Təcili tibbi yardım: 103
Hekiminiz

Tibbi ensiklopediya

Xəstəliklər Ensiklopediyası

Simptomlar, diaqnostika və müalicə haqqında yoxlanılmış məlumat. Hazırda 154 material.

Mədə-bağırsaq xəstəlikləri

Hiperlipidemiya

Hiperlipidemiya- - qanda triqliseridlərin və xolesterinin həddindən artıq yüksək cəmləşməsidir. Lipid piyin digər adıdır. Lipidlər bədəndə asanlıqla yığılır və enerji mənbəyi kimi istifadə olunur. Xolesterin qaraciyərimizdə yediyimiz yağlı yeməklərdən əmələ gələn yağlı kimyəvi maddədir (lipid). Xolesterin qanda müəyyən miqdarda olur. Sağlam qalmağınız üçün insana bir qədər xolesterin lazımdır. Xolesterin qanda lipoproteinlər adlanan hissəciklərin bir hissəsi kimi daşınır. Triqliseridlər bədəndə olan əsas piy formasıdır. Omba, bud və ya mədə nahiyyəsində piy toplanması haqqında fikirləşdikdə...

Ətraflı oxu →
Sinir sistemi xəstəlikləri

Hiperqrafiya

Hiperqrafiya — İnsanın dayanmadan yazmağa məcbur hiss etməsi ilə xarakterizə olunan nadir bir nevroloji sindrom. Hiperqrafiya formaları yazı tərzinə və məzmununa görə fərqlənə bilər. Bu epilepsiya və Geschwind sindromunda gicgah payı dəyişiklikləri ilə əlaqəli bir simptomdur.

Ətraflı oxu →
Ürək-damar xəstəlikləri

Hipertonik kriz

Hipertonik kriz — arterial təzyiqin başlanğıc səviyyədən (normal və ya yüksəlmiş) qəflətən yüksək həddə yüksəlməsidir. Hipertonik kriz zamanı beyin, ürək, böyrək qan dövranı kəskin pisləşir və ciddi ağırlaçmalar meydana çıxır (insult, infarkt, aorta divarının laylanması, ağciyər ödəmi, kəskin böyrək çatmamazlığı). Hipertonik krizlər bir neçə prinsiplər üzrə təsnif edilir. AT-nin yüksəlmə mexanizmlərinə əsasən hipertonik krizlər hiperkinetik, hipokinetik və eukinetik tiplərə bölünür. Hiperkinetik krizlər periferik damarların normal və ya zəifləmiş tonusu, ürək atımının yüksəlməsi ilə xarakte...

Ətraflı oxu →
Sinir sistemi xəstəlikləri

Horner sindromu

Horner sindromu, Bernard-Horner sindromu ya Horner üçlüyü simpatik sinir sisteminin zədələnməsindən, üç əsas simptomla (ptoz, mioz, enoftalm) özünü büruzə verən klinik sindrom. Sindrom 1889-cu ildə sindromu təsvir etmiş İsveçrə alimi Yohann Fridrix Hornerin şərəfinə Horner adlandırılmışdır.

Ətraflı oxu →
Ürək-damar xəstəlikləri

Hurler sindromu

Hurler sindromu — Hurler xəstəliyi və əvvəllər qorqulizm adlanan mukopolisakkaridoz tip IH (MPS-IH) olaraq da bilinən Hurler sindromu, lizosomlarda qlikozaminoglikanlar (GAG) adlanan böyük şəkər molekullarının yığılması ilə nəticələnən genetik bir xəstəlikdir. Bu molekulların parçalanmaması, sinir sistemi, skelet sistemi, gözlər və ürək daxil olmaqla bunlarla məhdudlaşmayan müxtəlif orqan sistemlərinin zədələnməsinə səbəb olan geniş bir sıra simptomlarla nəticələnir. Əsas mexanizm, QAQ-larin dağılmasından məsul olan bir ferment alfa-L iduronidaz çatışmazlığıdır. Bu ferment olmadan bədəndə d...

Ətraflı oxu →
XBT-10: I64Sinir sistemi xəstəlikləri

İnsult

İnsult (Vurğun)— beyin qan dövranının kəskin pozulmasıdır. BQDKP-ı 2 yerə ayrılır: keçib gedən bqdkp (24 saat ərzində) insultlar. İnsultun iki tipi fərqləndirilir: işemik(80-85%) və hemorragik(15-20%). İşemik insult — qan təchizatının çatışmazlığı nəticəsində beynin ocaqlı (fokal) zədələnməsindən əmələ gələn, 24 saatdan çox çəkən və ya bir sutka ərzində ölümə gətirib çıxaran nevrolojı simptomların kəskin inkişafı ilə xarakterizə olunan sindromdur. Bütün halların 80%-də işemik insult karotid hövzədə, 20%-də isə vertebrobazilyar hövzədə baş verir. Kəskin serebral işemiya nəticəsində yaranan o...

Ətraflı oxu →
Ürək-damar xəstəlikləri

İşemik insult

İşemik insult – qan təchizatının çatışmazlığı nəticəsində beynin ocaqlı (fokal) zədələnməsindən əmələ gələn, 24 saatdan çox çəkən və ya bir sutka ərzində ölümə gətirib çıxaran nevrolojı simptomların kəskin inkişafı ilə xarakterizə olunan sindromdur. Bütün halların 80%-də işemik insult karotid hövzədə, 20%-də isə vertebrobazilyar hövzədə baş verir. Kəskin serebral işemiya nəticəsində yaranan ocaqlı nevroloji defisit və ya retinal işemiya nəticəsində yaranan görmənin monokulyar pisləşməsi (amaurosis fugax) 24 saat ərzində tam keçib gedirsə, bu sindrom tranzitor işemik həmlə (TİH) kimi təsnifa...

Ətraflı oxu →
Mədə-bağırsaq xəstəlikləri

İştahasızlıq

İştahasızlıq — Müxtəlif xəstəliklərin əlaməti kimi meydana çıxa bilən və qida qəbuluna olan istəyin azalmasını əks etdirən simptom, psixoloji xəstəlik. İştaha qidalanma istəyi və aclıq hissi deməkdir. Bu hiss kifayət qədər qidalı maddələrin və enerjinin bədənə daxil olmasını və maddələr mübadiləsinin fasiləsiz təminatını tənzimləyir. İştaha hissi mərkəzi sinir sistemi və həzm traktı arasında olan qarşılıqlı əlaqə nəticəsində yaranır. Bu hissin istər azalması, istərsə artması orqanızmdə normal maddələr mübadiləsinin pozulmasına gətirib çıxarır.

Ətraflı oxu →
Sinir sistemi xəstəlikləri

İsteriya xəstəliyi

İsterik tutmalar epilepsiya tutmasına çox oxşardır. Adətən o, gündüz vaxtı insanların çox olduğu yerlərdə baş verir. Bu cür isteriyaya tutulan xəstə hansısa psixi zədəyə yaxud cüzi bir hadisəyə cavab reaksiyası verir. Tutma xəstənin yıxılmasından başlayır, lakin o yıxıldıqda çalışır ki, zədələnməsin. Tutma zamanı şüur itmir, qıcolmalar çox ehtimal qəribə xarakter daşıyır, xəstə başqalarının diqqətini öz hərəkətləri ilə cəlb etməyə çalışır. Xəstə bədənini çox əyərək təkcə peysər və dabanları ilə yerə toxunur. Gözləri bağlı olur, kimsə onları açmaq istəyəndə, o müqavimət göstərərək göz bəbəkl...

Ətraflı oxu →
Ürək-damar xəstəlikləri

Kardioskleroz

Kardioskleroz (yun. καρδία "ürək" və σκληρός "bərk" söz.) — ürək əzələsinin patologiyası, miyokardda birləşdirici çapıq toxumasının böyüməsi, əzələ liflərinin dəyişdirilməsi və klapanların deformasiyası ilə xarakterizə olunur. Kardioskleroz sahələrinin inkişafı miokard liflərinin məhv olduğu yerdə baş verir, bu da əvvəlcə kompensasiyaedici miokard hipertrofiyasına, sonra nisbi qapaq çatışmazlığının inkişafı ilə ürəyin genişlənməsinə səbəb olur. Kardioskleroz koronar damarların aterosklerozu, koronar ürək xəstəliyi, müxtəlif mənşəli miokardit, miokard distrofiyasının nəticəsidir.

Ətraflı oxu →
Sinir sistemi xəstəlikləri

Kerniq simptomu

Kerniq simptomu — xəstə arxası üstə uzanmış vəziyyətdə həkim düz bucaq altında bud-çanaq və diz oynaqlarında ayağı bükür və sonra diz oynağında açır. Baş beyin və onurğa beyni qişalarının qıcıqlanması zamanı diz oynağında ətrafın açılması əzələlərin tonik gərginləşməsinə görə çətinləşir, bəzən ağrı olur. Meningitlər zamanı qeydə alınan əsas nevroloji simptomlardan hesab olunur.

Ətraflı oxu →
Sinir sistemi xəstəlikləri

Kəllə-beyin zədələnməsi

Kəllə-beyin zədələnməsi, Kəllə-beyin travması (qısaca KBT, yun. τραύμα — zədə), adından göründüyü kimi hər hansı bir zərbə nəticəsində kəllə və baş beyinin müştərək zədələnməsi deməkdir. Kəllə-beyin zədələnməsi açıq və qapalı olmaqla iki yerə bölünür. Zərbə nəticəsində kəllə qapağının tamlığının pozulması ilə müşayiət olunarsa, onda bu açıq kəllə-beyin zədələnməsi, əks təqdirdə isə qapalı kəllə-beyin zədələnməsi adlanır. Kəllə-beyin zədəsi almış hər bir kəs nevroloji simptomların meydana çıxıb — çıxmamasından asılı olmayaraq beyin qanaxması kimi fəsadlaşmanı vaxtında müəyyən etmək üçün hosp...

Ətraflı oxu →
Sinir sistemi xəstəlikləri

Kleyne–Levin sindromu

Kleyne–Levin sindromu və ya "Yatmış gözəl" sindromu — nadir rast gəlinən və əsasən yeniyetmələrdə müşahidə olunan nevroloji xəstəlik. Bu sindrom pasiyentlərin uzunmüddətli yuxu epizodları yaşaması ilə xarakterizə olunur. Adını "Yatmış gözəl" nağılından alır, çünki sindromun təzahürləri nağıldakı uzun yuxu vəziyyətinə bənzəyir.

Ətraflı oxu →
Tənəffüs sistemi xəstəlikləri

Koma

Koma və ya komatoz hal (yun. κῶμα — dərin yuxu) — mərkəzi sinir sisteminin proqressiv pozulması, zədələnməsi nəticəsində huşun itməsi, xarici qıcıqlara qarşı reaksiyasızlıq, get-gedə dərinləşən tənəffüs, qan dövranı və orqanizmin digər həyativacib funksiyalarının pozulması ilə xarakterizə olunan, kəskin inkişaf edən, ölüm öncəsi geridönəbilən ağır patoloji vəziyyət. Huşun dəyişməsinə nəzarət edin Müntəzəm olaraq zərərçəkəni müayinə edib, dəyişiklikləri qeyd edin. Nevroloji müayinə başın zədələnməsi olan zərərçəkənin vəziyyətinin qiymətləndirilməsinin asas hissəsidir və mütləq aparılmalıdır....

Ətraflı oxu →
Endokrin xəstəliklər

Kretinizm

Kretinizm — Hipotireoz-qalxanvari vəzin patalogiyası nəticəsində meydana çıxır. Bu xəstəliyin başlıca əlaməti ona tutalan adamın özünəməxsus görkəmidir. Boyca kiçik, sifətləri kobud, bəzən üz dəriləri sarımtıl-torpaq rəngində, daima quru, tükləri cod, tezsınan,burunları yəhərvari, əl və ayaq pəncələri enli və qısa olur. Emosional cəhətcə süst və biganə görünən belə uşaqlar heç nəyə maraq göstərmir, uzun müddət hərəkətsiz vəziyyətdə, oturaraq mənasız ətrafı seyr etməyi xoşlayırlar. Digər əlamətlərdən endokrinopatiyanı yaddaş pozuntularını, affektiv reaksiyalarla müşayiət olunan emosiya və bə...

Ətraflı oxu →
Sinir sistemi xəstəlikləri

Kreysfeld-Yakob xəstəliyi

Kreysfeld-Yakob xəstəliyi — nadir rast gəlinən xəstəlikdir. Bu xəstəlik zamanı anormal zülali maddə beyində toplanır və məhz sinir hüceyrələrinin sürətli məhvinə səbəb olur. Çoxsaylı nevroloji simptomlar (tremor, hərəki zəiflik, müvazinətin pozulması, müvazinətin saxlanması problemləri) ilə yanaşı adi simptomlara davranış və əhval-ruhiyyənin pozuntuları aiddir. Klinik simptomların başlanması dövründə ölüm halları 1–2 il müddətində mümkündür. F02.1 Kreysfeld-Yakob xəstəliyi zamanı demensiya A. Demensiyanın ümumi meyarları olmalıdır. B. Faktik olaraq beynin bütün ali funksiyalarının parçalanm...

Ətraflı oxu →
Tənəffüs sistemi xəstəlikləri

Kriptokokkoz

Kriptokokkoz (lat. cryptococcosis) — kriptokokkoz neoformans göbələklərinin törətdiyi, meningit simptomlarına oxşar, mərkəzi sinir sisteminin, ağciyərlərin, dəri və selikli qişaların zədələnməsi ilə xarakterizə olunan yoluxucu xəstəlik.

Ətraflı oxu →
Sinir sistemi xəstəlikləri

Laym xəstəliyi

Laym xəstəliyi (ing. Lyme dis.) – spiroxeta ilə törənən (Borellia burgdorferi) gənə dişləməsindən sonra yaranan, mövsümi xarakterli, transmissiv xəstəlikdir. Dərinin (dişləmə yerində yaranan xroniki miqrəedici eritema çox xarakterikdir), ürəyin, sinir və oynaqların zədələnməsi baş verir. Ən çox dizin sinoviti olur, nadir halda xroniki hala keçir.

Ətraflı oxu →