Təcili tibbi yardım: 103
Hekiminiz

Tibbi ensiklopediya

Xəstəliklər Ensiklopediyası

Simptomlar, diaqnostika və müalicə haqqında yoxlanılmış məlumat. Hazırda 63 xəstəlik.

Qadın xəstəlikləri və ginekologiya

Afta

Afta – bozumtul rəngli fibrinoz-ekssudativ ərplə örtülmüş və kənardan qırmızı rəngli haşiyə ilə əhatə olunmuş oval formalı eroziya. Aftanın əmələ gəlməsi ilə müşahidə olunan stomatitlərə aftoz stomatitlər deyilir. Adətən ağrılı xroniki gedişə malik və residivləşməyə meyilli olur. Etiologiyası tam aydın deyil, lakin buna səbəb olaraq stresslərin və psixo-emosional gərginliklərin, autoimmun və yüksək həssaslıq reaksiyalarının, xroniki resdiviləşən septiko-allergik vəziyyətlərin, hamiləliyin, infeksiyaların, xüsusilə də streptokok və stafilakokların böyük rolu göstərilir.

Ətraflı oxu →
Ümumi tibbi vəziyyətlər

Alisa möcüzələr ölkəsində sindromu

Alisa möcüzələr ölkəsində sindromu, Todd Sindromu və ya liliput hallüsinasiyası — insan dərrakəsinə təsir edən nevroloji vəziyyət. Xəstəliyə yoluxanlar mikropsiya, makropsiya və ya digər hissi vəziyyətlərin pozğunluğundan əziyyət çəkirlər. Hazırkı şəraitdə bu sindrom miqren, beyin xərçəngi və psixoaktiv dərmanların istifadəsi nəticəsində yarana bilər. Xəstəliyin simptomları daha çox uşaqlıq dövründə müşahidə olunur. Bu simptomlar yuxu tutmaları zamanı da müşahidə oluna bilər. Xəstəliyə beyin hissələrində anormal qan sızmasına səbəb ola bilən yüksək hərarət də gətirib çıxara bilər.

Ətraflı oxu →
Ümumi tibbi vəziyyətlər

Allergiya

Allergiya – ətraf mühitin allergen adlandırılan bəzi faktorlarının (kimyəvi maddələrin, mikroorqanizmlərin və onların həyat fəaliyyəti məhsullarının, qida maddələrinin və s.) təsiri ilə əlaqədar orqanizmin qeyri-adi (qabarıq) cavab reaksiyasıdır. Alimlərin tədqiqatlarına əsasən planetimizin hər yeddi adamından biri allergiyaya düçardır, başqa sözlə, gündəlik həyatda rast gəlinən hər hansı bir təsirə qarşı yüksək hissiyata malikdir. Ən çox yayılmış təsiredici amillər – qida məhsulları, bitki mənşəli tozcuqlar və ev tozudur. Bununla yanaşı yüzlərcə digər allergen adlandırılan amillər mövcuddu...

Ətraflı oxu →
Ümumi tibbi vəziyyətlər

Amniotik maye

Amniotik maye — Amniotik maye hamilə amniotların amniotik kisəsində olan qoruyucu bir mayedir. Bu maye böyüməkdə olan döl üçün yastıq rolunu oynayır, eyni zamanda ana ilə döl arasında qida, su və biokimyəvi maddələr mübadiləsini təşviq edir. İnsanlarda amniotik maye ümumiyyətlə su və ya maye (Latin Liquor amni) adlanır.[mənbə göstərilməlidir]

Ətraflı oxu →
Mədə-bağırsaq xəstəlikləri

Anadangəlmə yod çatışmazlığı sindromu

Anadangəlmə yod çatışmazlığı sindromu — hamiləlik zamanı tez-tez qida ilə kifayət qədər yod qəbul edilməməsi nəticəsində yaranan, tiroid hormonunun çatışmazlığı (hipotireoz) nəticəsində doğuş zamanı yaranan fiziki və əqli inkişafın pozulması ilə müşahidə olunan xəstəlikdir. Bu, anadangəlmə hipotiroidizm adlanan və tarixən kretinizm (köhnəlmiş) olaraq adlandırılan, doğuş zamanı qeyri-aktiv tiroid funksiyasının səbəblərindən biridir. Müalicə edilməzsə, həm fiziki, həm də zehni inkişafın pozulması ilə nəticələnir. Simptomlara guatr, körpələrdə zəif boy artımı, böyüklərin boyunun azalması, dəri...

Ətraflı oxu →
Ürək-damar xəstəlikləri

Ankilostomoz

Ankilostomoz (lat. Ancylostoma duedenale; Onikibarmaq bağırsağın əyribaş qurdu) — yumru qurdların parazitlik edən mühüm nümayəndəsi. Erkək fərdi 8–11 mm, dişi fərd 10–14 mm. olur. Baş hissə bel tərəfə əyildiyindən əyribaş qurd adlanır. Diri parazitin rəngi qırmızımtıl, ölüsü isə bozumtul-sarı olur. Bədənin ön ucunda nisbətən iri kapsul vardır. Bu kapsulda bir neçə kutikula mənşəli dişciklər yerləşir. Ağız kapsuluna, başın alt hissəsində yerləşmiş dişciklərin əsasına 2 birhüceyrəli qida borusu vəzisi açılır. Məhz bu dişciklərin köməyi ilə əyribaş qurd insan bağırsağının selikli qışasına yapı...

Ətraflı oxu →
Ürək-damar xəstəlikləri

Antifosfolipid sindromu

Antifosfolipid sindromu (AFS) və ya fosfolipid sindromu antifosfolipid anticisimlərinin yaratdığı otoimmün hiperkoaqulyasiya halıdır. AFS arteriyalarda və venalarda qan laxtalanmasına (tromboz) səbəb olur. Hamiləlik dövründə isə bu sindrom erkən doğuşa, ölü dölün doğulmasına və ya ağır dərəcəli preeklampsiyə səbəb ola bilir. Antifosfolipid sindromunun (AFS) diaqnozunun qoyulması üçün diaqnostik meyarlar, tromb və ya hamiləliklə bağlı ağırlaşma kimi bir klinik halın olmasından və qanda antifosfolipid antikorlarının aşkarlanması üçün iki qan analizinin aparılmasından ibarətdir. Bu analizlər a...

Ətraflı oxu →
Ürək-damar xəstəlikləri

Antisosial şəxsiyyət pozuntusu

Antisosial şəxsiyyət pozuntusu (ing. Antisocial personality disorder; ASDP) — digər insanların hüquq və rifahına etinasızlıqla xarakterizə olunan xroniki davranış nümunəsi ilə müəyyən edilən şəxsiyyət pozuntusu. ASDP olan şəxslər çox vaxt sosial normalara zidd davranış nümayiş etdirirlər ki, bu da şəxslərarası münasibətlərdə, əmək fəaliyyətində və hüquqi məsələlərdə problemlərə səbəb olur. Bu vəziyyət, ümumiyyətlə, uşaqlıq və ya erkən yeniyetməlik dövründə özünü göstərir; bununla yanaşı, davranış problemlərinin müşayiət olunma tezliyi yüksək olur və simptomlar gec yeniyetməlik və erkən yetk...

Ətraflı oxu →
Ürək-damar xəstəlikləri

Appendisit

Appendisit (lat. appendicitis) — kor bağırsağın soxulcanabənzər çıxıntısının iltihabı. Qarın boşluğunun ən geniş yayılmış kəskin xəstəliyi hesab olunur. Appendisit çox vaxt daima bağırsaqlarda qalan və normal həzm prosesi üçün lazım olan qarışıq qeyri-spesfik bakteriyaların fəaliyyəti ilə əlaqədar baş verir. Qeyri-spesfik bakteriyalardan bağırsaq çöpləri üstünlük təşkil edir. Soxulcanabənzər çıxıntının spesifik flora ilə (vərəm, sifilis və s.) zədələnməsinə çox nadir hallarda təsadüf edilir. Morfoloji olaraq kataral (ancaq selikli qişanın iltihabı), fleqmonoz (çıxıntının bütün qişalarının i...

Ətraflı oxu →
Qadın xəstəlikləri və ginekologiya

Atopik ekzema

Atopik ekzema və ya atopik dermatit xəstəliyi — dərinin qaşıntılı qızartılı xroniki allergik mənşəli patologiyasıdır. Qaşıntılı qızartılar bədənin istənilən yerində yarana bilər. Lakin, əsasən yanaqlarda, bükənəklərdə, əl və ayaqda yaranır. Gecələr qaşıntı kəskinləşir. Atopik ekzema xəstəliyi erkən uşaqlıq vaxtlarından başlayır.

Ətraflı oxu →
Sinir sistemi xəstəlikləri

Autizm

Autizm — həmçinin autizm spektr pozuntusu (ASP) kimi də tanınır — sosial ünsiyyət və qarşılıqlı əlaqədə fərqlər və ya çətinliklər, proqnozlaşdırıla bilənlik və rutininə güclü ehtiyac və ya üstünlük, hiss orqanlarının məlumatı emal etməsində fərqlilikər, müəyyən mövzulara fokuslanmış maraqlar və təkrarlanan davranışlarla xarakterizə olunan bir hal. Autizmin xüsusiyyətləri erkən uşaqlıqdan etibarən özünü göstərir və adətən insanın bütün həyatı boyunca davam edir. Autizm neyroinkişaf pozuntusu kimi təsnif edilir və rəsmi diaqnozun qoyulması üçün mütəxəssis tərəfindən bu xüsusiyyətlərin insanın...

Ətraflı oxu →
Sinir sistemi xəstəlikləri

Behr sindromu

Behr sindromu — əsasən uşaqlıq dövründə özünü göstərən nadir nevrogenetik pozğunluq. Bu sindrom ilk dəfə 1909-cu ildə Almaniya oftalmoloqu Karl Behr tərəfindən təsvir edilmişdir. Behr sindromu optik atrofiya (görmə sinirlərinin degenerasiyası) və nevroloji simptomlarla (məsələn, ataksiya, spastik parapareziya) xarakterizə olunur.

Ətraflı oxu →
Endokrin xəstəliklər

Bell iflici

Bell iflici (nervus facialis) — periferik iflic. Üz sinirinin periferik iflici olan xəstələrdə bir neçə gün ərzində alın da daxil olmaqla üzün bir hissəinin — unilateral — iflici inkişaf edir. Həmin xəstələrdə digər nevroloji pozuntular adətən müşahidə edilmir. Simptomar adətən ilk həftə ərzində zirvəyə çatır və növbəti həftələr və bir neçə ay ərzində tədricən aradan qalxır. Bell iflic diabeti olan xəstələr arasında daha çox yayılmışdır. Üz sinirinin periferik iflicinə istənilən yaşda olan xəstələr məruz qalmasına baxmayaraq, Bell iflici 35–45 yaşında olan xəstələrdə daha çox yayılmışdır. Ü...

Ətraflı oxu →
Qadın xəstəlikləri və ginekologiya

Bruk sindromu

Bruk sindromu — nadir rastlanan genetik xəstəlik. Əsasən, skelet anomaliyaları və əzələ zəifliyi ilə xarakterizə olunur. Bu sindrom, uşaqlıq dövründə müşahidə edilir və hərəkət qabiliyyətinin məhdudlaşmasına səbəb ola bilər.

Ətraflı oxu →
Ürək-damar xəstəlikləri

Çəkilmə sindromu

Çəkilmə sindromu — dərman maddəsinin qəbulunun dayandırılması və ya dozunun azaldılması zamanı orqanizmdə yaranan bir reaksiyadır. Bu zaman xəstənin vəziyyəti pisləşir, müalicədən əvvəlki simptomlar geri qayıdır. Bəzi hallarda isə yeni simptomlar əmələ gəlir. Çəkilmə sindromu istənilən psixotrop maddənin intensiv istifadəsinin kəsilməsi nəticəsində də yarana bilir. Bu hal abstinensiya kimi də tanınır. Bunlara hipotenziv dərmanların (təzyiq salan dərmanların) dayandırılmasından sonra arterial təzyiqin yüksəlməsini, antianginal preparatların (məsələn, nitroqliserin) dayandırılmasından sonra s...

Ətraflı oxu →
Qadın xəstəlikləri və ginekologiya

De Kervain tenosinoviti

De Kervain tenosinoviti (De Kervain xəstəliyi, stenozlaşdırıcı tendovaginit) — baş barmağın qısa ekstensoru və uzun abduktor (qaçıran) əzələlərinin vətər qılıfının zədələnməsi ilə xarakterizə olunan xroniki tendovaginitin spesifik bir formasıdır. Bu xəstəlik ilk dəfə 1895-ci ildə baş barmağın hərəkəti ilə bağlı ağrı şikayətlərini təsvir edən isveçrəli cərrah Fritz de Kervain (1868–1940) tərəfindən müəyyən edilmiş və onun şərəfinə adlandırılmışdır.

Ətraflı oxu →
Onkoloji xəstəliklər

Diatez

Diatez (yun. diáthesis) — insan orqanizmində, daha çox uşaqlıq vaxtında irsi olaraq əmələ gəlmiş pataloji reaksiya və ya xəstəlik. Azyaşlı uşaqlarda allergiya ilkin olaraq özünü diatez şəklində büruzə verir. İlk öncə uşağın üzünün dərisində qızartı və şişkinlik əmələ gəlir, dəri qabıq verir. Bir çox valideynlər bu əlamətlərin meydana gəlməsinə çox diqqətsiz yanaşır, onların gələcəkdə baş verə biləcək ağır xəstəliklərin əvvəli ola biləcəyindən heç şübhələnmirlər də.

Ətraflı oxu →
Qadın xəstəlikləri və ginekologiya

Disleksiya

Disleksiya — beyin qabığının zədələnməsi nəticəsində oxumaq (qiraət) qabiliyyətinin itməsidir. Disleksiya anadangəlmə, inkişaf və zədəyə bağlı olaraq ikiyə ayrılır. Anadangəlmə disleksiya doğum əvvəli, doğum zamanı və doğum sonrası fəsadlara bağlı olaraq üçə ayrılır. Anadangəlmə disleksiyaya zəif və rejimsiz qidalanma, hamiləlik zamanı keçirilən infeksiyalar və yanlış dərman istifadəsi səbəb ola bilər. Uzun və çətin doğuş zamanı uşağın nəfəs almasındakı gecikmə və sonradan keçirdiyi qızdırmalı xəstəliklər də disleksiyanın səbəblərindəndir. İrsi faktorlara bağlı olaraq da disleksiya ortaya ç...

Ətraflı oxu →