Tibbi ensiklopediya
Xəstəliklər Ensiklopediyası
Simptomlar, diaqnostika və müalicə haqqında yoxlanılmış məlumat. Hazırda 305 material.
Melanoma
Melanoma — Piqment hüceyrələrindən inkişaf edən bədxassəli şiş və xərçəng növüdür. Melanositlər əsasən dəridə yerləşir və dərinin rəngini müəyyən edən melanin piqmentini ifraz edir. Melanoma ən təhlükəli dəri xərçəngi formalarından biri hesab olunur. Onlar adətən dəridə olur, lakin bağırsaqlar və gözlər kimi bədənin digər hissələrində də görülə bilər.
Ətraflı oxu →Meningit
Meningit — baş beyin və onurğa beyni qişalarının iltihabi xəstəliyi. Bütün yaş qruplarında rast gəlinir. Hava-damcı yolu ilə keçir. Bəzi bakteriyalar (meninqokoklar, pnevmokoklar, streptokoklar, haemophilus, vərəm çöpləri, qarın yatalağı çöpləri, listeriyalar), viruslar (enteroviruslar, I və II tip sadə herpes virusu, epidemik parotit virusu, arboviruslar), parazitlər (amöb, malyariya) və göbələklər tərəfindən törədilir. Müxtəlif ağırlıq dərəcələri və təzahürləri (yüngül nazofaringit və meninqokokk gəzdiriciliyindən yayılmış meninqokokkemiya və meninqoensefalitə qədər) olur. Mümkün olan fəs...
Ətraflı oxu →Metastaz
Metastaz patogen agentin ilkin yerdən sahibin bədənindəki fərqli və ya ikincili yerə yayılmasıdır; bu termin adətən xərçəng xəstəliyinin, yəni şişin yayılmasına aid edilir. Yəni ilkin yarandığı yerdən sonra yeni patoloji yerlər metastazlardır. Metastaz xərçəng invaziyasından fərqlənir, çünki invaziya xərçəng hüceyrələrinin yalnız qonşu toxumalara birbaşa yayılması və nüfuz etməsidir.
Ətraflı oxu →Meymunçiçəyi
Mpox (meymunçiçəyi kimi də tanınır) — insanların və digər heyvanların yoluxa biləcəyi infeksion virus xəstəliyi. Simptomlarına qabarcıqlar əmələ gətirən və sonra qabıq bağlayan səpgilər, qızdırma və şişmiş limfa düyünləri daxildir. Xəstəlik adətən yüngül keçir və yoluxmuş şəxslərin əksəriyyəti müalicə olunmadan bir neçə həftə ərzində sağalır. Məruz qaldıqdan sonra simptomların yaranmasına qədər olan müddət beş ilə iyirmi bir gün arasında dəyişir və simptomlar adətən iki-dörd həftə davam edir. Bununla belə, xüsusilə uşaqlarda, hamilə qadınlarda və ya immun sistemi zəif olan insanlarda hallar...
Ətraflı oxu →Meymunçiçəyi virusu
Meymun çiçəyi virusu (MPV və ya MPXV) insanlarda və digər heyvanlarda meymunçiçəyi xəstəliyinə səbəb olan ikiqat zəncirli DNT zoonoz virusudur. Poxviridae ailəsinin orthopoxvirus cinsinə aiddir. Bu, variola (VARV), inəkçiçəyi (CPX) və vaksinasiya (VACV) viruslarını ehtiva edən insan ortopoxviruslarından biridir. Çiçək xəstəliyinə səbəb olan variola virusunun birbaşa əcdadı və ya birbaşa nəslindən deyil. Meymun çiçəyi xəstəliyi çiçək xəstəliyinə bənzəyir, lakin daha yüngül bir səpgi və daha az ölüm nisbəti ilə xarakterizə olunur. Virusun virulentliyinin dəyişməsi Mərkəzi Afrikadan olan təcri...
Ətraflı oxu →Mədəaltı vəzi travmaları
Mədəaltı vəzi travmaları — Mədəaltı vəzi travmaları abdominal zədələnmələr arasında 2% halda rast gəlir. Zədələnmələrin 2/3-sini açıq, 1/3-ni isə qapalı travmalar təşkil edir. Mədəaltı vəzi travmaları travmaları adətən çoxlu orqan zədələnmələri ilə birlikdə rast gəlir və xəstələrdə pankreasla yanaşı təxminən 3–4 orqan zədələnir. Açıq travmalarda letallıq 5–15%, atəşli silah yaralanmalarında və qapalı travmalarda isə 50%-ə qədər çatır. Ölüm başlıca olaraq erkən dövrdə qanaxmaya, gec dövrlərdə isə intraabdominal infeksiyaya bağlıdır.
Ətraflı oxu →Məşhurlara pərəstiş sindromu
Məşhurlara pərəstiş sindromu (ing. Celebrity Worship Syndrome, qısaca CWS) — fərdin məşhur şəxslərin şəxsi və peşəkar həyatı ilə həddindən artıq maraqlanaraq onlara qarşı obsesiv və asılılıq yaradan bir psixoloji pozuntu. Bu sindrom, insanların məşhurlarla qeyri-real əlaqə hiss etməsi, onların həyatına dair detallara həddindən artıq diqqət yetirməsi və bəzən bu marağın gündəlik həyatını pozacaq dərəcədə intensiv olması ilə xarakterizə olunur. Psixoloqlar qeyd edirlər ki, insanların film, televiziya, idman və pop ulduzlarına qarşı obsesiyası olsa da, onların yeganə ortaq cəhəti ictimai diqqə...
Ətraflı oxu →Məxmərək
Məxmərək və ya rubella qızılca xəstəliyini törədən infeksiyadır. Virus RNA qrupundan olan "Togavirus" ailəsinə aiddir.
Ətraflı oxu →Mikuliç xəstəliyi
Mikuliç xəstəliyi (ing. Mikuliczˋs dis.) – baş və boyun vəzilərinin limfosit infiltrasiyası ilə bağlı böyüməsidir. Autoimmun etiologiyalı, IgG 4-bağlıdır. ŞS bir variantıdır. Mikuliç xəstəliyində ŞS fərqli olaraq gözü qıcıqlandırmaqla göz yaşını stimulə etmək olur və ya göz yaşı vəzilərinin funksiyası saxlanılmış olur. Bura qulaqyanı (parotitis), gözətrafı (lacrimal) və ağızsuyu (salivary) vəziləri aiddir. Limfoma riski yüksəkdir. Mikuliç sindromu limfosarkoma, sarkoidoz, vərəm, leykemiyada da ola bilər.
Ətraflı oxu →Miqren
Miqren (fr. migraine) — başın bir (nadir hallarda hər iki) hissəsini əhatə edən güclü və əzabverici epizodik və ya daimi ağrılarla müşayiət olunan nevroloji xəstəlikdir. Bu halda başda hər hansı travma, insult, beyin şişi olmur. Miqren zamanı baş ağrıları arterial təzyiqin artması və ya kəskin azalması, qlaukoma tutmaları və ya kəllədaxili təzyiqin artması ilə əlaqədar deyil. Miqren ağır formalı birincili baş ağrısının ən geniş yayılmışnövüdür. Yayılma dərəcəsinə görə 10% kişilərdə, 22% qadınlarda müşahidə olunur. "Miqren" sözü fransız mənşəli olub, öz növbəsində yunan dilində "başın yarısı...
Ətraflı oxu →Mondor xəstəliyi
Mondor xəstəliyi (ing. Mondor's disease) və ya İpəbənzər tromboflebit – döş qəfəsinin ön və yan səthində tam sağlam fonda və ya qızdırmadan sonra dəri ilə birləşmiş ipəbənzər ağrılı qalınlaşmalar aşkar edilir.
Ətraflı oxu →Narkolepsiya
Narkolepsiya — Narkolepsiya (narcao-keyləşirəm, lepsis-tutma) qısamüddətli yuxu tutmalarının vaxtaşırı təkrar etməsi ilə xarakterizə olunan xəstəlik. Xəstəlik adətən gənc yaşlarda başlayır. Narkolepsiya tutması iş vaxtı, yol gedərkən, danışan zaman, yeriyərkən və hətta velosiped ilə gedərkən belə baş verə bilər. Tutma bir neçə dəqiqə davam edir. Tutma qurtardıqda xəstə özünü tamamilə sağlam hiss edir. Narkoleptik tutmada yuxu bütün iradi əzələlərin boşalması ilə müşayiət olunmur. Buna görə xəstələr yuxu tutması zamanı bir şeyə söykənərək dayana bilərlər. Bir qrup xəstələrdə səbəbkar faktoru...
Ətraflı oxu →Nazik bağırsaq keçməzliyi sindromu
Nazik bağırsaq keçməzliyi sindromu — Kəskin bağırsaq keçməzliyi möhtəviyyatın bağırsaqdan keçişinin kəskin dayanması nəticəsində meydana çıxan təcili cərrahi vəziyyətdir, bağırsağın kəskin genişlənməsi, hipovolemiya və sepsis ilə xarakterizə olunur. Bu patoloji vəziyyət erkən müddətlərdə aradan qaldırılmadıqda ölüm ehtimalı yüksək olur.
Ətraflı oxu →Neyromiyelit Optika
Neyromiyelit Optika (Devik xəstəliyi) — seçici olaraq görmə sinirinin (akut və subakut nevrit) və onurğa beyninin (geniş yayılmış eninə miyelit, LETM) zədələnməsi ilə xarakterizə olunan iltihabi, demielinləşdirici xəstəlikdir. Neyromiyelit Optika əvvəllər çox vaxt sklerozun ağır forması kimi qəbul edilirdi və diaqnozu sklerozla səhv salınırdı. Hal-hazırda, sklerozda rast gəlinməyən spesifik marker (NMO-IgG) aşkarlandığı və xəstəliyin gediş xüsusiyyətləri səbəbindən Neyromiyelit Optika ayrıca bir xəstəlik kimi qəbul edilir. Sklerozun xüsusi bir forması 1894-cü ildə Devik tərəfindən təsvir ed...
Ətraflı oxu →Noma (xəstəlik)
Noma (yun. νομή sözündən götürülmüş yaranın yayılması mənasını verir. Əvvəllər su xərçəngi adı ilə də tanınırdı) üz toxumalarının, xüsusən də ağız və yanaq hissələrdəki toxumaların məhvinə səbəb olan qanqren xəstəlikdir. Noma yara-nekrotik qinqivit kimi patoloji prosesin yanakların selikli qişasına yayılması nəticəsində meydana gələn xəstəlikdir. Bu xəstəlik, əvvəlcə diş ətində yaranan nekrotik (ölü) toxuma ilə başlayır, sonra isə üzün dərisini və yumşaq toxumalarını əhatə edərək, dişlərin tökülməsi və çənə sümüklərinin aşkara çıxmasına səbəb olur.
Ətraflı oxu →Norovirus
Norovirus ("Noruolk virusu" — ing. Norwalk virus) — lat. Caliciviridae ailəsindən olan, RNT tərkibli virus. Dünyada 90% hallarda bakteriyasız keçən mədə-bağırsaq epidemiyalarının səbəbkarı norovirus törədicisidir. Virus xəstə ilə birbaşa təmasdan, yoluxmuş qida məhsullarından əsasən fekal-oral yolu ilə ötürülür. Bu hal "bağırsaq qripi" də adlandırılır. İlk olaraq norovirus özünü 1968-ci ildə Ohayo ştatının Noruolk şəhərində, ibtidai məktəb şagirdləri arasında kəskin baş qaldırmış mədə-bağırsaq pozğunluqları ilə büruzə verdiyinə görə ing. Norwalk-like virus adlandırılmışdır. Virus 1972-ci il...
Ətraflı oxu →Öd kisəsi polipləri
Öd kisəsi polipləri — Polip, epitelial səthdən mənfəzə doğru çıxan, epiteldən və ya epitellə örtülü toxumalardan ibarət olan çıxıntışəkilli törəmələrə deyilir. Müxtəlif təbiətli xəstəliklər – iltihabi, neoplastik, distrofik və s. polipləri törədə bilər. Öd kisəsi polipləri autopsiyalarda, çıxarılan kisələrdə görüntüləmə ilə tapıla bilir və təxminən 1–4% əhalidə rastlanır. Əməliyyatönü və əməliyyatdaxili ümumi cəhətlərini nəzərə alaraq öd kisəsi polipləri müqayisəli şəkildə verilir.
Ətraflı oxu →Onixokriptoz
Onixokriptoza və ya dırnaq batması — dırnaq batması ilə müşahidə olunan xəstəlikdir Dırnaq batması gündəlik həyatda tez-tez rast gəlinən və dözülməz ağrılarla müşahidə olunan xəstəlikdir. Xəstəliyə daha çox ayaq, xüsusilə də baş barmaq dırnağında rast gəlinir: dırnağın kənarları dırnaq yatağının içərisinə doğru inkişaf edir, ətrafdakı yumşaq toxumalarda iltihabi prosesə səbəb olur. Onixokriptoz irsi, düzgün seçilməyən ayaqqabı, göbələk infeksiyası, ayaqların çox tərləməsi, travma, dırnağın düzgün kəsilməməsi səbəbindən yarana bilər. Dırnaq batması özünü birdən-birə büruzə vermir. İlk vaxtla...
Ətraflı oxu →