Təcili tibbi yardım: 103
Hekiminiz

Tibbi ensiklopediya

Xəstəliklər Ensiklopediyası

Simptomlar, diaqnostika və müalicə haqqında yoxlanılmış məlumat. Hazırda 165 material.

Dayaq-hərəkət sistemi xəstəlikləri

Diskoid lupus

Diskoid lupus – yapışıq keratotik pullanma və dəridən qalxan ləkələr, çox vaxtı sağaldıqda çapıq qalır. Ən çox sifət, başın tüklü hissəsi, qulaqlar, boyun və əlin açıcı səthlərində yaranır. SLE-də 15–30% diskoid dəyişikliklər yaranır. ANA neqativ olanların 10%-də, pozitiv olan belə xəstələrin isə 80%-də sonralar SLE yaranır. SLE-yə keçmənin mənfi marker kimi sitopeniya, dəri səpgilərini eyni vaxtda beldən aşağı və yuxarı olması hesab edilir.

Ətraflı oxu →
Ürək-damar xəstəlikləri

Donma

Donma — dəri, dərialtı və daha dərin toxumaların soyuğun təsirindən yerli zədələnməsi. Donmalar zamanı toxumaların nekrozu soyuğun bilavasitə təsiri ilə deyil, yerli qan dövranının və innervasiyanın pozulması ilə şərtlənir: reaktivliyə qədərki dövrdə kapilyarların və kiçik arteriyaların spazmı, reaktiv dövrdə isə onların parezi, yerli qan dövranının zəifləməsi, qan damarlarında staz, kiçik damarlarda tromboz proseslərinin inkişafı. Sonralar damar divarında morfoloji dəyişikliklər başlayır: endotelin şişməsi, endotelial hüceyrələrin plazmatik hüceyrələr tərəfindən hopulması, nekrozun əmələ g...

Ətraflı oxu →
Mədə-bağırsaq xəstəlikləri

Dubin-Conson sindromu

Dubin-Conson sindromu — genetik patologiya olub ilk dəfə bir-birindən müstəgil olaraq Dubun və Conson tərəfindən 1954-cü ildə təsvir edilmişdir. Dubin-Conson sindromu ömürlük yüngül sarılıqla müşayiət olunan və çox az rast gəlinən qaraciyər patologiyasıdır. Bu xəstəlik zamanı natamam bilirubin mübadiləsi qeyd olunur və xəstənin qanında davamlı hiperbilirubinemiya müəyyən edilir. Yəni bu zaman qanda bilirubin normadan yüksək olur və beləliklə də dəri və selikli qişalarda toplanaraq sarılıq yaradır. Adətən qanda ümumi bilirubinin miqdarı 34–85 mkmol/l olur (Norma: <17 mkmol/l). Bəzən qanda üm...

Ətraflı oxu →
Ürək-damar xəstəlikləri

Düyünlü eritema

Düyünlü eritema (ing. eritema nodosum) – pannikulitin bir növüdür, daha çox 20–45 yaşlı qadınlarda, hiperemiyalı, ağrılı, müxtəlif ölçülü düyüncüklərdir, dərialtı piy toxumasının geniş yayılmış kəskin iltihabıdır. Dəri əvvəl çərhayı və qırmızı, sonra isə qəhvəyi və göyərmiş olur. Ən çox aşağı ərtaflarda (baldırın ön səthində) olur. Bakteriya və göbələk infeksiyaları, vərəm, sarkoidoz, BİX və xərçəng kimi xəstəliklərin ilk əlaməti ola bilər. Əsas xəstəliklə əlaqədar yarandıqda halsızlıq, qızdırma, çəki itirmə, öskürək və sümüklərdə ağrı olur. Sağalma 4–6 həftə ərzində, nadir hallarda xora ya...

Ətraflı oxu →
Mədə-bağırsaq xəstəlikləri

Ekzema

Ekzema (q.yun. ἔκζεμα) — "qaynayıram" deməkdir və ən qədim dəri xəstəliklərindən hesab olunur, və adətən "qotur" kimi adlanır. Lakin buna baxmayaraq dəri xəstəliyi kimi ilk dəfə XIX əsrin əvvəllərində ingilis dermotoloqları Uillen, Beytman, Biyett tərəfindən qeydə alınmışdır. Ekzema – xroniki, residivlərlə müşayiət olunan, dünyanın bütün ölkələrində təsadüf olunan polietioloji allergik dəri xəstəliyidir. Ekzemanın etiologiyası və patogenezi haqqında indiyədək dəqiq bir fikir yoxdur, ancaq bu barədə bir neçə nəzəriyyə mövcuddur. Belə ki, ekzema xəstəliyinin sinir sistemi ilə əlaqədar olmasın...

Ətraflı oxu →
Ürək-damar xəstəlikləri

Elastik psevdoksantoma

Elastik psevdoksantoma (ing. pseudoxanthoma elasticum) – autosom-resessiv xəstəlikdir, göz, dəri və arteriyaların elastik liflərində degenerasiya, kalsifikasiya baş verir. Xarakter əlaməti bükücü səthlərin büküşlərində ksantomatoz papulaların tapılmasıdır.

Ətraflı oxu →
Ürək-damar xəstəlikləri

Elektrik zədələnmələri

Elektrik zədələnmələri — müxtəlif gərginlikli elektrik cərəyanı ilə kontakt nəticəsində baş verən yanıqlardır; Sadə şəkildə desək, elektrik zədələnmələri elektrik cərəyanın bədənin toxumaları boyunca yayılması nəticəsində əmələ gələn istiliyin təsirindən baş verən yanıqlardır. Elektrik enerjisi adətən dərin yanıqlara səbəb olur. Elektrik zədələnmələrinin səbəbi insanın elektrik enerjisi mənbəyi ilə birbaşa, yaxud dolayısilə əlaqədə olmasıdır. Düz (birbaşa) elektrik zədələnmələr — elektrik cərəyanının insan bədəninə elektrik dövriyəsini açarkən birbaşa keçməsi nəticəsində baş verir. Vasitəli...

Ətraflı oxu →
Dəri xəstəlikləri

Elers-Danlos sindromu

Elers-Danlos sindromu (EDS) — bu xəstəlik bəzən "hiperelastik dəri" xəstəliyi kimi də tanınır. Çünki, bu xəstəliyə tutulan şəxsin bütün bədən üzvləri çox elastik olur. İlk dəfə bu xəstəlik danimarka alimi Elers və fransız alimi Danlos tərəfindən kəşf edilmişdir. Xəstəliyin əsas səbəbi kollagenin kəmiyyətcə çatışmazlığıdır.

Ətraflı oxu →
Dəri xəstəlikləri

Epizotik ulserativ sindrom

Epizotik ulserativ sindrom — balıqlarda görülən ciddi bir xəstəlik. Bu xəstəlik əsasən dərinin və əzələlərin zədələnməsi ilə xarakterizə olunur. Xəstəliyin əsas törədicisi "''Aphanomyces invadans''" adlı göbələkdir. Epizotik Ulserativ Sindrom xüsusilə tropik və subtropik bölgələrdə yayılmışdır və balıqçılıq sənayesi üçün böyük təhlükə yaradır.

Ətraflı oxu →
Dəri xəstəlikləri

Əllənən purpura

Əllənən purpura (palpabl purpura) – dəri vaskulitinin ən çox rast gələn əlamətidir, tipik yeri aşağı ətraflardır, güclə əllənən purpur ləkələrdən ibarətdir. Mərkəzində nekrotik toxuma olur.

Ətraflı oxu →
Dəri xəstəlikləri

Foks–Fordays xəstəliyi

Foks–Fordays xəstəliyi xroniki apokrin vəzilərin xəstəliyidir. Bu xəstəlik qoltuqaltı nahiyələrdə, qasıq bölgəsində, döş gilələri ətrafında qaşınan dəri səpgilərinin yaranması ilə özünü göstərir.

Ətraflı oxu →
Sinir sistemi xəstəlikləri

Foqt-Koyanaqi-Xarad xəstəliyi

Foqt-Koyanaqi-Xarad xəstəliyi – xroniki idiopatik ikitərəfli panuveitdır, dərisi piqmentli olanlarda daha çox rast gəlinir, aseptik meningitəbənzər prodromal dövr, nevroloji defisitlər, eşitmənin pozulması, dəri əlamətləri, rekonvalessensiyada göz dibi "günəşbatan səma" kimi olur, xarakterik ağırlaşma torlu qişanın qopmasıdır.

Ətraflı oxu →
Dəri xəstəlikləri

Furne qanqrensı

Furne qanqrensı — Əsasən kişilərdə rast gəlir. Anusətrafı nahiyənin və cinsi orqanların infeksion-iltihabi zədələnməsi ilə müşahidə olunur. Xəstəliyin yaranmasında kiçik dəri çapığı və yarasına aerob və anaerob mikrofloranın düşməsinin rolu böyükdür.

Ətraflı oxu →
Onkoloji xəstəliklər

Germinoma

Germinoma (germinoma; lat. germen, germinis germ, germ + oma) disontogenetik şişlərə aid edilir. Əsasən, beynin dərin strukturlarında formalaşır və inkişaf edir. Törəmə xoşxassəli və bədxassəli ola bilir.

Ətraflı oxu →
Sinir sistemi xəstəlikləri

Geşvind sindromu

Bu sindrom Gasto-Geşvind sindromu və ya Vaksman-Geşvind sindromu (ing. Waxman-Geschwind syndrome) adı ilə də tanınır. Bu gicgah epilepsiyası (temporal epilepsiya) olan insanlarda müşahidə olunan davranışlar toplusudur. Sindromun adı bu simptomları ilk dəfə təsnif edən Norman Geşvind (1973–1984-cü illər arasında bu mövzuda çoxsaylı məqalələr dərc etdirmişdir) və Stiven Vaksmanın şərəfinə qoyulmuşdur. Bu sindromun həqiqi bir nevro-psixiatrik pozuntu olduğu mübahisəli mövzudur. Gicgah epilepsiyası xroniki, yüngül, şəxsiyyət dəyişikliklərinə səbəb olur. Bu dəyişikliklər tədricən daha da artır....

Ətraflı oxu →
Dəri xəstəlikləri

Göbələk xəstəliyi

Mikozlar (q.yun. μύκης - "göbələk") — parazit göbələklərin insan və heyvanlarda törətdiyi xəstəliklər.

Ətraflı oxu →
Dəri xəstəlikləri

Günəş yanıqları

Günəş yanıqları — günəş şüalarının birbaşa təsiri nəticəsində baş verən yanıqlar. Sadə şəkildə desək, günəş yanıqları bədənin açıq hissələrinə günəş şüalarının uzun müddətli təsiri nəticəsində (ultrabənövşəyi şüalanma) əmələ gəlir. Günəş yanıqlarında tipik olan əlamətlərdən dərinin intensiv qızarması və ağrılı olmasıdır. Bu əlamətlər, bir qayda olaraq, insolyasiyadan (günəş şüalarının təsiri) 20–401 sonra baş verir.

Ətraflı oxu →
Tənəffüs sistemi xəstəlikləri

Harlequin tipli iktiyozis

Harlequin tipli iktiyozis — nadir görünən qalıcı dəri xəstəliyi olub iktiyozis qrupu xəstəliklərdən nonbulloz iktiyozisinin ən ağır növüdür. Yenidoğanların çoxluğu ölümlə nəticələnsədə ancaq bu xəstəliklə doğan və həyatına davam edən insanlar var. Ümumiyyətlə "dərinin yüksək keratinleşməsi" olaraq tərif verilə bilər. Harlequin (Arlekin), İtalyan küçə teatrında "kloun"-a bənziyən güldürən obrazdır. Bu xəstəliklə doğanların üzlərindəki ifadələr bu obraza bənzədiyi üçün bu ad verilmişdir. Bu xəstəliklə doğanların dərilərində qırmızıya çalan rəngdə, paxlavaşəkilli pullar olur. Buna əlavə olaraq...

Ətraflı oxu →