Təcili tibbi yardım: 103
Hekiminiz

Tibbi ensiklopediya

Xəstəliklər Ensiklopediyası

Simptomlar, diaqnostika və müalicə haqqında yoxlanılmış məlumat. Hazırda 305 material.

Ürək-damar xəstəlikləri

Uşaqlığın atoniyası

Uşaqlıq atoniyası — uşaqlığın kifayət qədər yiğılmaması, əzələ divarlarının zəifləməsi və ya doğuşdan sonra uşaqlığın tonusunun tamamilə itirilməsidir. Doğuşdan sonra baş verən qanaxmaların ən mühüm səbəbi də uşaqlıq atoniyası hesab edilir. Uşaqlıq atoniyası olan şəxslərdə doğuşdan sonra qanaxma başlayır və qadının ölümünə səbəb olur. Doğuşdan sonra baş verən ölümlər arasında ən çox rast gəlinən 5 haldan biri də uşaqlıq atoniyasıdır. Əsasən doğuş zamanı uşaqlıq əzələlərinin daralması qan damarlarını sıxır və qan axınını azaldır. Bu da qanaxmanın qarşısını alır və laxtalanmaya kömək edir. Uş...

Ətraflı oxu →
Mədə-bağırsaq xəstəlikləri

Uşaqlıq boynu xərçəngi

Uşaqlıq boynu xərçəngi, uşaqlıq ağzı xərçəngi, serviks xərçəngi və ya servikal xərçəng — bütün dünyadakı qadın xərçəngləri arasında döş və bağırsaq xərçəngindən sonra 3. sıxlıqda görülən xərçəng tipidir. Uşaqlıq boynu xərçəngi qadın artıma orqanlarından biri olan rəhmin (uterus) ağız qismi olan rəhm ağzının (serviks) normal xarici inkişaf nəticəsində yaranan pis xasiyyətli şişinə verilən addır. Ancaq darama testlərini məşhur olaraq istifadə edərək serviks xərçənginin görülmə sıxlığını və bu xərçəngə bağlı ölüm nisbətlərini azaltmaq mümkündür. Uşaqlıq ağzının səthini yaradan hüceyrə təbəqəsi...

Ətraflı oxu →
İnfeksion xəstəliklər

Vermifobiya

Vermifobiya — İnsanların bədənlərində parazitlər və ya qurdlardan qorxması vəziyyəti. Bu qorxu, əsasən parazitlərin sağlamlığa və həyati təhlükəyə səbəb ola biləcəyi düşüncəsindən qaynaqlanır. Həmçinin, bu fobiya, bədənin içindəki parazitlərə qarşı güclü bir narahatlıq yaradır, insanların özlərini və ya yaxınlarını infeksiyaya yoluxmaqdan qorumağa çalışmasına səbəb ola bilər.

Ətraflı oxu →
İnfeksion xəstəliklər

Vernike xəstəliyi

Vernike xəstəliyi — beyində olan pozulmanın nəticəsi olaraq meydana gəlir. Bilavasitə gözlərdəki əzələlərin hərəkət etməməsi ilə müşahidə edilən bir xəstəlikdir. Bu cür xəstəliyə mübtəla olan şəxslər də qaibdən müxtəlif səslər eşitdiklərini iddia edirlər.Qeyd olunanların hamısı alkoqolun müntəzəm qəbulu zamanı yaranır ki, bunlar da əsəb və ruhi pozulmalara səbəb olur, nəticədə bu tip pozulmalar alkoqolun daha çox beyin, beyincik və əsəblərə etdiyi mənfi təsirin nəticəsi olaraq bu xəstəlik ortaya çıxır.

Ətraflı oxu →
Mədə-bağırsaq xəstəlikləri

Vəba

Vəba və ya xolera (lat. cholera) — Vibrio cholerae adlı bakteriyanın səbəb olduğu nazik bağırsağın infeksion xəstəliyidir. Bağırsaq infeksiyası, sərt və şiddətli ishal ilə müşahidə edilir. Bu xəstəlik üçün güclü zəhərlənmə, qusma, ishal, orqanizmin kəskin susuzlaşması və nazik bağırsağın zədələnməsi xarakterik cəhətlərdir. Vəba xəstəliyində ölüm halları yüksəkdir. Günəş işığı bu törədicilərə məhvedici təsir göstərir. Vibrion (vəba törədicisi) qaynadıldıqda, habelə xlorlu əhəng və xloramin məhlulunun təsirindən tez məhv olur. Xəstəlik, ümumiyyətlə, nəcis bulaşmış çirkli su ya da bu suyla yuy...

Ətraflı oxu →
Tənəffüs sistemi xəstəlikləri

Vərəm

Vərəm infeksion xəstəlik olub, adətən, Mycobacterium tuberculosis bakteriyası tərəfindən törədilir. Xəstəlik əsasən ağciyərlərə təsir edir, ancaq vücudun başqa hissələrinə də təsir edə bilir. Yoluxmuş fərdlərin çoxu heç bir simptom göstərmir. Simptomsuz orqanizmlərin 10%-ində xəstəlik aktiv mərhələyə keçir və müalicə olunmazsa, yarısı ölür.

Ətraflı oxu →
Ürək-damar xəstəlikləri

Villebrand xəstəliyi

Villebrand xəstəliyi, Villebrand sindromu irsi qan xəstəliyi olub, hemofoloyada olduğu kimi epizodik öz-özünə baş verən qanaxmalarla xarakterizə olunur. Xəstəlik onu ilk dəfə aşkar etmiş fin həkimi Erik Adolf fon Villebrandın (1870-1949) şərəfinə adlandırılmıışdır. Sinonim adı angiohemofiliya adlanır. Qanaxmaya səbəb qanın laxtalanma qabiliyyətinin aktiv Villebrand faktorunun çatmazlığı ilə əlaqədar pozulmasıdır. Villibrand faktoru trombositlərin kollagenə adheziyasını təmin etməklə VIII faktorun proteolizdən qoruyur. Villebrand faktorunun defisitində VIII faktor proteolizə uğrayaraq, plazm...

Ətraflı oxu →
XBT-10: B18İnfeksion xəstəliklər

Virus hepatiti B

Virus hepatiti B qaraciyərin HBV virusu ilə yoluxmasıdır. Xroniki forma sirroz və qaraciyər xərçəngi riskini artırır; peyvənd ən effektiv profilaktikadır.

Ətraflı oxu →
Ürək-damar xəstəlikləri

Xolangit

Xolangit (q.yun. χολή — öd və ἀγγεῖον — damar), ankioxolit — öd axacaqlarının iltihabı. Xəstəliyin səbəbi infeksiyanın limfadan, qan damarından, öd kisəsindən, bağırsaqdan öd axacaqlarıva düşməsi, öd kisəsinin xrovik iltihabı və s.-dən ibarətdir. Kəskin və xronik, kataral və irinli olur.

Ətraflı oxu →
Ürək-damar xəstəlikləri

Xoledoxolitiaz

Xoledoxolitiaz — Simptom törədib törətməməsindən asılı olmayaraq öd axacaqlarında daşın olması xoledoxolitiaz adlanır. Öd axacaqlarındakı daşlar mənşəyinə, yerinə, xolesistektomiyaya münasibətinə və törətdiyi xəstəliklərə görə təsnif edilə bilir. Mənşəyinə görə daşlar birincili və ikincili ola bilir. Birincili daşlar öd axacaqlarının özündə əmələ gəlir. Daşın əmələ gəlməsi üçün axacaqlarda patologiyanın olması gərəkdir. Axacaqda daralma, kistşəkilli dəyişiklik, iltihab və ya spesifik infeksiyalar (Clonorchis sinensis, Opisthorchis viverrini, Opisthorchis felineus, Ascaris) birincili daşları...

Ətraflı oxu →
Dayaq-hərəkət sistemi xəstəlikləri

Xrizaz

Xrizaz — parenteral yolla qızıl duzlarının yeridilməsi nəticəsində yaranan dərmatologiya xəstəliyidir, adətən revmatoid artritin müalicəsində istifadə edilir. Bu müalicə metodu "çoxsaylı yan təsirlər və monitorinq tələbləri, məhdud effektivlik və çox yavaş təsir başlanğıcı" səbəbindən ən yaxşı praktika kimi öz əhəmiyyətini itirdi. Gümüşə bənzər olaraq, uzun müddət parenteral yolla istifadə edilən qızıl preparatı nadir hallarda dərinin daimi piqmentasiyasına səbəb ola bilər — xüsusilə dəri günəş işığına və ya süni ultrabənövşəyi şüalanmaya məruz qalırsa. Dərinin piqmentasiyası bu vəziyyətdə...

Ətraflı oxu →
Ürək-damar xəstəlikləri

Xroniki vəziyyət

Xroniki vəziyyət — Xroniki vəziyyət (həmçinin xroniki xəstəlik və ya uzunmüddətli xəstəlik kimi tanınır) uzun müddət davam edən və ya təsirləri davamlı olan sağlamlıq vəziyyəti və ya xəstəlikdir. "Xroniki" termini adətən xəstəliyin gedişi üç aydan artıq davam etdikdə istifadə olunur. Bu cür xəstəliklər çox vaxt ömürboyu davam edir və tam sağalma əvəzinə idarə olunması tələb olunur. Geniş yayılmış xroniki xəstəliklərə şəkərli diabet, funksional mədə-bağırsaq pozuntuları, ekzema, artrit, astma, xroniki obstruktiv ağciyər xəstəliyi, autoimmun xəstəliklər, genetik pozuntular və qazanılmış immun...

Ətraflı oxu →
Dayaq-hərəkət sistemi xəstəlikləri

Yanıq

Yanıq — termiki, kimyəvi, elektrik, günəş, şüa agentlərinin təsirindən orqanizmin dəri və toxumaların zədələnməsi. Zədələnmənin kütləvi xarakter aldığı fövqəladə vəziyyətlərdə (təbii fəlakətlər zamanı, istehsalat qəzalarında, hərbi münaqişələr zamanı və s.) yanıqlar xüsusi diqqət tələb edir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə yanıqlar bütün travmatik zədələnmələr arasında 3-cü yeri tutur. Hər il min nəfərdən biri yanıq zədəsinə məruz qalır. Son illərdə lokal müharibələrdə zədələnmələrin 10%-ini yanıqlar təşkil edir.

Ətraflı oxu →
Endokrin xəstəliklər

Yarımkəskin limfositar tireodit

Yarımkəskin limfositar tireodit — bu xəstəlik tireotoksikoz simptomlarının qəflətən meydana çıxması, qanda T3 və T4 hormonlarının səviyyəsinin yüksəlməsi, 131J-un toxuma tərəfindən udulmasının zəifləməsi, ağrısız diffuz zobun inkişafı ilə xarakterizə olunur. Qadınlarda çox vaxt doğuşdan sonra baş verir. Patogenetik cəhətdən xronik limfositar tireoditə oxşardır. Xəstələrin əksəriyyətində antitireoid anticisimlər təyin edilir. Yarımkəskin limfositar tireoditin etiopatogenezində genetik meyilliliklə yanaşı virus etiologiyası ehtimal edilir. Xəstəlik doğuşdan 1,5–3 ay sonra tireotoksikoz əlamət...

Ətraflı oxu →
Dəri xəstəlikləri

Yoluxucu xəstəlik

Yoluxucu xəstəliklər — patogen mikroorqanizmlərin, virusların və prionların orqanizmə daxil olması nəticəsində yaranan xəstəliklər qrupu. Patogen mikrobun yoluxucu xəstəlik törətməsi üçün onun virulentliyi (zəhərlilik; lat. virus – zəhər), yəni orqanizmin müqavimətini aradan qaldırmaq və zəhərli təsir göstərmək qabiliyyəti olmalıdır. Bəzi patogen agentlər həyat fəaliyyəti zamanı ifraz etdikləri ekzotoksinlərlə orqanizmin zəhərlənməsinə səbəb olur (tetanoz, difteriya), digərləri orqanizmi məhv edildikdə (vəba, qarın tifi) toksinlər (endotoksinlər) buraxır. Yoluxucu xəstəliklərin xüsusiyyətlə...

Ətraflı oxu →
İnfeksion xəstəliklər

Yumurta düşməsi sindromu

Yumurta düşməsi sindromu '76 (YDS '76) — Quşlarda, xüsusən toyuqlarda, ördəklərdə, qazlarda görülən xəstəlikdir. Bu xəstəlik, sağlam görünən yumurta qoyan quşlarda yumurta istehsalının və yumurta qabığının keyfiyyətinin ani olaraq düşməsi ilə xarakterizə olunur. Əvvəlcə bu xəstəlik sadəcə "yumurta düşməsi sindromu" olaraq adlandırılırdı, lakin hazırda, ördəklərdə flavirusun səbəb olduğu və "duck egg drop sindromu" adlandırılan yeni xəstəliklə qarışıqlığı nəzərə alaraq, adı, "Yumurta Düşməsi Sindromu '76" olaraq istifadəsi qərarlaşdırılmışdır.

Ətraflı oxu →
Mədə-bağırsaq xəstəlikləri

Yuxu iflici

Yuxu iflici və ya hipnaqoji iflic — insanın adətən yuxuya getmə və ya oyanma prosesində iflic yaşadığı müvəqqəti vəziyyət. Yuxu iflici zamanı fərd şüurlu olur və ətrafdakılardan xəbərdar olur, lakin öz iradəsi ilə bədənlərini hərəkət etdirə bilmir. Bu, bir neçə saniyədən bir neçə dəqiqəyə qədər davam edə bilər və tez-tez sinə üzərində təzyiq hissi, nəfəs almaqda çətinlik, çarəsizlik, qorxu hissi ilə müşayiət olunur. Yuxu iflici yaşayan insanlar tez-tez eşitmə, vizual və toxunma duyğuları da daxil olmaqla müxtəlif duyğu üsullarını əhatə edə bilən parlaq və sıx halüsinasiyalar yaşayırlar. Fər...

Ətraflı oxu →