Tibbi ensiklopediya
Xəstəliklər Ensiklopediyası
Simptomlar, diaqnostika və müalicə haqqında yoxlanılmış məlumat. Hazırda 179 material.
Mitoxondrial xəstəliklər
Mitoxondrial xəstəliklər — mitoxondrilərin genetik, struktur və biokimyəvi defektləri ilə şərtlənən heterogen sinir-əzələ xəstəlikləri qrupu. Enerjinin yaranmasında aparıcı rol mitoxondrilərə məxsusdur. İnsanın mitoxondrial DNT-si 2 zəncirli halqavari molekuldan ibarətdir. Mitoxondrial genom 16569 nukleotid, 22 nəqliyyat RNT-si geni, 2 ribosom RNT-si geni, 13 zülal genlərindən ibarətdir. Mitoxondrial DNT 200000-300000 nüsxədə, demək olar ki, tam yumurtahüceyrələrin sitoplazması ilə ötürülür (spermatazoidlər də praktik olaraq mitoxondrilər olmadığı üçün onlarla cüzi ötürülür). Ona görə də, m...
Ətraflı oxu →Narkolepsiya
Narkolepsiya — Narkolepsiya (narcao-keyləşirəm, lepsis-tutma) qısamüddətli yuxu tutmalarının vaxtaşırı təkrar etməsi ilə xarakterizə olunan xəstəlik. Xəstəlik adətən gənc yaşlarda başlayır. Narkolepsiya tutması iş vaxtı, yol gedərkən, danışan zaman, yeriyərkən və hətta velosiped ilə gedərkən belə baş verə bilər. Tutma bir neçə dəqiqə davam edir. Tutma qurtardıqda xəstə özünü tamamilə sağlam hiss edir. Narkoleptik tutmada yuxu bütün iradi əzələlərin boşalması ilə müşayiət olunmur. Buna görə xəstələr yuxu tutması zamanı bir şeyə söykənərək dayana bilərlər. Bir qrup xəstələrdə səbəbkar faktoru...
Ətraflı oxu →Nazik bağırsağın qaz sistləri
Nazik bağırsağın qaz sistləri — Bu xəstəlik nadir rast gəlir və nazik bağırsağın divarında qazla dolu sistlərin formalaşması ilə xarakterizə olunur. Sistlər tək və çoxsaylı olur, diametri bir neçə millimetrdən bir neçə santimetrə qədər dəyişir. Qaz sistləri həm yoğun, həm də nazik bağırsaqda rast gəlir.
Ətraflı oxu →Nazik bağırsaq keçməzliyi sindromu
Nazik bağırsaq keçməzliyi sindromu — Kəskin bağırsaq keçməzliyi möhtəviyyatın bağırsaqdan keçişinin kəskin dayanması nəticəsində meydana çıxan təcili cərrahi vəziyyətdir, bağırsağın kəskin genişlənməsi, hipovolemiya və sepsis ilə xarakterizə olunur. Bu patoloji vəziyyət erkən müddətlərdə aradan qaldırılmadıqda ölüm ehtimalı yüksək olur.
Ətraflı oxu →Nazik bağırsaq xərçəngi
Nazik bağırsaq xərçəngi — Nazik bağırsağın şişləri.
Ətraflı oxu →Neyroendokrin şiş
Neyroendokrin şişlər (NET) endokrin (hormonal) və sinir sistemlərinin hüceyrələrindən yaranan yenitörəmələrdir. Onlar ən çox bağırsaqda baş verir, burada əsasən karsinoid şişlər kimi adlanır, lakin mədəaltı vəzi, ağciyər və bədənin qalan hissəsində də olur.
Ətraflı oxu →Neyromiyelit Optika
Neyromiyelit Optika (Devik xəstəliyi) — seçici olaraq görmə sinirinin (akut və subakut nevrit) və onurğa beyninin (geniş yayılmış eninə miyelit, LETM) zədələnməsi ilə xarakterizə olunan iltihabi, demielinləşdirici xəstəlikdir. Neyromiyelit Optika əvvəllər çox vaxt sklerozun ağır forması kimi qəbul edilirdi və diaqnozu sklerozla səhv salınırdı. Hal-hazırda, sklerozda rast gəlinməyən spesifik marker (NMO-IgG) aşkarlandığı və xəstəliyin gediş xüsusiyyətləri səbəbindən Neyromiyelit Optika ayrıca bir xəstəlik kimi qəbul edilir. Sklerozun xüsusi bir forması 1894-cü ildə Devik tərəfindən təsvir ed...
Ətraflı oxu →Nimann-Pik xəstəliyi
Nimann-Pik xəstəliyi və ya sfinqomielinlipidoz – irsi sfinqomielinaza fermentinin irsi defekti ilə əlaqədar baş verən xəstəlik. Xəstəlik zamanı beyin qabığı hüceyrələrində, beynin ağ maddəsində, qaraciyərdə, dalaqda, sümük iliyində, böyrəküstü vəzilərdə, böyrəklərdə, limfa düyünlərdə, dəridə və qanın mononuklear hüceyrələrində (monositlər və limfositlər) sfinqomielinlərin miqdarı artır.
Ətraflı oxu →Norovirus
Norovirus ("Noruolk virusu" — ing. Norwalk virus) — lat. Caliciviridae ailəsindən olan, RNT tərkibli virus. Dünyada 90% hallarda bakteriyasız keçən mədə-bağırsaq epidemiyalarının səbəbkarı norovirus törədicisidir. Virus xəstə ilə birbaşa təmasdan, yoluxmuş qida məhsullarından əsasən fekal-oral yolu ilə ötürülür. Bu hal "bağırsaq qripi" də adlandırılır. İlk olaraq norovirus özünü 1968-ci ildə Ohayo ştatının Noruolk şəhərində, ibtidai məktəb şagirdləri arasında kəskin baş qaldırmış mədə-bağırsaq pozğunluqları ilə büruzə verdiyinə görə ing. Norwalk-like virus adlandırılmışdır. Virus 1972-ci il...
Ətraflı oxu →Öd daşı xəstəliyi
Öd daşı xəstəliyi (lat. Cholecystolithiasis — yun. χολή lat. chole “öd” və yun. λίθος lat. líthos “daş”) bütün dünyada və eyni zamanda Azərbaycanda çox geniş yayılmışdır. Demək olar ki, bir çox adamlarda öd daşlarının əmələ gəlməsi və xəstəliyin inkişafı üçün şərait vardır. Öd öz-özlüyündə litogen (daş əmələ gətirmə) xüsusiyyətə malikdir. Ödün bu xüsusiyyəti və bir sıra şərait yaradan faktorlar (öd yollarının daralması, iltihabi dəyişikliklər, xəstələrin qidalanma xüsusiyyətləri və s.) ödün kristallizasiya ocağını yaradır, bu isə sonradan daşların əmələ gəlməsi ilə nəticələnir. Öd kristalla...
Ətraflı oxu →Oddi sfinktoru disfunksiyası
Oddi sfinktoru disfunksiyası — Oddi sfinktorunun daşla yox, üzvi (fibroz, iltihab) və ya funksional (spazm) səbəblərdən tıxanması disfunksiya adlanır. Hərçənd ki, disfunksiya ilə birlikdə daş da rastlana bilər. Oddi sfinktoru disfunksiyası (OSD) ödün və / və ya pankreas şirəsinin onikibarmaq bağırsağa axınını əngəlləyərək xolestaza, xoledox genişlənməsinə, qaraciyər zədələnməsinə, pankreatitə və öd sancısına səbəb olur.
Ətraflı oxu →Öd kisəsi diskineziyası
Öd kisəsi diskineziyası — Öd kisəsi diskineziyası kisədə funksional dəyişikliklərlə xarakterizə olunan xəstəlikdir. Xəstəlik aşağıdakı kriteriyalarla təyin olunur. Klassik öd sancısı və ya öd ağrısı (yeməkdən sonra küt ağrı, yağlı yeməklərdən sonra narahatlıq və ya səhərə yaxın ağrılar) ilə büruzə verir. USM-də öd kisəsi və öd yollarında daş və ya üzvi dəyişiklik tapılmır, laborator göstəricilər (qaraciyər, xolestaz, pankreatik enzimlər) normaldır. Öd kisəsinin yığılma funksiyasında azalma (artım fraksiyası <35%) və ya öd tərkibində dəyişmə (kristallar, fosfolipid, öd turşusunun duzları) və...
Ətraflı oxu →Öd kisəsin bəd xassəli şişi
Öd kisəsin bəd xassəli şişi — Öd kisəsi xərçəngi öd yollarının ən çox rast gələn, həzm sisteminin isə beşinci yerdə duran şişidir. Öd sancısı olan xəstələrin təxminən 1%-ində öd kisəsi xərçəngi tapılır.
Ətraflı oxu →Öd kisəsinin iltihabı
Öd kisəsinin iltihabı (yun. cholecyst, "öd kisəsi", lat. itis, "iltihab") lat. cholecystitis) — öd kisəsinin xəstəliklərindən biri. Adından məlum olduğu kimi kəskin iltihabi bir proses olub xroniki hala da keçə bilir. Hazırda kəskin öd kisəsinin iltihabı dərhal cərrahi müdaxilə ilə müalicə olunduğundan xroniki hallar kəskin azalmışdır. Çox vaxt (90–95 %) öd daşı xəstəliyi ilə müştərək meydana çıxır. Daha doğrusu öd daşı xəstəliyinin fəsadı kimi özünü büruzə verir. Bu hal tibbdə daşlı xolesistit adlanır.
Ətraflı oxu →Öd kisəsi polipləri
Öd kisəsi polipləri — Polip, epitelial səthdən mənfəzə doğru çıxan, epiteldən və ya epitellə örtülü toxumalardan ibarət olan çıxıntışəkilli törəmələrə deyilir. Müxtəlif təbiətli xəstəliklər – iltihabi, neoplastik, distrofik və s. polipləri törədə bilər. Öd kisəsi polipləri autopsiyalarda, çıxarılan kisələrdə görüntüləmə ilə tapıla bilir və təxminən 1–4% əhalidə rastlanır. Əməliyyatönü və əməliyyatdaxili ümumi cəhətlərini nəzərə alaraq öd kisəsi polipləri müqayisəli şəkildə verilir.
Ətraflı oxu →Onixokriptoz
Onixokriptoza və ya dırnaq batması — dırnaq batması ilə müşahidə olunan xəstəlikdir Dırnaq batması gündəlik həyatda tez-tez rast gəlinən və dözülməz ağrılarla müşahidə olunan xəstəlikdir. Xəstəliyə daha çox ayaq, xüsusilə də baş barmaq dırnağında rast gəlinir: dırnağın kənarları dırnaq yatağının içərisinə doğru inkişaf edir, ətrafdakı yumşaq toxumalarda iltihabi prosesə səbəb olur. Onixokriptoz irsi, düzgün seçilməyən ayaqqabı, göbələk infeksiyası, ayaqların çox tərləməsi, travma, dırnağın düzgün kəsilməməsi səbəbindən yarana bilər. Dırnaq batması özünü birdən-birə büruzə vermir. İlk vaxtla...
Ətraflı oxu →Övrə xəstəliyi
Övrə və ya xalq arasında qurdeşənəyi — dərinin allergik mənşəli xroniki xəstəliyidir. Dəridə qaşıntılı qabarcıqlarla özünü göstərir. Elmi adı urticaria olan bu xəstəlik insanın əmək qabiliyyətini və həyat keyfiyyətinin ciddi şəkildə pozan bir patologiyadır. Övrənin daha ağır forması sayılan angioödem və ya kvinke ödemi xəstənin həyatını təhlükə altına ala bilər.
Ətraflı oxu →Padalka simptomu
Padalka simptomu — qarın yatalağı və paratif xəstəlikləri, yalançı vərəm, bağırsaq yersiniozu, bağırsaq vərəmi və kampilobakterioz üçün diaqnostik əhəmiyyəti olan klinik əlamət.
Ətraflı oxu →