Təcili tibbi yardım: 103
Hekiminiz

Tibbi ensiklopediya

Xəstəliklər Ensiklopediyası

Simptomlar, diaqnostika və müalicə haqqında yoxlanılmış məlumat. Hazırda 165 material.

Dəri xəstəlikləri

Hematoma

Hematoma — bədən boşluqlarına və ya dəri altına yığılmış qan kütləsi. O dəri altında heç bir həyati təhlükə törətməsə də, kəllə qutusunda olduqda həyat üçün təhlükəlidir.

Ətraflı oxu →
Ürək-damar xəstəlikləri

Hemoxromotoz

Hemoxromotoz (ing. haemochromatosis), bürünc diabet (ing. bronze diabetes), siderofiliya (ing. iron-storage disease) – Anadangəlmə olub, dəmirin toxumalara artıq toplanması, hepatomeqaliya, artropatiya (II və III əl darağı falanqa oynaqlarının zədələnməsi), qəhvəyi rəngli dəri, hipoqonodizm, şəkərli diabet, durğunluq ürək çatışmazlığı ilə xarakterizə olunur. Yatrogen səbəbdən 2-cili hemoxromatoz yarana bilər.

Ətraflı oxu →
Ürək-damar xəstəlikləri

Hiperemiya

Hiperemiya (yun. ὑπερ- "super-" + αἷμα "qan") — bədənin müxtəlif toxumalarına qan axınının artması. Kliniki olaraq toxumaların hiperemiyası qan damarlarının oksigenli qanla dolması nəticəsində eritema (dərinin qızarması) ilə özünü göstərir.

Ətraflı oxu →
Mədə-bağırsaq xəstəlikləri

Hiperlipidemiya

Hiperlipidemiya- - qanda triqliseridlərin və xolesterinin həddindən artıq yüksək cəmləşməsidir. Lipid piyin digər adıdır. Lipidlər bədəndə asanlıqla yığılır və enerji mənbəyi kimi istifadə olunur. Xolesterin qaraciyərimizdə yediyimiz yağlı yeməklərdən əmələ gələn yağlı kimyəvi maddədir (lipid). Xolesterin qanda müəyyən miqdarda olur. Sağlam qalmağınız üçün insana bir qədər xolesterin lazımdır. Xolesterin qanda lipoproteinlər adlanan hissəciklərin bir hissəsi kimi daşınır. Triqliseridlər bədəndə olan əsas piy formasıdır. Omba, bud və ya mədə nahiyyəsində piy toplanması haqqında fikirləşdikdə...

Ətraflı oxu →
Dəri xəstəlikləri

Hipersayıqlıq

Hiper-qavrayış — insanların dünyanı və hadisələri adi sensorial və zehni qabiliyyətlərini aşan, daha dərindən, geniş və detallı şəkildə dərk etmə qabiliyyəti. Bu anlayış, çox vaxt insanın zehninin normal hüdudlarını keçərək təbii duyğuları, hissləri və anlamaları daha yüksək bir səviyyədə qəbul etməsi ilə əlaqələndirilir.

Ətraflı oxu →
Dəri xəstəlikləri

Hipopiqmentasiya

Hipopiqmentasiya — xüsusən dəri cildinin orijinal rəngindən daha yüngülləşən, lakin piqmentdən tamamilə məhrum olmayan bir sahə kimi xarakterizə olunur. Bu, bütün piqmentin olmaması ilə xarakterizə olunan depiqmentasiya ilə qarışdırılmamalıdır. Melanositlərin və ya melaninin tükənməsi və ya melanin istehsal etmək üçün melanositlər tərəfindən istifadə olunan tirosin amin turşusu səviyyəsində azalma səbəb olur. Bəzi yayılmış genetik səbəblər arasında tirozinaz genindəki və ya OCA2 genindəki mutasiyalar yer alır. Melanin piqmentləri tipik olaraq dəri, göz və saçlarda olduğu üçün hipopiqmentasi...

Ətraflı oxu →
XBT-10: E03Endokrin xəstəliklər

Hipotireoz

Hipotireoz — davamlı olaraq qalxanabənzər vəzi hormonu — triyodtironin çatmazlığından meydana çıxan potoloji hal. Bu halın kritik forması böyüklərdə miksödemə (dərialtı selikli qişaların ödemi), uşaqlarda isə kretinizmə səbəb olur.

Ətraflı oxu →
Onkoloji xəstəliklər

His göbələyi

His göbələyi (Ustilago maydis) — qarğıdalıda (Zea mays) xəstəlik törədən və bitkinin böyümə prosesinə ciddi təsir göstərən bir patogendir. Bu göbələk qarğıdalının dənlərində, yarpaqlarında və gövdəsində böyüyən şişkin qara sporlar əmələ gətirir. His göbələyi dünya miqyasında qarğıdalı istehsalına zərər verən əsas xəstəliklərdən biridir.

Ətraflı oxu →
Ürək-damar xəstəlikləri

Hörümçək angioma

Hörümçək angioma və ya hörümçək naevusu, həmçinin nevus araneus, dərinin səthinin bir az altında yerləşən, tez-tez mərkəzi qırmızı ləkə və hörümçək toru və ya hörümçək ayaqları kimi xaricə yayılan uzantılara(Qan rənginə baxın) malik telangiektaziya növüdür(dəridə şişmiş, hörümçəkəbənzər qan damarları). Onlar geniş yayılmış və tez-tez xoşxassəli olmaqla, sağlam yetkinlərin və azyaşlı uşaqların təxminən 10–15%-də özünü göstərir. Lakin, üçdən çox hörümçək angiomasının olması anormal olma ehtimalı yüksəkdir və qaraciyər xəstəliyinin və/və ya hepatit C-nin (HCV virusu) əlaməti ola bilər; bu, həm...

Ətraflı oxu →
Onkoloji xəstəliklər

İnsan papilloma virusu

İnsan papilloma virusu (ing. human papillomavirus infection, HPV) — papillomavirus ailesinə aid, dəri ve mukozal səthlərdə bazal epiteliya qat hüceyrələrini infeksiya edən DNA virusu. Bir çox İPV infeksiyası heç bir əlamət göstərmir və 90%-i iki il ərzində spontan olaraq sağalır. Bununla birlikdə, bəzi hallarda İPV infeksiyası davam edərək, siğillər və ya xərçəng yaradan lezyonlarla nəticələnir. Bu lezyonlar təsirlənən sahəyə görə serviks, vulva, vajina, penis, anus, ağız, bademciklər və ya boğaz xərçəngi riskini artırır.

Ətraflı oxu →
Dəri xəstəlikləri

İrin

Pustula, irincik, sızanaq – içərisində irin olan, boşluqlu qabarıq bir leziondur. Daha çox tük follikullarina, tər və piy vəzilərinin çıxacağına bağlıdır. Epidermis və dərmanın orta təbəqəsində yerləşir.

Ətraflı oxu →
Dəri xəstəlikləri

İxtioz

İxtioz (yun. ichtys-balıq) — balıqpulcuğu, kseroderma - kəskin qərniləşmə ilə xarakterizə olunan dəri xəstəliyi. Uşaq yaşlarında (çox vaxt 3 yaşında) başlayır, yetkinlik dövründə güclənir və insanın ömrü boyu davam edir. Müalicəsi olmayan xəstəliyə sahib olan uşaqlar sərt və elastikliyi olmayan dəriyə malik olurlar, eyni zamanda sərt dəri yarıqlar vasitəsiylə bir-birlərindən aralanır, dərinin yumşaq toxuması görünür, yara hissələrindən daima su axır. Belə uşaqlar su itkisini, orqanizmanın istiliyini təmin edə bilmirlər. İxtioz xəstəliyi ilə doğulan uşaqların çoxu doğumdan bir neçə saat sonr...

Ətraflı oxu →
Onkoloji xəstəliklər

Kalsinoz

Kalsinoz (ing. calcinosis) – kalsium duzlarının toxumalarda anomal çökməsidir. dəri (calcinosis cutis) – kalsiumun dəridə toplanması baş verir: distrofik, metastatik, idiopatik və yatrogen olur. şiş – iri kalsifisə olunmuş düyünlər oynaqətrafı boşluqlara toplanaraq ağrı və hərəkət məhdudluğu yaradır. Tipləri: birincili normofosfatemik, birincili hiperfosfatemik və ikincili şiş kalsinozu.

Ətraflı oxu →
Dəri xəstəlikləri

Kandidoz

Kandidoz — candida albicans tərəfindən törədilən göbələk xəstəliyi.

Ətraflı oxu →
Ürək-damar xəstəlikləri

Karni kompleksi

Karni kompleksi — nadir görülən genetik xəstəlik. Əsasən, dəri, ürək, endokrin sistemi və digər orqanları təsir edən müxtəlif şişlərlə xarakterizə olunur. Bu kompleks "PRKAR1A" genindəki mutasiyalar nəticəsində yaranır və adətən uşaqlıq və ya yeniyetməlik dövründə müşahidə edilir. Karni kompleksi xəstənin həyat keyfiyyətinə ciddi şəkildə təsir edə bilən və müxtəlif klinik əlamətlərlə müşahidə olunan bir vəziyyətdir.

Ətraflı oxu →
Ürək-damar xəstəlikləri

Kavasaki xəstəliyi

Kavasaki xəstəliyi, dəri-selikli limfa düyünlər sindromu (ing. mucocutaneous lymph node syndrome) – 5 yaşa qədər uşaqlarda yüksək hərarətin artması (100%), yayılmış səpgi, oral-faringial əlamətlər, konyunktivit, limfadenopatiya, dəri qabıqlanması, ovuc və pəncənin qızarması, ürək qüsuru, tac damarların anevrizması başverir. Hərarətə antibakterial terapiya təsir etmir, seçim müalicə xəstəliyin ilk dövründə venadixili immunoqlobulindir.

Ətraflı oxu →
Dəri xəstəlikləri

Keloid

Keloid, orijinal yaradan daha böyük olan sərt, qabarıq, rezin kimi çapıq sahəsidir. Rəngi dəri tonu ilə eyni, qırmızı və ya daha tünd ola bilər və qaşınma, yanma və ya ağrı da yarana bilər. İlkin zədədən aylar sonra əmələ gələ bilər Bunlar genetik və ətraf mühit amillərinin kombinasiyası səbəbindən baş verir. Risk qrupuna daxil olan şəxslərdə onlar istənilən dərəcədə dəri zədələnməsindən sonra yarana bilər. Qeyri-adi şəkildə sağalmış yaralardan əmələ gələn çapıq adətən müayinədən sonra aşkar edilir, lakin təsdiq üçün biopsiya tələb olunur. Hipertrofik çapıqdan fərq ondadır ki, o, orijinal ç...

Ətraflı oxu →
Dəri xəstəlikləri

Kəmərləyici dəmrov

Kəmərləyici dəmrov (lat. herpes zoster) ― şiddətli ağrı ilə dəridə birtərəfli herpetiform səpgilər ilə xarakterizə olunan viral xarakterli bir xəstəlikdir. Xəstəliyin törədicisi, herpesvirus ailəsinin varicella zoster virusudur (Varicella zoster), orqanizmlə ilk təmasda (çox vaxt gənc yaşda) tipik suçiçəyi xəstəliyinə səbəb olur. Suçiçəyi keçirmiş insanlarda virus neyronlarda gizli vəziyyətə keçir. Sonradan, həmin insanların 10–20%-də, əsasən yaşlılarda və zəifləmiş immun sistemi hallarında (daha çox stress nəticəsində), o, daha aktivləşə və kəmərləyici dəmrova səbəb ola bilər.

Ətraflı oxu →