Tibbi ensiklopediya
Xəstəliklər Ensiklopediyası
Simptomlar, diaqnostika və müalicə haqqında yoxlanılmış məlumat. Hazırda 179 material.
Hipertonik kriz
Hipertonik kriz — arterial təzyiqin başlanğıc səviyyədən (normal və ya yüksəlmiş) qəflətən yüksək həddə yüksəlməsidir. Hipertonik kriz zamanı beyin, ürək, böyrək qan dövranı kəskin pisləşir və ciddi ağırlaçmalar meydana çıxır (insult, infarkt, aorta divarının laylanması, ağciyər ödəmi, kəskin böyrək çatmamazlığı). Hipertonik krizlər bir neçə prinsiplər üzrə təsnif edilir. AT-nin yüksəlmə mexanizmlərinə əsasən hipertonik krizlər hiperkinetik, hipokinetik və eukinetik tiplərə bölünür. Hiperkinetik krizlər periferik damarların normal və ya zəifləmiş tonusu, ürək atımının yüksəlməsi ilə xarakte...
Ətraflı oxu →Hipotireoz
Hipotireoz — davamlı olaraq qalxanabənzər vəzi hormonu — triyodtironin çatmazlığından meydana çıxan potoloji hal. Bu halın kritik forması böyüklərdə miksödemə (dərialtı selikli qişaların ödemi), uşaqlarda isə kretinizmə səbəb olur.
Ətraflı oxu →His dəstəsinin sağ ayaqcığınıın blokadası
His dəstəsinin sağ ayaqcığınıın blokadası (ing. right bundle branch block) tibbdə ürəyin keçiricilik sistemində baş verən pozğunluq olub, Elektrokardioqrafiya müşahidəsində öz əksini tapmış olur. Bu patoloji hal heç bir şikayətə səbəb olmasa da, amma hər hansı bir sağ mədəciyin disfunksiyasına səbəb ola bilir. Bu patoloji hala səbəb ürək əzələsinin qan təchizatıının pozulması — işemiya, iltihabı — miokardit, bəzən də zəhərlənmə, sağ mədəciyin həddən ziyadə yüklənməsi halları ola bilər. Bu hal elə bir xüsusi müalicə tələb etmir, amma onu üzə çıxara bilən səbəblərə qarşı müalicə labüddür.
Ətraflı oxu →His dəstəsinin sol ayaqcığınıın blokadası
His dəstəsinin sol ayaqcığınıın blokadası (ing. left bundle branch block) tibbdə ürəyin keçiricilik sistemində baş verən pozğunluq olub, Elektrokardioqrafiya müşahidəsində öz əksini tapmış olur. Bu patoloji hal çox vaxt heç bir şikayətə səbəb olmasa da, amma hər hansı bir sol mədəciyin disfunksiyasına səbəb ola bilir. Bu patoloji hala səbəb ürək əzələsinin qan təchizatıının pozulması — işemiya, iltihabı — miokardit, bəzən də zəhərlənmə, sol mədəciyin həddən ziyadə yüklənməsi halları ola bilər. Bu hal bəzən elə bir xüsusi müalicə tələb etmir, amma onu üzə çıxara bilən səbəblərə qarşı müalicə...
Ətraflı oxu →Hörümçək angioma
Hörümçək angioma və ya hörümçək naevusu, həmçinin nevus araneus, dərinin səthinin bir az altında yerləşən, tez-tez mərkəzi qırmızı ləkə və hörümçək toru və ya hörümçək ayaqları kimi xaricə yayılan uzantılara(Qan rənginə baxın) malik telangiektaziya növüdür(dəridə şişmiş, hörümçəkəbənzər qan damarları). Onlar geniş yayılmış və tez-tez xoşxassəli olmaqla, sağlam yetkinlərin və azyaşlı uşaqların təxminən 10–15%-də özünü göstərir. Lakin, üçdən çox hörümçək angiomasının olması anormal olma ehtimalı yüksəkdir və qaraciyər xəstəliyinin və/və ya hepatit C-nin (HCV virusu) əlaməti ola bilər; bu, həm...
Ətraflı oxu →İnsulinomalar
İnsulinomalar — Mədəaltı vəzi travmaları adacıqlarının B tipli hüceyrələrindən təşkil olunmuş şişlərdir və əksər hallarda hormonal aktivlik göstərərək aşırı insulin sintezinə və hipoqlikemik krizlərə səbəb olurlar. Adacıq şişləri arasında ən çox rast gələni və xoşxassəli ehtimalı (90%) ən yüksək olanı insulinomalardır.
Ətraflı oxu →İrsi hemoxromatoz
İrsi hemoxromatoz - Sinonimlər: Bürünc diabet, birincili hemoxromatoz. İrsi hemoxromatoz (İHX) – genetik defekt nəticəsində dəmirin mədə-bağırsaq traktında sorulmasının artması və onun orqanizmin toxumalarında toplanması ilə müşayiət olunan ağır, çoxsistemli xəstəlikdir. İnsan orqanizmində dəmir artığının ifraz olunmasının xüsusi mexanizmi olmadığından bu hal, bir qayda olaraq, qaraciyərin, mədəaltı vəzin, ürəyin, hipofizin funksiyasının pozulmasına səbəb olur. İHX “dəmirin izafi yüklənməsi” (DİY) nozoloji qrupuna daxildir. Bu xəstəliklərin əsas klinik təzahürləri ümumi patogenetik mexanizm...
Ətraflı oxu →İştahasızlıq
İştahasızlıq — Müxtəlif xəstəliklərin əlaməti kimi meydana çıxa bilən və qida qəbuluna olan istəyin azalmasını əks etdirən simptom, psixoloji xəstəlik. İştaha qidalanma istəyi və aclıq hissi deməkdir. Bu hiss kifayət qədər qidalı maddələrin və enerjinin bədənə daxil olmasını və maddələr mübadiləsinin fasiləsiz təminatını tənzimləyir. İştaha hissi mərkəzi sinir sistemi və həzm traktı arasında olan qarşılıqlı əlaqə nəticəsində yaranır. Bu hissin istər azalması, istərsə artması orqanızmdə normal maddələr mübadiləsinin pozulmasına gətirib çıxarır.
Ətraflı oxu →İzosporoz
İzosporoz qızdırma, ishal, qarın ağrısı və çəki itkisi ilə xarakterizə olunan, çox nadir hallarda rast gəlinən invaziv xəstəlikdir. Xəstəliyin törədicisi təbiətdə geniş yayılmış Isospora cinsinə aid parazitlərdir. Bu cinsə 200-dən çox növ daxildir. Lakin, bu növlərdən yalnız ikisi insanlarda patologiyaya səbəb olur. Bu növlər Isospora natalensis və Isospora bellidir. İnfeksiya ilə çirklənmiş su və ya qidanı insan qəbul etdikdə həmin parazitlər insanın bağırsaqlarına daxil olurlar. Epitel hüceyrələrinə nüfuz edən parazitlər bölünərək çoxalır, oosistalar əmələ gətirirlər. Bu isə öz növbəsində...
Ətraflı oxu →Kaplan sindromu
Kaplan sindromu və ya silikoz-poliartrit sindromu — əsasən kömür mədənçilərində və toza məruz qalan fəhlələrdə müşahidə edilən vəziyyət. Bu sindrom, silikoz (tozlaşmış silikat hissəciklərinin tənəffüs yolu ilə ağciyərlərə daxil olması nəticəsində yaranan xəstəlik) ilə revmatoid artritin birgə görülməsidir. Kaplan sindromu, ağciyərlərdə nodulların formalaşması və oynaqlarda iltihabi proseslərlə xarakterizə olunur.
Ətraflı oxu →Karsinoid sindromu
Karsinoid sindrom — az-az rast gəlinən xərçəng növü olan karsinoid şişlərin (sarımtıl və dairəvi formalı) bəzi maddələri (serotonin, morilin, prostoqlandinlər və s.) qana ifraz etməsi nəticəsində formalaşır. Karsinoid şişlər ən çox mədə-bağırsaq traktında, ağciyərlərdə, bəzən isə yumurtalıqlarda rast gəlinir. Mədə-bağırsaq traktında karsinoid şişlər daha çox soxulcanabənzər (appendikulyar) çıxıntı, nazik bağırsaqlar və düz bağırsaqda rast gəlinir.
Ətraflı oxu →Katarakta
Katarakta və ya Mirvari suyu — göz büllurcuğunun görmə qabiliyyətinin zəifləşməsinə və korluğa səbəb olan donuqlaşması ilə nəticələnən göz xəstəliyidir. Katarakta bəbəyin arxasında yerləşən və görməmizdə vacib rol oyanayan büllurun şəffaflığını itirərək bulanıqlaşması və tədricən görmənin itməsinə səbəb olan xəstəlikdir. Yunan dilindən tərcümədə katarakta – "şəlalə" deməkdir. Qədim yunanlar belə hesab edirdilər ki, katarakta zamanı bəbəyin bulanıq boz rəngi onun üzərinə şəlalə kimi düşən və görməni zəiflədən pərdə ilə bağlıdır. Kataraktalı xəstə ətrafa sanki "çirkli pəncərə" arxasından baxı...
Ətraflı oxu →Kəsişmə sindromu
Kəsişmə sindromu – iltihab nəticəsində saidin distal nahiyəsində mil sümüyündən 6–8 sm proksimal hissədə yaranan ağrı və ödem.
Ətraflı oxu →Kəskin pankreatit
Kəskin pankreatit — mədəaltı vəzin fermentativ autoliz prosesi nəticəsində ödemi və ya aseptik nekrozu ilə başlayıb ikincili irinli infeksiyanın qoşula bilməsi ilə xarakterizə olunan xəstəlikdir. KP pankreas toxumasının məhəlli və ya diffuz şəkildə destruksiyasına gətirib çıxara bilər ki, bu hal pankreonekroz adlanır. Bu zaman peritonarxası toxumanın da nekrozu müşahidə oluna bilər. Bəzən irinli infeksiyanın qoşulması nekroz sahəsinin absesləşməsinə səbəb olur.
Ətraflı oxu →Kəskin qaraciyər çatışmazlığı
Kəskin qaraciyər çatışmazlığı — qaraciyər xəstəliklərinin ilk əlamətlərindən (məsələn, sarılıq) dərhal sonra ciddi ağırlaşmaların meydana çıxmasıdır. Bu hal qaraciyərin ciddi zədələnməsini (qaraciyər hüceyrələrinin öz funksiyalarını 80–90% itirməsi) göstərir. Əsas ağırlaşmalar hepatik ensefalopatiya və zülalın biosintezinin pozulmasıdır (bu, zərdab albumini və qandakı protrombin vaxtı ilə ölçülür). 1993-cü il təsnifatına görə, hiperkəskin 1 həftə ərzində, kəskin 8–28 gün ərzində, subkəskin isə 4–12 həftə ərzində inkişaf edir; həm xəstəliyin nə qədər sürətlə inkişaf etməsi, həm də onun əsas...
Ətraflı oxu →Kimyəvi yanıqlar
Kimyəvi yanıqlar — turşuların, qələvilərin, ağır metal duzların, yaxud digər kimyəvi aktiv birləşmələrin təsiri nəticəsində baş verən yanıqlar. Kimyəvi yanıqlar "termiki yanıqlar"a nisbətən az rast gəlinir (2,5–5,1% təşkil edir). Kimyəvi yanıqlar adətən, güclü turşu və qələvi olan kimyəvi maddələrin təsirindən baş verir. Təmizləyici maddələr (evdə istifadə olunan ağardıcılar, kənd təsərrüfatında istifadə olunan kimyəvi maddələr və s.) dərini asan zədələyə bilər. Termik yanıqlarında olduğu kimi, bu yanıqlarda da kimyəvi maddə nə qədər güclüdürsə və onunla təmas müddəti nə qədər çoxdursa yanı...
Ətraflı oxu →Kolit
Kolit (yun. κῶλον (kolon) + ίτις (itis) ; azərb. Yaralı kolit xəstəliyi) — kolit xəstəliyi yoğun bağırsağın iltihabi və xroniki xəstəliyi. Bu zaman bağırsaqda çoxsaylı yaralar əmələ gəlir, bağırsağın selikli qişası zədələnir, şişkinləşir, damar şəbəkəsi pozulur, nəticədə hətta qansızmalar yarana bilir. Yaralı kolit xəstəliyi hər yaşda rast gəlinməsinə baxmayaraq, sıxlıqla 16-40 yaş arasında görülür. Xəstəliyin yaranma səbəbi dəqiq bilinmir. Güman olunur ki irsi amil, immunitetin pozulması (bədəndə gedən autoimmun reaksiyalar), bəzi zərərli qidalar, bakteriya və viruslar xəstəliyin yaranmas...
Ətraflı oxu →Kolorektal xərçəng
Yoğun bağırsaqlarda bədxassəli yenitörəmələr — yoğun bağırsaqda və ona bitişik olan — kor bağırsaqda bədxassəli çoxalma. İngiliscə terminin (ing. colorectal cancer) düzgün tərcümə olunmaması nəticəsində, bu şişlər qrupu daha çox sadələşdirilmiş şəkildə Kolorektal xərçəng adlandırılır, halbuki, azərbaycan dilində bu bir qədər dar termindir (məsələn, özündə yoğun bağırsaq limfomasını əks etdirmir); ingilis dilində isə bu termin özündə düz bağırsaq xərçəngi anlayışını da əks etdirməkdədir. Hər il dünyada 600 mindən çox, Rusiyada isə təxminən 50 min nəfərdə yoğun bağıraq xərçəngi aşkar edilir....
Ətraflı oxu →