Təcili tibbi yardım: 103
Hekiminiz

Tibbi ensiklopediya

Xəstəliklər Ensiklopediyası

Simptomlar, diaqnostika və müalicə haqqında yoxlanılmış məlumat. Hazırda 305 material.

Ürək-damar xəstəlikləri

Göyöskürək

Göyöskürək — kəskin antroponotik hava-damcı bakterial infeksiyası, tənəffüs yollarının təhlükəli yoluxucu xəstəliyi. Ən xarakterik əlaməti paroksismal spazmodik öskürəkdir. İki yaşdan kiçik uşaqlar üçün çox təhlükəlidir. 1950-ci ilə qədər peyvəndin geniş tətbiqindən əvvəl, göyöskürək uşaqlar arasında ən çox yayılmış xəstəliklərdən biri idi. Peyvənd xəstəliyin qarşısını alır, lakin peyvənd edilmiş insanlar bakteriyaların daşıyıcısı ola bilər və onu peyvənd olunmamış insanlara ötürə bilirlər, nəticədə sonuncular hələ də xəstəliyin inkişaf riski altındadır.

Ətraflı oxu →
İnfeksion xəstəliklər

Gözdə kimyəvi zədələnmə

Gözdə kimyəvi zədələnmə — gözə turşular, qələvilər, əhəng, naşatır spirti, kimyəvi karandaş düşdükdə kimyəvi yanıqlar baş verir. Bədənin müxtəlif lokalizasiyalı kimyəvi yanıqları içərisində ən qorxulusu gözlərin kimyəvi yanıqlarıdır. Göz almasının zədələnməsi yanmış gözdə görmə qabiliyyətinin tam itməsindən başqa, zədələnməmiş gözdə bir neçə müddət sonra simpatik iltihab adlanan səbəbdən görmə qabiliyyətin zəifləməsi də baş verə bilər. Bundan əlavə bir qayda olaraq, gözlərin kimyəvi yanıqlarında zədələyici amilin bir hissəsi gözləri əhatə edən toxumalara tökülərək ağır kosmetik defektlər il...

Ətraflı oxu →
İnfeksion xəstəliklər

Hantavirus

Hantavirus (lat. Orthohantavirus) — Bunyavirales dəstəsinin Hantaviridae ailəsindən olan tək bir qapalı RNT virusu növüdür. Ümumiyyətlə gəmiricilərə təsir edən bu viruslar onlarda xəstəlik yaratmır. Tip ştammı ilk dəfə 1978-ci ildə təsvir edilmişdir. Gəmiricilərin ifrazatları hantavirusun insanlara yoluxmasının səbəbidir və 2005 və 2019-cu illərdə ilk dəfə insandan insana hantavirusun yoluxması halı Cənubi Amerikada iki dəfə qeydə alınmışdı.

Ətraflı oxu →
Ürək-damar xəstəlikləri

Hantavirus infeksiyası

Hantavirus infeksiyası — böyrək sindromlu Hantavirus hemorragik qızdırması və Hantavirus ağciyər sindromu kimi xəstəliklərə səbəb olan infeksiyadır. Böyrək sindromlu Hantavirus hemorragik qızdırması simptomlarına əsasən baş ağrısı, qarın ağrısı, qızdırma, ürəkbulanma, qanaxma və böyrək çatışmazlığı daxildir. Hantavirus ağciyər sindromunda isə yorğunluq, qızdırma, əzələ ağrısı, öskürək və nəfəs darlığı müşahidə edilir. İlkin simptomlar yoluxmadan 1–8 həftə sonra ortaya çıxır. Böyrək sindromlu Hantavirus hemorragik qızdırması Köhnə Dünya hantaviruslarından, Hantavirus ağciyər sindromu isə Yen...

Ətraflı oxu →
Tənəffüs sistemi xəstəlikləri

Harlequin tipli iktiyozis

Harlequin tipli iktiyozis — nadir görünən qalıcı dəri xəstəliyi olub iktiyozis qrupu xəstəliklərdən nonbulloz iktiyozisinin ən ağır növüdür. Yenidoğanların çoxluğu ölümlə nəticələnsədə ancaq bu xəstəliklə doğan və həyatına davam edən insanlar var. Ümumiyyətlə "dərinin yüksək keratinleşməsi" olaraq tərif verilə bilər. Harlequin (Arlekin), İtalyan küçə teatrında "kloun"-a bənziyən güldürən obrazdır. Bu xəstəliklə doğanların üzlərindəki ifadələr bu obraza bənzədiyi üçün bu ad verilmişdir. Bu xəstəliklə doğanların dərilərində qırmızıya çalan rəngdə, paxlavaşəkilli pullar olur. Buna əlavə olaraq...

Ətraflı oxu →
Ürək-damar xəstəlikləri

Hemangioma

Hemangioma — qan damarlarının kistşəkilli genişlənməsi və qan dövranının yavaşıması ilə xarakterizə olunan törəmədir. Genişlənən damardan asılı olaraq kapillyar və kavernoz hemangiomalar ayırd edilir. Kapillyar hemangiomlar kapillyarların genişlənməsi olub çox kiçikdirlər. Kavernoz hemangiomalar isə, böyük damarların genişlənməsi nəticəsində əmələ gəlir və ölçüsünə görə kiçik (<5 sm), orta (5–10 sm) və böyük (>10 sm) ola bilir. Klinik gedişinə görə isə, asimptomatik, simptomatik və ağırlaşmış formaları var. Hemangiomalar qaraciyər törəmələri arasında metastatik şişlərdən sonra ikinci, xoş x...

Ətraflı oxu →
Onkoloji xəstəliklər

Hemiplegiya

Hemiplegiya - bədənin bir yarısındakı ətraf əzələlərinin gücünün tam itməsi-iflicidir. Müxtəlif səbəblərdən yarana bilər, bunlar arasında daha çox anadangəlmə, baş ve onurğa beyninin travmaları, şişləri və qan dövranının pozulması rast gəlinir.

Ətraflı oxu →
Ürək-damar xəstəlikləri

Hemofiliya A

Hemofiliya A xəstəliyi VIII faktorun molekulyar anomaliyaları ilə və ya çatışmazlığı nəticəsində yaranan bir xəstəlikdir. Xəstəlik 30% spontan mutasiyalar, 70% isə X xromosomu ilə əlaqədar resessiv yolla nəsildən-nəslə keçməklə baş verir. Statistikaya əsasən, dünya əhalisinin hər bir milyonunun (1000000) 30–100 nəfərində aşkar olunur. Azərbaycanda Hemofiliya A xəstəliyinin rast gəlmə tezliyi 1:20000-ə bərabərdir.Qan laxtalanma sisteminin VIII faktoru və ya antihemofiliya faktoru, damarların endotel hüceyrələri və qaraciyər sinusitləri də daxil olmaqla müxtəlif toxumalarda sintez olunan poli...

Ətraflı oxu →
İnfeksion xəstəliklər

Hemofiliya B

Hemofiliya B qan laxtalanma sisteminin IX faktorunun irsi çatışmazlığı nəticəsində inkişaf edir və Hemofiliya A-dan klinik baxımdan yüngül gedişinə görə fərqlənir. Xəstəlik həmçinin Kristmas xəstəliyi də adlanır. Xəstəlik X - xromosomu ilə ilişikli resessiv yolla nəsildən nəslə keçir. Hemofiliya B xəstəliyi zamanı IX faktora nəzarət edən genin mutasiyası və ya delesiyası baş verir ki, nəticədə qeyri funksional IX faktor molekulunun yaranması və ya bu faktorun sintez olunmasının dayanması baş verir. Xəstəlik ilk dəfə ətraflı olaraq R.Biggs tərəfindən 1952 cildə təsvir edilmiş və xəstəliyin a...

Ətraflı oxu →
Ürək-damar xəstəlikləri

Hemoxromotoz

Hemoxromotoz (ing. haemochromatosis), bürünc diabet (ing. bronze diabetes), siderofiliya (ing. iron-storage disease) – Anadangəlmə olub, dəmirin toxumalara artıq toplanması, hepatomeqaliya, artropatiya (II və III əl darağı falanqa oynaqlarının zədələnməsi), qəhvəyi rəngli dəri, hipoqonodizm, şəkərli diabet, durğunluq ürək çatışmazlığı ilə xarakterizə olunur. Yatrogen səbəbdən 2-cili hemoxromatoz yarana bilər.

Ətraflı oxu →
Mədə-bağırsaq xəstəlikləri

Hepatit

Hepatit (yun. ἡπατῖτις yun. ἥπαρ, "qaraciyər") — qaraciyərin iltihabıdır və bir çox səbəbdən meydana gələ bilər. Adətən bu, viral infeksiyanın və ya spirtli içkilərin səbəb olduğu qaraciyərin zədələnməsinin nəticəsidir. Hepatitin bir neçə fərqli növü var. Bəzi növlər heç bir ciddi problem olmadan keçir, digərləri isə uzun müddətli (xroniki) ola bilər və qaraciyərdə çapıqlar (sirroz), qaraciyər funksiyasının itirilməsi və bəzi hallarda qaraciyər xərçənginə səbəb ola bilər.

Ətraflı oxu →
Ürək-damar xəstəlikləri

Hepatit A

Hepatit A (xalq arasında "sarılıq" deyilir) virusu ən çox çirkli sulardan keçdiyi üçün yay aylarında bu xəstəliyə tutulanların sayında hədsiz dərəcədə artım görünür. Yaxşı yuyulmamış tərəvəzdən, hovuz və dəniz suyundan da Hepatit A virusuna yoluxma riski daha çoxdur. Hepatit A xəstəliyinin simptomları: solğunluq, saralma, halsızlıq, ürək bulantısı, temperatur və sidik rənginin tündləşməsi.

Ətraflı oxu →
Mədə-bağırsaq xəstəlikləri

Hepatit B

Hepatit B virusunun əmələ gətirdiyi, ilk olaraq qaraciyərdə iltihab və qaraciyər hüceyrələrinin məhviylə müşahidə edilən bir xəstəlikdir. Hepatit B virusu qaraciyərdə yaşayan, yalnız insanlarda xəstəlik törədən DNT tərkibli virusdur. Viruslar xaricində metabolik xəstəliklər, toksik və qaraciyərdə qidlanmanı pozan, dərmanlar, bəzi bakteriyalar, parazitlər və bəzi digər viruslarla inkişaf edən xəstəlik ya da infeksiyalar əsnasında da kəskin virual hepatit inkişaf edə bilər.

Ətraflı oxu →
Mədə-bağırsaq xəstəlikləri

Hepatit C

Hepatit C eyni adla xatırlanan (Hepatit C virusu) virusla bağlı inkişaf edən xəstəlikdir. Xəstəlik uzun müddətə qaraciyəri zədələyir və qaraciyər sirrozunun inkişafına səbəb olur. Virus 1989-cu ildə kəşf edilmişdir. Bilinmədiyi dövrlərdə, hadisələr hepatit A və hepatit B xəstəliklərinə bənzədiyindən bu xəstəlik non A- non B hepatiti (A və B-yə bağlı olmayan) adı ilə xatırlanmaqda idi.

Ətraflı oxu →
Mədə-bağırsaq xəstəlikləri

Hepatit D

Hepatit D — Viruslu hepatit D (delta, δ), (ing. Hepatitis delta virus, HDV) — hepatit delta virusunun yaratdığı xəstəlik. Hepatit delta virusu ilkin olaraq ağır Hepatit B infeksiyası olan xəstələrdə müşahidə olunur. Hepatit D ilə yoluxma həm hepatit B (koinfeksiya) ilə birlikdə həm də xroniki hepatit B ilə üst-üstə düşə bilər. Hər iki halda xəstələrdə xəstəliyin əlamətləri tək hepatit B olan xəstələrə nisbətən daha qabarıq şəkildə özünü göstərir. Həm hepatit B, həm də hepatit D-yə yoluxmuş xəstələrdə kəskin infeksiya, qaraciyər sirrozunun sürətli inkişafı nəticəsində son mərhələdə qaraciyər...

Ətraflı oxu →
Mədə-bağırsaq xəstəlikləri

Hepatit E

Hepatit E — (HEV) bir virusun yaratdığı qaraciyər xəstəliyi. Hepatit E virusu oral yolla, əsasən çirklənmiş su vasitəsilə ötürülür. Xəstəliyin ağır gedişi demək olar ki, yalnız hamilə qadınlarda müşahidə olunur. Hamiləliyin üçüncü trimestrində xəstəlik ən təhlükəlidir və bu dövrdə ölüm 25% -ə qədər çata bilər.

Ətraflı oxu →
Mədə-bağırsaq xəstəlikləri

Hepatoblastoma

Hepatoblastoma — uşaqlarda ən çox rast gələn (50%) bəd xassəli birincili qaraciyər şişidir. Histoloji cəhətdən embrional hepatositlərə bənzəyən hüceyrələrdən təşkil olunmuşdur. Şiş daxilində osteoid, gığırdaq, fibroz tipli mezenximal toxumalara da rast gəlmək olur.

Ətraflı oxu →
Mədə-bağırsaq xəstəlikləri

Hepatorenal sindrom

Hepatorenal sindrom — ağır qaraciyər xəstələrində böyrək funksiyalarının pozulması və hətta böyrək çatışmazlığı ilə müşayiət olunan patoloji vəziyyət. Bərabər zamanlı meydana gələ bilən karbontetraxlorid zəhərlənməsi, bəzi mikotoksinlərə məruz qalma, ya da Vilson xəstəliyində müşahidə edilən mis toksikliyi kimi vəziyyətlər belə bu zaman kənarda qalır. Ayrıca, irəli dərəcədə qaraciyər çatışmazlığı zamanı ortaya çıxan və kəskin tubulyar nekroz və böyrək çatışmazlığına səbəb olan qan dövranı problemləri belə bu sindroma aid deyil. Qaraciyər çatışmazlığı düzələrsə böyrək funksiyaları da sürətlə...

Ətraflı oxu →