Tibbi ensiklopediya
Xəstəliklər Ensiklopediyası
Simptomlar, diaqnostika və müalicə haqqında yoxlanılmış məlumat. Hazırda 62 material.
Uolkott–Rallison sindromu
Uolkott–Rallison sindromu (WRS) — Nadir, avtosomal resessiv xəstəlik olub, əsas klinik əlamətləri arasında uşaqlıq yaşlarında şəkərli diabet, çoxsaylı epifizal displaziya, osteopeniya, zehni gerilik və ya inkişaf geriliyi, həmçinin qaraciyər və böyrək disfunksiyası yer alır.
Ətraflı oxu →Vudhauz–Sakati sindromu
Vudhauz–Sakati sindromu və ya diabet-hipoqonadizm-karlıq-əqli qüsur sindromu — başlıca olaraq endokrin və sinir sisteminə təsir edən autosom-resessiv formada ötürülən nadir irsi pozuntu.
Ətraflı oxu →Xalyazion
Xalyazion(qəd. yun. χαλάζιον (tələffüzü - xalazion) — düyün) — göz qapağındakı kirpik kisəsinin və ya piy vəzisinin kəskin irinli iltihabıdır. Xəstəlik əksər hallarda immuniteti zəifləmiş olan insanlarda (adətən uşaqlarda) və ya badamcıqlarının, burunun əlavə boşluqlarının iltihabı, dişlərdə olan xəstəliklər, qurd invaziyaları, şəkərli diabet və s. xəstəliklər fonunda baş verir.
Ətraflı oxu →Xend-Şüller-Krisçen xəstəliyi
Hand–Şüller–Kristian xəstəliyi — Multifokal Langerhans hüceyrələrinin histiositozu ilə əlaqəli xəstəlik. Bu xəstəlik zamanı ekzoftalm, litik sümük lezyonları (tez-tez kəllədaxili) və şəkərsiz diabet (hipofizin funksiyasının azalması) də müşahidə oluna bilər. Xəstəlik öz adını Amerika pediatrı Alfred Hand Jr, Avstriya nevroluqu və radioloqu Artur Şüller və Amerika cərrahı Henri Eşbari Kristiandan almışdır. Onlar xəstəliyi müvafiq olaraq, 1893, 1915/16 və 1919-cu ildə aşkar etmişdir.
Ətraflı oxu →Xroniki pankreatit
Xroniki pankreatit – Xroniki pankreatit fibrotik toxumanın atrofiyası və/və ya yerdəyişməsi nəticəsində ekzokrin və endokrin pankreas parenximasının geri dönməz məhvinə səbəb olan mütərəqqi iltihablı xəstəlikdir. Funksional nəticələrə şiddətli qarın ağrısı, diabet və malabsorbsiya daxildir. Bu fəaliyyət xroniki pankreatitin etiologiyasını, patofiziologiyasını, qiymətləndirilməsini və müalicəsini izah edir və təsirlənmiş xəstələrə qulluq və reabilitasiyada peşəkarlararası komandanın rolunu vurğulayır.
Ətraflı oxu →Xroniki vəziyyət
Xroniki vəziyyət — Xroniki vəziyyət (həmçinin xroniki xəstəlik və ya uzunmüddətli xəstəlik kimi tanınır) uzun müddət davam edən və ya təsirləri davamlı olan sağlamlıq vəziyyəti və ya xəstəlikdir. "Xroniki" termini adətən xəstəliyin gedişi üç aydan artıq davam etdikdə istifadə olunur. Bu cür xəstəliklər çox vaxt ömürboyu davam edir və tam sağalma əvəzinə idarə olunması tələb olunur. Geniş yayılmış xroniki xəstəliklərə şəkərli diabet, funksional mədə-bağırsaq pozuntuları, ekzema, artrit, astma, xroniki obstruktiv ağciyər xəstəliyi, autoimmun xəstəliklər, genetik pozuntular və qazanılmış immun...
Ətraflı oxu →Yarımkəskin limfositar tireodit
Yarımkəskin limfositar tireodit — bu xəstəlik tireotoksikoz simptomlarının qəflətən meydana çıxması, qanda T3 və T4 hormonlarının səviyyəsinin yüksəlməsi, 131J-un toxuma tərəfindən udulmasının zəifləməsi, ağrısız diffuz zobun inkişafı ilə xarakterizə olunur. Qadınlarda çox vaxt doğuşdan sonra baş verir. Patogenetik cəhətdən xronik limfositar tireoditə oxşardır. Xəstələrin əksəriyyətində antitireoid anticisimlər təyin edilir. Yarımkəskin limfositar tireoditin etiopatogenezində genetik meyilliliklə yanaşı virus etiologiyası ehtimal edilir. Xəstəlik doğuşdan 1,5–3 ay sonra tireotoksikoz əlamət...
Ətraflı oxu →Zollinger-Ellison sindromu
Zollinger-Ellison sindromu — Qastrinoma G hüceyrələrinin şişi olub, aşırı qastrin ifraz edir, mədə turşusu hipersekresiyası, mədə və 12 barmaq bağırsaq xoraları törədir, əksər hallarda bəd xassəlidir. Qastrinoma pankreasın adacıq şişləri arasında insulinomadan sonra ikinci yerdə durur. Adacıqların bədxassəli şişlərindən və I tip MEN-də ən çox rast gələndir.
Ətraflı oxu →