Təcili tibbi yardım: 103
Hekiminiz

Tibbi ensiklopediya

Xəstəliklər Ensiklopediyası

Simptomlar, diaqnostika və müalicə haqqında yoxlanılmış məlumat. Hazırda 165 material.

Mədə-bağırsaq xəstəlikləri

Meningit

Meningit — baş beyin və onurğa beyni qişalarının iltihabi xəstəliyi. Bütün yaş qruplarında rast gəlinir. Hava-damcı yolu ilə keçir. Bəzi bakteriyalar (meninqokoklar, pnevmokoklar, streptokoklar, haemophilus, vərəm çöpləri, qarın yatalağı çöpləri, listeriyalar), viruslar (enteroviruslar, I və II tip sadə herpes virusu, epidemik parotit virusu, arboviruslar), parazitlər (amöb, malyariya) və göbələklər tərəfindən törədilir. Müxtəlif ağırlıq dərəcələri və təzahürləri (yüngül nazofaringit və meninqokokk gəzdiriciliyindən yayılmış meninqokokkemiya və meninqoensefalitə qədər) olur. Mümkün olan fəs...

Ətraflı oxu →
Onkoloji xəstəliklər

Meymunçiçəyi

Mpox (meymunçiçəyi kimi də tanınır) — insanların və digər heyvanların yoluxa biləcəyi infeksion virus xəstəliyi. Simptomlarına qabarcıqlar əmələ gətirən və sonra qabıq bağlayan səpgilər, qızdırma və şişmiş limfa düyünləri daxildir. Xəstəlik adətən yüngül keçir və yoluxmuş şəxslərin əksəriyyəti müalicə olunmadan bir neçə həftə ərzində sağalır. Məruz qaldıqdan sonra simptomların yaranmasına qədər olan müddət beş ilə iyirmi bir gün arasında dəyişir və simptomlar adətən iki-dörd həftə davam edir. Bununla belə, xüsusilə uşaqlarda, hamilə qadınlarda və ya immun sistemi zəif olan insanlarda hallar...

Ətraflı oxu →
Dəri xəstəlikləri

Mondor xəstəliyi

Mondor xəstəliyi (ing. Mondor's disease) və ya İpəbənzər tromboflebit – döş qəfəsinin ön və yan səthində tam sağlam fonda və ya qızdırmadan sonra dəri ilə birləşmiş ipəbənzər ağrılı qalınlaşmalar aşkar edilir.

Ətraflı oxu →
Dəri xəstəlikləri

Monilioz

Monilioz (Monilinia fructigena) — əsasən meyvə ağaclarına təsir edən və meyvələrin çürüməsinə səbəb olan bir göbələk xəstəliyidir. Xəstəlik, meyvə və qoz-fındıq ağaclarında ciddi zərər verə bilər və məhsulun keyfiyyətini və miqdarını əhəmiyyətli dərəcədə azalda bilər. Monilioz xəstəliyi, Monilinia fructigena adlı göbələk tərəfindən törədilir və müxtəlif iqlim şəraitində yayılmışdır.

Ətraflı oxu →
Dəri xəstəlikləri

Morgellons

Morgellons – Bu günə kimi 14 000 insanda rast gəlinən bu xəstəliyin yaranma səbəbinin parazitlər olduğu güman edilsədə müasir tibb hələ də onun müalicəsində acizdir. Xəstəlik zamanı insanın dərisindən qara, mavi və ya qırmızı liflər sallanır.

Ətraflı oxu →
Dayaq-hərəkət sistemi xəstəlikləri

Mur-Federman sindromu

Mur-Federman sindromu (ing. Moore-Federman) – psevdo-sklerodermiyanın bir səbəbi kimi baxılır: kiçik boy, rigid oynaqlar, qısa barmaqlar və onların yumruq halında bükülməməsi, saiddə dərinin qalınlaşması, göz anomaliyaları.

Ətraflı oxu →
Dəri xəstəlikləri

Neyrodermit

Neyrodermit — uzun müddət qaşınma ilə davam edən və tez-tez residiv verən dəri xəstəliyidir. Neyrodermitdə qaşınma səpkilərdən qabaq əmələ gəlir və çox güclü olur. Xəstəliyin iki klinik forması ayırd edilir: məhdud və diffuz neyrodermit. Neyrodermatozlar adı altında ən səciyyəvi simptomu qaşınma olan xəstəliklər qrupu birləşdirilir. Neyrodermatozlarda qaşınmanın çox güclü olması və adətən dəridəki dəyişikliklərdən qabaq əmələ gəlməsi ilə fərqlənir.

Ətraflı oxu →
Ürək-damar xəstəlikləri

Nəfəs darlığı

Nəfəs darlığı (dispnoe) — orqanizmin adaptiv funksiyalarından biri olub çox vaxt tənəffüs tezliyində, ritmində və dərinliyində dəyişikliklərlə ifadə edilir, tez-tez hava çatışmazlığı hissləri ilə müşayiət olunur. Ürək xəstəliyində nəfəs darlığı fiziki gərginlik zamanı, sonra isə istirahətdə, xüsusilə üfüqi vəziyyətdə, xəstələri oturmağa məcbur edir (ortopne). Ürək xəstəliyi ilə şiddətli nəfəs darlığı (adətən gecə) hücumları ürək astmasının təzahürüdür; bu hallarda nəfəs darlığı inspiratordur (tənəffüs çətinliyi). Ekspirator nəfəs darlığı (ekshalasiyada çətinlik) kiçik bronxların və bronxiol...

Ətraflı oxu →
Mədə-bağırsaq xəstəlikləri

Nimann-Pik xəstəliyi

Nimann-Pik xəstəliyi və ya sfinqomielinlipidoz – irsi sfinqomielinaza fermentinin irsi defekti ilə əlaqədar baş verən xəstəlik. Xəstəlik zamanı beyin qabığı hüceyrələrində, beynin ağ maddəsində, qaraciyərdə, dalaqda, sümük iliyində, böyrəküstü vəzilərdə, böyrəklərdə, limfa düyünlərdə, dəridə və qanın mononuklear hüceyrələrində (monositlər və limfositlər) sfinqomielinlərin miqdarı artır.

Ətraflı oxu →
Onkoloji xəstəliklər

Noma (xəstəlik)

Noma (yun. νομή sözündən götürülmüş yaranın yayılması mənasını verir. Əvvəllər su xərçəngi adı ilə də tanınırdı) üz toxumalarının, xüsusən də ağız və yanaq hissələrdəki toxumaların məhvinə səbəb olan qanqren xəstəlikdir. Noma yara-nekrotik qinqivit kimi patoloji prosesin yanakların selikli qişasına yayılması nəticəsində meydana gələn xəstəlikdir. Bu xəstəlik, əvvəlcə diş ətində yaranan nekrotik (ölü) toxuma ilə başlayır, sonra isə üzün dərisini və yumşaq toxumalarını əhatə edərək, dişlərin tökülməsi və çənə sümüklərinin aşkara çıxmasına səbəb olur.

Ətraflı oxu →
Dəri xəstəlikləri

Ocaqlı dazlıq

Ocaqlı dazlıq və ya ocaqlı alopesiya — skalp adlanan saçlı dərinin avtoimmun xəstəliyi. Skalpda ocaqlı formada, tala-tala saç tökülməsinə bağlı yaranan təkrarlayan xroniki saç xəstəliyidir. Elmi adı aloepcia areata olan bu xəstəlik sadəcə başın saçlı hissəsində deyil, bədənin başqa nahiyyələrində də tük tökülməsinə səbəb olur.

Ətraflı oxu →
Mədə-bağırsaq xəstəlikləri

Onixokriptoz

Onixokriptoza və ya dırnaq batması — dırnaq batması ilə müşahidə olunan xəstəlikdir Dırnaq batması gündəlik həyatda tez-tez rast gəlinən və dözülməz ağrılarla müşahidə olunan xəstəlikdir. Xəstəliyə daha çox ayaq, xüsusilə də baş barmaq dırnağında rast gəlinir: dırnağın kənarları dırnaq yatağının içərisinə doğru inkişaf edir, ətrafdakı yumşaq toxumalarda iltihabi prosesə səbəb olur. Onixokriptoz irsi, düzgün seçilməyən ayaqqabı, göbələk infeksiyası, ayaqların çox tərləməsi, travma, dırnağın düzgün kəsilməməsi səbəbindən yarana bilər. Dırnaq batması özünü birdən-birə büruzə vermir. İlk vaxtla...

Ətraflı oxu →
Ürək-damar xəstəlikləri

Onixomikoz

Onixomikoz və ya dırnaq göbələyi (lat. Onychomycosis) — dırnağın göbələk infeksiyası. Trichophyton rubrum, Trichophyton interdigitale, Trichophyton tonsurans və digər göbələklər tərəfindən törədilir. Xəstəlik törədicisi Epidermophyton floccosum və Microsporum canis də ola bilir. Simptomlara ağ və ya sarı dırnaq rənginin dəyişməsi, dırnağın qalınlaşması və dırnağın dırnaq yatağından ayrılması daxil ola bilər. Ayaq və ya əl dırnaqları təsirlənə bilər, lakin ayaq dırnaqlarında daha çox rast gəlinir. Bir sıra müxtəlif növ göbələklər dermatofitlər və Fusarium da daxil olmaqla onikomikoza səbəb o...

Ətraflı oxu →
Dəri xəstəlikləri

Onxoserkoz

Onxoserkoz (çay korluğu) — filarioz qrupuna aid olan, dərialtı düyünlərin əmələ gəlməsi, dərinin və gözlərin zədələnməsi ilə xarakterizə olunan helmintoz. Ümumdünya Səhiyyə Təşkilatı bu patologiyanı unudulan xəstəliklər qrupuna daxil etmişdir.

Ətraflı oxu →
Ürək-damar xəstəlikləri

Otahara sindromu

Otahara sindromu - körpələrin erkən epileptik ensefalopatiyası. Etiologiya: polietioloji sindromdur, lakin əksər hallarda beynin prenatal zədələnməsi (baş beynin anadangəlmə qüsurları, Aykardi sindromu, neyro-dəri sindromları və s.) qeyd olunur. Başlandığı yaş dövrü: uşağın 3 aylığına qədər, daha çox isə 1-ci ay ərzində başlayır. Klinik mənzərə: tutmaların əsas tipi – 10 san hüdudlarında davam edən tonik spazmlardır. Adətən seriya şəklində (bir seriyada 10-40 spazm) meydana çıxır. Sutka ərzində spazmların ümumi miqdarı 300-400-ə çata bilər. Onlar həm oyaqlıq, həm də yuxu dövründə əmələ gəli...

Ətraflı oxu →
Mədə-bağırsaq xəstəlikləri

Övrə xəstəliyi

Övrə və ya xalq arasında qurdeşənəyi — dərinin allergik mənşəli xroniki xəstəliyidir. Dəridə qaşıntılı qabarcıqlarla özünü göstərir. Elmi adı urticaria olan bu xəstəlik insanın əmək qabiliyyətini və həyat keyfiyyətinin ciddi şəkildə pozan bir patologiyadır. Övrənin daha ağır forması sayılan angioödem və ya kvinke ödemi xəstənin həyatını təhlükə altına ala bilər.

Ətraflı oxu →
Sinir sistemi xəstəlikləri

Pakman displaziyası

Pakman displaziyası və ya Pakman sindromu — PCDH19 genində baş verən mutasiyalar nəticəsində yaranan nadir genetik xəstəlik. Əsasən qız uşaqlarında müşahidə edilir. PCDH19 geni sinir hüceyrələrinin bir-biri ilə düzgün əlaqə qurmasını təmin edən spesifik proteini kodlayır, bu gendəki mutasiyalar isə beynin normal inkişafına maneə törədərək nevroloji problemlərə səbəb olur. Bu sindrom epileptik tutmalar, inkişaf gecikmələri və davranış problemləri ilə xarakterizə edilir. Bu sindromun az rast gəlinməsi səbəbindən alimlər PCDH19 mutasiyalarının beyin funksiyalarına təsirini dərindən araşdırmağa...

Ətraflı oxu →
Dəri xəstəlikləri

Pannikulit

Pannikulit – dərialtı piy toxuması və BT çox vaxtı lokal, rezidivləşən iltihabıdır, prosesə neytrofillər, leykositlər və histiositlər qoşulur, fibroz və bəzən qranulomatoz dəyişikliklər yaranır. Histioloji olaraq: septal, lobulyar, qarışıq septal və lobulyar, vaskulitli pannikulit; qadınlarda daha çox rast gəlir. Klinika – bərk, dəri ilə birləşmiş, kiçik ağrılı düyünlər, bəzən isə yayılmış qalınlaşma, xüsusi ilə aşağı ətraflarda, zədələnmə yerində dəri büküşə gəlmir, qızdırma, artralgiya.

Ətraflı oxu →