Tibbi ensiklopediya
Xəstəliklər Ensiklopediyası
Simptomlar, diaqnostika və müalicə haqqında yoxlanılmış məlumat. Hazırda 144 material.
Abadi simptomu (Qreyvs xəstəliyi)
Abadi simptomu və ya Abadi əlaməti — Yuxarı göz qapağını qaldıran əzələnin spazmı və göz qapağının geri çəkilməsi nəticəsində ekzoftalm və gözlərin şişkinləşməsi. Əlamət Qreyvs-Bazedov xəstəliyi zamanı müşahidə olunur. Əlamət fransız oftalmoloq Jan Mari Çarlz Abadinin (fr. Jean Marie Charles Abadie) adı ilə bağlıdır.
Ətraflı oxu →Abses
Abses (lat. abscessus - irinlik) — iltihab nəticəsində məhdud boşluqda irin toplanması. Abses dərialtı toxumada, əzələlərdə, sümükdə, həmçinin, qaraciyər, ağciyər, dalaq, beyin və s.-də inkişaf edə bilər. Abses irintörədən mikrobların zədələnmiş dəri və selikli qişalardan orqanizmə keçməsi, yaxud qan və limfa damarları ilə digər iltihab ocağından gətirilməsi nəticəsində əmələ gəlir. Kəskin və xroniki Absesə ayrılır. Kəskin Absesdə ağrı, qızartı, məhəlli şişkinlik, yüksək temperatur, yuxusuzluq, başağrısı və s. əlamətlər olur. Plevra və qarın boşluğunda Absesin yırtılması ağırlaşmaya səbəb o...
Ətraflı oxu →Afaziya
Afaziya (yun. ἀ — inkar hissəcik; φάσις — ifadə, bəyan) — formalaşmış nitqin sistem pozğunluğu.. Əsasən beyin qabığının travma, şiş toxuması, insult, iltihabi proseslər və bir neçə psixi xəstəliklər nəticəsində nitq şöbəsinin zədələnməsindən meydana çıxır.
Ətraflı oxu →Ağciyər xərçəngi
Ağciyər xərçəngi — ağciyər toxumalarındakı hüceyrələrin normadan artıq çoxalması ilə müşayiət olunan bir xəstəlik. Bu nəzarət edilə bilməyən artım hüceyrələrin ətrafdakı toxumaları əhatə etməsi və ya ağciyərdən digər orqanlara yayılması ilə (metastaz) nəticələnə bilər. Ümumdünya Səhiyyə Təşkilatının hesabatına görə ağciyər xərçəngi dünya miqyasında xərçəng xəstəlikləri arasında ən çox ölümə səbəb olan xərçəng növüdür və dünyada hər il təqribən 1,6 milyon insanın ölümünə səbəb olur. Ölümcüllüyü yüksək olan bu xərçəng növündə dünya miqyasında insanların siqaret çəkmə vərdişlərindəki dəyişməyə...
Ətraflı oxu →Albinizm
Albinizm (lat. albus - ağ) – anadangəlmə dəriyə rəng verən piqmentin olmaması xarakterizə olunan, dəridə melanin əmələ gətirən melanositlərin çatışmazlığı və ya olmamasıdır. Nadir rast gəlinən və insanların marağına səbəb olan nadir xəstəliklərdən biridir. Belə insanlar (və ya digər canlılar) dərisi ağ rəngli olmaqla, ətrafdakıların diqqətini öz üzərlərinə cəmləyirlər. Onlar elmi dildə “albinos” adlanır. Albinizm xəstəliyinə tutulanlardan çoxu bunu kompleks hesab etsə də, bəziləri insanların reaksiyalarına alışdığını söyləyir. Molekulyar səbəbləri hipofizin orta payının melanosit stimuləedi...
Ətraflı oxu →Alisa möcüzələr ölkəsində sindromu
Alisa möcüzələr ölkəsində sindromu, Todd Sindromu və ya liliput hallüsinasiyası — insan dərrakəsinə təsir edən nevroloji vəziyyət. Xəstəliyə yoluxanlar mikropsiya, makropsiya və ya digər hissi vəziyyətlərin pozğunluğundan əziyyət çəkirlər. Hazırkı şəraitdə bu sindrom miqren, beyin xərçəngi və psixoaktiv dərmanların istifadəsi nəticəsində yarana bilər. Xəstəliyin simptomları daha çox uşaqlıq dövründə müşahidə olunur. Bu simptomlar yuxu tutmaları zamanı da müşahidə oluna bilər. Xəstəliyə beyin hissələrində anormal qan sızmasına səbəb ola bilən yüksək hərarət də gətirib çıxara bilər.
Ətraflı oxu →Allergik rinit
Allergik rinit və ya mövsümi tipi saman qızdırması — immun sisteminin havadakı allergenlərə həddən artıq reaksiya verməsi nəticəsində baş verən burnun iltihablanması ilə xarakterizə olunan vəziyyət. Əlamət və simptomlara burun axması və ya tutulması, asqırma, qızaran, qaşınan və yaşaran gözlər, həmçinin göz ətrafında şişkinliklər daxildir. Burundan gələn maye adətən şəffaf olur. Simptomlar adətən allergenlə təmasdan bir neçə dəqiqə sonra başlayır və yuxu, iş və digər fəaliyyətlərə təsir göstərə bilir. Bəzi insanlar simptomları yalnız ilin müəyyən dövrlərində, adətən polenlə təmas nəticəsind...
Ətraflı oxu →Allergiya
Allergiya – ətraf mühitin allergen adlandırılan bəzi faktorlarının (kimyəvi maddələrin, mikroorqanizmlərin və onların həyat fəaliyyəti məhsullarının, qida maddələrinin və s.) təsiri ilə əlaqədar orqanizmin qeyri-adi (qabarıq) cavab reaksiyasıdır. Alimlərin tədqiqatlarına əsasən planetimizin hər yeddi adamından biri allergiyaya düçardır, başqa sözlə, gündəlik həyatda rast gəlinən hər hansı bir təsirə qarşı yüksək hissiyata malikdir. Ən çox yayılmış təsiredici amillər – qida məhsulları, bitki mənşəli tozcuqlar və ev tozudur. Bununla yanaşı yüzlərcə digər allergen adlandırılan amillər mövcuddu...
Ətraflı oxu →Anafilaktik şok
Anafilaktik şok (AŞ) (Termini yunan mənşəyli olub yun. ἀνά ana (qarşı) və yun. φύλαξις filaksis (qorunma) sözlərinin birləşməsindən əmələ gəlmişdir) – dərman, zəhər və yeməyə qarşı yaranan və həyat üçün təhlükə yaradan kəskin böhranlı allergik reaksiyadır. Bu vəziyyət sürətlə inkişaf edərək ağır hemodinamik pozğunluqlar törədir, orqanizmdə dərin hipoksiya yaradır, həyati vacib orqanların zədələnməsi ilə müşayiət edilir. AŞ sürətli immunoloji reaksiya kimi, sensibilizasiya olmuş orqanizmə allergenin təkrar daxil olması zamanı tosqun hüceyrələrdən və bazofillərdən mediatorların xaric olması n...
Ətraflı oxu →Angiofibroma
Angiofibroma (angio + lat. fibralif + oma – şiş), hemangiofibroma – damar və lifli birləşdirici toxuma qarışığından ibarət xoşxassəli şiş. Selikli qişa angiofibroması rəngli, enli və ya ensiz ayaqcıqlı polip şəklində olur. Tez-tez baş verən qansızmalar nəticəsində şiş qonur rəng ala bilər. Burun-udlaq angiofibroması xüsusi klinik forma kimi təsvir olunur. Dəri angiofibroması kiçik formalı, aydın sərhədə malik düyün olub, kəsik səthi sarımtıl-qırmızı və ya qonur rənglidir. Dəri angiofibroması hüceyrə elementlərinin üstünlüyündən asılı olaraq lipid və ya siderotik ola bilər. Lipid dəri angiof...
Ətraflı oxu →Anoreksiya
Anoreksiya və ya nevrotik anoreksiya (lat. anorexia neurosa, an – inkar şəkilçisi + yun. όρυός – iştaha ) – qidalanmaya olan fizioloji tələbatın saxlanması ilə iştahanın olmaması, kökəlmədən əsassız qorxu hissi, eyni zamanda arıqlamağa güclü və dayanıqlı meyllə səciyyələnən qida qəbulu pozuntusudur. Qida mərkəzinin üzvi zədələnmələri (məs., şişlər, travma, insult, zəhərlənmələr və s.), sinir sisteminin funksional pozğunluqları (məs., nevrozlar, stress vəziyyətləri və s.), endokrin xəstəlikləri (hipofiz kaxeksiyası, addison xəstəliyi və s.), xroniki üzücü xəstəliklər (vərəm, yaman şişlər və...
Ətraflı oxu →Apraksiya
Apraksiya (lat. apraxia yun. ἀπραξία — "fəaliyyətsizlik") — Böyük beyin yarımkürələri və ya döyənək cismin (lat. corpus collosum) aparıcı yollarının zədələnməsindən irəli çıxan məqsədyönlü hərəki fəaliyyət pozğunluğu. Apraksiyanın kinetik, kinestetik və konstruktiv formaları var. Kinetik Apraksiya zamanı müəyyən iş görmək üçün tələb olunan hərəkətlərdə ardıcıllıq pozulur. Xəstə ətrafdakı cismlərdən necə istifadə edəcəyini unudur. Kinestetik Apraksiya zamanı xəstə ayrı-ayrı hərəkətləri ya heç edə bilmir, ya da təhrif olunmuş şəkildə edir. Konstruktiv Apraksiyada xəstə asimmetrik elementli hə...
Ətraflı oxu →Artrit
Artrit (lat. arthrītis – "ağrı oynaqları") — oynaqlarda yaranan xəstəliklərin kollektiv adı. Simptomlara adətən oynaq ağrısı və hərəkətsizliyi aiddir. Digər simptomlara yoluxmuş oynaqlarda qızartı, qızdırma, şişmə və hərəkətlilik intervalının azalması aiddir. Bəzi artrit növlərində digər orqanlar da təsir görür. Təxminən 100 növ artrit mövcuddur. Onlardan ən yayılmışı osteoartrit (degenerativ oynaq xəstəliyi) və revmatik artritdir. Osteoartrit adətən yaşlılıqla əlaqələndirilir və barmaq, diz və budlara təsir göstərir. Revmatik artrit adətən əl və ayaqlara təsir göstərən avtoimmun pozğunluqd...
Ətraflı oxu →Aspergilloz
Aspergilloz — Aspergillus cinsinə aid göbələklərin törətdiyi geniş spektrli xəstəlikləri əhatə edən anlayışdır. Ən çox rast gəlinən formalar allergik bronxopulmonar aspergilloz, aspergilloma (invaziv olmayan aspergilloz) və ağciyərlərin invaziv aspergillozudur. İnsanların əksəriyyəti gündəlik həyatda aspergilloz sporları ilə nəfəs alır. Lakin, immun sistemi zəifləmiş şəxslərdə (xəstəlik nəticəsində və ya immunosupressiv müalicə fonunda) bu xəstəlik inkişaf edir. Nəticədə kəskin leykoz və hematopoetik hüceyrə transplantasiyası meydana gəlir ki, bu da ölümlə nəticələnir. Ən çox rast gəlinən y...
Ətraflı oxu →At quyruğu sindromu
At quyruğu sindromu – onurğa beyni kötüklərinin bel-oma nahiyəsində sıxılması nəticəsində onurğa sutununun aşağı hissəsində ağrı, aşağı ətraflarda əzələ zəifliyi, yəhərvarı anesteziya (S4 zədələnməsi), həmçinin sidik və nəcisi saxlaya bilməmək. Səbəblər – fəqərə diskinin yırtığı, şiş, infeksion xəstəliklər, re-gionar anestesiya ilə bağlı ağırlaşma.
Ətraflı oxu →Autizm
Autizm — həmçinin autizm spektr pozuntusu (ASP) kimi də tanınır — sosial ünsiyyət və qarşılıqlı əlaqədə fərqlər və ya çətinliklər, proqnozlaşdırıla bilənlik və rutininə güclü ehtiyac və ya üstünlük, hiss orqanlarının məlumatı emal etməsində fərqlilikər, müəyyən mövzulara fokuslanmış maraqlar və təkrarlanan davranışlarla xarakterizə olunan bir hal. Autizmin xüsusiyyətləri erkən uşaqlıqdan etibarən özünü göstərir və adətən insanın bütün həyatı boyunca davam edir. Autizm neyroinkişaf pozuntusu kimi təsnif edilir və rəsmi diaqnozun qoyulması üçün mütəxəssis tərəfindən bu xüsusiyyətlərin insanın...
Ətraflı oxu →Bağırsaq keçməzliyi
Bağırsaq keçməzliyi — bağırsaqların bu, yaxud digər səviyyəsində kənar edilə bilməyən maneə əmələ gələrək, onun içindəkilərin irəliləməsini pozaraq əmələ gəlir. Bağırsaq keçməzliyinin iki əsas forması ayırd edilir: dinamik; mexaniki. Dinamik bağırsaq keçməzliyi bağırsaqların iflici yaxud spazması nəticəsində bağırsaqlarda irəlilədilmə pozulduqda inkişaf edir. Mexaniki bağırsaq keçməzliyin öz növbəsində iki növü ayırd edilir: obturasion; stranqulyasion. Birinci halda maneə bağırsağın içində yerləşərək bacanı tıxaclayır (şiş, qurd yumağı) və bağırsaq keçməzliyinə səbəb olur. Stranqulyasion ke...
Ətraflı oxu →Bakterial xəstəliklər
Bakterial xəstəliklər — bakterial xəstəliklərin sayı çoxdur: angina, faringit, meningit (faringiti virus, miningiti isə virus və birhüceyrəlilər də törədə bilir), skarlatina, tetanus, taun, vəba, sibir xorası, difteriya, vərəm, qarın yatalağı və s. Bakterial infeksiyalardan yaranan xəstəliklərin inkişafı zamanı bakteriyalar orqanizmdə iltihab reaksiyası doğuran və intoksikasiyaya (zəhərlənməyə) səbəb olan zəhər (toksinlər) ifraz edir, bununla da müxtəlif orqanları zədələyir. Toksinlər iki cür olur: Endotoksinlər Ekzotoksinlər Endotoksinlər bakteriya hüceyrələrinin məhv olmasından və dağılma...
Ətraflı oxu →