eroziv, seroneqativ poliartrit, koxlaer və/və ya vestibulyar pozğunluqlar, gözün zədələnməsi baş verir. Çox vaxt vaskulitlər və mielodisplaziya ilə assosiasiya olur.

Ətraflı oxu →
Ürək-damar xəstəlikləri

Revmatik polimialgiya

Revmatik polimialgiya – ən çox rast gəlinən autoimmun sindromlardan biridir, yaşı 50-dən yuxarı və daha çox olan qadınlar xəstələnir. Ətrafların proksimal hissəsi və boyun nahiyəsində ağrı (amma əzələ gücü normaldır), buxovlanma hissi, oynaq sindromu (eroziyasız), qızdırma, EÇS və CRP artması, seroneqativ (RF və anti-CCP) olan və kiçik dozada (15–20 mq) QK sürətli, yaxşı, dinamik effekt verməsi ilə gedən iltihabi sindromdur. Giqant-hüceyrəli arteriitdən başqa digər xəstəlikləri inkar etmək lazımdır.

Ətraflı oxu →
Ürək-damar xəstəlikləri

Revmatik qızdırma

Kəskin revmatik qızdırma və ya KRQ — həssas insanlarda A qrupu beta hemolitik streptekoklar tərəfindən törədilən yuxarı tənəffüs yolları infeksiyasından 1–5 həftə sonra ortaya çıxan, ürək, oynaqlar, beyin, qan damarları, dəri və dərialtı bağ toxumasını tutan sistemik bir xəstəlikdir. KRQ — A qrupu streptekokları tərəfindən törədilmiş faringitin qaliği olaraq yaranmış, ən çox oynaqları və ürəyi, daha az mərkəzi sinir sistemi, dəri və dərialtı toxumaları tutan nonsupuratif (irinsiz) iltihabi cavab reaksiyasıdır.

Ətraflı oxu →
XBT-10: M05Dayaq-hərəkət sistemi xəstəlikləri

Revmatoid artrit

Revmatoid artrit ən çox yayılmış və ağır oynaq xəstəliklərindən biridir. Artrit müxtəlif yaşlarda inkişaf edə bilər. Lakin əsasən artrit 30 yaşından sonra inkişaf edir. Qadınlarda kişilərlə müqayisədə bu xəstəlik daha tez-tez inkişaf edir. Alimlərin məlumatlarına görə, revmatoid artrit əhalinin 1-2%-ndə qeyd olunur. Bu xəstəliyin inkişaf etmə səbəbləri sona kimi araşdırılmayıb. Belə hesab olunur ki, xəstəliyin inkişafında irsiyyət müəyyən rol oynayır. Lakin əksər hallarda bu xəstəlik bir neçə mənfi amillərin (irsiyyət, stress, infeksiya və s.) təsiri nəticəsində inkişaf edir. Revmatoid artr...

Ətraflı oxu →
Ürək-damar xəstəlikləri

Reyno fenomeni

Reyno fenomeni (ing. Raynaud´s) – əl və ayaq barmaq arteriyalarının və dəri arteriolalarının stress, soyuq nəticəsində artmış aktiv reaksiyasıdır (angiospazm), barmaqlar ağarır, göyərir, qızarır (3 rəngli Fransız bayrağı). Ağarma ən önəmlisidir. Adətən birinci barmaqlar prosesə qoşulmur. Prosesə qulaqlar, burun, dodaqlar da qoşula bilər. Etiologiyası: sistem revmatik xəstəliklər, travma zədələnmələri, dərman və kimyəvi maddələr, qanın özlüyünün artması, arteriyaların obliterəedici xəstəlikləri və s. I-li və II-li olur. Akrosianozdan ayırmaq lazım gəlir.

Ətraflı oxu →
Dayaq-hərəkət sistemi xəstəlikləri

Sağ qalanın günahkarlıq hissi sindromu

Sağ qalanın günahkarlıq hissi sindromu — İnsanların ölüm və ya travmatik bir hadisə yaşadıqdan sonra, başqalarının həyatını itirməsinə baxmayaraq özünün sağ qalması ilə əlaqəli, günahkarlıq duyğusu hiss etməsi ilə əlaqələndirilir. Bu, PTSP ilə əlaqəli depressiv simptomları yarada bilər. Dr. William və G. Niederland ilk dəfə bu termindən, Holokostdan sağ çıxanların sevdiklərinin həyatda qalmaması səbəbindən yaşadıqları cəza hissini təsvir etmək üçün istifadə etmişdir. Sağ qalanın günahkarlıq hissi sindromunun təcrübəsi və təzahürü şəxsin psixoloji profilindən asılı olacaqdır.

Ətraflı oxu →
Onkoloji xəstəliklər

SAPHO sindromu

SAPHO sindromu – S-sinovit (iri oynaqların oliqoasimmetrik artriti, birtərəfli sakroiliit), A – acne, P – pustulosis (pustulyoz psoriaz, ovuc-pəncə pustulyozu və ya irinli adenit), H – hiperostoz (xüsusilə döş qəfəsinin ön səthi körpücük-akromion hiperostozu ilə), O – osteit (simfizin birləşməsi, sakroiliit, spondilodissit). Aseptik artrit müxtəlif dəri elementləri ilə gedir. Törədici kimi Propionibacterium acnes güman edilir. HLA-B27 xəstələrin bir qismində pozitiv olur.

Ətraflı oxu →
Ürək-damar xəstəlikləri

Sarkoidoz

Sarkoidoz — 140 ildən çoxdur ki, tanınmasına baxmayaraq hələ də tam səbəbi və müalicəsi bilinməyən tibbin ən çətin, ən dəyişkən xəstəliklərindən biridir. Qadınlarda kişilərə nisbətən çox rast gəlinir. Siqaret çəkənlərdə və 20–40 yaş arası qadınlarda daha çox görünür. Uşaq və yaşlılarda bu xəstəliyə nadir hallarda rast gəlinir. Danimarkalı və isveçlilərdə digər avropa ölkələrinin nümayəndələrinə nisbətən daha çox rast gəlinir. Eyni zamanda afroamerikalilarda digər irqlərə nisbətən rast gəlmə tezliyi 10 dəfə çoxdur. Xəstəlik aylarla, illərlə davam edə bilir. Xəstəliyin etiologiyası barədə tam...

Ətraflı oxu →
Ürək-damar xəstəlikləri

Sarkoma

Sarkoma — bədxassəli şişdir, mezenximal (birləşdirici toxuma) mənşəli hüceyrələrdən yaranan xərçəng növüdür. Birləşdirici toxuma sümük, qığırdaq, əzələ, yağ, damar və ya digər struktur toxumaları əhatə edən geniş bir termindir və sarkomalar bu toxumaların hər hansı birində yarana bilər. Nəticədə, şişin yarandığı xüsusi toxuma və hüceyrə növünə görə təsnif edilən sarkomanın bir çox alt növləri var. Sarkomalar ilkin birləşdirici toxuma şişləridir, yəni birləşdirici toxumalarda yaranır. Bu, bədənin başqa yerindən (məsələn, ağciyər, döş toxuması və ya prostat vəzi) xərçəngin birləşdirici toxuma...

Ətraflı oxu →
Onkoloji xəstəliklər

Sarkoma Yuinq

Sarkoma Yuinq (ing. Ewing´s sarcoma) – sümüyün birincili bəd xassəli şişi olub, birbaşa sümük hüceyrələrindən yaranır.

Ətraflı oxu →
Dayaq-hərəkət sistemi xəstəlikləri

Seksual fetişizm

Seksual fetişizm və ya erotik fetişizm cansız bir obyektə və ya qeyri-genital bədən hissəsinə cinsi saplantıdır. Maraq obyekti fetiş adlanır; o obyekt üçün fetiş olan şəxs fetişistdir. Seksual fetiş cinsi həyəcana qeyri-patoloji yardım kimi və ya insan üçün əhəmiyyətli psixososial narahatlıq yaradırsa və ya həyatının mühüm sahələrinə zərərli təsir göstərirsə, psixi pozğunluq kimi qəbul edilə bilər. Bədənin müəyyən bir hissəsinə olan istək daha çox partializm kimi təsnif edilə bilər. Tibbi təriflər seksual fetişizm terminini obyektlərə və ya bədən hissələrinə məhdudlaşdırsa da, fetiş ümumi d...

Ətraflı oxu →
Dayaq-hərəkət sistemi xəstəlikləri

Sekvestr

Sekvestr (ing. sequestrum) – xroniki və kəskin osteomielit nəticəsində yaranan ölmüş (nekrozlaşmış) amma postnekrotik autoliz olmayan sümük fraqmentidir.

Ətraflı oxu →
Onkoloji xəstəliklər

Septik artrit

Septik artrit, infeksion artrit – ən çox fiziki yükə məruz qalan iri oynaqların, xüsusilə diz oynağında qəflətən başlayan şişkinlik və yüksək temperatur və bir oynağın zədələnməsi ilə gedən haldır.

Ətraflı oxu →