Təcili tibbi yardım: 103
Hekiminiz

Tibbi ensiklopediya

Xəstəliklər Ensiklopediyası

Simptomlar, diaqnostika və müalicə haqqında yoxlanılmış məlumat. Hazırda 165 material.

Ürək-damar xəstəlikləri

Sızanaq xəstəliyi

Sızanaq və ya çivzə xəstəliyi — dərinin iltihabi xroniki xəstəliyidir. Elmi adı acne vulgaris olan bu xəstəlik əsasən yeniyetməlik dövründə meydana çıxır. Lakin istənilən yaşda yarana bilər. Kürəkdə, üzdə, saçlı dəridə əsasən irinli qabarcıqlar şəklində özünü göstərir.

Ətraflı oxu →
Ürək-damar xəstəlikləri

Sklerodermiya

Sklerodermiya — dəri, qan damarları, əzələlər və daxili orqanlarda dəyişikliklərə səbəb ola bilən bir qrup autoimmun xəstəlik. Xəstəlik sadəcə dəri ilə də lokalizasiya ola və ya digər oqranlara da yayıla bilər. Sklerodermanın simptomları vəziyyətin növündən və şiddətindən asılı olaraq dəyişə bilər. Sklerodermanın ən çox görülən simptomlarından biri dərinin, xüsusən də barmaqlarda, əllərdə, üzdə və ayaqlarda qalınlaşması və sərtləşməsidir. Dəri daha parlaq və sıx görünə bilər. Həmçinin soyuq temperatur və ya stresə cavab olaraq əl və ayaq barmaqlarında olan qan damarlarının daralması halı, ə...

Ətraflı oxu →
Qadın xəstəlikləri və ginekologiya

Skrofula

Skrofula və ya skrofuloz — bu xəstəliyin köhnəlmiş adıdır. Müasir dövrdə isə eksudativ diatez və ya xarici vərəm (dərinin, selikli qişaların və limfa düyünlərinin) kimi tanınır. Tibbi diaqnostika üsullarının inkişaf etməməsi səbəbindən dəri, üz, boyun və hətta gözlərin zədələnməsi ilə əlaqəli müxtəlif xəstəliklər əvvəllər skrofula ilə səhv salınırdı. Hal-hazırda, tibbi, sanitar və gigiyenik tədbirlərin daha da yaxşılaşdırılması ilə əlaqədar olaraq skrofuloz xəstəliyinə olduqca nadir (ən çox uşaqlıq və yeniyetməlik dövründə) rast gəlinir. Xəstəliyin tarixi çox qədim dövrlərə təsadüf edir. Or...

Ətraflı oxu →
Tənəffüs sistemi xəstəlikləri

Sporotrikoz

Sporotrikoz — "qızılgül xəstəliyi" kimi da tanınan dəri, ağciyər, sümük və oynaqlara təsir edən və geniş yayıla bilən göbələk infeksiyası. Xəstəliyin törədicisi bütün dünyada rast gəlinir. Növ 1896-cı ildə onu insan nümunəsindən təcrid edən Benjamin Şenkin şərəfinə adlandırılmışdır.

Ətraflı oxu →
Ürək-damar xəstəlikləri

Streptokokk faringit

Streptokokk faringit və ya streptokokk anginası, A qrupu streptokokkların səbəb olduğu badamcıqlar da daxil olmaqla boğazın arxa hissəsinin infeksiyası. Ümumi simptomlara qızdırma, boğaz ağrısı, badamcıqların qızarması və boynun ön hissəsində genişlənmiş limfa düyünləri daxildir. Baş ağrısı və ürəkbulanma və ya qusma da baş verə bilər. Bəzi insanlarda skarlatinda olduğu kimi səpgilər əmələ gəlir. Simptomlar adətən infeksiyaya məruz qaldıqdan 1-3 gün sonra başlayır və 7-10 gün davam edir. Streptokokk anginası hava damcı yolu ilə — danışarkən, öskürərkən və ya asqırdıqda, üzərində damcı olan...

Ətraflı oxu →
Onkoloji xəstəliklər

Svit sindromu

Svit (Sweet) sindromu — Nadir bir dəri xəstəliyi. Yüksək hərarət, yüksəlmiş ağ qan hüceyrə sayı və dəridə şişkin, qırmızı, papul və plakatlarla xarakterizə olunur. Histoloji müayinədə, "neytrofil qranulosit"lərinin sıx infiltratları görünür.

Ətraflı oxu →
Mədə-bağırsaq xəstəlikləri

Tetanus

Tetanus — ağır, kəskin, təhlükəli yoluxucu xəstəlikdir. Yunan dilində "tetanos" qıcolma, donma mənasını ifadə edir. Eritrositlərin parçalanması (hemolizi) və skelet əzələlərinin qıcolması ilə müşahidə olunan, asfiksiya (boğulma) və ölümlə nəticələnə bilən mərkəzi sinir sisteminin zədələnməsi ilə səciyyələnir. Tetanus toksini botulizm toksini kimi dünyada ən güclü bioloji pis xəstəlik hesab olunur. Tetanus mikrobu təbiətdə geniş yayılmışdır. Gövşəyən heyvanların (40%) bağırsaqlarında daim yaşayır, torpağa düşür, spor əmələ gətirərək hər yerdə havada və torpaqda uzun müddət (illərlə) qalır. İ...

Ətraflı oxu →
Ürək-damar xəstəlikləri

Toksikodermiya

Toksikodermiya tibbdə dərinin mənfi dərman reaksiyasına deyilir. Dərmanların yaratdığı dəri reaksiyalarının əksəriyyəti yüngül olur və dərman dayandırıldıqda yox olur. Sintetik dərman və bioloji preparatların tibbdə istifadəsi insan sağlamlığında inqilab yaratmış və daha uzun ömür sürməyimizə imkan vermişdir. Nəticə etibarilə, orta yaşlı insan ömrü boyu daha uzun müalicə müddətləri ərzində bir çox dərman qəbuluna məruz qalır. Əczaçılıq istifadəsində bu görünməmiş artım müşahidə olunan bir çox toksidermik reaksiyalarının sayının artmasına səbəb olmuşdur. Toksikodermiyanın iki geniş kateqoriy...

Ətraflı oxu →
Dəri xəstəlikləri

Tomofobiya

Tomofobiya — Tibbi müdaxilələrə qarşı dərin bir qorxu və narahatlıq.

Ətraflı oxu →
Dayaq-hərəkət sistemi xəstəlikləri

Uippl xəstəliyi

Uippl xəstəliyi (ing. Whipple´ s dis.), interstisial lipodistrofiya – ancaq kişilərdə təsadüf edən neytral yağların sorulma və sintezinin pozulması, ishal, qarında ağrı, limfadenopatiya, qızdırma, poliserozit, dərinin piqmentasiyası, revmatoloji simptomlarla gedir. Törədici tropheryma Whipplii hesab edilir. İlk dəfə 1907-ci ildə amerikan patoloqu George Hoit Whipple tərəfindən təsvir edilmişdir. Diareya, stetoreya, kəskin arıqlama və anemiya ilə təzahür edən naməlum xəstəlik hadisəsinin Wipple tərəfindən seksion təhlili zamanı mezenterial limfa düyünlərinin qabarıq böyüməsi və poliserozit a...

Ətraflı oxu →
Ürək-damar xəstəlikləri

Veber-Krisçen xəstəliyi

Veber-Krisçen xəstəliyi, febril residivləşən qeyri-irinli pannikulit – 30–50 yaşda qadınlarda daha çox rast gəlir. Klinika: qızdırma, dərialtı qırmızı rəngli, bərk, ağrılı düyünlər bəzən isə infiltrat formasında olur. Dəri infiltrat üzərində parıldayır. Sağaldıqda çapıqlar, piqmentasiya qalır. Bəzən daxili üzvlər zədələnir (ürək, ağciyərlər, qaraciyər, böyrəklər)

Ətraflı oxu →
Ürək-damar xəstəlikləri

Vena kava kompression sindrom

Vena kava kompression sindrom və ya Hamiləlikdə hipotoniya sindromu hamiləlik zamanı dölün eyni zamanda uşaqlığın böyüyərək aşağı boş venanı sıxaraq, qanın ürəyə axınına maneə törətməsindən meydana çıxan hamiləlik fəsadı olan şok vəziyyəti. Bu halı qarın boşluğunda sürətlə inkişaf edən irihəcmli şiş toxuması da yarada bilər. Bu hal əsasən hamiləliyin sonuna yaxın özünü büruzə verir. Bu zaman hamilə qadınlar arxası ustə uzana bilmirlər. Ürəkdöyünmə, tənginəfəslik, ürəkbulanma, qan təzyiqinin kəskin düşməsi, dəri və selikli qişaların avazıması və göyərməsi, soyuq tərbasma, huşun qaralması bu...

Ətraflı oxu →
Dəri xəstəlikləri

Videmana–Rautenştrauha sindromu

Videmana–Rautenştrauha sindromu (neonatal proqeroid sindromu kimi də tanınır) insanın vaxtından əvvəl qocaldığı anadangəlmə xəstəlikdir. Bu sindromlu xəstələr çox çətin çəki alırlar, dəriləri sallanır və tez qocalırlar.

Ətraflı oxu →
Dəri xəstəlikləri

Viskott–Oldriç sindromu

Viskott–Oldriç sindromu (WAS) — X xromosumu ilə bağlı resessiv xəstəlikdir və əsasən ekzema, trombositopeniya (aşağı trombosit sayı), immun çatışmazlığı və qanlı ishal (trombositopeniyaya bağlı olaraq) ilə xarakterizə olunur. Viskott–Oldriç sindromu, ilk dəfə 1937-ci ildə alman pediatrı doktor Alfred Viskott tərəfindən təsvir edilmişdir və həmçinin adını 1954-cü ildə bu sindromu təsvir edən amerikalı pediatr doktor Robert Anderson Oldriçdən alır.

Ətraflı oxu →
Dəri xəstəlikləri

Vitiliqo xəstəliyi

Vitiliqo xəstəliyi — elmi adı vitiliqo, xalq dilində ala xəstəliyi adlandırılan bu xəstəlik autoimmun dəri patologiyasıdır. Yəni immun sistem hüceyrələrinin dəriyə rəng verən melanosit hüceyrələrinə hücumu və zədələməsi nəticəsində dəridə ağ ləkələr yaranır. Ağ ləkələr melanosit hüceyrələrindən binəsib qalan depiqmentasiya sahələridir. Xəstəlik hər yaşda görülə bilər. Pediatrik qrupda görülən ağ ləkələrin bir qisminin əsas səbəbi vitiliqo xəstəliyidir. Treatment options include topical medications, light therapy, surgery and cosmetics.

Ətraflı oxu →
Dayaq-hərəkət sistemi xəstəlikləri

Xrizaz

Xrizaz — parenteral yolla qızıl duzlarının yeridilməsi nəticəsində yaranan dərmatologiya xəstəliyidir, adətən revmatoid artritin müalicəsində istifadə edilir. Bu müalicə metodu "çoxsaylı yan təsirlər və monitorinq tələbləri, məhdud effektivlik və çox yavaş təsir başlanğıcı" səbəbindən ən yaxşı praktika kimi öz əhəmiyyətini itirdi. Gümüşə bənzər olaraq, uzun müddət parenteral yolla istifadə edilən qızıl preparatı nadir hallarda dərinin daimi piqmentasiyasına səbəb ola bilər — xüsusilə dəri günəş işığına və ya süni ultrabənövşəyi şüalanmaya məruz qalırsa. Dərinin piqmentasiyası bu vəziyyətdə...

Ətraflı oxu →
Ürək-damar xəstəlikləri

Xroniki vəziyyət

Xroniki vəziyyət — Xroniki vəziyyət (həmçinin xroniki xəstəlik və ya uzunmüddətli xəstəlik kimi tanınır) uzun müddət davam edən və ya təsirləri davamlı olan sağlamlıq vəziyyəti və ya xəstəlikdir. "Xroniki" termini adətən xəstəliyin gedişi üç aydan artıq davam etdikdə istifadə olunur. Bu cür xəstəliklər çox vaxt ömürboyu davam edir və tam sağalma əvəzinə idarə olunması tələb olunur. Geniş yayılmış xroniki xəstəliklərə şəkərli diabet, funksional mədə-bağırsaq pozuntuları, ekzema, artrit, astma, xroniki obstruktiv ağciyər xəstəliyi, autoimmun xəstəliklər, genetik pozuntular və qazanılmış immun...

Ətraflı oxu →
Dayaq-hərəkət sistemi xəstəlikləri

Yanıq

Yanıq — termiki, kimyəvi, elektrik, günəş, şüa agentlərinin təsirindən orqanizmin dəri və toxumaların zədələnməsi. Zədələnmənin kütləvi xarakter aldığı fövqəladə vəziyyətlərdə (təbii fəlakətlər zamanı, istehsalat qəzalarında, hərbi münaqişələr zamanı və s.) yanıqlar xüsusi diqqət tələb edir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə yanıqlar bütün travmatik zədələnmələr arasında 3-cü yeri tutur. Hər il min nəfərdən biri yanıq zədəsinə məruz qalır. Son illərdə lokal müharibələrdə zədələnmələrin 10%-ini yanıqlar təşkil edir.

Ətraflı oxu →