Təcili tibbi yardım: 103
Hekiminiz

Tibbi ensiklopediya

Xəstəliklər Ensiklopediyası

Simptomlar, diaqnostika və müalicə haqqında yoxlanılmış məlumat. Hazırda 179 material.

Ürək-damar xəstəlikləri

Septik şok

Septik şok — İnfuziyaya baxmayaraq hemodinamikanın düzəlməməsi septik şok adlandırılır. Hazırda septik şok ümumi iltihab sindromunun ağır formalarındın biri kimi qəbul edilir və mahiyyətcə hipovolemik və vazodilatator şok hesab edilir. Orqanizmin bütün orqanlarında baş verən iltihab (ÜİS) kapilyar keçiriliyicini artıraraq plazma itirilməsinə – hipovolemiyaya səbəb olur (sekvestrasiya, ödem, üçüncü sahə). Eyni zamanda iltihab mediatorları diffuz vazodilatasiya törədərək perferik müqaviməti azaldırlar. Septik şok ən çox travmalarda və iltihabi-destruktiv xəstələrdə rast gəlir. Erkən septik şo...

Ətraflı oxu →
Mədə-bağırsaq xəstəlikləri

Sesamoidit

Sesamoidit – I ayaqdarağı sümüyünün başının altında yerləşən iki kiçik sümüyün iltihabıdır. Bəzi peşələr və hündür dabanlı ayaqqabı geyməklə bağlıdır. Lokal ağrı və sümüyün sınığında ödem yaranır.

Ətraflı oxu →
Mədə-bağırsaq xəstəlikləri

Şəxsiyyət pozuntuları

Şəxsiyyət pozuntuları — uzunmüdətli, güclü və müqavimətli düşüncə və davranış qəliblərilə xarakterizə olunmuş pozuntular sinfidir. Şəxsiyyət pozuntularının aşkarlanması və təsnif edilməsi çoxpilləli və çətin prosesdir. Pozuntuların mənbəyi filogenetik inkişaf prosesi tərkibində — genetik və ya ontogenetik inkişaf çərçivəsində formalaşa bilir. Bəzi hallarda isə həm irsi, həm də ontogenetik mənbəyə sahib ola bilər. Şəxsiyyət pozuntularının aşkara çıxarılmasında fərdin tərkibində formalaşdığı mədəni və sosial mühit ən əsas faktordur. Bir vəziyyətə şəxsiyyət pozuntusu kimi diaqnoz qoyulması üçü...

Ətraflı oxu →
Mədə-bağırsaq xəstəlikləri

Sinqa

Sinqa - Qidada vitaminlərin, xüsusilə də C vitamini (abskorbik turşusu), çatışmaması nəticəsində meydana gələn və diş ətinin boşalması, yumşalması və ondan qan axması şəklində təzahür edən xəstəlik. Xəstəliyin erkən əlamətlərinə zəiflik, yorğunluq hissi və qol və ayaq ağrısı göstərilə bilər. Müalicə edilmədən qırmızı qan hüceyrələrinin azalması, diş əti xəstəliyi, saçlarda dəyişiklik və dəridən qanaxma baş verə bilər. Xəstəlik irəlilədikcə yaraların sağalmasında zəiflik, şəxsiyyət dəyişikliyi və nəhayət infeksiya və ya qanaxma nəticəsində ölüm baş verməsi mümkündür. Simptomlar ortaya çıxmas...

Ətraflı oxu →
Ürək-damar xəstəlikləri

Sinus taxikardiyası

Sinus taxikardiyası — sinoatrial düyündən yaranan elektrik impulslarının sürətinin artması ilə xarakterizə olunan yüksəlmiş sinus ritmi. Yetkinlərdə sinus taxikardiyası dəqiqədə 100-dən çox ürək dərəcəsi kimi müəyyən edilir. İnsanın istirahət zamanı ürək dərəcəsi dəqiqədə 60–90 döyüntüdür. Ürək qanla tam dolmur və qan axınının pozulması baş verir. Normal ürək döyüntüsü yaş və fiziki hazırlıq səviyyəsindən asılıdır: körpələrdə daha yüksək ürək döyüntüsü (dəqiqədə 110–150 vuruş), yaşlı insanlar isə daha aşağı olur. Sinus taxikardiyası, bədənin daha yüksək enerji və oksigen ehtiyaclarını ödəmə...

Ətraflı oxu →
Ürək-damar xəstəlikləri

Sirroz

Sirroz — Qaraciyər löbüllerinin bağ toxumaları vasitəçiliyi ilə köçürülməsi. Sirroz qaraciyər toxumasının çapıqlaşmasını təsvir edən bir anlayışdır. Sirroz zamanı qaraciyərin normal fəaliyyətini təmin edən hüceyrələrin miqdarı azalır və onların yerini çapıq toxuması tutur. Qaraciyərdə çapıqlaşma fərqli səbəblərdən baş verən iltihabi proses nəticəsində formalaşır. Sirrozun ilkin mərhələlərində qaraciyər öz normal funksiyalarını yerinə yetirir. Amma sirrotik dəyişikliklər artdıqca qaraciyər orqanizm üçün həyati vaciblik daşıyan funksiyalarının həyata keçirə bilmir. Sirroza bir çox fərqli təri...

Ətraflı oxu →
Mədə-bağırsaq xəstəlikləri

Sistik fibroz

Sistik fibroz — ağciyərdə olan və irsən keçən bir xəstəlik. Bu xəstəlik nəfəs alma, həzm sistemi problemləri yaradır. Ağciyərlərin təmiz qalmasını sağlayan salğı bezlərinin incə və axışqan olan maye, sistik fibroz xəstələrində daha çox yoğunlaşaraq axıcılıqları azalır.

Ətraflı oxu →
Mədə-bağırsaq xəstəlikləri

Sistit

Sistit — sidik kisəsinin selikli qişasının iltihabıdır. Bu sidik-cinsiyyət üzvlərin iltihabı xəstəliklərinin ən çox yayılmış formasıdır. Qadınların 20–25%-i müxtəlif formada sistit keçirirlər, 10%-i isə xroniki sistit xəstəsidirlər və bu rəqəmlər ildən-ilə artır. Kişilər bu xəstəlikdən nisbətən az əziyyət çəkirlər – sistit kişilərin 0,5%-ində olur. Çox vaxt sistitlə qadınlar xəstələnirlər və bu onların orqanizmlərinin anatomik quruluşu ilə bağlıdır: qadınlarda sidik kanalı geniş və qısadır, ona görə də kişilərə nisbətən qadınlarda sidik kisəsinə infeksiya düşməsi daha asandır. İnfeksion sis...

Ətraflı oxu →
Ürək-damar xəstəlikləri

Sklerodermiya

Sklerodermiya — dəri, qan damarları, əzələlər və daxili orqanlarda dəyişikliklərə səbəb ola bilən bir qrup autoimmun xəstəlik. Xəstəlik sadəcə dəri ilə də lokalizasiya ola və ya digər oqranlara da yayıla bilər. Sklerodermanın simptomları vəziyyətin növündən və şiddətindən asılı olaraq dəyişə bilər. Sklerodermanın ən çox görülən simptomlarından biri dərinin, xüsusən də barmaqlarda, əllərdə, üzdə və ayaqlarda qalınlaşması və sərtləşməsidir. Dəri daha parlaq və sıx görünə bilər. Həmçinin soyuq temperatur və ya stresə cavab olaraq əl və ayaq barmaqlarında olan qan damarlarının daralması halı, ə...

Ətraflı oxu →
Mədə-bağırsaq xəstəlikləri

Somatik simptom pozğunluğu

Somatik simptom pozğunluğu — fiziki simptomlara — məsələn, ağrı və ya nəfəs darlığı kimi—həddindən artıq diqqət ilə xarakterizə olunan və əhəmiyyətli narahatlıq və ya funksional pozulmaya səbəb olan psixi sağlamlıq vəziyyətidir. Somatik simptom pozğunluğu olan şəxslər öz simptomları ilə bağlı qeyri-mütənasib düşüncələr, emosiyalar və davranışlar yaşayırlar. Simptomların özləri qəsdən yaradılmır və ya saxtalaşdırılmır (bu, simulyasiya və faktiki pozuntularda olduğu kimi deyil) və onların əsas səbəbi istər psixogen, istərsə də izah olunmamış—diaqnoz üçün əhəmiyyətli deyil. Somatik simptom poz...

Ətraflı oxu →
Mədə-bağırsaq xəstəlikləri

Sonsuzluq (biologiya)

Biologiyada sonsuzluq — bitki və heyvanların cinsi yolla çoxalma qabiliyyətinin itirilməsi. Tibbdə sonsuzluq və ya qısırlıq (infertillik) (lat. Sterilitas) — reproduktiv yaşda olan cütlüyün müntəzəm cinsi fəaliyyətlə uşaq dünyaya gətirə bilməməsi. Əgər qadın kontraseptivlərdən və üsullardan istifadə etmədən müntəzəm cinsi əlaqədə olduqda (həftədə ən azı 2 dəfə cinsi əlaqə) bir il ərzində hamilə qalmazsa, ər-arvad sonsuz hesab olunur. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, "…evli cütlüklərin təxminən 8%-i həyatın reproduktiv dövründə sonsuzluq problemi ilə üzləşir".

Ətraflı oxu →
Mədə-bağırsaq xəstəlikləri

Süzənək

Süzənək və ya qonoreya (yun. gonorrhoia, gonos – toxum + rheo — axıram), pereloy — əsasən, sidik-cinsiyyət orqanlarının selikli qişasını zədələyən infeksion xəstəlik. Zöhrəvi xəstəliklər qrupundandır. Törədicisini (qonokokk) 1879-cu ildə A.Neyser tapmışdır. Cinsi yolla yayılır, qeyri-çinsi yolla uşaqlar doğuş zamanı xəstə anadan (qonokokk uşağın gözünə düşüb blennoreya törədir, yaxud qız uşağının çinsiyyət orqanına düşür) və ya xəstənin əşyalarından (dəsmalından, yatağından və s.) istifadə etdikdə yoluxurlar. Süzənək xəstəliyində immunitet yaranmır. Bu xəstəlik irsi deyil və hər bir insan b...

Ətraflı oxu →
Mədə-bağırsaq xəstəlikləri

Svayer–Ceyms sindromu

Svayer–Ceyms sindromu — Həmçinin Swyer–James–MacLeod sindromu olaraq da bilinən, nadir rast gəlinən ağciyər xəstəliyi. Ağciyərin kiçik olması ilə xarakterizə olunur.

Ətraflı oxu →
Mədə-bağırsaq xəstəlikləri

Taxipnoe

Taxipnoe (yun. ταχύπνοια) — tənginəfəslik deməkdir. Dəqiqəlik tənəffüsün sayının normadan artıq olmas ilə xarakterizə olunur. Normada insan bir dəqiqə ərzində 15–16 dəfə nəfəs alıb-verir. Tənəffüsün sayının 15–16 sikldən artıq olması taxipnoe adlanır. Bir neçə səbəbdən irəli gələ bilir. Bu və digər patoloji proseslər zamanı orqanizmin oksigenə olan təlabatı ödəmək üçün meydana çıxan bir kompensator haldır.

Ətraflı oxu →
Mədə-bağırsaq xəstəlikləri

Tetanus

Tetanus — ağır, kəskin, təhlükəli yoluxucu xəstəlikdir. Yunan dilində "tetanos" qıcolma, donma mənasını ifadə edir. Eritrositlərin parçalanması (hemolizi) və skelet əzələlərinin qıcolması ilə müşahidə olunan, asfiksiya (boğulma) və ölümlə nəticələnə bilən mərkəzi sinir sisteminin zədələnməsi ilə səciyyələnir. Tetanus toksini botulizm toksini kimi dünyada ən güclü bioloji pis xəstəlik hesab olunur. Tetanus mikrobu təbiətdə geniş yayılmışdır. Gövşəyən heyvanların (40%) bağırsaqlarında daim yaşayır, torpağa düşür, spor əmələ gətirərək hər yerdə havada və torpaqda uzun müddət (illərlə) qalır. İ...

Ətraflı oxu →
Mədə-bağırsaq xəstəlikləri

Transkripsiya (genetika)

Transkripsiya — bütün canlı hüceyrələrdə baş verən və DNT-nin bir zəncirindəki nukleotidlərin ardıcılığı şəklində yazılmış genetik məlumatın RNT-yə komplimentar prosesidir. Gen və ribosom arasında vasitəçi rolunu məlumat RNT-si (m-RNT) yenin bir zəncirinə əsasən baş verir. Məlumat RNT-nin sintezində RNT-polimeraza fermenti iştirak edir. Promator RNT-polimerazla birləşib və məlumat RNT-nin sintezinə başlayan DNT sahələrindən biridir. RNT-polimerazın sahəyə çatması terminator adlanır vı sintez başa çatır. Məlumat RNT sintezi nüvədə olan sərbəst ribonukleotidlərin komplementar prinsipi ilə gen...

Ətraflı oxu →
Mədə-bağırsaq xəstəlikləri

Trombotik trombositopenik purpura

Trombotik trombositopenik purpura, TTP, Eli Moschcowitz sindromu – birincili və ikincili (immunodepressiv dərmanlar, xərçəng, HİV infeksiyası, ağır hamiləlik, Eschericha coliyə bağlı hemorragik kolit). Letallıq yüksəkdir. 5 əlaməti var: qızdırma, mental status pozulması, böyrək zədələnməsi, hemolitik anemiya, trombositopeniya. İdiopatik ola və SLE-də yarana bilər (bu kəskin TTP adlanır) və bu əsas xəstəliyin kəskinləşməsi kimi qəbul edilə bilər. Periferik qanda şistositlərin tapılması, komplementin normal səviyyəsi və ADAMTS13 aktivliyinin aşağı olması və ya ona qarşı AT aşkarı SLE üçün xar...

Ətraflı oxu →
Mədə-bağırsaq xəstəlikləri

Uolkott–Rallison sindromu

Uolkott–Rallison sindromu (WRS) — Nadir, avtosomal resessiv xəstəlik olub, əsas klinik əlamətləri arasında uşaqlıq yaşlarında şəkərli diabet, çoxsaylı epifizal displaziya, osteopeniya, zehni gerilik və ya inkişaf geriliyi, həmçinin qaraciyər və böyrək disfunksiyası yer alır.

Ətraflı oxu →