Tibbi ensiklopediya
Xəstəliklər Ensiklopediyası
Simptomlar, diaqnostika və müalicə haqqında yoxlanılmış məlumat. Hazırda 165 xəstəlik.
Abses
Abses (lat. abscessus - irinlik) — iltihab nəticəsində məhdud boşluqda irin toplanması. Abses dərialtı toxumada, əzələlərdə, sümükdə, həmçinin, qaraciyər, ağciyər, dalaq, beyin və s.-də inkişaf edə bilər. Abses irintörədən mikrobların zədələnmiş dəri və selikli qişalardan orqanizmə keçməsi, yaxud qan və limfa damarları ilə digər iltihab ocağından gətirilməsi nəticəsində əmələ gəlir. Kəskin və xroniki Absesə ayrılır. Kəskin Absesdə ağrı, qızartı, məhəlli şişkinlik, yüksək temperatur, yuxusuzluq, başağrısı və s. əlamətlər olur. Plevra və qarın boşluğunda Absesin yırtılması ağırlaşmaya səbəb o...
Ətraflı oxu →Addison xəstəliyi
Addison xəstəliyi — böyrəküstü vəzinin qabıq maddəsinin hormonunun çatızmaşlığı olduqda yaranan xəstəlik. Dərinin tunc rəng alması xəstəliyin spesifik əlamətidir.
Ətraflı oxu →Ağciyər iltihabı
Ağciyər iltihabı, sətəlcəm, pnevmoniya — ağciyərin tez-tez təsadüf edilən xəstəliyi. Gedişinə görə kəskin və xronik olur. Krupoz, ocaqlı, intersisial və s. formaları var. Krupoz pnevmoniya kəskin ağciyər xəstəliyidir, bakterial pnevmoniyaların ən təhlükəlisidir. Krupoz pnevmoniyada ağciyərin bir, bəzən də bir neçə payında patoloji dəyişiklik olur; xəstəliyi, əsasən, pnevmokoklar törədir. Xəstəlik başağrısı, yüksək hərarət (39–40°S), quru və bəlğəmli öskürəklə başlayır, döş qəfəsi sancır (öskürdükdə və dərin nəfəs aldıqda artır). Xəstəliyin ikinci günündən başlayaraq selikli bəlğəm ifraz olu...
Ətraflı oxu →Ağciyər tromboemboliyası
Ağciyər tromboemboliyası (ATE) — ağciyər kötüyünün və ya onun budaqlarının tromblarla tıxanması çox vaxt aşağı ətrafların dərin damar trombozları nəticəsində yaranır. Ağciyər tromboemboliyası ağciyər damarlarının trombla okklüziyası nəticəsində yaranan həyati təhlükəli vəziyyətdir. Qərb tibb ədəbiyyatında daha çox ağciyər emboliyası adı ilə daha geniş mənada istifadə olunur. Son illərdə bütün dünyada Venoz Tromboembolizm (VTE) termininin istifadəsinə də üstünlük verilir. Bu termin həm dərin venalarının trombozunu (DVT), həm ATE-ni əhatə edir.
Ətraflı oxu →Albinizm
Albinizm (lat. albus - ağ) – anadangəlmə dəriyə rəng verən piqmentin olmaması xarakterizə olunan, dəridə melanin əmələ gətirən melanositlərin çatışmazlığı və ya olmamasıdır. Nadir rast gəlinən və insanların marağına səbəb olan nadir xəstəliklərdən biridir. Belə insanlar (və ya digər canlılar) dərisi ağ rəngli olmaqla, ətrafdakıların diqqətini öz üzərlərinə cəmləyirlər. Onlar elmi dildə “albinos” adlanır. Albinizm xəstəliyinə tutulanlardan çoxu bunu kompleks hesab etsə də, bəziləri insanların reaksiyalarına alışdığını söyləyir. Molekulyar səbəbləri hipofizin orta payının melanosit stimuləedi...
Ətraflı oxu →Allergik rinit
Allergik rinit və ya mövsümi tipi saman qızdırması — immun sisteminin havadakı allergenlərə həddən artıq reaksiya verməsi nəticəsində baş verən burnun iltihablanması ilə xarakterizə olunan vəziyyət. Əlamət və simptomlara burun axması və ya tutulması, asqırma, qızaran, qaşınan və yaşaran gözlər, həmçinin göz ətrafında şişkinliklər daxildir. Burundan gələn maye adətən şəffaf olur. Simptomlar adətən allergenlə təmasdan bir neçə dəqiqə sonra başlayır və yuxu, iş və digər fəaliyyətlərə təsir göstərə bilir. Bəzi insanlar simptomları yalnız ilin müəyyən dövrlərində, adətən polenlə təmas nəticəsind...
Ətraflı oxu →Allergiya
Allergiya – ətraf mühitin allergen adlandırılan bəzi faktorlarının (kimyəvi maddələrin, mikroorqanizmlərin və onların həyat fəaliyyəti məhsullarının, qida maddələrinin və s.) təsiri ilə əlaqədar orqanizmin qeyri-adi (qabarıq) cavab reaksiyasıdır. Alimlərin tədqiqatlarına əsasən planetimizin hər yeddi adamından biri allergiyaya düçardır, başqa sözlə, gündəlik həyatda rast gəlinən hər hansı bir təsirə qarşı yüksək hissiyata malikdir. Ən çox yayılmış təsiredici amillər – qida məhsulları, bitki mənşəli tozcuqlar və ev tozudur. Bununla yanaşı yüzlərcə digər allergen adlandırılan amillər mövcuddu...
Ətraflı oxu →Alternariozlar
Alternariozlar, – Alternaria cinsindən olan göbələklərin törətdiyi bitki xəstəliyi. Alternariozlar kartofda, tərəvəzdə, dənli, texniki və başqa bitkilərdə olur. Kələmkimilər fəsiləsindən olan bitkilərin bütün yer üstü hissələrini zədələyir; tünd ərplə örtülmüş ləkələr şəklində təzahür edir. Alternariozlar məhsulu azaldır, onun keyfiyyətini pisləşdirir. Xəstəlik törədiciləri toxumlarda, bitki qalıqlarında, alaq otları üzərində sporlar və mitseli şəklində qalır. Mübarizə tədbirləri: davamlı sortlar seçmək, toxumları dərmanlamaq, növbəli əkin tətbiq etmək, bitki qalıqlarını məhv etmək, icazə v...
Ətraflı oxu →Amneziya
Amneziya (yun. Αμνησία; hərfi tərcümədə "yaddaşsızlıq") — yaddaşın müəyyən müddətə itməsi və ya bəzi hadisələrin yaddan çıxması. Amneziya zamanı yaddasaxlama funksiyası və hadisələrin yada salınması zəifləyir. Amneziya dərin şüur pozuntusu ilə müşayiət edilir və zəhərlənmə, infeksiya, yaxud boğulma nəticəsində beyin hipoksiyası, başbeyin zədələnmələri, amensiya, özündəngetmə, insult zamanı müşahidə olunur.
Ətraflı oxu →Anadangəlmə yod çatışmazlığı sindromu
Anadangəlmə yod çatışmazlığı sindromu — hamiləlik zamanı tez-tez qida ilə kifayət qədər yod qəbul edilməməsi nəticəsində yaranan, tiroid hormonunun çatışmazlığı (hipotireoz) nəticəsində doğuş zamanı yaranan fiziki və əqli inkişafın pozulması ilə müşahidə olunan xəstəlikdir. Bu, anadangəlmə hipotiroidizm adlanan və tarixən kretinizm (köhnəlmiş) olaraq adlandırılan, doğuş zamanı qeyri-aktiv tiroid funksiyasının səbəblərindən biridir. Müalicə edilməzsə, həm fiziki, həm də zehni inkişafın pozulması ilə nəticələnir. Simptomlara guatr, körpələrdə zəif boy artımı, böyüklərin boyunun azalması, dəri...
Ətraflı oxu →Anaerob infeksiya
Anaerob infeksiya — yara infeksiyanın bir növüdür və oksigensiz, havasız yerdə baş verir. Mühüm cəhəti iltihab olmadan ağrının baş verməsi, ödəmin, qazın və tez bir zamanda toxumalarda yerli ölümün əmələ gəlməsidir. Anaerob infeksiyanın törədiciləri əsasən insan, heyvanların bağırsaqlarında müşahidə edilir və torpağa düşərək uzun müddət orada yaşayırlar. Ən çox əkin yerlərində, bostan və bağlarda, peyində gübrə məqsədilə istifadə olunan yerlərdə təsadüf edilir, bundan əlavə anaerob mikroblar insanın dərisində, alt və üst paltarlarında da ola bilər. Ən çox anaerob infeksiya müharibə zamanı m...
Ətraflı oxu →Anafilaktik şok
Anafilaktik şok (AŞ) (Termini yunan mənşəyli olub yun. ἀνά ana (qarşı) və yun. φύλαξις filaksis (qorunma) sözlərinin birləşməsindən əmələ gəlmişdir) – dərman, zəhər və yeməyə qarşı yaranan və həyat üçün təhlükə yaradan kəskin böhranlı allergik reaksiyadır. Bu vəziyyət sürətlə inkişaf edərək ağır hemodinamik pozğunluqlar törədir, orqanizmdə dərin hipoksiya yaradır, həyati vacib orqanların zədələnməsi ilə müşayiət edilir. AŞ sürətli immunoloji reaksiya kimi, sensibilizasiya olmuş orqanizmə allergenin təkrar daxil olması zamanı tosqun hüceyrələrdən və bazofillərdən mediatorların xaric olması n...
Ətraflı oxu →Anal fissur
Anal fissur və ya Anal çat — Anus dərisinin cırılmasına anal çat və ya anal fissur deyilir. Anal çat əsasən anal kanalın arxa komissurunda yerləşir. Nadir hallarda, xüsusilə qadınlarda ön komissurda da yerləşə bilər. Anal çatın uzunluğu 5–10 mm olur.
Ətraflı oxu →Anal qaşınma
Anal qaşınma (ing. pruritus ani) — ilə birlikdə perianal nahiyədə ağrılar, qızartı, masserasiya, sulanma, yanma hissi və perianal dərinin sərtləşməsi müşahidə olunur. Bu əlamətlər cinsi orqanlara və qasıq nahiyəsinə sirayət edir.
Ətraflı oxu →Angiofibroma
Angiofibroma (angio + lat. fibralif + oma – şiş), hemangiofibroma – damar və lifli birləşdirici toxuma qarışığından ibarət xoşxassəli şiş. Selikli qişa angiofibroması rəngli, enli və ya ensiz ayaqcıqlı polip şəklində olur. Tez-tez baş verən qansızmalar nəticəsində şiş qonur rəng ala bilər. Burun-udlaq angiofibroması xüsusi klinik forma kimi təsvir olunur. Dəri angiofibroması kiçik formalı, aydın sərhədə malik düyün olub, kəsik səthi sarımtıl-qırmızı və ya qonur rənglidir. Dəri angiofibroması hüceyrə elementlərinin üstünlüyündən asılı olaraq lipid və ya siderotik ola bilər. Lipid dəri angiof...
Ətraflı oxu →Anoreksiya
Anoreksiya və ya nevrotik anoreksiya (lat. anorexia neurosa, an – inkar şəkilçisi + yun. όρυός – iştaha ) – qidalanmaya olan fizioloji tələbatın saxlanması ilə iştahanın olmaması, kökəlmədən əsassız qorxu hissi, eyni zamanda arıqlamağa güclü və dayanıqlı meyllə səciyyələnən qida qəbulu pozuntusudur. Qida mərkəzinin üzvi zədələnmələri (məs., şişlər, travma, insult, zəhərlənmələr və s.), sinir sisteminin funksional pozğunluqları (məs., nevrozlar, stress vəziyyətləri və s.), endokrin xəstəlikləri (hipofiz kaxeksiyası, addison xəstəliyi və s.), xroniki üzücü xəstəliklər (vərəm, yaman şişlər və...
Ətraflı oxu →Anorektal fistul
Anorektal fistul — anal kanal və perianal dəri arasında patoloji əlaqədir (kanal və ya tuneldir). Anorektal fistullar kişilərdə qadınlara nisbətən daha çox təsadüf olunur, uşaqlarda isə nadir hallarda rast gəlinir.
Ətraflı oxu →Arqiroz
Arqiroz və ya arqiriya (q.yun. ἄργυρος — gümüş + -ia) — gümüşün, onun birləşmələrinin, gümüş tozunun, koloidal gümüşün və ya gümüş nanohissəciklərin bədənində uzun müddət çöküntü nəticəsində yaranan bir xəstəlik. Gümüşü və ya mavi-boz rəngli çalar alan dərinin güclü dönməz piqmentasiyası ilə xarakterizə olunur. Lazer terapiyası və ya dermabraziya məhdud kömək edə bilsə də, müalicəsi yoxdur. Arqirozun inkişafı gümüşə əsaslanan vəsaitlərin nəzarətsiz və səmərəsiz istifadəsi hallarında qeydə alınıb . Gümüşün istehsalı və emalı ilə məşğul olan işçilərdə də arqioz xəstəliyi barədə məlumat verili...
Ətraflı oxu →