Tibbi ensiklopediya
Xəstəliklər Ensiklopediyası
Simptomlar, diaqnostika və müalicə haqqında yoxlanılmış məlumat. Hazırda 305 material.
Pasterellyoz
Pasterellyoz (Pasteurellosis) — Pasterellyoz infeksion xəstəlik olub, iti gedən zaman septisemiya əlamətləri, digər gedişlərdə isə ən çox ağciyərin iltihabı ilə səciyyələnir.
Ətraflı oxu →Pedofiliya
Pedofiliya (ing. Pedophilia or paedophilia) — yetkin bir insanın və ya böyük yeniyetmənin yetkinlik yaşına çatmamış uşaqlara qarşı cinsi cazibə hiss etməsi ilə xarakterizə olunan bir psixi vəziyyət. Qızlarda yetkinlik dövrü adətən 10 və ya 11 yaşında, oğlanlarda isə 11 və ya 12 yaşında başlayır, lakin psixiatriyada istifadə olunan diaqnostik meyarlara görə pedofiliya üçün yetkinlik yaşı həddi 13 yaşa qədər uzadılır. Bu pozuntusu olan şəxslər çox vaxt pedofillər adlandırılır. Pedofiliya bir parafiliya növüdür. Formal diaqnostik sistemlərin son versiyalarında, məsələn, DSM-5 və ICD-11-də “ped...
Ətraflı oxu →Pelleqrini-Ştid xəstəliyi
Pelleqrini-Ştid xəstəliyi (ing. Pellegrini-Stieda) – diz oynağının medial kollateral bağının xroniki qopmasından sonra bud sümüyünün iç kondulusunda yumşaq toxumalarda görünən kalsifikasiya və ossifikasiya.
Ətraflı oxu →Perikardit
Perikardit – ürəyin seroz qişasının ya ürək kisəsinin iltihabı. Müxtəlif xəstəliklər fonunda və müstəqil olaraq meydana çıxır. Etiologiyasına görə infeksion, autoimmun, travmatik və ideopatik perikarditlər ayird edilir.
Ətraflı oxu →Pielonefrit
Pielonefrit — ən çox təsadüf olunan böyrək iltihabı xəstəliyi olub, eyni zamanda yuxarı qol qıç ayaq katarından sonra bütün xəstəliklər arasında tezliyinə görə ikinci yerdədi. Bu xəstəlik həyati təhlükəlidir. Getdikcə digər orqanların da sıradan çıxması ilə nəticələnə bilər. Gedişinə görə, xronik pielonefrit ayırd edilir. Kəskin pielonefrit ürəkdə gedən müxtəlif intensivlikdə yara salan iltihabi prosesdir. Xronik pielonefrit süstgedişli, arabir kəskinləşmə verən, ürək parenximasının və kasacıq sisteminin bakterial iltihabi prosesi olub, onurğada əzələ toxumasının sklerozu ilə nəticələnir. V...
Ətraflı oxu →Pilonidal xəstəlik
Pilonidal xəstəlik — adətən ombanın yanları arasında və tez-tez yuxarı ucunda bir kist şəklində meydana gələn bir dəri infeksiyası növüdür.
Ətraflı oxu →Pis dünya sindromu
Pis dünya sindromu (ingiliscə Mean World Syndrome) — kütləvi medianın zorakılıqla bağlı məzmununa uzunmüddətli və orta dərəcədən yüksək səviyyəyə qədər məruz qalan insanların, dünyanın olduğundan daha təhlükəli olduğunu düşünməsinə səbəb olan vəziyyət. Tədqiqatın ilkin mərhələlərində bu sindrom yalnız televiziya izləməyin təsiri kimi müzakirə edilirdi. Lakin sonradan sosial media platformalarının da bu sindromun yayılmasında mühüm rol oynadığı məlum oldu.
Ətraflı oxu →Pnevmoniya
Pnevmoniya ağciyər parenximasının iltihabıdır. Bakteriya, virus və digər patogenlərlə yaranır; vaxtında antibiotik və dəstək müalicəsi vacibdir.
Ətraflı oxu →Pnevmotoraks
Pnevmotoraks (от yun. πνεῦμα — hava və θώραξ — döş qəfəsi) plevranın tamlığının bu və ya digər səbəblərdən pozulması nəticəsində plevra boşluğuna havanın toplanması. Pnevmotoraks spontan yəni öz-özünə və travmalar nəticəsində, bu və digər tibbi müdaxilələr: mərkəzi venoz kateter qoyularkən, regional anesteziya: bazu kələfinin blokadası aparılarkən yatrogen yolla meydana çıxa bilər.
Ətraflı oxu →Podaqra
Podaqra (q.yun. ποδάγρα; rus. Подагра) — əsasən ayaqda əmələ gələn metobolik xəstəlik. Əvvəllər bu xəstəlik yalnız yüksək təbəqəli insanlarda təsadüf edilirdi. Bunun səbəbi həddən artıq qida və spirtli içkilərin qəbulu idi. Sadə insanlarda bu xəstəliyə rast gəlinmirdi. Məhz bu səbəbdən podaqranı "krallar xəstəliyi" adlandırırdılar. Podaqra oynaqların xroniki iltihabi xəstəliyidir. Podaqra zamanı oynaqlarda urat duzları yığılır. Adi insanlar adətən bu xəstəliyi məhz "duzlar" adlandırırlar. Bu kifayət qədər yayılmış xəstəlikdir. Kişilərdə qadınlarla müqayisədə bu xəstəliyə daha tez-tez rast g...
Ətraflı oxu →Poliomielit
Poliomielit — sinir sistemini zədələyə, əzələlərin iflicinə gətirib çıxara və ölümlə nəticələnə bilən yoluxucu xəstəlikdir. Yoluxma fekal-oral (çirkli əllər, yoluxmuş qida, əşyalar, oyuncaqlar, çirkab sular və s.) və ya hava-damcı yolu ilə, əsasən ağız boşluğuna virusun düşməsi ilə baş verir. Poliomielitə, adətən, 15 yaşa qədər uşaqlar, nadir hallarda isə böyüklər də yoluxa bilərlər. Ən çox 5 yaşadək uşaqlar xəstələnirlər. Poliomielitin ilkin əlamətləri yoluxmadan sonra 3–35 gün ərzində müşahidə olunur. Xəstəlik, adətən, soyuqdəymə simptomları və hərarətin yüksəlməsi ilə başlayır. Bir qədər...
Ətraflı oxu →Portal vena trombozu
Portal vena trombozu — qapı venasının özündə və ya böyük şaxələrində (çöz və dalaq venaları, sağ və sol Qaraciyər şaxələri) kəskin və ya xroniki şəkildə ortaya çıxan, tam və ya hissəvi trombotik tıxanmadır. Xəstəliyin əsas əlaməti PH olsa da, kəskin və tam tıxanmalarda hepatosellular disfunksiya və digər qastrointestinal əlamətlər də (venoz işemiya) görünə bilər.
Ətraflı oxu →Pott xəstəliyi
Pott xəstəliyi (ing. Pottˋs dis.) – fəqərənin, xüsusi ilə döş və bel nahiyələrinin vərəm mənşəli zədələnməsidir.
Ətraflı oxu →Prionlar
Prionlar (ing. proteinaceous infectious particle — yoluxucu zülalvari hissəcik) – İnsan və heyvanların ali nümayəndələrində mərkəzi sinir sistemində ağır xəstəliklərə səbəb olan, tərkibində nuklein turşuları olmayan zülalların xüsusi sinfi. Prionlar sahibin normal zülalının dəyişmiş formasıdır. 1982-ci ildə amerikalı molekulyar bioloq, Stenli Prussner tibbin və biologiyanın inkşafının yeni mərhələsini qoydu. O, yeni tip infeksiyon agent, prionları kəşf etdi. Bu təkcə molekulyar biologiyanın nailiyyəti deyildi, həm də tibbin inkişafında yeni bir era idi. Prinsipial olaraq digər infeksiyon xə...
Ətraflı oxu →Psevdomembranoz kolit
Psevdomembranoz kolit bağırsaq florasının müvazinətinin yatrogen olaraq antibiotik vasitəsilə pozulması nəticəsində lat. Clostridium difficile bakteriyalarının həddsiz çoxalmasından və onların ifraz etdiyi zəhərli toksinlərinin təsirindən meydana çıxmış bir hal, hərarətin qalxması, kəskin qarın ağrıları və ishal, dehidrotasiya (maye itirmə) ilə özünü büruzə verən bağırsaq iltihabıdır.
Ətraflı oxu →Psoriaz
Psoriaz xəstəliyi— əsasən dərinin zədələnməsiylə müşahidə olunan mürəkkəb xronik qeyri-infeksion xəstəlikdir.
Ətraflı oxu →Qalxanabənzər vəzin anaplastik xərçəngi
Qalxanabənzər vəzin anaplastik xərçəngi — Qalxanabənzər vəzi toxumasının uzunmüddətli transformasiyası nəticəsində anaplastik xərçəng əmələ gəlir. Yaşlı insanlar (65 yaşdan yuxarı) arasında daha çox rast gəlir. Şişin bu forması digər formalardan aqressiv infiltrativ böyüməyə meyilli olması, qısa zaman kəsiyində (2,5 ay) boyun üzvlərinin və həyati vacib strukturların kompressiyası nəticəsində tənəffüs çatmazlığı törətməsi ilə fərqlənir.
Ətraflı oxu →Qanqren
Qanqren (yun. gangraina) — toxumanın, orqanın və ya bədənin bir hissəsinin çürüməsi (nekrozu). Toxumalara oksigen ya heç çatmadıqda, ya da cüzi miqdarda çatdıqda başlayır. Adətən ürəkdən çox aralı nahiyələrdə, məsələn, barmaqlarda, yaxud infarkt zamanı ürək əzələsində, ya da ağciyərdə olur. Qan damarlarığın trombozu, ateroskleroz, endarteriit və s. xəstəliklər, habelə mexaniki (travma), fiziki (yanıq, donma), kimyəvi (qatı turşu və qələvilərin təsirindən), şüa və s. amillərin təsiri nəticəsində baş verir.
Ətraflı oxu →