Təcili tibbi yardım: 103
Hekiminiz

Tibbi ensiklopediya

Xəstəliklər Ensiklopediyası

Simptomlar, diaqnostika və müalicə haqqında yoxlanılmış məlumat. Hazırda 179 material.

Ürək-damar xəstəlikləri

Hava emboliyası

Hava emboliyası — qaraciyər venalarının və ya aşağı boş venanın zədələnməsi nəticəsində baş verən nadir (<1%), lakin təhlükəli ağırlaşmadır. Damarı zədələməmək, ağciyər ventilyasiyasını aşağı təzyiqlərdə aparmaq profilaktik tədbirlərdir. Emboliya baş verdikdə isə, xəstənin baş tərəfini aşağı salmaq, kardio-pulmonar intensiv terapiya məsləhət görülür.

Ətraflı oxu →
Ürək-damar xəstəlikləri

HELLP sindromu

HELLP sindromu hamiləliyin ilk III ayında (35> həftəsində) nadir hallarda rast gəlinən fəsadlaşma olub, ürəkbulanma, qusma, sağ qabırğaaltı nahiyyədə olan ağrılar, ödem, baş ağrıları ilə xarakterizə olunur. Sindrom ilk dəfə 1954-cü ildə amerikan ginekoloqu Cak A. Pritçard tərəfindən təhlil edilmişdir. Pritçard sindromu üç xarakterik əlamətinin ingiliscə baş hərfləri ilə adlandırır: H — ing. Hemolysis — hemoliz EL — ing. Elevated Liver enzymes — qaraciyər fermentlərinin aktivliyinin artması LP — ing. Lоw Platelet соunt — trombositopeniya (trombosit sayının azalması) HELLP sindromunda ana let...

Ətraflı oxu →
Ürək-damar xəstəlikləri

Hemangioma

Hemangioma — qan damarlarının kistşəkilli genişlənməsi və qan dövranının yavaşıması ilə xarakterizə olunan törəmədir. Genişlənən damardan asılı olaraq kapillyar və kavernoz hemangiomalar ayırd edilir. Kapillyar hemangiomlar kapillyarların genişlənməsi olub çox kiçikdirlər. Kavernoz hemangiomalar isə, böyük damarların genişlənməsi nəticəsində əmələ gəlir və ölçüsünə görə kiçik (<5 sm), orta (5–10 sm) və böyük (>10 sm) ola bilir. Klinik gedişinə görə isə, asimptomatik, simptomatik və ağırlaşmış formaları var. Hemangiomalar qaraciyər törəmələri arasında metastatik şişlərdən sonra ikinci, xoş x...

Ətraflı oxu →
Ürək-damar xəstəlikləri

Hemofiliya A

Hemofiliya A xəstəliyi VIII faktorun molekulyar anomaliyaları ilə və ya çatışmazlığı nəticəsində yaranan bir xəstəlikdir. Xəstəlik 30% spontan mutasiyalar, 70% isə X xromosomu ilə əlaqədar resessiv yolla nəsildən-nəslə keçməklə baş verir. Statistikaya əsasən, dünya əhalisinin hər bir milyonunun (1000000) 30–100 nəfərində aşkar olunur. Azərbaycanda Hemofiliya A xəstəliyinin rast gəlmə tezliyi 1:20000-ə bərabərdir.Qan laxtalanma sisteminin VIII faktoru və ya antihemofiliya faktoru, damarların endotel hüceyrələri və qaraciyər sinusitləri də daxil olmaqla müxtəlif toxumalarda sintez olunan poli...

Ətraflı oxu →
Mədə-bağırsaq xəstəlikləri

Hepatik ensefalopatiya

Hepatik ensefalopatiya — kəskin və xronik qaraciyər xəstəliklərinin beyin funksiyalarında törətdiyi geriyədönən və ləngimə xarakterli neyro-psixoloji (şüur, intellektual və hərəkətə nəzarət) dəyişiklərdir. İlk növbədə beyin qabığına məxsus şüur (xarici təsirə cavab və ayıqlıq), intellektual (yaddaş, qavrama, danışma, diqqət, xarakter və s.) və hərəkətə nəzarət funksiyaları pozulur. Proses irəlilədikcə qabığaltı mərkəzlərin fəaliyyəti, hətta tənəffüs mərkəzi də dayana bilir.

Ətraflı oxu →
Mədə-bağırsaq xəstəlikləri

Hepatit

Hepatit (yun. ἡπατῖτις yun. ἥπαρ, "qaraciyər") — qaraciyərin iltihabıdır və bir çox səbəbdən meydana gələ bilər. Adətən bu, viral infeksiyanın və ya spirtli içkilərin səbəb olduğu qaraciyərin zədələnməsinin nəticəsidir. Hepatitin bir neçə fərqli növü var. Bəzi növlər heç bir ciddi problem olmadan keçir, digərləri isə uzun müddətli (xroniki) ola bilər və qaraciyərdə çapıqlar (sirroz), qaraciyər funksiyasının itirilməsi və bəzi hallarda qaraciyər xərçənginə səbəb ola bilər.

Ətraflı oxu →
Ürək-damar xəstəlikləri

Hepatit A

Hepatit A (xalq arasında "sarılıq" deyilir) virusu ən çox çirkli sulardan keçdiyi üçün yay aylarında bu xəstəliyə tutulanların sayında hədsiz dərəcədə artım görünür. Yaxşı yuyulmamış tərəvəzdən, hovuz və dəniz suyundan da Hepatit A virusuna yoluxma riski daha çoxdur. Hepatit A xəstəliyinin simptomları: solğunluq, saralma, halsızlıq, ürək bulantısı, temperatur və sidik rənginin tündləşməsi.

Ətraflı oxu →
Mədə-bağırsaq xəstəlikləri

Hepatit B

Hepatit B virusunun əmələ gətirdiyi, ilk olaraq qaraciyərdə iltihab və qaraciyər hüceyrələrinin məhviylə müşahidə edilən bir xəstəlikdir. Hepatit B virusu qaraciyərdə yaşayan, yalnız insanlarda xəstəlik törədən DNT tərkibli virusdur. Viruslar xaricində metabolik xəstəliklər, toksik və qaraciyərdə qidlanmanı pozan, dərmanlar, bəzi bakteriyalar, parazitlər və bəzi digər viruslarla inkişaf edən xəstəlik ya da infeksiyalar əsnasında da kəskin virual hepatit inkişaf edə bilər.

Ətraflı oxu →
Mədə-bağırsaq xəstəlikləri

Hepatit C

Hepatit C eyni adla xatırlanan (Hepatit C virusu) virusla bağlı inkişaf edən xəstəlikdir. Xəstəlik uzun müddətə qaraciyəri zədələyir və qaraciyər sirrozunun inkişafına səbəb olur. Virus 1989-cu ildə kəşf edilmişdir. Bilinmədiyi dövrlərdə, hadisələr hepatit A və hepatit B xəstəliklərinə bənzədiyindən bu xəstəlik non A- non B hepatiti (A və B-yə bağlı olmayan) adı ilə xatırlanmaqda idi.

Ətraflı oxu →
Mədə-bağırsaq xəstəlikləri

Hepatit D

Hepatit D — Viruslu hepatit D (delta, δ), (ing. Hepatitis delta virus, HDV) — hepatit delta virusunun yaratdığı xəstəlik. Hepatit delta virusu ilkin olaraq ağır Hepatit B infeksiyası olan xəstələrdə müşahidə olunur. Hepatit D ilə yoluxma həm hepatit B (koinfeksiya) ilə birlikdə həm də xroniki hepatit B ilə üst-üstə düşə bilər. Hər iki halda xəstələrdə xəstəliyin əlamətləri tək hepatit B olan xəstələrə nisbətən daha qabarıq şəkildə özünü göstərir. Həm hepatit B, həm də hepatit D-yə yoluxmuş xəstələrdə kəskin infeksiya, qaraciyər sirrozunun sürətli inkişafı nəticəsində son mərhələdə qaraciyər...

Ətraflı oxu →
Mədə-bağırsaq xəstəlikləri

Hepatit E

Hepatit E — (HEV) bir virusun yaratdığı qaraciyər xəstəliyi. Hepatit E virusu oral yolla, əsasən çirklənmiş su vasitəsilə ötürülür. Xəstəliyin ağır gedişi demək olar ki, yalnız hamilə qadınlarda müşahidə olunur. Hamiləliyin üçüncü trimestrində xəstəlik ən təhlükəlidir və bu dövrdə ölüm 25% -ə qədər çata bilər.

Ətraflı oxu →
Mədə-bağırsaq xəstəlikləri

Hepatoblastoma

Hepatoblastoma — uşaqlarda ən çox rast gələn (50%) bəd xassəli birincili qaraciyər şişidir. Histoloji cəhətdən embrional hepatositlərə bənzəyən hüceyrələrdən təşkil olunmuşdur. Şiş daxilində osteoid, gığırdaq, fibroz tipli mezenximal toxumalara da rast gəlmək olur.

Ətraflı oxu →
Mədə-bağırsaq xəstəlikləri

Hepatopulmonar sindrom

Hepatopulmonar sindrom — sirrozda 8–30% rast gəlinir və təbiətcə xroniki Qaraciyər xəstəliyi nəticəsində baş verən hipoksemiyadır. Hesab edilir ki, xroniki qaraciyər xəstəliklərinın ağciyərdə törətdiyi şunt mexanizmi aparıcı patomexanizmdir. Hepatopulmonar sindrom klinik olaraq uzanmış vəziyyətdən vertikal vəziyyətə keçərkən təngnəfəslik (platipnea) və saturasiyanın azlması (ortodeoksiya) ilə büruzə verir. Qanda oksigenin aşağı olması (pO2 < 70mm Hg, satrurasiya < 90) xarakterik göstəricidir.

Ətraflı oxu →
Mədə-bağırsaq xəstəlikləri

Hepatorenal sindrom

Hepatorenal sindrom — ağır qaraciyər xəstələrində böyrək funksiyalarının pozulması və hətta böyrək çatışmazlığı ilə müşayiət olunan patoloji vəziyyət. Bərabər zamanlı meydana gələ bilən karbontetraxlorid zəhərlənməsi, bəzi mikotoksinlərə məruz qalma, ya da Vilson xəstəliyində müşahidə edilən mis toksikliyi kimi vəziyyətlər belə bu zaman kənarda qalır. Ayrıca, irəli dərəcədə qaraciyər çatışmazlığı zamanı ortaya çıxan və kəskin tubulyar nekroz və böyrək çatışmazlığına səbəb olan qan dövranı problemləri belə bu sindroma aid deyil. Qaraciyər çatışmazlığı düzələrsə böyrək funksiyaları da sürətlə...

Ətraflı oxu →
Mədə-bağırsaq xəstəlikləri

Hepatosellular xərçəng

Hepatosellular xərçəng (HSX) — hepatositlərdən inkişaf edən, qaraciyərin ən çox rast gələn birincili bəd xassəli şişi olub, birincili xərçəngin 80%-ni təşkil edir. Sənaye ölkələrində bütün şişlər arasında 0,2–0,8%, bitki qidaları çox istifadə edilən ölkələrdə isə, 5,5–20% hallarda rast gəlir. Ən çox 60–70 yaşlarında və kişilərdə (qadınlardan 2,5 dəfə çox) rast gəlir. Yüksək riskli ölkələrdə isə, daha çox 30–40 yaşlarında müşahidə edilir.

Ətraflı oxu →
Mədə-bağırsaq xəstəlikləri

Hidrosefaliya

Hidrosefaliya (q.yun. ὕδωρ "su" + κεφαλή "baş") ― baş beyinin maye ilə dolu boşluq və mədəciklərinə onurğa beyin mayesinin normadan artıq toplanması nəticəsində başın genişlənməsi ilə müşahidə olunan xəstəlik.

Ətraflı oxu →
Mədə-bağırsaq xəstəlikləri

Hidrotoraks

Hidrotoraks — qaraciyər rezeksiyalardan sonra ən çox təsadüf edilən ağırlaşmalardandır və təxminən 24% (12–81%) hallarda rast gəlir.

Ətraflı oxu →
Mədə-bağırsaq xəstəlikləri

Hiperlipidemiya

Hiperlipidemiya- - qanda triqliseridlərin və xolesterinin həddindən artıq yüksək cəmləşməsidir. Lipid piyin digər adıdır. Lipidlər bədəndə asanlıqla yığılır və enerji mənbəyi kimi istifadə olunur. Xolesterin qaraciyərimizdə yediyimiz yağlı yeməklərdən əmələ gələn yağlı kimyəvi maddədir (lipid). Xolesterin qanda müəyyən miqdarda olur. Sağlam qalmağınız üçün insana bir qədər xolesterin lazımdır. Xolesterin qanda lipoproteinlər adlanan hissəciklərin bir hissəsi kimi daşınır. Triqliseridlər bədəndə olan əsas piy formasıdır. Omba, bud və ya mədə nahiyyəsində piy toplanması haqqında fikirləşdikdə...

Ətraflı oxu →