Tibbi ensiklopediya
Xəstəliklər Ensiklopediyası
Simptomlar, diaqnostika və müalicə haqqında yoxlanılmış məlumat. Hazırda 165 material.
Revmatik qızdırma
Kəskin revmatik qızdırma və ya KRQ — həssas insanlarda A qrupu beta hemolitik streptekoklar tərəfindən törədilən yuxarı tənəffüs yolları infeksiyasından 1–5 həftə sonra ortaya çıxan, ürək, oynaqlar, beyin, qan damarları, dəri və dərialtı bağ toxumasını tutan sistemik bir xəstəlikdir. KRQ — A qrupu streptekokları tərəfindən törədilmiş faringitin qaliği olaraq yaranmış, ən çox oynaqları və ürəyi, daha az mərkəzi sinir sistemi, dəri və dərialtı toxumaları tutan nonsupuratif (irinsiz) iltihabi cavab reaksiyasıdır.
Ətraflı oxu →Reyno fenomeni
Reyno fenomeni (ing. Raynaud´s) – əl və ayaq barmaq arteriyalarının və dəri arteriolalarının stress, soyuq nəticəsində artmış aktiv reaksiyasıdır (angiospazm), barmaqlar ağarır, göyərir, qızarır (3 rəngli Fransız bayrağı). Ağarma ən önəmlisidir. Adətən birinci barmaqlar prosesə qoşulmur. Prosesə qulaqlar, burun, dodaqlar da qoşula bilər. Etiologiyası: sistem revmatik xəstəliklər, travma zədələnmələri, dərman və kimyəvi maddələr, qanın özlüyünün artması, arteriyaların obliterəedici xəstəlikləri və s. I-li və II-li olur. Akrosianozdan ayırmaq lazım gəlir.
Ətraflı oxu →Rozasea xəstəliyi
Rozasea xəstəliyi — üz dərisinin eritematoz, teleangiektatik xroniki xəstəliyidir. Elmi adı rosacea olan bu xəstəliyə qızıl gül xəstəliyi də deyilir. Otuz yaşdan yuxarı olan qadınlarda daha çox yaranır. Üzdə qızartı, yanma, göynəmə, quruluq əlamətləri ilə özünü göstərir. Üzdə çəhrayi rəngli irincikli səpgilər verdiyi üçün çəhrayi sızanaq xəstəliyi də deyilir.
Ətraflı oxu →Sabl zərbəsi simptomu
Sabl zərbəsi simptomu (ing. En coup de sabre) – lokal sklerodermiyaya aiddir, dərinin lent şəklində qalınlaşması xüsusi ilə kəllədə. Zədələnmə dəridən sümüyə qədər keçir və X-ray sümüyün deformasiyası görünür. Uşaqlarda daha çox təsadüf edir.
Ətraflı oxu →SAPHO sindromu
SAPHO sindromu – S-sinovit (iri oynaqların oliqoasimmetrik artriti, birtərəfli sakroiliit), A – acne, P – pustulosis (pustulyoz psoriaz, ovuc-pəncə pustulyozu və ya irinli adenit), H – hiperostoz (xüsusilə döş qəfəsinin ön səthi körpücük-akromion hiperostozu ilə), O – osteit (simfizin birləşməsi, sakroiliit, spondilodissit). Aseptik artrit müxtəlif dəri elementləri ilə gedir. Törədici kimi Propionibacterium acnes güman edilir. HLA-B27 xəstələrin bir qismində pozitiv olur.
Ətraflı oxu →Sarılıq
Sarılıq – əsasən qaraciyərin və ya ödün funksiyasının pozulması nəticəsində baş verən xəstəlikdir. Qarın boşluğunda və qara ciyərdə ağrılarla müşayiət olunur. Göz ağının və dərinin hissediləcək qədər sarı rəng alması baş verir. Müalicə olunmazsa, ölümlə nəticələnə bilər.
Ətraflı oxu →Sarkoidoz
Sarkoidoz — 140 ildən çoxdur ki, tanınmasına baxmayaraq hələ də tam səbəbi və müalicəsi bilinməyən tibbin ən çətin, ən dəyişkən xəstəliklərindən biridir. Qadınlarda kişilərə nisbətən çox rast gəlinir. Siqaret çəkənlərdə və 20–40 yaş arası qadınlarda daha çox görünür. Uşaq və yaşlılarda bu xəstəliyə nadir hallarda rast gəlinir. Danimarkalı və isveçlilərdə digər avropa ölkələrinin nümayəndələrinə nisbətən daha çox rast gəlinir. Eyni zamanda afroamerikalilarda digər irqlərə nisbətən rast gəlmə tezliyi 10 dəfə çoxdur. Xəstəlik aylarla, illərlə davam edə bilir. Xəstəliyin etiologiyası barədə tam...
Ətraflı oxu →Sarkopsilloz
Sarkopsilloz və ya tungiaz (lat. Sarcopsyllosis, Tungiasis, "Nigua", "Pique" kimi tanınır) dermatofiliazlar qrupundan olan tropik parazitar xəstəlik olub, dərinin zədələnmiş yerində qaşınma və ağrı ilə xarakterizə olunur."Pio and bicho de pie", "Pique" Xəstəliyə Afrikanın, Karib dənizinin, Mərkəzi və Cənubi Amerikanın, Hindistanın tropik bölgələrində yaşayan Tunqa cinsinə mənsub kiçik (bədən ölçüsü təxminən 1 mm) dişi birələr səbəb olur. Tungiasis dərinin iltihabına, şiddətli ağrıya, qaşınmaya və zədələnmiş hissədə yaraya səbəb olur. Şişmiş qırmızı yaranın mərkəzində qara nöqtə yaranır, ətr...
Ətraflı oxu →Seboreyalı dermatit
Seboreyalı dermatit və ya seboreik dermatit xroniki bir dəri xəstəliyidir. Simptomlar arasında qabıqlı, pulcuqlu, yağlı və bəzən qaşınan və iltihablı dəri olur. Yağ istehsal edən vəzilərlə zəngin olan dərinin sahələri tez-tez baş dərisi, üz və sinə də daxil olmaqla təsirlənir. Körpələrdə əsasən baş dərisi təsirlənir. Baş dərisinin yüngül seboreik dermatiti, dərinin quru, qabıqlı təbiətinə görə kəpək kimi təsvir edilə bilər. Lakin, kəpək baş dərisinin hər hansı bir quruluğuna və ya qabıqlanmasına aid ola bildiyindən, bütün kəpək seboreik dermatit deyil. Seboreik dermatit bəzən səhvən seborey...
Ətraflı oxu →Sellulit
Sellulit (ing. cellulitis) – dərialti toxumanın qeyri-iltihabi zədələnməsidir. Morfoloji olaraq piy toxumanın hidrofilidir. Etioloji: infeksiya, allergiya, venoz qan dövranının pozulması. Çox vaxt qadınların klimakterik dövrünə düşür. Klinika: spontan diffuz, qeyri-müəyyən ağrılar, müxtəlif ölçü və konsistensiyalı düyünlər və infiltratlar, dəri düyün üzərində apelsin qabığına oxşayır, qızdırma və digər ümumi əlamətlər olmur.
Ətraflı oxu →Selülit
Sellülit - dəridə portağal qabığına bənzəyən qırışlar və çuxurlar şəklində əmələ gəlir. Ən çox omba və sağrı nahiyələrində rastlansa da bəzən ayaqlarda, sinədə, hətta qollarda da olur.
Ətraflı oxu →Sepsis
Sepsis — yunan sözü olub, mənası "çürümə" deməkdir. Qədim yunan alimləri sepsis zamanı qanın çürüdüyünü düşünürdü. Bu səbəbdən irinli infeksiyaya sepsis deyirdilər. Sepsis, infeksion xəstəlik törədicilərinin səbəb olduğu nizamsız sistemli immun reaksiyası nəticəsində yaranan və həyat üçün təhlükəli olan poli-orqan çatışmazlığıdır. Bu vəziyyət adətən bakteriyalar tərəfindən törədilir, lakin viruslar, göbələklər və ya parazitlər də səbəb ola bilər. Sepsisin tərifi vahid deyil və davamlı müzakirə mövzusudur. Sepsisin köhnə tərifləri əsasən qan dövranında xəstəlik törədicilərinin aşkarlanmasına...
Ətraflı oxu →Septik şok
Septik şok — İnfuziyaya baxmayaraq hemodinamikanın düzəlməməsi septik şok adlandırılır. Hazırda septik şok ümumi iltihab sindromunun ağır formalarındın biri kimi qəbul edilir və mahiyyətcə hipovolemik və vazodilatator şok hesab edilir. Orqanizmin bütün orqanlarında baş verən iltihab (ÜİS) kapilyar keçiriliyicini artıraraq plazma itirilməsinə – hipovolemiyaya səbəb olur (sekvestrasiya, ödem, üçüncü sahə). Eyni zamanda iltihab mediatorları diffuz vazodilatasiya törədərək perferik müqaviməti azaldırlar. Septik şok ən çox travmalarda və iltihabi-destruktiv xəstələrdə rast gəlir. Erkən septik şo...
Ətraflı oxu →Şəbəkəli livedo
Şəbəkəli livedo (ing. Livedo reticularis) – dərinin bənövşəyi rəngli, şəbəkəli eritematozudur. Solğun həlqələr qan cərəyanının azalması və periferiyada oksigenin aşağı gərginliyi ilə bağlıdır. Dəri biopsiyası dəyişikliksizdır. Tipləri: fizioloji ("mərmər" dəri, cavan qadınlarda aşağı ətraflarda, soyuqda güclənir, istidə itir), adəti (istidə itmir), idiopatik (daimi, "ağacşəkilll" livedonun erkən mərhələsi ola bilər), amantadin qəbulu ilə bağlı.
Ətraflı oxu →Sifilis
Sifilis — xroniki yoluxucu dəri zöhrəvi xəstəlik olub, gedişatında dərinin, selikli qişaların, daxili orqanların, sümük və sinir sisteminin zədələnməsi müşahidə olunur. Xəstəliyin törədicisi solğun treponema (treponema pallidum) yarımnövündən olan spiraxetalardır (lat. spirochaetales).
Ətraflı oxu →Sinqa
Sinqa - Qidada vitaminlərin, xüsusilə də C vitamini (abskorbik turşusu), çatışmaması nəticəsində meydana gələn və diş ətinin boşalması, yumşalması və ondan qan axması şəklində təzahür edən xəstəlik. Xəstəliyin erkən əlamətlərinə zəiflik, yorğunluq hissi və qol və ayaq ağrısı göstərilə bilər. Müalicə edilmədən qırmızı qan hüceyrələrinin azalması, diş əti xəstəliyi, saçlarda dəyişiklik və dəridən qanaxma baş verə bilər. Xəstəlik irəlilədikcə yaraların sağalmasında zəiflik, şəxsiyyət dəyişikliyi və nəhayət infeksiya və ya qanaxma nəticəsində ölüm baş verməsi mümkündür. Simptomlar ortaya çıxmas...
Ətraflı oxu →Sippl sindromu
Sippl sindromuna (MEN II, MEN IIa) — qalxanabənzər vəzin xərçəngi (tirokalsitonin istehsal edən C-hüceyrəli karsinoma), ikitərəfli feokromositoma və hiperparatireoz (paratiroid bezlərinin hiperplaziyası və ya adenomatozu) daxildir. Dərinin amiloidozu və Hirşprung xəstəliyi ilə kombinasiyaları da mövcuddur.
Ətraflı oxu →Sistit
Sistit — sidik kisəsinin selikli qişasının iltihabıdır. Bu sidik-cinsiyyət üzvlərin iltihabı xəstəliklərinin ən çox yayılmış formasıdır. Qadınların 20–25%-i müxtəlif formada sistit keçirirlər, 10%-i isə xroniki sistit xəstəsidirlər və bu rəqəmlər ildən-ilə artır. Kişilər bu xəstəlikdən nisbətən az əziyyət çəkirlər – sistit kişilərin 0,5%-ində olur. Çox vaxt sistitlə qadınlar xəstələnirlər və bu onların orqanizmlərinin anatomik quruluşu ilə bağlıdır: qadınlarda sidik kanalı geniş və qısadır, ona görə də kişilərə nisbətən qadınlarda sidik kisəsinə infeksiya düşməsi daha asandır. İnfeksion sis...
Ətraflı oxu →