Təcili tibbi yardım: 103
Hekiminiz

Tibbi ensiklopediya

Xəstəliklər Ensiklopediyası

Simptomlar, diaqnostika və müalicə haqqında yoxlanılmış məlumat. Hazırda 144 material.

Mədə-bağırsaq xəstəlikləri

İnsulinomalar

İnsulinomalar — Mədəaltı vəzi travmaları adacıqlarının B tipli hüceyrələrindən təşkil olunmuş şişlərdir və əksər hallarda hormonal aktivlik göstərərək aşırı insulin sintezinə və hipoqlikemik krizlərə səbəb olurlar. Adacıq şişləri arasında ən çox rast gələni və xoşxassəli ehtimalı (90%) ən yüksək olanı insulinomalardır.

Ətraflı oxu →
XBT-10: I64Sinir sistemi xəstəlikləri

İnsult

İnsult (Vurğun)— beyin qan dövranının kəskin pozulmasıdır. BQDKP-ı 2 yerə ayrılır: keçib gedən bqdkp (24 saat ərzində) insultlar. İnsultun iki tipi fərqləndirilir: işemik(80-85%) və hemorragik(15-20%). İşemik insult — qan təchizatının çatışmazlığı nəticəsində beynin ocaqlı (fokal) zədələnməsindən əmələ gələn, 24 saatdan çox çəkən və ya bir sutka ərzində ölümə gətirib çıxaran nevrolojı simptomların kəskin inkişafı ilə xarakterizə olunan sindromdur. Bütün halların 80%-də işemik insult karotid hövzədə, 20%-də isə vertebrobazilyar hövzədə baş verir. Kəskin serebral işemiya nəticəsində yaranan o...

Ətraflı oxu →
Ürək-damar xəstəlikləri

İşemik insult

İşemik insult – qan təchizatının çatışmazlığı nəticəsində beynin ocaqlı (fokal) zədələnməsindən əmələ gələn, 24 saatdan çox çəkən və ya bir sutka ərzində ölümə gətirib çıxaran nevrolojı simptomların kəskin inkişafı ilə xarakterizə olunan sindromdur. Bütün halların 80%-də işemik insult karotid hövzədə, 20%-də isə vertebrobazilyar hövzədə baş verir. Kəskin serebral işemiya nəticəsində yaranan ocaqlı nevroloji defisit və ya retinal işemiya nəticəsində yaranan görmənin monokulyar pisləşməsi (amaurosis fugax) 24 saat ərzində tam keçib gedirsə, bu sindrom tranzitor işemik həmlə (TİH) kimi təsnifa...

Ətraflı oxu →
Mədə-bağırsaq xəstəlikləri

İzosporoz

İzosporoz qızdırma, ishal, qarın ağrısı və çəki itkisi ilə xarakterizə olunan, çox nadir hallarda rast gəlinən invaziv xəstəlikdir. Xəstəliyin törədicisi təbiətdə geniş yayılmış Isospora cinsinə aid parazitlərdir. Bu cinsə 200-dən çox növ daxildir. Lakin, bu növlərdən yalnız ikisi insanlarda patologiyaya səbəb olur. Bu növlər Isospora natalensis və Isospora bellidir. İnfeksiya ilə çirklənmiş su və ya qidanı insan qəbul etdikdə həmin parazitlər insanın bağırsaqlarına daxil olurlar. Epitel hüceyrələrinə nüfuz edən parazitlər bölünərək çoxalır, oosistalar əmələ gətirirlər. Bu isə öz növbəsində...

Ətraflı oxu →
Onkoloji xəstəliklər

Kalsinoz

Kalsinoz (ing. calcinosis) – kalsium duzlarının toxumalarda anomal çökməsidir. dəri (calcinosis cutis) – kalsiumun dəridə toplanması baş verir: distrofik, metastatik, idiopatik və yatrogen olur. şiş – iri kalsifisə olunmuş düyünlər oynaqətrafı boşluqlara toplanaraq ağrı və hərəkət məhdudluğu yaradır. Tipləri: birincili normofosfatemik, birincili hiperfosfatemik və ikincili şiş kalsinozu.

Ətraflı oxu →
Ürək-damar xəstəlikləri

Karni kompleksi

Karni kompleksi — nadir görülən genetik xəstəlik. Əsasən, dəri, ürək, endokrin sistemi və digər orqanları təsir edən müxtəlif şişlərlə xarakterizə olunur. Bu kompleks "PRKAR1A" genindəki mutasiyalar nəticəsində yaranır və adətən uşaqlıq və ya yeniyetməlik dövründə müşahidə edilir. Karni kompleksi xəstənin həyat keyfiyyətinə ciddi şəkildə təsir edə bilən və müxtəlif klinik əlamətlərlə müşahidə olunan bir vəziyyətdir.

Ətraflı oxu →
Mədə-bağırsaq xəstəlikləri

Karsinoid sindromu

Karsinoid sindrom — az-az rast gəlinən xərçəng növü olan karsinoid şişlərin (sarımtıl və dairəvi formalı) bəzi maddələri (serotonin, morilin, prostoqlandinlər və s.) qana ifraz etməsi nəticəsində formalaşır. Karsinoid şişlər ən çox mədə-bağırsaq traktında, ağciyərlərdə, bəzən isə yumurtalıqlarda rast gəlinir. Mədə-bağırsaq traktında karsinoid şişlər daha çox soxulcanabənzər (appendikulyar) çıxıntı, nazik bağırsaqlar və düz bağırsaqda rast gəlinir.

Ətraflı oxu →
Endokrin xəstəliklər

Klaynfelter sindromu

Klaynfelter sindromu — 47, XXY olaraq da bilinən Klaynfelter sindromu (KS), kişinin X xromosomunun əlavə bir nüsxəsinə sahib olduğu sindromdur. Əsas simptomlar sonsuzluq və kiçik, zəif işləyən testislərdir. Semptomlar çox vaxt incə olur və subyektlər təsirləndiklərinin fərqində deyillər. Bəzən simptomlar daha açıq görünür və zəif əzələlər, daha böyük boy, hərəkətlərin zəif koordinasiyası, daha az bədən tükü, döş böyüməsi və cinsi əlaqəyə az maraq daxil ola bilər. Tez-tez bu simptomlar yalnız yetkinlik dövründə müşahidə olunur . Zəka ümumiyyətlə normaldır; bununla birlikdə oxu çətinliyi və n...

Ətraflı oxu →
Ürək-damar xəstəlikləri

Kolit

Kolit (yun. κῶλον (kolon) + ίτις (itis) ; azərb. Yaralı kolit xəstəliyi‎) — kolit xəstəliyi yoğun bağırsağın iltihabi və xroniki xəstəliyi. Bu zaman bağırsaqda çoxsaylı yaralar əmələ gəlir, bağırsağın selikli qişası zədələnir, şişkinləşir, damar şəbəkəsi pozulur, nəticədə hətta qansızmalar yarana bilir. Yaralı kolit xəstəliyi hər yaşda rast gəlinməsinə baxmayaraq, sıxlıqla 16-40 yaş arasında görülür. Xəstəliyin yaranma səbəbi dəqiq bilinmir. Güman olunur ki irsi amil, immunitetin pozulması (bədəndə gedən autoimmun reaksiyalar), bəzi zərərli qidalar, bakteriya və viruslar xəstəliyin yaranmas...

Ətraflı oxu →
Ürək-damar xəstəlikləri

Kolorektal xərçəng

Yoğun bağırsaqlarda bədxassəli yenitörəmələr — yoğun bağırsaqda və ona bitişik olan — kor bağırsaqda bədxassəli çoxalma. İngiliscə terminin (ing. colorectal cancer) düzgün tərcümə olunmaması nəticəsində, bu şişlər qrupu daha çox sadələşdirilmiş şəkildə Kolorektal xərçəng adlandırılır, halbuki, azərbaycan dilində bu bir qədər dar termindir (məsələn, özündə yoğun bağırsaq limfomasını əks etdirmir); ingilis dilində isə bu termin özündə düz bağırsaq xərçəngi anlayışını da əks etdirməkdədir. Hər il dünyada 600 mindən çox, Rusiyada isə təxminən 50 min nəfərdə yoğun bağıraq xərçəngi aşkar edilir....

Ətraflı oxu →
Onkoloji xəstəliklər

Konyunktivit

Konyunktivit — gözun selikli qişasının iltihabı. Bu xəstəlik gözun qızarması, qıcıqlanması, "yad cisim" hissiyyatı ilə özünü büruzə verir və həmçinin səhərlər göz qapaqlarının yapışması və müxtəlif xarakterli ifrazat ilə (irin, selik və s.) müşahidə olunur. Bunlardan başqa, göz qapaqlarının və selikli qişanın şişməsi, yaşaxma və işıqa həssaslıq müşahidə oluna bilir.

Ətraflı oxu →
Onkoloji xəstəliklər

Küttner şişi

Küttner şişi (ing. Küttner's tumor) – tüpürcək vəzinin xoşxassəli şişəbənzər xroniki iltihabıdır. Əsasən submandibulyar vəzini zədələyir, birtərəfli həmən vəzinin ağrısız şişməsidir. IgG 4-bağlı əlamət kimi qəbul edilir.

Ətraflı oxu →
Ürək-damar xəstəlikləri

Leykoz

Leykoz, leykemiya və ya ağ qan xəstəliyi — sümük iliyi xəstəliyi olub, qan hüceyrələrinin, əsasən ağ qan hüceyrələrinin çoxalması ilə nəticələnən qan xərçəngi xəstəliyi. Qanın tərkibində sağlam leykositlərin, eritrositlərin və trombositlərin kəskin azalması baş verir. Bu bəla xalq arasında "ağ qan qırmızı qanı yeyir" ifadəsi ilə məşhurdur. Uşaq yaşlarında xərçəng xəstəliyinə tutulanların 35%-i leykoz xəstələridir. Leykozlarda onların formasından asılı olaraq, qanyaradıcı üzvlər, ilk növbədə, sümük iliyi, qaraciyər, dalaq, limfatik düyünlər və başqa üzvlərdəki letikulo-endoteli toxuması zədə...

Ətraflı oxu →
Ürək-damar xəstəlikləri

Limfangioma

Limfangioma xoşxassəli şiş olub, müasir məlumatlara görə intrauterin inkişafı zamanı limfatik damarların qüsuru nəticəsində yaranan xəstəlikdir. Şiş hüceyrələri limfa damarlarının divarlarından əmələ gəlir, şiş özü isə makroskopik olaraq 1 mm-dən bir neçə santimetrə qədər müxtəlif ölçülü nazik divarlı boşluğu təmsil edir. Bu şişlər uşaqlarda əmələ gələn bütün xoşxassəli yenitörəmələrin təxminən 10–12%-ni təşkil edirlər.

Ətraflı oxu →
Onkoloji xəstəliklər

Limfoma

Limfoma — xərçəng xəstəliyi.

Ətraflı oxu →
Onkoloji xəstəliklər

Liposarkoma

Liposarkoma bədxassəli neoplazma olub, hüceyrələri piyə çevrilən mezenximal şişlər qrupuna aiddir. Rast gəlinməsinə görə, yumşaq toxumaların bədxassəli şişləri arasında 2-ci yeri tutur (fibrosarkomadan sonra). Uşaqlarda bu tip şişlərə çox nadir rast gəlinir. Belə ki, yaş artdıqca bu şişlərin meydanagəlmə tezliyi artır. 50-60 yaşlı insanlar arasında geniş yayılmışdır. Liposarkomaya kişilərdə daha çox rast gəlinir. Onlar bədənin hər hansı bir hissəsinə təsir göstərə bilirlər. Lakin, əsasən alt ətraflarda (xüsusən də bud və diz bölgəsində), həmçinin retroperitoneal boşluqda müşahidə olunurlar....

Ətraflı oxu →
Onkoloji xəstəliklər

Mafuççi sindromu

Mafuççi sindromu – anadangəlmədir, mezodermal displaziya, çoxsaylı enxondromatoz və yumşaq toxumaların hemangioması yaranır. Bədxassəli şişə keçmə riski yüksəkdir.

Ətraflı oxu →
Mədə-bağırsaq xəstəlikləri

Manubriosternal sindrom

Manubriosternal sindrom – döş sümüyünün yuxarı və ya önə yaxın sahədə kəskin ağrı tutmaları ilə özünü göstərir. Bəzən həmən birləşmədə ağrı (hərəkətdə və nə-fəsalmada güclənir) və şişkinlik olur.

Ətraflı oxu →