Təcili tibbi yardım: 103
Hekiminiz

Tibbi ensiklopediya

Xəstəliklər Ensiklopediyası

Simptomlar, diaqnostika və müalicə haqqında yoxlanılmış məlumat. Hazırda 165 material.

Dəri xəstəlikləri

Kəpənək simptomu

Kəpənək simptomu (ing. Malar rash) – SLE-də kəskin fotohəssas dəri zədələnməsinin variantı olub, sistem xəstəliyin aktivliyini göstərir, burun və yanaqlarda eritema (burun-dodaq büküşlərini zədələmir) dəridən qalxan papula və ya pilək, çapıqsız sağalır. Sifətin qızarmasının digər səbəblərinini (rozasea, seboreya, kontakt, atopik, aktinik dermatiti) istisna etmək lazımdır.

Ətraflı oxu →
Ürək-damar xəstəlikləri

Kəskin respirator infeksiyalar

Kəskin respirator infeksiyalar tənəffüs yollarının selikli qışasının zədələnməsi ilə əmələ gələn yoluxucu xəstəliklərdir. Bu cür infeksiyalar əsasən hava-damcı yolu ilə ötürülür, tənəffüs yollarının müxtəlif hissələrinə təsir edir və insanlar arasında sürətlə yayılır. Kəskin respirator infeksiyalar zökəm, faringit, laringit, traxeit, bronxit, bronxiolit, ağciyər iltihabı və bronxopnevmoniya şəklində özlərini göstərirlər. Bu cür xəstəliklərin davam etmə müddəti 30 gündür. Əksər infeksiyalarda xəstəlik öz-özünə sağalır, lakin bəzi hallarda tibbi yardım da tələb oluna bilər. Bu cür xəstəliklər...

Ətraflı oxu →
Mədə-bağırsaq xəstəlikləri

Kimyəvi yanıqlar

Kimyəvi yanıqlar — turşuların, qələvilərin, ağır metal duzların, yaxud digər kimyəvi aktiv birləşmələrin təsiri nəticəsində baş verən yanıqlar. Kimyəvi yanıqlar "termiki yanıqlar"a nisbətən az rast gəlinir (2,5–5,1% təşkil edir). Kimyəvi yanıqlar adətən, güclü turşu və qələvi olan kimyəvi maddələrin təsirindən baş verir. Təmizləyici maddələr (evdə istifadə olunan ağardıcılar, kənd təsərrüfatında istifadə olunan kimyəvi maddələr və s.) dərini asan zədələyə bilər. Termik yanıqlarında olduğu kimi, bu yanıqlarda da kimyəvi maddə nə qədər güclüdürsə və onunla təmas müddəti nə qədər çoxdursa yanı...

Ətraflı oxu →
Tənəffüs sistemi xəstəlikləri

Koma

Koma və ya komatoz hal (yun. κῶμα — dərin yuxu) — mərkəzi sinir sisteminin proqressiv pozulması, zədələnməsi nəticəsində huşun itməsi, xarici qıcıqlara qarşı reaksiyasızlıq, get-gedə dərinləşən tənəffüs, qan dövranı və orqanizmin digər həyativacib funksiyalarının pozulması ilə xarakterizə olunan, kəskin inkişaf edən, ölüm öncəsi geridönəbilən ağır patoloji vəziyyət. Huşun dəyişməsinə nəzarət edin Müntəzəm olaraq zərərçəkəni müayinə edib, dəyişiklikləri qeyd edin. Nevroloji müayinə başın zədələnməsi olan zərərçəkənin vəziyyətinin qiymətləndirilməsinin asas hissəsidir və mütləq aparılmalıdır....

Ətraflı oxu →
Dəri xəstəlikləri

Kontakt dermatit

Kontakt dermatit — kimyəvi və ya fiziki agentlərin təsirindən yaranan dərinin kəskin və ya xroniki iltihabı. Tez-tez allergik kontakt dermatitin səbəbi bəzi şampunların, losyonların, nəmləndirici kremlərin bir hissəsi olan törəmələrdən ayrılan formaldehidə reaksiyadır.

Ətraflı oxu →
Dəri xəstəlikləri

Körfəz müharibəsi sindromu

Körfəz müharibəsi sindromu — 1990-1991-ci illərdə Körfəz müharibəsində iştirak edən hərbi veteranlarda müşahidə edilən xroniki və çoxsimptomlu bir pozuntu. Bu sindrom, yorğunluq, əzələ ağrıları, kognitiv problemlər, yuxusuzluq, dəri səpkiləri və ishal kimi müxtəlif simptomlarla xarakterizə olunur. Təxminən 697,000 ABŞ veteranından 250,000-i bu xəstəlikdən əziyyət çəkir.

Ətraflı oxu →
Endokrin xəstəliklər

Kretinizm

Kretinizm — Hipotireoz-qalxanvari vəzin patalogiyası nəticəsində meydana çıxır. Bu xəstəliyin başlıca əlaməti ona tutalan adamın özünəməxsus görkəmidir. Boyca kiçik, sifətləri kobud, bəzən üz dəriləri sarımtıl-torpaq rəngində, daima quru, tükləri cod, tezsınan,burunları yəhərvari, əl və ayaq pəncələri enli və qısa olur. Emosional cəhətcə süst və biganə görünən belə uşaqlar heç nəyə maraq göstərmir, uzun müddət hərəkətsiz vəziyyətdə, oturaraq mənasız ətrafı seyr etməyi xoşlayırlar. Digər əlamətlərdən endokrinopatiyanı yaddaş pozuntularını, affektiv reaksiyalarla müşayiət olunan emosiya və bə...

Ətraflı oxu →
Tənəffüs sistemi xəstəlikləri

Kriptokokkoz

Kriptokokkoz (lat. cryptococcosis) — kriptokokkoz neoformans göbələklərinin törətdiyi, meningit simptomlarına oxşar, mərkəzi sinir sisteminin, ağciyərlərin, dəri və selikli qişaların zədələnməsi ilə xarakterizə olunan yoluxucu xəstəlik.

Ətraflı oxu →
Ürək-damar xəstəlikləri

Layella sindromu

Layella sindromu — nadir hallarda rast gəlinən, lakin çox ağır keçən allergik reaksiyasıdır. Xəstəliyin aparıcı əlaməti — II dərəcəli yanığın kliniki mənzərəsini xatırladan, dəri təbəqələrinin bir sıra zədələnməsidir: hiperemik (qızarmış) dəri fonunda çox böyük şəffaf yaxud qanlı suluqların əmələ gəlməsi. Dəri dəyişikliklərindən başqa xəstə güclü intoksikasiya və ürək-damar, tənəffüs sistemi tərəfindən pozulmalara məruz qalır. Belə ağır reaksiyalar müxtəlif dərman preparatlarının tətbiqindən sonra baş verə bilər, lakin ən çox Layella sindromunun inkişafı sulfanilamid preparatlarının, yaxud...

Ətraflı oxu →
Sinir sistemi xəstəlikləri

Laym xəstəliyi

Laym xəstəliyi (ing. Lyme dis.) – spiroxeta ilə törənən (Borellia burgdorferi) gənə dişləməsindən sonra yaranan, mövsümi xarakterli, transmissiv xəstəlikdir. Dərinin (dişləmə yerində yaranan xroniki miqrəedici eritema çox xarakterikdir), ürəyin, sinir və oynaqların zədələnməsi baş verir. Ən çox dizin sinoviti olur, nadir halda xroniki hala keçir.

Ətraflı oxu →
Dəri xəstəlikləri

Legius sindromu

Legius sindromu (LS) — Nadir bir genetik xəstəlik. Bu xəstəlik SPRED1 genindəki mutasiyalar səbəbindən meydana gəlir və gen 15-ci xromosomda yerləşir. Legius sindromu olan şəxslərdə adətən "cafe au lait" ləkələri (açıq qəhvəyi dəri ləkələri) meydana gəlir, bu da xəstəliyin ən müəyyənedici və əsas xüsusiyyətidir.

Ətraflı oxu →
Ürək-damar xəstəlikləri

Leykoz

Leykoz, leykemiya və ya ağ qan xəstəliyi — sümük iliyi xəstəliyi olub, qan hüceyrələrinin, əsasən ağ qan hüceyrələrinin çoxalması ilə nəticələnən qan xərçəngi xəstəliyi. Qanın tərkibində sağlam leykositlərin, eritrositlərin və trombositlərin kəskin azalması baş verir. Bu bəla xalq arasında "ağ qan qırmızı qanı yeyir" ifadəsi ilə məşhurdur. Uşaq yaşlarında xərçəng xəstəliyinə tutulanların 35%-i leykoz xəstələridir. Leykozlarda onların formasından asılı olaraq, qanyaradıcı üzvlər, ilk növbədə, sümük iliyi, qaraciyər, dalaq, limfatik düyünlər və başqa üzvlərdəki letikulo-endoteli toxuması zədə...

Ətraflı oxu →
Dəri xəstəlikləri

Lipoma

Lipoma — Səthi dərialtı lipomalar ən geniş yayılmış xoşxassəli yumşaq toxuma törəmələridir. Səthi lipomaların çox nadir hallarda hansısa simptomlarla müşahidə edilir. Lipoması olan xəstələr həkimə adətən iki səbəbdən müraciət etmiş olur. Bəzi xəstələr lipomaların bədxassəli olduğundan narahatlıq hissi keçirir, digərləri isə sadəcə böyük ölçülü lipomaların kosmetik qüsur yaratdığından onun çıxarılmasını istəyir. Lipomalar nazik fibroz kapsulaya bürünmüş yetişmiş piy hüceyrələrinin toplumudur. Lipomalar bədənin piy toxuması olan istənilən hissəsində əmələ gələ bilər. Onlar adətən səthi olaraq...

Ətraflı oxu →
Dəri xəstəlikləri

Lırt dəri sindromu

Lırt dəri sindromu (ing. cutis laxa) – anadangəlmə və qazanılmış olub, fibulin-5 geninin mutasiyası nəticəsində dəri həddən artıq lırt və dartılmış olur, Elers-Danlosdan fərqli olaraq dəri geri qayıtmır (dartılmış dəri).

Ətraflı oxu →
Endokrin xəstəliklər

Makkyun-Olbrayt sindromu

Makkyun-Olbrayt sindromu (ing. McCune-Albright) – triadadır: a) sümüklərin çoxocaqlı, adətən birtərəfli olmaqla fibroz displaziyası, b) dərinin "südlü qəhvə rəngi", c) endokrin pozğunluqlar.

Ətraflı oxu →
Ürək-damar xəstəlikləri

Marşal sindromu

Marşal sindromu — genetik pozğunluq olaraq təsnif edilən nadir vəziyyət. Bu sindrom əsasən eşitmə itkisi, göz problemləri (məsələn, katarakt və ya miopiya), üz skeletində anomaliyalar (məsələn, düz üz profili və ya kiçik çənə) və oynaq problemləri ilə xarakterizə olunur. Marşal sindromu ilə əlaqəli digər simptomlara dəri problemləri, boy qısalığı və bəzi hallarda ürək problemləri daxil ola bilər.

Ətraflı oxu →
Ürək-damar xəstəlikləri

Mavi körpə sindromu

Mavi körpə sindromu — əsasən yenidoğulmuş körpələrdə oksigen çatışmazlığı nəticəsində dəri və selikli qişaların mavi rəng alması ilə xarakterizə olunan vəziyyə. Bu sindrom, adətən ürək və ya tənəffüs sistemi ilə bağlı problemlərdən qaynaqlanır.

Ətraflı oxu →
Mədə-bağırsaq xəstəlikləri

Melanoma

Melanoma — Piqment hüceyrələrindən inkişaf edən bədxassəli şiş və xərçəng növüdür. Melanositlər əsasən dəridə yerləşir və dərinin rəngini müəyyən edən melanin piqmentini ifraz edir. Melanoma ən təhlükəli dəri xərçəngi formalarından biri hesab olunur. Onlar adətən dəridə olur, lakin bağırsaqlar və gözlər kimi bədənin digər hissələrində də görülə bilər.

Ətraflı oxu →