Təcili tibbi yardım: 103
Hekiminiz

Tibbi ensiklopediya

Xəstəliklər Ensiklopediyası

Simptomlar, diaqnostika və müalicə haqqında yoxlanılmış məlumat. Hazırda 144 material.

Onkoloji xəstəliklər

Medulyar tiroid xərçəng

Medulyar xərçəng — qalxanabənzər vəzin yüksək differensiasiya etmiş şişidir, parafollikulyar C-hüceyrələrindən inkişaf edir. Vəzin bütün bədxassəli şişlərinin 5–10%-ni təşkil edir. 45 yaşdan sonra daha çox rast gəlir. Medulyar xərçəng hormonal aktivdur, şiş hüceyrələri müxtəlif bioloji fəal maddələr (sekretin, embrional şiş antigeni, histaminaza, somatostatin, tireoqlobulin, seratonin və s.) sekresiya edir.

Ətraflı oxu →
Mədə-bağırsaq xəstəlikləri

Melanoma

Melanoma — Piqment hüceyrələrindən inkişaf edən bədxassəli şiş və xərçəng növüdür. Melanositlər əsasən dəridə yerləşir və dərinin rəngini müəyyən edən melanin piqmentini ifraz edir. Melanoma ən təhlükəli dəri xərçəngi formalarından biri hesab olunur. Onlar adətən dəridə olur, lakin bağırsaqlar və gözlər kimi bədənin digər hissələrində də görülə bilər.

Ətraflı oxu →
Onkoloji xəstəliklər

Meqasistis (döldə)

Dölün meqasistisi (sinonimi Meqalosistis) ultrasəs müayinəsi zamanı anormal dərəcədə böyük və ya şişmiş sidik kisəsinin görünməsidir. Bu hal, əsasən hamilə qadınlarda oliqohidramniosun olması ilə müşayiət olunur. Anadangəlmə posterior uretra qapağı sindromu olan şəxslərdə də bu vəziyyətə tez-tez rast gəlinir (57%). Meqasistis halların yarısından çoxu fetal ölümlə nəticələnir.

Ətraflı oxu →
Mədə-bağırsaq xəstəlikləri

Metastatik qaraciyər şişləri

Metastatik qaraciyər şişləri — Qaraciyər orqanizmdə limfa düyünlərindən sonra ən çox metastaz olan orqandır. Metastatik şişlər qaraciyərin birincili bəd xassəli şişlərindən 20 dəfə çox rast gəlir. Mədə-bağırsaq şişlərinin hamısı, diğər şişlərin yarısından çoxu qaraciyərə metastaz verir.

Ətraflı oxu →
Onkoloji xəstəliklər

Metastaz

Metastaz patogen agentin ilkin yerdən sahibin bədənindəki fərqli və ya ikincili yerə yayılmasıdır; bu termin adətən xərçəng xəstəliyinin, yəni şişin yayılmasına aid edilir. Yəni ilkin yarandığı yerdən sonra yeni patoloji yerlər metastazlardır. Metastaz xərçəng invaziyasından fərqlənir, çünki invaziya xərçəng hüceyrələrinin yalnız qonşu toxumalara birbaşa yayılması və nüfuz etməsidir.

Ətraflı oxu →
Onkoloji xəstəliklər

Meymunçiçəyi

Mpox (meymunçiçəyi kimi də tanınır) — insanların və digər heyvanların yoluxa biləcəyi infeksion virus xəstəliyi. Simptomlarına qabarcıqlar əmələ gətirən və sonra qabıq bağlayan səpgilər, qızdırma və şişmiş limfa düyünləri daxildir. Xəstəlik adətən yüngül keçir və yoluxmuş şəxslərin əksəriyyəti müalicə olunmadan bir neçə həftə ərzində sağalır. Məruz qaldıqdan sonra simptomların yaranmasına qədər olan müddət beş ilə iyirmi bir gün arasında dəyişir və simptomlar adətən iki-dörd həftə davam edir. Bununla belə, xüsusilə uşaqlarda, hamilə qadınlarda və ya immun sistemi zəif olan insanlarda hallar...

Ətraflı oxu →
Mədə-bağırsaq xəstəlikləri

Mədəaltı vəzin xərçəngi

Mədəaltı vəzi xərçəngi və ya pankreatik duktal adenokarsinoma (PDAC) — Pankreas axacağının epitelindən başlanğıc götürən Bəd-xassəli şişdir. Hər il dünyada bu xərçəng səbəbindən 200 mindən artıq insan dünyasını dəyişir. PDAC Amerika və Avropa ölkələrində əsasən 60 yaşdan yuxarı insanlarda müşahidə edilir. Bundan əlavə bu xərçəng növünün risk faktorlarına xroniki pankreatit, siqaretçəkmə də aiddir. Xəstəliyin əsas simptomlarına isə Sarılıqı, qarın və ya bel ağrılarını, istəmədən çəki itirilməsini, iştahasızlığı misal göstərmək olar. PDAC-ın müalicəsində cərrahiyyə, kimyaterapiya və şüa terap...

Ətraflı oxu →
XBT-10: C16Onkoloji xəstəliklər

Mədə xərçəngi

Mədə xərçəngi — mədənin selikli qişasının epitel hüceyrələrində əmələ gələn bədxassəli şişdir. Əvvəl ümumi zəiflik, iştahın azalması, arıqlama, anemiya, psixi depressiya meydana çıxır. Ağrı sindromu şişin mədənin pilorik və kardial hissəsinə yayıldıqdan sonra əmələ gəlir. Mədə dibinin xərçəngi də uzun müddət simptomsuz gedə bilər. İlk şikayətlər enterokardia tipli agrılar olur. Proses diafraqma və plevraa keçdikdə təkrarlanır. Daha sonra mədə xərçəngi üçün xarakter olan gecikmiş.

Ətraflı oxu →
Onkoloji xəstəliklər

Mikuliç xəstəliyi

Mikuliç xəstəliyi (ing. Mikuliczˋs dis.) – baş və boyun vəzilərinin limfosit infiltrasiyası ilə bağlı böyüməsidir. Autoimmun etiologiyalı, IgG 4-bağlıdır. ŞS bir variantıdır. Mikuliç xəstəliyində ŞS fərqli olaraq gözü qıcıqlandırmaqla göz yaşını stimulə etmək olur və ya göz yaşı vəzilərinin funksiyası saxlanılmış olur. Bura qulaqyanı (parotitis), gözətrafı (lacrimal) və ağızsuyu (salivary) vəziləri aiddir. Limfoma riski yüksəkdir. Mikuliç sindromu limfosarkoma, sarkoidoz, vərəm, leykemiyada da ola bilər.

Ətraflı oxu →
Mədə-bağırsaq xəstəlikləri

Minamata xəstəliyi

Minamata xəstəliyi — Yaponiyanın Minamata qəsəbəsindəki xüsusi şirkətə mənsub olan zavod uzun illər yaxındakı körfəzə tərkibində civə olan maye axıtmışdır. Bu maye yerli əhalinin qidasını təşkil edən balıq və xərçəngin orqanizminə keçmişdir. Nəticədə bu qidalardan istifadə edən qəsəbə əhalisininn əsəb sistemi pozulmuş, eşitmə və görmə qabiliyyətini itirimiş, əksəriyyəti iflic vəziyyətinə düşmüş və ölmüşdür. Bu xəstəlik tarixə minamata xəstəliyi kimi daxil omuşdur.

Ətraflı oxu →
XBT-10: G43Sinir sistemi xəstəlikləri

Miqren

Miqren (fr. migraine) — başın bir (nadir hallarda hər iki) hissəsini əhatə edən güclü və əzabverici epizodik və ya daimi ağrılarla müşayiət olunan nevroloji xəstəlikdir. Bu halda başda hər hansı travma, insult, beyin şişi olmur. Miqren zamanı baş ağrıları arterial təzyiqin artması və ya kəskin azalması, qlaukoma tutmaları və ya kəllədaxili təzyiqin artması ilə əlaqədar deyil. Miqren ağır formalı birincili baş ağrısının ən geniş yayılmışnövüdür. Yayılma dərəcəsinə görə 10% kişilərdə, 22% qadınlarda müşahidə olunur. "Miqren" sözü fransız mənşəli olub, öz növbəsində yunan dilində "başın yarısı...

Ətraflı oxu →
Sinir sistemi xəstəlikləri

Morton nevroması

Morton nevroması – xoşxassəli şişdir, dabanaltı barmaqarası sinirin ayaqdarağı köndələn bağ ilə sıxılması nəticəsində sinirin ətrafında fibroz toxuma inkişaf edir. III və IV və ya II və III ayaqdarağı sümüklərinin başları arasında ağrı yaranır. Ən çox qadınlarda dar ayaqqabı və ya yüksək dabanlı ayaqqabı geyməklə bağlıdır.

Ətraflı oxu →
Mədə-bağırsaq xəstəlikləri

Narkolepsiya

Narkolepsiya — Narkolepsiya (narcao-keyləşirəm, lepsis-tutma) qısamüddətli yuxu tutmalarının vaxtaşırı təkrar etməsi ilə xarakterizə olunan xəstəlik. Xəstəlik adətən gənc yaşlarda başlayır. Narkolepsiya tutması iş vaxtı, yol gedərkən, danışan zaman, yeriyərkən və hətta velosiped ilə gedərkən belə baş verə bilər. Tutma bir neçə dəqiqə davam edir. Tutma qurtardıqda xəstə özünü tamamilə sağlam hiss edir. Narkoleptik tutmada yuxu bütün iradi əzələlərin boşalması ilə müşayiət olunmur. Buna görə xəstələr yuxu tutması zamanı bir şeyə söykənərək dayana bilərlər. Bir qrup xəstələrdə səbəbkar faktoru...

Ətraflı oxu →
Onkoloji xəstəliklər

Narsistik şəxsiyyət pozuntusu

Narsistik şəxsiyyət pozuntusu — bir insanın digər insanlardan özünəməxsusluğuna, xüsusi statusuna, üstünlüyünə, böyüklüyünə inamı ilə səciyyələnən şəxsiyyət pozğuntusu; istedad və nailiyyətlər haqqında şişirdilmiş fikir; öz uğurları haqqında fantaziyalarla məşğul olmaq; başqalarından qeyd-şərtsiz yaxşı münasibət və şübhəsiz itaət gözləmə; öz unikallığını və əhəmiyyətini təsdiqləmək üçün başqalarının ona heyranlığını axtarmaq; empatiya göstərə bilməmək; başqalarının onlara həsəd apardığı aqqında fikirlər. Narsistik insanlar daima başqalarının onlar haqqında fikirlərini idarə etməyə çalışırla...

Ətraflı oxu →
Mədə-bağırsaq xəstəlikləri

Nazik bağırsaq keçməzliyi sindromu

Nazik bağırsaq keçməzliyi sindromu — Kəskin bağırsaq keçməzliyi möhtəviyyatın bağırsaqdan keçişinin kəskin dayanması nəticəsində meydana çıxan təcili cərrahi vəziyyətdir, bağırsağın kəskin genişlənməsi, hipovolemiya və sepsis ilə xarakterizə olunur. Bu patoloji vəziyyət erkən müddətlərdə aradan qaldırılmadıqda ölüm ehtimalı yüksək olur.

Ətraflı oxu →
Mədə-bağırsaq xəstəlikləri

Nazik bağırsaq xərçəngi

Nazik bağırsaq xərçəngi — Nazik bağırsağın şişləri.

Ətraflı oxu →
Mədə-bağırsaq xəstəlikləri

Neyroendokrin şiş

Neyroendokrin şişlər (NET) endokrin (hormonal) və sinir sistemlərinin hüceyrələrindən yaranan yenitörəmələrdir. Onlar ən çox bağırsaqda baş verir, burada əsasən karsinoid şişlər kimi adlanır, lakin mədəaltı vəzi, ağciyər və bədənin qalan hissəsində də olur.

Ətraflı oxu →
Ürək-damar xəstəlikləri

Nəfəs darlığı

Nəfəs darlığı (dispnoe) — orqanizmin adaptiv funksiyalarından biri olub çox vaxt tənəffüs tezliyində, ritmində və dərinliyində dəyişikliklərlə ifadə edilir, tez-tez hava çatışmazlığı hissləri ilə müşayiət olunur. Ürək xəstəliyində nəfəs darlığı fiziki gərginlik zamanı, sonra isə istirahətdə, xüsusilə üfüqi vəziyyətdə, xəstələri oturmağa məcbur edir (ortopne). Ürək xəstəliyi ilə şiddətli nəfəs darlığı (adətən gecə) hücumları ürək astmasının təzahürüdür; bu hallarda nəfəs darlığı inspiratordur (tənəffüs çətinliyi). Ekspirator nəfəs darlığı (ekshalasiyada çətinlik) kiçik bronxların və bronxiol...

Ətraflı oxu →