Tibbi ensiklopediya
Xəstəliklər Ensiklopediyası
Simptomlar, diaqnostika və müalicə haqqında yoxlanılmış məlumat. Hazırda 154 material.
Disqrafiya
Disqrafiya (yun. δυσ — mənfi, γράφω — "yazıram") zəka ilə əlaqəli olmayan yazının pozulması. Bu, spesifik öyrənmə əlilliyidir, həmçinin transkripsiya, əl yazısı, orfoqrafik kodlaşdırma və barmaqların ardıcıllığı (yazmaq üçün lazım olan əzələlərin hərəkəti) ilə əlaqəli bir yazı pozuntusudur. Tez-tez nitq pozuntusu, diqqət çatışmazlığı və hiperaktivlik pozuntusu (DÇHP), inkişaf koordinasiya pozuntusu kimi digər öyrənmə və neyro-inkişaf pozuntuları ilə üst-üstə düşür. Psixi pozuntuların diaqnostik və statistik təlimat mərkəzi zəka və yaşa uyğun təhsillə ölçülən fərdin yaşını nəzərə alaraq, yaz...
Ətraflı oxu →Drave sindromu
Drave sindromu (DS), əvvəlki adı ilə infantil ağır mioklonik epilepsiya (SMEI) — avtosomal dominant irsi xəstəlik. Katastrofik epilepsiya formalarına səbəb olur. Bu sindrom, uzun müddət davam edən tutmalarla müşahidə olunur və bu tutmalar çox vaxt yüksək temperatur və ya qızdırma ilə daha da intensivləşir. Drave sindromu, antikonvulsan dərmanlarla müalicə edilməsi çətin olan bir vəziyyətdir. Xəstəlik adətən bir yaşdan əvvəl başlayır və tutmaların ən çox 6 ayda başladığı müşahidə edilir. Bu tutmalar uzun müddətli konvulsiyalarla xarakterizə olunur və qızdırma ilə daha da şiddətlənir.
Ətraflı oxu →Dueyn sindromu
Dueyn sindromu — göz hərəkətlərini idarə edən sinirlərin anormal inkişafı nəticəsində meydana gələn göz hərəkəti pozuntusu. Bu sindrom əsasən gözün yan tərəfə hərəkət etməsində çətinlik, göz qapaqlarının daralması və bəzən gözün geri çəkilməsi ilə xarakterizə olunur. Dueyn sindromu adətən uşaqlıqda müşahidə edilir və çox vaxt yalnız bir göz təsirlənir.
Ətraflı oxu →Ekzema
Ekzema (q.yun. ἔκζεμα) — "qaynayıram" deməkdir və ən qədim dəri xəstəliklərindən hesab olunur, və adətən "qotur" kimi adlanır. Lakin buna baxmayaraq dəri xəstəliyi kimi ilk dəfə XIX əsrin əvvəllərində ingilis dermotoloqları Uillen, Beytman, Biyett tərəfindən qeydə alınmışdır. Ekzema – xroniki, residivlərlə müşayiət olunan, dünyanın bütün ölkələrində təsadüf olunan polietioloji allergik dəri xəstəliyidir. Ekzemanın etiologiyası və patogenezi haqqında indiyədək dəqiq bir fikir yoxdur, ancaq bu barədə bir neçə nəzəriyyə mövcuddur. Belə ki, ekzema xəstəliyinin sinir sistemi ilə əlaqədar olmasın...
Ətraflı oxu →Elektrik zədələnmələri
Elektrik zədələnmələri — müxtəlif gərginlikli elektrik cərəyanı ilə kontakt nəticəsində baş verən yanıqlardır; Sadə şəkildə desək, elektrik zədələnmələri elektrik cərəyanın bədənin toxumaları boyunca yayılması nəticəsində əmələ gələn istiliyin təsirindən baş verən yanıqlardır. Elektrik enerjisi adətən dərin yanıqlara səbəb olur. Elektrik zədələnmələrinin səbəbi insanın elektrik enerjisi mənbəyi ilə birbaşa, yaxud dolayısilə əlaqədə olmasıdır. Düz (birbaşa) elektrik zədələnmələr — elektrik cərəyanının insan bədəninə elektrik dövriyəsini açarkən birbaşa keçməsi nəticəsində baş verir. Vasitəli...
Ətraflı oxu →Embrion
Embrion — çoxhüceyrəli bir orqanizmin inkişafının başlanğıc mərhələsidir. Ümumiyyətlə, cinsi olaraq çoxalan orqanizmlərdə embrional inkişaf döllənmədən dərhal sonra başlayan və toxuma və orqanlar kimi bədən quruluşlarının meydana gəlməsi ilə davam edən həyat dövrünün bir hissəsidir. Hər bir embrion, ziqot kimi inkişafına, hüceyrələrin birləşməsindən (yəni bir dişi yumurtanın erkək sperma ilə mayalanmasından) əmələ gələn ayrı bir hüceyrə kimi başlayır. Embrional inkişafın ilk mərhələlərində, tək hüceyrəli bir ziqot, hüceyrələrin dolaşığına bənzəyən bir blastula meydana gətirmək üçün parçalan...
Ətraflı oxu →Epilepsiya
Epilepsiya – bir nevroloji xəstəlikdir. Əsas əlaməti təkrarlanan və adətən provokasiya olunmayan (refleks epilepsiyalar istisna olmaqla) epilepsiya tutmaları (ET) olan, müəyyən sindromlar zamanı şəxsiyyətin dəyişilməsinin xüsusi tipi və psixi pozuntularla müşayiət edilən müxtəlif etiologiyalı heterogen xəstəliklər qrupudur. Epilepsiya tutması – baş beyin neyronlarının həddən artıq güclü, hipersinxron boşalmasının klinik təzahürüdür. ET epileptik boşalmalara cəlb olunmuş baş beyin şöbələrinin funksional vəziyyətindən asılıdır və bu zaman ali baş beyin funksiyalarının pozulması, düşüncənin po...
Ətraflı oxu →Eşitmə halüsinasiyaları
Eşitmə halüsinasiyaları — xarici səs mənbəyi olmadan səslərin eşidilməsi ilə xarakterizə olunan psixi və ya nevroloji simptomdur. Bu halüsinasiyalar real səsləri təqlid edə bilər və adətən insan səsi, musiqi, səslənmələr, pıçıltı, əmr və ya dialoq formasında olur. Eşitmə halüsinasiyaları psixoz, şizofreniya və digər psixiatrik pozuntularla əlaqələndirilir, lakin sağlam fərdlərdə də bəzi hallarda müşahidə edilə bilər.
Ətraflı oxu →Əyriboyunluq
Əyriboyunluq (ing. torticollis) – yumşaq toxumaların, skeletin və boyun sinirlərinin dəyişikliyi nəticəsində başın əks tərəfə dönməsidir. Anadangəlmə və qazanılmış olur. Uzun müddət davam etdikdə sifətin və kəllənin asimmetriyası, plagiosefaliya, fəqərənin deformasiyası yaranır. Spastik – əyriboyunluğun növü olub, distonik xəstəlikdir, boyun əzələlərinin patoloji gərginliyi nəticəsində başın düzgün formada olmamasıdır.
Ətraflı oxu →Faringit
Faringit — udlaq kimi tanınan boğazın arxa hissəsinin iltihabı. Adətən boğaz ağrısı və qızdırma ilə nəticələnir. Digər simptomlar arasında burun axması, öskürək, baş ağrısı, udma çətinliyi, limfa düyünlərinin şişməsi və boğuq səs ola bilər.
Ətraflı oxu →Fobiya
Fobiya (yunanca φόβος — fobos (qorxu)) — təşviş və qorxu hissləri, həmçinin müxtəlif vegetativ əlamətlərlə müşayiət olunan haldır. Tez-tez müşahidə edilirsə təşviş pozuntuları adlanan müxtəlif növ nevrozlar təzahürü kimi təyin edilir. Fobiya dayanıqlı şəkildə qorxunun yaranmasıdır. Onun çox sayda mənbələri vardır. Çox qəribə fobiyalar vardır: pelidofobiya — keçəllərdən qorxmaq, alektrofobiya — toyuqlardan qorxmaq, triskaidekafobiya — 13 rəqəmindən qorxmaq, fobofobiya — qorxmaq qorxusu və s. Göstəriciləri - ürək döyünməsi, baş gicəllənməsi, tərləmə, titrəmə, tənginəfəslik, ürək bulanması, əz...
Ətraflı oxu →Foqt-Koyanaqi-Xarad xəstəliyi
Foqt-Koyanaqi-Xarad xəstəliyi – xroniki idiopatik ikitərəfli panuveitdır, dərisi piqmentli olanlarda daha çox rast gəlinir, aseptik meningitəbənzər prodromal dövr, nevroloji defisitlər, eşitmənin pozulması, dəri əlamətləri, rekonvalessensiyada göz dibi "günəşbatan səma" kimi olur, xarakterik ağırlaşma torlu qişanın qopmasıdır.
Ətraflı oxu →Geşvind sindromu
Bu sindrom Gasto-Geşvind sindromu və ya Vaksman-Geşvind sindromu (ing. Waxman-Geschwind syndrome) adı ilə də tanınır. Bu gicgah epilepsiyası (temporal epilepsiya) olan insanlarda müşahidə olunan davranışlar toplusudur. Sindromun adı bu simptomları ilk dəfə təsnif edən Norman Geşvind (1973–1984-cü illər arasında bu mövzuda çoxsaylı məqalələr dərc etdirmişdir) və Stiven Vaksmanın şərəfinə qoyulmuşdur. Bu sindromun həqiqi bir nevro-psixiatrik pozuntu olduğu mübahisəli mövzudur. Gicgah epilepsiyası xroniki, yüngül, şəxsiyyət dəyişikliklərinə səbəb olur. Bu dəyişikliklər tədricən daha da artır....
Ətraflı oxu →Giqant-hüceyrəli arteriit
Giqant-hüceyrəli arteriit və ya Xorton xəstəliyi – 50 yaşdan yuxarı, xüsusi ilə qadınlarda rast gələn iri damar vaskulitidir, çox vaxt revmatik polimialgiya ilə birgə təsadüf edir. Klinik yeni tip baş ağrıları, çənənin "fasiləli" axsaması (kladikasyon), görmənin pozulması (korluq birdən və ağrısız yaranır və biopsiyanın cavabını gözləmədən yüksək doza QK tələb olunan haldır), EÇS 50 mm/saat yuxarı olması, temporal arteriyada nəbzin zəifləməsi və ya olmaması, sistem əlamətlərlə özünü göstərir. Seroloji analizlər (RF, anti-CCP, ANA) mənfidir. Aortanın zədələnməsi anevrizmaya gətirir və IgG 4-...
Ətraflı oxu →Hantavirus infeksiyası
Hantavirus infeksiyası — böyrək sindromlu Hantavirus hemorragik qızdırması və Hantavirus ağciyər sindromu kimi xəstəliklərə səbəb olan infeksiyadır. Böyrək sindromlu Hantavirus hemorragik qızdırması simptomlarına əsasən baş ağrısı, qarın ağrısı, qızdırma, ürəkbulanma, qanaxma və böyrək çatışmazlığı daxildir. Hantavirus ağciyər sindromunda isə yorğunluq, qızdırma, əzələ ağrısı, öskürək və nəfəs darlığı müşahidə edilir. İlkin simptomlar yoluxmadan 1–8 həftə sonra ortaya çıxır. Böyrək sindromlu Hantavirus hemorragik qızdırması Köhnə Dünya hantaviruslarından, Hantavirus ağciyər sindromu isə Yen...
Ətraflı oxu →Hantinqton xəstəliyi
Hantington xəstəliyi — genetik bir nevroloji xəstəlikdir. Xəstələrdə bəzi hərəkət pozuntuları, eləcə də zehni dayanıqlılıq var. 1872-ci ildə ilk olaraq xəstəliyin irsi olduğunu izah edildi. Adını Jorj Huntington'dan alır. Autosom-dominant xarakterli xəstəlikdir və beyin və sinir sisteminə təsir göstərir. Xəstələr adətən heterozigotdur. Xəstəliyin ilk simptomları 30–50 yaş arasındadır. Xəstənin bu dövrdə uşaqları olmasına baxmayaraq, bu xəstəliyi uşaqlarına ötürmək riski 50% -dir. Xəstəlik ölümcül olmasa da, bu xəstəliyin inkişafından asılıdır. Xəstəliyin səbəbi Huntington proteininin istehs...
Ətraflı oxu →HELLP sindromu
HELLP sindromu hamiləliyin ilk III ayında (35> həftəsində) nadir hallarda rast gəlinən fəsadlaşma olub, ürəkbulanma, qusma, sağ qabırğaaltı nahiyyədə olan ağrılar, ödem, baş ağrıları ilə xarakterizə olunur. Sindrom ilk dəfə 1954-cü ildə amerikan ginekoloqu Cak A. Pritçard tərəfindən təhlil edilmişdir. Pritçard sindromu üç xarakterik əlamətinin ingiliscə baş hərfləri ilə adlandırır: H — ing. Hemolysis — hemoliz EL — ing. Elevated Liver enzymes — qaraciyər fermentlərinin aktivliyinin artması LP — ing. Lоw Platelet соunt — trombositopeniya (trombosit sayının azalması) HELLP sindromunda ana let...
Ətraflı oxu →Hiperaljeziya
Hyperalgeziya— orqanizmin ağrı qıcığına qarşı anormal güclü həssasiyyəti ilə müşahidə olunur. Nosiseptorların zədələnməsi və ya periferik sinirlərin zədələnməsi nəticəsində yarana bilər.
Ətraflı oxu →