Tibbi ensiklopediya
Xəstəliklər Ensiklopediyası
Simptomlar, diaqnostika və müalicə haqqında yoxlanılmış məlumat. Hazırda 305 material.
Koksiqodiniya
Koksiqodiniya — büzdüm nahiyəsində müşahidə edilən ağrılardır. Əksər hadisələrdə xəstəliyin əsasında büzdüm nahiyəsinin travmaları durur. Qadınlarda kişilərə nisbətən 3 dəfə çox rast gəlir.
Ətraflı oxu →Kolit
Kolit (yun. κῶλον (kolon) + ίτις (itis) ; azərb. Yaralı kolit xəstəliyi) — kolit xəstəliyi yoğun bağırsağın iltihabi və xroniki xəstəliyi. Bu zaman bağırsaqda çoxsaylı yaralar əmələ gəlir, bağırsağın selikli qişası zədələnir, şişkinləşir, damar şəbəkəsi pozulur, nəticədə hətta qansızmalar yarana bilir. Yaralı kolit xəstəliyi hər yaşda rast gəlinməsinə baxmayaraq, sıxlıqla 16-40 yaş arasında görülür. Xəstəliyin yaranma səbəbi dəqiq bilinmir. Güman olunur ki irsi amil, immunitetin pozulması (bədəndə gedən autoimmun reaksiyalar), bəzi zərərli qidalar, bakteriya və viruslar xəstəliyin yaranmas...
Ətraflı oxu →Komplement çatışmazlığı
Komplement çatışmazlığı (ing. Complement Deficiency) – immun sisteminin mühüm bir hissəsi olan komplement sistemində zədələnmə və ya funksional çatışmazlıq nəticəsində yaranan bir qrup immunoloji pozğunluq. Komplement sistemi, infeksiyalarla mübarizə, iltihabi proseslərin tənzimlənməsi və immun komplekslərinin təmizlənməsində mühüm rol oynayır. Komplement çatışmazlığı olan insanlar tez-tez təkrarlanan infeksiyalar, autoimmun xəstəliklər və digər immunoloji problemlərlə üzləşirlər.
Ətraflı oxu →Kor həlqə sindromu
Kor həlqə sindromu (ing. blind loop syndrome) – bağırsaq anastomozlarında nazik bağırsaqda staz nəticəsində bakteriyaların sürətlə artması, malabsorbsiya və steatoreya, oynaq sindromu baş verir. Kor ilgək və ya durğun bağırsaq sindromu nazik bağırsaqda bakteriyaların çox artması ilə (bakteriyaların miqdarı >105/ml) əlaqədar meydana çıxan funksional pozğunluqlar (diareya, steatoreya) və malabsorbsiyadır. Malabsorbsiya malnutrisiyaya, sepsisisə və böyrək çatmazlığına gətirib çıxara bilir.
Ətraflı oxu →Koronavirus xəstəliyi 2019
Koronavirus xəstəliyi 2019 (COVID-19) — SARS-CoV-2 virusunun səbəb olduğu xəstəliyin adı. 2019-cu ilin dekabr ayında Çinin Uhan şəhərində sətəlcəm xəstəliyinin yayıldığı bildirildi. 31 Dekabr 2019-cu ildə başlayan virusa Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən 2019-nCoV adı verildi, daha sonra Virusların Taksonomiyası üzrə Beynəlxalq Komitəsi tərəfindən SARS-CoV-2 olaraq yenidən adlandırıldı. Bəzi tədqiqatçılar, koronavirusun ən çox yayıldığı yer Huanan Dəniz Bazarı olduğunu bildirdi. 18 Fevral 2020-ci il tarixində koronavirusun pnevmoniyasının başlanğıcında 2,009 təsdiqlənmiş ölüm və...
Ətraflı oxu →Körpücük sümüyünün sınıqları
Körpücük sümüyünün sınıqları — çiyinə olan bir başa və ya dolayısı ilə olan travma nəticəsində baş verir. Bu sınıqlar çox geniş yayılmışdır və təcili tibbi yardım həkiminin praktikasında çox tez-tez rast gəlinir. Əsasən qabağa uzadılmış əlin və çiyin sümüklərinin üstünə yıxıldıqda belə sınıqlar baş verir. Travma nəticəsində baş verən sınıqlar sırasında körpücük sümüyü sınıqları təxminən 2,6% hallarda müşahidə edilir. Bu sınıqlar daha çox uşaq və gənclərdə müşahidə edilir. Körpücük sümüyü sınıqlarının üçdə biri 13–20 yaş arasında olan xəstələrin payına düşür. 20 yaşdan sonra körpücük sümüyü...
Ətraflı oxu →Krım-Konqo hemorragik qızdırması
Krım-Konqo hemorragik qızdırması (KKKA və ya Krım-Konqo) — İnsanlara, eləcə də ev və vəhşi heyvanlara yoluxa bilər. Xüsusilə Şərqi və Qərbi Afrikada yayılmış patogen virus Bunyaviridae ailəsinin Nairovirus qrupuna aid olan RNT virusudur . Yoluxmuş məməlilərdə klinik xəstəlik nadir olsa da, insanlarda tez-tez ağır olur və ölüm nisbəti 30% təşkil edir . Virus endemik ərazilərdə gənə vasitəsilə keçdiyi üçün əkinçilik və heyvandarlıqla məşğul olan insanlar yüksək risk qrupuna daxildir.
Ətraflı oxu →Kuru (xəstəlik)
Kuru — Yeni Qvineyanın yüksək dağlarında Fore xalqı arasında baş verən nadir, sağalmaz, ölümcül neyrodegenerativ xəstəlikdir. Anormal qatlanmış zülalların (prionların) ötürülməsi nəticəsində yaranan, neyrodegenerasiya nəticəsində titrəmə və koordinasiya itkisi kimi əlamətlərlə nəticələnən transmissiv süngərvari ensefalopatiyanın (TSE) bir formasıdır. İlk dəfə XX əsrin əvvəllərində aşkar edilmişdir. Kuru termini xəstəliyin klassik əlaməti olan bədən titrəyişlərinə görə kuriya və ya quria ("silkələmək") sözündən gəlir. Kuru sözünün mənası titrəmək deməkdir. Xəstəliyin əlamətlərindən biri olan...
Ətraflı oxu →Laron sindromu
Laron sindromu (laron cırtdanlığı; hipofiz cırtdanlığı; böyümə hormonu reseptor defekti kimi adları ilə də tanınır) otosomal resessiv tipli irsi xəstəlikdir. Böyümə hormonu reseptor genində (GH) anadangəlmə qüsur nəticəsində yaranan, periferal toxumaların böyümə hormonunun təsirinə səbəb olan nadir bir cırtdanlıq növüdür. Afrika piqmeylərində IGF-1-ə qarşı müqavimət müəyyən edilmişdir.
Ətraflı oxu →Lata
Lata (Malay dilindən götürülmüş bu söz, Azərbaycan dilində qıdıqlanma, qıdıq mənalarını verir) — Cənub-Şərqi Asiya sakinləri arasında baş verən psixopatoloji sindromdur. Sindromun əsas səbəbi insanın yaşadığı güclü stresdir. Lata sindromundan əziyyət çəkən xəstə tutmalar zamanı qışqırır, söyüş söyür, səbəbsiz gülür, ətrafdakı insanların söz və hərəkətlərini təqlid edir. Somatik simptomlara isə ürək hərəkətlərinin artması və həddindən artıq tərləmə aid edilir. Xəstəliyin fizioloji səbəbləri hələ müəyyən edilməmişdir. Lata sindromu qorxudan yaranan xəstəlik hesab olunur və tarixən xəstəlikdən...
Ətraflı oxu →Layella sindromu
Layella sindromu — nadir hallarda rast gəlinən, lakin çox ağır keçən allergik reaksiyasıdır. Xəstəliyin aparıcı əlaməti — II dərəcəli yanığın kliniki mənzərəsini xatırladan, dəri təbəqələrinin bir sıra zədələnməsidir: hiperemik (qızarmış) dəri fonunda çox böyük şəffaf yaxud qanlı suluqların əmələ gəlməsi. Dəri dəyişikliklərindən başqa xəstə güclü intoksikasiya və ürək-damar, tənəffüs sistemi tərəfindən pozulmalara məruz qalır. Belə ağır reaksiyalar müxtəlif dərman preparatlarının tətbiqindən sonra baş verə bilər, lakin ən çox Layella sindromunun inkişafı sulfanilamid preparatlarının, yaxud...
Ətraflı oxu →Leykoz
Leykoz, leykemiya və ya ağ qan xəstəliyi — sümük iliyi xəstəliyi olub, qan hüceyrələrinin, əsasən ağ qan hüceyrələrinin çoxalması ilə nəticələnən qan xərçəngi xəstəliyi. Qanın tərkibində sağlam leykositlərin, eritrositlərin və trombositlərin kəskin azalması baş verir. Bu bəla xalq arasında "ağ qan qırmızı qanı yeyir" ifadəsi ilə məşhurdur. Uşaq yaşlarında xərçəng xəstəliyinə tutulanların 35%-i leykoz xəstələridir. Leykozlarda onların formasından asılı olaraq, qanyaradıcı üzvlər, ilk növbədə, sümük iliyi, qaraciyər, dalaq, limfatik düyünlər və başqa üzvlərdəki letikulo-endoteli toxuması zədə...
Ətraflı oxu →Lipoma
Lipoma — Səthi dərialtı lipomalar ən geniş yayılmış xoşxassəli yumşaq toxuma törəmələridir. Səthi lipomaların çox nadir hallarda hansısa simptomlarla müşahidə edilir. Lipoması olan xəstələr həkimə adətən iki səbəbdən müraciət etmiş olur. Bəzi xəstələr lipomaların bədxassəli olduğundan narahatlıq hissi keçirir, digərləri isə sadəcə böyük ölçülü lipomaların kosmetik qüsur yaratdığından onun çıxarılmasını istəyir. Lipomalar nazik fibroz kapsulaya bürünmüş yetişmiş piy hüceyrələrinin toplumudur. Lipomalar bədənin piy toxuması olan istənilən hissəsində əmələ gələ bilər. Onlar adətən səthi olaraq...
Ətraflı oxu →Liposarkoma
Liposarkoma bədxassəli neoplazma olub, hüceyrələri piyə çevrilən mezenximal şişlər qrupuna aiddir. Rast gəlinməsinə görə, yumşaq toxumaların bədxassəli şişləri arasında 2-ci yeri tutur (fibrosarkomadan sonra). Uşaqlarda bu tip şişlərə çox nadir rast gəlinir. Belə ki, yaş artdıqca bu şişlərin meydanagəlmə tezliyi artır. 50-60 yaşlı insanlar arasında geniş yayılmışdır. Liposarkomaya kişilərdə daha çox rast gəlinir. Onlar bədənin hər hansı bir hissəsinə təsir göstərə bilirlər. Lakin, əsasən alt ətraflarda (xüsusən də bud və diz bölgəsində), həmçinin retroperitoneal boşluqda müşahidə olunurlar....
Ətraflı oxu →Mafuççi sindromu
Mafuççi sindromu – anadangəlmədir, mezodermal displaziya, çoxsaylı enxondromatoz və yumşaq toxumaların hemangioması yaranır. Bədxassəli şişə keçmə riski yüksəkdir.
Ətraflı oxu →Manubriosternal sindrom
Manubriosternal sindrom – döş sümüyünün yuxarı və ya önə yaxın sahədə kəskin ağrı tutmaları ilə özünü göstərir. Bəzən həmən birləşmədə ağrı (hərəkətdə və nə-fəsalmada güclənir) və şişkinlik olur.
Ətraflı oxu →Marfan sindromu
Marfan sindromu birləşdirici toxumanın autosom – dominant tip genetik xəstəliyidir. Bu xəstəlik zamanı orqanizmdə birləşdirici toxuma zədələnmiş olur. Birləşdirici toxuma bir çox orqan və sistemlərdə mövcuddur ki, bu da xəstədə müxtəlif pozulmalara səbəb olur — iri damarlar, ürək qapaqları, gözlər, skelet, əzələlər zədələnir.
Ətraflı oxu →Mekkel divertikulu
Mekkel divertikulu və ya Meckel divertikulu — Embrionun sarı cismi ilə nazik bağırsağı birləşdirən vitellointestinal axarın bağırsağa yaxın hissəsinin tam bağlanmaması nəticəsində meydana çıxan həqiqi divertikuldur. Əksər hallarda əlamət və ağırlaşma törətmir, çox az hallarda qanaxma, perforasiya və digər ağırlaşmalara səbəb ola bilir.
Ətraflı oxu →