Təcili tibbi yardım: 103
Hekiminiz

Tibbi ensiklopediya

Xəstəliklər Ensiklopediyası

Simptomlar, diaqnostika və müalicə haqqında yoxlanılmış məlumat. Hazırda 305 material.

Dəri xəstəlikləri

Sellulit

Sellulit (ing. cellulitis) – dərialti toxumanın qeyri-iltihabi zədələnməsidir. Morfoloji olaraq piy toxumanın hidrofilidir. Etioloji: infeksiya, allergiya, venoz qan dövranının pozulması. Çox vaxt qadınların klimakterik dövrünə düşür. Klinika: spontan diffuz, qeyri-müəyyən ağrılar, müxtəlif ölçü və konsistensiyalı düyünlər və infiltratlar, dəri düyün üzərində apelsin qabığına oxşayır, qızdırma və digər ümumi əlamətlər olmur.

Ətraflı oxu →
Onkoloji xəstəliklər

Sepsis

Sepsis — yunan sözü olub, mənası "çürümə" deməkdir. Qədim yunan alimləri sepsis zamanı qanın çürüdüyünü düşünürdü. Bu səbəbdən irinli infeksiyaya sepsis deyirdilər. Sepsis, infeksion xəstəlik törədicilərinin səbəb olduğu nizamsız sistemli immun reaksiyası nəticəsində yaranan və həyat üçün təhlükəli olan poli-orqan çatışmazlığıdır. Bu vəziyyət adətən bakteriyalar tərəfindən törədilir, lakin viruslar, göbələklər və ya parazitlər də səbəb ola bilər. Sepsisin tərifi vahid deyil və davamlı müzakirə mövzusudur. Sepsisin köhnə tərifləri əsasən qan dövranında xəstəlik törədicilərinin aşkarlanmasına...

Ətraflı oxu →
Onkoloji xəstəliklər

Septik artrit

Septik artrit, infeksion artrit – ən çox fiziki yükə məruz qalan iri oynaqların, xüsusilə diz oynağında qəflətən başlayan şişkinlik və yüksək temperatur və bir oynağın zədələnməsi ilə gedən haldır.

Ətraflı oxu →
Ürək-damar xəstəlikləri

Septik şok

Septik şok — İnfuziyaya baxmayaraq hemodinamikanın düzəlməməsi septik şok adlandırılır. Hazırda septik şok ümumi iltihab sindromunun ağır formalarındın biri kimi qəbul edilir və mahiyyətcə hipovolemik və vazodilatator şok hesab edilir. Orqanizmin bütün orqanlarında baş verən iltihab (ÜİS) kapilyar keçiriliyicini artıraraq plazma itirilməsinə – hipovolemiyaya səbəb olur (sekvestrasiya, ödem, üçüncü sahə). Eyni zamanda iltihab mediatorları diffuz vazodilatasiya törədərək perferik müqaviməti azaldırlar. Septik şok ən çox travmalarda və iltihabi-destruktiv xəstələrdə rast gəlir. Erkən septik şo...

Ətraflı oxu →
Endokrin xəstəliklər

Şəkərli diabet

Diabetes mellitus (DM), Diabet (yun. διαβήτης "süzənək" və lat. mellitus "bal kimi şirin") və ya Şəkər xəstəliyi, Şəkər diabeti – şəkərin qanda xroniki artımıdır. Diabetlə əlaqəli ağırlaşmaların hamısının səbəbi qlükozanın qanda yüksək olmasıdır. Pasient qanda şəkərin miqdarını idarə edə bilərsə, şəkərli diabet xəstəlik yox, həyat tərzinə çevrilər və bununla da ağırlaşmaların qarşısını almaq olar. Bu həyat tərzi isə diabetin tipindən asılı olur. Şəkərli diabetin hal hazırda 2 tipi vardır. I tip diabet pasientləri üçün gündəlik insulin inyeksiyaları mütləqdir, bəzi pasientlərdə avtomatik ins...

Ətraflı oxu →
İnfeksion xəstəliklər

Səngər ayağı

Səngər ayağı — Ayaqlarda rütubət səbəbilə yaranan zədələnmə. Səngər ayağının qarşısını almaq ayaqları təmiz, isti və quru saxlamaqla mümkündür. Şərtlər baş verdikdən sonra, ağrıları azaltmaq üçün ağrıkəsici dərmanlar lazım ola bilər. Ağrılar müalicə sonrası aylarla davam edə bilər. Zədələnmiş toxumaların götürülməsi və ya amputasiya tələb olunan hallar olur.

Ətraflı oxu →
İnfeksion xəstəliklər

Sərhəd şəxsiyyət pozuntusu

Sərhəd şəxsiyyət pozuntusu və ya Sərhəd xətti şəxsiyyət pozuntusu (emosional qeyri-sabit şəxsiyyət pozuntusu, sərhəd tipi, qıs. SŞP) — impulsivlik, aşağı özünə nəzarət, emosional qeyri-sabitlik, yüksək narahatlıq və ciddi desosiallaşma səviyyəsi ilə xarakterizə olunan şəxsiyyət pozuntusu. DSM-5 və ICD-10-a daxildir (sonuncuda emosional qeyri-sabit şəxsiyyət pozuntusunun alt növü hesab olunur). Çox vaxt təhlükəli davranış və özünə zərər vermə ilə müşayiət olunur. Belə insanlar həm də boşluq hissi və ehtiyac duyulmamaq qorxusu ilə mübarizə apara bilər. Pozuntunun simptomları zahirən adi həyat...

Ətraflı oxu →
Mədə-bağırsaq xəstəlikləri

Şəxsiyyət pozuntuları

Şəxsiyyət pozuntuları — uzunmüdətli, güclü və müqavimətli düşüncə və davranış qəliblərilə xarakterizə olunmuş pozuntular sinfidir. Şəxsiyyət pozuntularının aşkarlanması və təsnif edilməsi çoxpilləli və çətin prosesdir. Pozuntuların mənbəyi filogenetik inkişaf prosesi tərkibində — genetik və ya ontogenetik inkişaf çərçivəsində formalaşa bilir. Bəzi hallarda isə həm irsi, həm də ontogenetik mənbəyə sahib ola bilər. Şəxsiyyət pozuntularının aşkara çıxarılmasında fərdin tərkibində formalaşdığı mədəni və sosial mühit ən əsas faktordur. Bir vəziyyətə şəxsiyyət pozuntusu kimi diaqnoz qoyulması üçü...

Ətraflı oxu →
Onkoloji xəstəliklər

Simulyasiya

Simulyasiya (lat. simulatio — görünmə, iddia) — vəzifədən və ya işdən azad olmaq, həbsdən yayınmaq, dərman qəbul etmək və həbs cəzasını yüngülləşdirmək kimi arzu olunan nəticəyə nail olmaq üçün nəzərdə tutulmuş fiziki və ya psixoloji simptomların uydurulması, simulyasiyası və ya şişirdilməsi. Simulyasiya tibbi diaqnoz olmasa da, "klinik diqqət mərkəzi" və ya "sağlamlıq xidmətləri ilə əlaqə səbəbi" kimi qeyd edilə bilər. Həm ICD-10 (Xəstəliklərin və əlaqəli sağlamlıq problemlərinin Beynəlxalq Statistik Təsnifatı), həm də DSM-5 (Diaqnostik və Statistik Manual) tərəfindən kodlanır. Simulyatorl...

Ətraflı oxu →
Mədə-bağırsaq xəstəlikləri

Sinqa

Sinqa - Qidada vitaminlərin, xüsusilə də C vitamini (abskorbik turşusu), çatışmaması nəticəsində meydana gələn və diş ətinin boşalması, yumşalması və ondan qan axması şəklində təzahür edən xəstəlik. Xəstəliyin erkən əlamətlərinə zəiflik, yorğunluq hissi və qol və ayaq ağrısı göstərilə bilər. Müalicə edilmədən qırmızı qan hüceyrələrinin azalması, diş əti xəstəliyi, saçlarda dəyişiklik və dəridən qanaxma baş verə bilər. Xəstəlik irəlilədikcə yaraların sağalmasında zəiflik, şəxsiyyət dəyişikliyi və nəhayət infeksiya və ya qanaxma nəticəsində ölüm baş verməsi mümkündür. Simptomlar ortaya çıxmas...

Ətraflı oxu →
Ürək-damar xəstəlikləri

Sirroz

Sirroz — Qaraciyər löbüllerinin bağ toxumaları vasitəçiliyi ilə köçürülməsi. Sirroz qaraciyər toxumasının çapıqlaşmasını təsvir edən bir anlayışdır. Sirroz zamanı qaraciyərin normal fəaliyyətini təmin edən hüceyrələrin miqdarı azalır və onların yerini çapıq toxuması tutur. Qaraciyərdə çapıqlaşma fərqli səbəblərdən baş verən iltihabi proses nəticəsində formalaşır. Sirrozun ilkin mərhələlərində qaraciyər öz normal funksiyalarını yerinə yetirir. Amma sirrotik dəyişikliklər artdıqca qaraciyər orqanizm üçün həyati vaciblik daşıyan funksiyalarının həyata keçirə bilmir. Sirroza bir çox fərqli təri...

Ətraflı oxu →
Mədə-bağırsaq xəstəlikləri

Sistit

Sistit — sidik kisəsinin selikli qişasının iltihabıdır. Bu sidik-cinsiyyət üzvlərin iltihabı xəstəliklərinin ən çox yayılmış formasıdır. Qadınların 20–25%-i müxtəlif formada sistit keçirirlər, 10%-i isə xroniki sistit xəstəsidirlər və bu rəqəmlər ildən-ilə artır. Kişilər bu xəstəlikdən nisbətən az əziyyət çəkirlər – sistit kişilərin 0,5%-ində olur. Çox vaxt sistitlə qadınlar xəstələnirlər və bu onların orqanizmlərinin anatomik quruluşu ilə bağlıdır: qadınlarda sidik kanalı geniş və qısadır, ona görə də kişilərə nisbətən qadınlarda sidik kisəsinə infeksiya düşməsi daha asandır. İnfeksion sis...

Ətraflı oxu →
Sinir sistemi xəstəlikləri

Şizofreniya

Şizofreniya (yun. σχίζω — yarmaq və φρήν - ağıl, düşüncə)— psixoz xarakterli bir psixi pozuntu növüdür. Şizofreniya sözünün mənşəyi iki yunan sözü — "parçalanma" və "fikir"ə dayanır, çünki şizofren xəstələrin beyinlərində və reallıqda baş verən hadisələr arasında parçalanma vardır. İnsanın düşüncə, duyğu və davranışlarında, özünün və ətrafındakılara əhəmiyyətli dərəcədə təsir edən bəzi dəyişikliklərə səbəb olan bir xəstəlikdir. Bu dəyişikliklər keçici ya da qalıcı ola bilər. Şizofreniya irsi xəstəliklərdən biridir. Şizofren şəxslərdə müxtəlif şəxsiyyət dəyişkənliyi müşahidə edilmir: onların...

Ətraflı oxu →
İnfeksion xəstəliklər

Skarlatin

Skarlatin və ya qızılazar — kəskin antroponoz infeksion xəstəlikdir. Xəstəliyin törədicisi A qrupuna mənsub beta hemolitik streptokoklardır. Streptokokların ekzotoksinin təsiri nəticəsində orqanizmin ümumi intoksikasiyasına səbəb olur. Streptokok infeksiyası insanda antibakterial və antitoksiki immunitetin əmələ gəlməsinə səbəb olur. Xəstəliyi keçirmiş insanlarda davamlı antitoksiki immunitet yaranır.

Ətraflı oxu →
Ürək-damar xəstəlikləri

Sklerodermiya

Sklerodermiya — dəri, qan damarları, əzələlər və daxili orqanlarda dəyişikliklərə səbəb ola bilən bir qrup autoimmun xəstəlik. Xəstəlik sadəcə dəri ilə də lokalizasiya ola və ya digər oqranlara da yayıla bilər. Sklerodermanın simptomları vəziyyətin növündən və şiddətindən asılı olaraq dəyişə bilər. Sklerodermanın ən çox görülən simptomlarından biri dərinin, xüsusən də barmaqlarda, əllərdə, üzdə və ayaqlarda qalınlaşması və sərtləşməsidir. Dəri daha parlaq və sıx görünə bilər. Həmçinin soyuq temperatur və ya stresə cavab olaraq əl və ayaq barmaqlarında olan qan damarlarının daralması halı, ə...

Ətraflı oxu →
Qadın xəstəlikləri və ginekologiya

Skrofula

Skrofula və ya skrofuloz — bu xəstəliyin köhnəlmiş adıdır. Müasir dövrdə isə eksudativ diatez və ya xarici vərəm (dərinin, selikli qişaların və limfa düyünlərinin) kimi tanınır. Tibbi diaqnostika üsullarının inkişaf etməməsi səbəbindən dəri, üz, boyun və hətta gözlərin zədələnməsi ilə əlaqəli müxtəlif xəstəliklər əvvəllər skrofula ilə səhv salınırdı. Hal-hazırda, tibbi, sanitar və gigiyenik tədbirlərin daha da yaxşılaşdırılması ilə əlaqədar olaraq skrofuloz xəstəliyinə olduqca nadir (ən çox uşaqlıq və yeniyetməlik dövründə) rast gəlinir. Xəstəliyin tarixi çox qədim dövrlərə təsadüf edir. Or...

Ətraflı oxu →
Ürək-damar xəstəlikləri

Şok

Şok (ing. shock zərbə deməkdir) — orqanizmin fövqəladə xarici qıcığa qarşı həyati vacib üzv və sistemlərin funksiyasını mühafizə etmək üçün vermiş olduğu kəskin kompensator cavab reaksiyası və eyni zamanda nəticə etibarilə sinir, qan dövranı, tənəffüs sistemlərində, maddələr mübadiləsində proqressiv pozğunluqlarla müşahidə olunan patoloji proses, həyat üçün təhlükəli bir haldır. Şokun ilkin simptomlarına zəiflik, sürətli ürək döyüntüsü, sürətli nəfəsalma, tərləmə, narahatlıq və artan susuzluq daxildir. Bu simptomları huşsuzluq və ya ürək dayanması kimi daha ağırlaşmış hallar izləyə bilər. Ş...

Ətraflı oxu →
Dayaq-hərəkət sistemi xəstəlikləri

Sosiskayabənzər barmaq

Daktilit (ing. dactylitis) – sosiskayabənzər barmaq – əl və ayaq barmaqlarının birində oynağın artriti, vətər yatağının və yumşaq toxumaların diffuz zədələnməsidir. AS üçün xarakterikdir. PsA və ReA-də müşahidə olunur.

Ətraflı oxu →