Təcili tibbi yardım: 103
Hekiminiz

Tibbi ensiklopediya

Xəstəliklər Ensiklopediyası

Simptomlar, diaqnostika və müalicə haqqında yoxlanılmış məlumat. Hazırda 62 xəstəlik.

XBT-10: E11Endokrin xəstəliklər

2-ci tip şəkərli diabet

2-ci tip şəkərli diabet insulinə qarşı rezistentlik və nisbi insulin çatışmazlığı ilə xarakterizə olunur. Erkən aşkarlama və həyat tərzi dəyişiklikləri ağırlaşmaların qarşısını alır.

Ətraflı oxu →
Ümumi tibbi vəziyyətlər

Allergiya

Allergiya – ətraf mühitin allergen adlandırılan bəzi faktorlarının (kimyəvi maddələrin, mikroorqanizmlərin və onların həyat fəaliyyəti məhsullarının, qida maddələrinin və s.) təsiri ilə əlaqədar orqanizmin qeyri-adi (qabarıq) cavab reaksiyasıdır. Alimlərin tədqiqatlarına əsasən planetimizin hər yeddi adamından biri allergiyaya düçardır, başqa sözlə, gündəlik həyatda rast gəlinən hər hansı bir təsirə qarşı yüksək hissiyata malikdir. Ən çox yayılmış təsiredici amillər – qida məhsulları, bitki mənşəli tozcuqlar və ev tozudur. Bununla yanaşı yüzlərcə digər allergen adlandırılan amillər mövcuddu...

Ətraflı oxu →
Ümumi tibbi vəziyyətlər

Ampeloterapiya

Ampeloterapiya (ing. Grape therapy) — Xroniki xəstəliklərin müalicəsində üzüm və onun təzə sıxılmış şirəsindən istifadə ampelotepiya adlanır. Ampeloterapiya dietoterapiyanın bir hissəsi olub, həkimin təyinatı əsasında medikamentoz müalicə, dietoterapiya və ya klimatoterapiya ilə birgə tətbiq edilir. Ampeloterapiya zamanı qidada müəyyən məhdudiyyətlərə yol vermək lazımdır. Daha yaxşı olar ki, müalicə müddətində kvas, şirin qazlı içkilər, hisə verilmiş, turşuya, duza qoyulmuş, çox yağlı məhsullar, çiy kələm, çuğundur və turp yeyilməsin. Həmçinin digər giləmeyvə, meyvə və göyərtilərin qəbulu d...

Ətraflı oxu →
Mədə-bağırsaq xəstəlikləri

Anadangəlmə yod çatışmazlığı sindromu

Anadangəlmə yod çatışmazlığı sindromu — hamiləlik zamanı tez-tez qida ilə kifayət qədər yod qəbul edilməməsi nəticəsində yaranan, tiroid hormonunun çatışmazlığı (hipotireoz) nəticəsində doğuş zamanı yaranan fiziki və əqli inkişafın pozulması ilə müşahidə olunan xəstəlikdir. Bu, anadangəlmə hipotiroidizm adlanan və tarixən kretinizm (köhnəlmiş) olaraq adlandırılan, doğuş zamanı qeyri-aktiv tiroid funksiyasının səbəblərindən biridir. Müalicə edilməzsə, həm fiziki, həm də zehni inkişafın pozulması ilə nəticələnir. Simptomlara guatr, körpələrdə zəif boy artımı, böyüklərin boyunun azalması, dəri...

Ətraflı oxu →
Ürək-damar xəstəlikləri

Anoreksiya

Anoreksiya və ya nevrotik anoreksiya (lat. anorexia neurosa, an – inkar şəkilçisi + yun. όρυός – iştaha ) – qidalanmaya olan fizioloji tələbatın saxlanması ilə iştahanın olmaması, kökəlmədən əsassız qorxu hissi, eyni zamanda arıqlamağa güclü və dayanıqlı meyllə səciyyələnən qida qəbulu pozuntusudur. Qida mərkəzinin üzvi zədələnmələri (məs., şişlər, travma, insult, zəhərlənmələr və s.), sinir sisteminin funksional pozğunluqları (məs., nevrozlar, stress vəziyyətləri və s.), endokrin xəstəlikləri (hipofiz kaxeksiyası, addison xəstəliyi və s.), xroniki üzücü xəstəliklər (vərəm, yaman şişlər və...

Ətraflı oxu →
Endokrin xəstəliklər

Bell iflici

Bell iflici (nervus facialis) — periferik iflic. Üz sinirinin periferik iflici olan xəstələrdə bir neçə gün ərzində alın da daxil olmaqla üzün bir hissəinin — unilateral — iflici inkişaf edir. Həmin xəstələrdə digər nevroloji pozuntular adətən müşahidə edilmir. Simptomar adətən ilk həftə ərzində zirvəyə çatır və növbəti həftələr və bir neçə ay ərzində tədricən aradan qalxır. Bell iflic diabeti olan xəstələr arasında daha çox yayılmışdır. Üz sinirinin periferik iflicinə istənilən yaşda olan xəstələr məruz qalmasına baxmayaraq, Bell iflici 35–45 yaşında olan xəstələrdə daha çox yayılmışdır. Ü...

Ətraflı oxu →
Mədə-bağırsaq xəstəlikləri

Diabetik koma

Diabetik koma — qanda tam və nisbi insulin çatışmazlığı nəticəsində şəkərin miqdarının normadan qat-qat artıq olması fonunda meydana çıxan huşsuzluq halı. Bu hal həyat üçün təhlükəli hal olub təcili stasionar müalicə tələb edir. 25% dabetik koma halı gizli sürən və ya şəkərli diabet aşkarlanmamış şəxslərdə rast gəlinir. İnsulin azlığı və ya onun mədəaltı vəzin quyruq payında yerləşən Langerhans adacıqlarında sintezinin pozulması qanda şəkərin miqdarının normadan qat-qat artıq olmasına səbəb olur. Orqanizmin toxuma və hüceyrələri enerji mənbəyi olan şəkəri (qlükozanı) məhz insulin hormonunun...

Ətraflı oxu →
Ürək-damar xəstəlikləri

Diabetik neyropatiya

Diabetik neyropatiya (q.yun. νεϋρον — "sinir" + q.yun. πάθος — "əzab, xəstəlik") — şəkərli diabetdə kiçik qan damarlarının zədələnməsi ilə əlaqəli sinir sisteminin pozğunluqları — yalnız iş qabiliyyətinin azalmasına deyil, həm də tez-tez baş verən ağırlaşmalardan biridir. Ağır əlillik hallarının yaranmasına və xəstələrin ölümünə səbəb olur. Patoloji proses bütün sinir liflərinə təsir göstərir. Müəyyən liflərin zədələnmə dərəcəsindən asılı olaraq müxtəlif növ diabetik neyropatiya müşahidə olunur: sensor (həssas), sensor-motor, avtonom. Eləcə də neyropatiyalar mərkəzi və periferik olaraq ayır...

Ətraflı oxu →
XBT-10: E05Endokrin xəstəliklər

Diffuz toksiki zob

Diffuz toksiki zob (Qreyvs xəstəliyi) qalxanabənzər vəzin artıq hormon istehsalı ilə gedən autoimmun xəstəlikdir. Taxikardiya, arıqlama və göz dəyişiklikləri tipikdir.

Ətraflı oxu →
Endokrin xəstəliklər

Düyünlü zob

Düyünlü zob və ya qalxanabənzər vəzin düyünləri — adətən normal qalxanabənzər vəz daxilində əmələ gələn düyünlərdir (toxuma və ya mayenin yüksəlmiş sahələri). Onlar hiperplastik və ya şiş ola bilər. Qalxanabənzər vəzin şişlərinin yalnız kiçik bir hissəsi bədxassəli olur. Zobda kiçik, asimptomatik düyünlər tez-tez rast gəlinir və çox vaxt nəzərə çarpmır. Böyüyən və ya simptomlar yaradan düyünlər tibbi yardıma ehtiyac duya bilər. Zob uninodulyar — bir düyünlü, multinodulyar — çox düyünlü - və diffuz ola bilər.

Ətraflı oxu →
Mədə-bağırsaq xəstəlikləri

Ekzema

Ekzema (q.yun. ἔκζεμα) — "qaynayıram" deməkdir və ən qədim dəri xəstəliklərindən hesab olunur, və adətən "qotur" kimi adlanır. Lakin buna baxmayaraq dəri xəstəliyi kimi ilk dəfə XIX əsrin əvvəllərində ingilis dermotoloqları Uillen, Beytman, Biyett tərəfindən qeydə alınmışdır. Ekzema – xroniki, residivlərlə müşayiət olunan, dünyanın bütün ölkələrində təsadüf olunan polietioloji allergik dəri xəstəliyidir. Ekzemanın etiologiyası və patogenezi haqqında indiyədək dəqiq bir fikir yoxdur, ancaq bu barədə bir neçə nəzəriyyə mövcuddur. Belə ki, ekzema xəstəliyinin sinir sistemi ilə əlaqədar olmasın...

Ətraflı oxu →
Endokrin xəstəliklər

Endemik zob

Endemik zob — müəyyən ərazidə yaşayan əhali arasında yayılmış xəstəlikdir. Qalxanabənzər vəzin proqressiv böyüməsi və onun funksional aktivliyinin dəyişməsi ilə xarakterizə olunur. Bu xəstəlik torpaq, su və qida məhsullarında yodun az olduğu ərazilərdə ən çox müşahidə edilir. Daha ağır endemiyalar dağlıq və dağətəyi ərazilərdə rast gəlir.

Ətraflı oxu →
Mədə-bağırsaq xəstəlikləri

Endokrinologiya

Endokrinologiya (endokrin + ologiya) — endokrin sistemi, onun xəstəlikləri və hormonlar kimi tanınan spesifik ifrazatları ilə məşğul olan biologiya və tibb sahəsi. Endokrinologiya tibbin ən gənc və sürətlə inkişaf edən sahələrindən biridir və endokrin sistemdəki pozuntularla əlaqəli xəstəliklərin müalicəsi ilə məşğul olur. O, həmçinin inkişaf hadisələrinin inteqrasiyası ilə əlaqələndirilir: yayılma, böyümə və differensiasiya, həmçinin maddələr mübadiləsinin psixoloji və ya davranış fəaliyyəti, böyümə və inkişaf, toxuma funksiyası, yuxu, həzm, tənəffüs, ifrazat, əhvali-ruhiyyə, stress, lakta...

Ətraflı oxu →
Endokrin xəstəliklər

Endokrin xəstəliklər

Endokrin xəstəliklər — endokrin sistemin pozulması nəticəsində baş verir. Endokrinoloji xəstəliklərlə məşğul olan tibb sahəsi endokrinologiya kimi tanınır.

Ətraflı oxu →
Endokrin xəstəliklər

Forestye xəstəliyi

Skeletin diffuz idiopatik hiperostozu, Forestye xəstəliyi – qeyri-iltihabi xəstəlikdir, 50 yaşdan yuxarı, artıq çəkili və diabetli xəstələrdə olur, ən azı 4 ardıcıl fəqərənin ön boylama bağının kalsifikasiyası, qeyri-eroziv entezopatiyalarla gedir, AS fərqli olaraq sakroiliit, ankiloz və HLA-B27 pozitivliyi olmur

Ətraflı oxu →
Endokrin xəstəliklər

Haşimoto uru

Haşimoto tiroiditi və ya autoimmun tiroidit – qalxanabənzər vəzə orqanizmin daxili qoruma sistemi tərəfindən "hücum" nəticəsində yaranan xəstəlikdir. Qandakı anti-TSH reseptor antitellərinin səbəb olduğu autoimmun bir xəstəlikdir. Qadınlarda görülmə tezliyi kişilərdən dəfələrlə çoxdur (~20:1) və adətən 45-65 yaş arasında daha çox rast gəlinir. Endemik zonalardan kənar ərazilərdə xroniki hipotireozun ilk səbəbidir.

Ətraflı oxu →
Ürək-damar xəstəlikləri

Hemoxromotoz

Hemoxromotoz (ing. haemochromatosis), bürünc diabet (ing. bronze diabetes), siderofiliya (ing. iron-storage disease) – Anadangəlmə olub, dəmirin toxumalara artıq toplanması, hepatomeqaliya, artropatiya (II və III əl darağı falanqa oynaqlarının zədələnməsi), qəhvəyi rəngli dəri, hipoqonodizm, şəkərli diabet, durğunluq ürək çatışmazlığı ilə xarakterizə olunur. Yatrogen səbəbdən 2-cili hemoxromatoz yarana bilər.

Ətraflı oxu →
Mədə-bağırsaq xəstəlikləri

Hiperlipidemiya

Hiperlipidemiya- - qanda triqliseridlərin və xolesterinin həddindən artıq yüksək cəmləşməsidir. Lipid piyin digər adıdır. Lipidlər bədəndə asanlıqla yığılır və enerji mənbəyi kimi istifadə olunur. Xolesterin qaraciyərimizdə yediyimiz yağlı yeməklərdən əmələ gələn yağlı kimyəvi maddədir (lipid). Xolesterin qanda müəyyən miqdarda olur. Sağlam qalmağınız üçün insana bir qədər xolesterin lazımdır. Xolesterin qanda lipoproteinlər adlanan hissəciklərin bir hissəsi kimi daşınır. Triqliseridlər bədəndə olan əsas piy formasıdır. Omba, bud və ya mədə nahiyyəsində piy toplanması haqqında fikirləşdikdə...

Ətraflı oxu →