Təcili tibbi yardım: 103
Hekiminiz

Tibbi ensiklopediya

Xəstəliklər Ensiklopediyası

Simptomlar, diaqnostika və müalicə haqqında yoxlanılmış məlumat. Hazırda 154 material.

Sinir sistemi xəstəlikləri

Obsessiv-kompulsiv pozuntu

Obsessiv-kompulsiv pozuntu və ya qısaca OKP , həmçinin sarışan hallar nevrozu — narahatıq yaradan sarışan fikirlərin (obsessiyalar) meydana çıxması və həmin fikirlərin öz növbəsində müəyyən sarışan hərəkətləri (kompulsiyalar) təkrarlamağa vadar etməsi ilə xarakterizə olunur. OKP yetişkin insanlarda görünən ən yayılmış psixi pozuntudur. Nevrozun bu növündə sarışan fikirlər psixoloji diskomfort yaradır, ondan xilas olmaq üçün insan müəyyən sarışan hərəkətlər edir və bu daxili gərginliyin müvəqqəti azalmasına gətirir. Lakin vəziyyətin bu cür yüngülləşməsi çox davam etmir və sarışan fikirlər ye...

Ətraflı oxu →
Mədə-bağırsaq xəstəlikləri

Onixokriptoz

Onixokriptoza və ya dırnaq batması — dırnaq batması ilə müşahidə olunan xəstəlikdir Dırnaq batması gündəlik həyatda tez-tez rast gəlinən və dözülməz ağrılarla müşahidə olunan xəstəlikdir. Xəstəliyə daha çox ayaq, xüsusilə də baş barmaq dırnağında rast gəlinir: dırnağın kənarları dırnaq yatağının içərisinə doğru inkişaf edir, ətrafdakı yumşaq toxumalarda iltihabi prosesə səbəb olur. Onixokriptoz irsi, düzgün seçilməyən ayaqqabı, göbələk infeksiyası, ayaqların çox tərləməsi, travma, dırnağın düzgün kəsilməməsi səbəbindən yarana bilər. Dırnaq batması özünü birdən-birə büruzə vermir. İlk vaxtla...

Ətraflı oxu →
XBT-10: M51Dayaq-hərəkət sistemi xəstəlikləri

Onurğa diskinin yırtığı

Disk yırtığı onurğa diskinin nüvəsinin yerindən çıxaraq sinir köklərini sıxmasıdır. Bel və ayağa yayılan ağrı tipikdir; əksər hallar konservativ müalicəyə cavab verir.

Ətraflı oxu →
Sinir sistemi xəstəlikləri

Optik nevrit

Optik nevrit- Optik nevrit görmə sinirinin kəskin demielinləşməsidir. Çox hallarda DS ilk dəfə optik nevrit ilə təzahür edir. Bəzi hallarda optik nevritin həmləsi simptomsuz olur. Digər hallarda isə o, göz ətrafında olan ağrılar və görmə qabiliyyətinin yayğınlıq, rənglərin çətin ayırd edilməsi kimi pozuntusu ilə müşahidə olunur. Hər bir ağrı ilə müşahidə olunan, ya olmayan görmə problemi olan pasiyent oftalmoloqun müayinəsindən keçməlidir. Başqa səbəbi olmayan optik nevrit diaqnozu müəyyən edilirsə və pasiyentdə Dağınıq skleroz ehtimalı varsa, bunu pasiyentlə müzakirə etmək və pasiyenti nev...

Ətraflı oxu →
Sinir sistemi xəstəlikləri

Osteoma

Osteoma — xoşxassəli sümük şişi. Sümük şişi digər sümükdə böyüdükdə "homoplastik osteoma" kimi tanınır. Digər toxuma üzərində böyüdükdə "heteroplastik osteoma" deyilir. Osteoma burun və paranazal sinusların ən çox rast gəlinən xoşxassəli neoplazmasıdır. Osteomaların səbəbi aydın deyil, lakin ümumi qəbul edilmiş nəzəriyyələr embrioloji, travmatik və ya yoluxucu səbəbləri müəyyən edir. Osteomalar Qardner sindromunda (yoğun bağırsağın popilozu) da baş verir. Böyük kraniofasiyal osteomalar nazofrontal kanalların tıxanması səbəbindən üz ağrısı, baş ağrısı və infeksiyaya səbəb ola bilər. Çox vaxt...

Ətraflı oxu →
Sinir sistemi xəstəlikləri

Osteoskleroz

Osteoskleroz — sümüklərin anormal sərtləşməsi və sümük sıxlığının artması ilə xarakterizə olan xəstəlik. Əsasən medullar və ya kortikal sümüyə təsir göstərə bilər. Sadə rentgenoqrafiya osteosklerotik pozuntuları aşkar etmək və təsnif etmək üçün dəyərli vasitədir. Yerli və ya ümumiləşdirilmiş osteosklerozla özünü göstərə bilər. Yerli osteoskleroza Legg-Calve-Perthes xəstəliyi, oraq hüceyrəli anemiya və osteoartrit səbəb ola bilər. Osteoskleroz səbəb faktoruna uyğun olaraq qazanılmış və irsi olaraq təsnif edilə bilər.

Ətraflı oxu →
XBT-10: M42Sinir sistemi xəstəlikləri

Osteoxondroz

Osteoxondroz onurğa disk və sümük-qığırdaq strukturlarının degenerativ dəyişiklikləridir. Boyun və bel ağrıları, keyimə ilə tez-tez rast gəlinir.

Ətraflı oxu →
Ürək-damar xəstəlikləri

Otahara sindromu

Otahara sindromu - körpələrin erkən epileptik ensefalopatiyası. Etiologiya: polietioloji sindromdur, lakin əksər hallarda beynin prenatal zədələnməsi (baş beynin anadangəlmə qüsurları, Aykardi sindromu, neyro-dəri sindromları və s.) qeyd olunur. Başlandığı yaş dövrü: uşağın 3 aylığına qədər, daha çox isə 1-ci ay ərzində başlayır. Klinik mənzərə: tutmaların əsas tipi – 10 san hüdudlarında davam edən tonik spazmlardır. Adətən seriya şəklində (bir seriyada 10-40 spazm) meydana çıxır. Sutka ərzində spazmların ümumi miqdarı 300-400-ə çata bilər. Onlar həm oyaqlıq, həm də yuxu dövründə əmələ gəli...

Ətraflı oxu →
Sinir sistemi xəstəlikləri

Pakman displaziyası

Pakman displaziyası və ya Pakman sindromu — PCDH19 genində baş verən mutasiyalar nəticəsində yaranan nadir genetik xəstəlik. Əsasən qız uşaqlarında müşahidə edilir. PCDH19 geni sinir hüceyrələrinin bir-biri ilə düzgün əlaqə qurmasını təmin edən spesifik proteini kodlayır, bu gendəki mutasiyalar isə beynin normal inkişafına maneə törədərək nevroloji problemlərə səbəb olur. Bu sindrom epileptik tutmalar, inkişaf gecikmələri və davranış problemləri ilə xarakterizə edilir. Bu sindromun az rast gəlinməsi səbəbindən alimlər PCDH19 mutasiyalarının beyin funksiyalarına təsirini dərindən araşdırmağa...

Ətraflı oxu →
Sinir sistemi xəstəlikləri

PANDAS sindromu

PANDAS sindromu (ing. pediatric autoimmune neuropsychiatric disorders associa-ted with A streptococcal infections) – klassik revmatik xoreyadan fərqli olaraq aşkar psixonevroloji simptomlarla gedir, əlamətlər tez və tam reqressiyası adekvat streptokok terapiyasından sonra keçir.

Ətraflı oxu →
Ürək-damar xəstəlikləri

Panik atak

Panik atak, panik hücum və ya təşviş hücumu — əzabverici hisslərlə (məsələn, yüksək ürək döyüntüsü, boğulma hissi, sinə ağrısı, başgicəllənmə, ishal, ürəkbulanma) müşayiət olunan qəfil və şiddətli narahatlıq simptomu. Panik ataklar ölümcül deyil və həyati təhlükəsi olan xəstəliklərə səbəb ola bilməz. Panik atak qorxunun sürətli artması və əksər hallarda qısa müddətli olması ilə xarakterizə olunur. Adətən bu vəziyyət müxtəlif qorxularla müşayiət olunur, məsələn, ölüm qorxusu, dəli olmaq və ya özünə nəzarəti itirmək qorxusu. Həmçinin, panik ataklardan əziyyət çəkən xəstələr tez-tez panik atak...

Ətraflı oxu →
Ürək-damar xəstəlikləri

Pankost şişi

Pankost şişi – ağciyər zirvəsinin şişi olub, yuxarı ətrafın nevroloji və damar simptomları ilə müşayiət olunur.

Ətraflı oxu →
Ürək-damar xəstəlikləri

Papilyar tiroid xərçəngi

Papilyar xərçəng — qalxanabənzər vəzi şişlərinin 50–72%-ni təşkil edir və qadınlar arasında kişilərə nisbətən çox rast gəlir. Proqnostik cəhətdən xoşgedişlidir. Gedişinə görə yerli, yerli-metastatik və metastatik formaları ayırd edilir. Xərçəngin bu növü boyunun sinir-damar dəstəsinin önü ilə qırtlaqönü, traxeyaönü, yuxarı, orta və aşağı vidaci limfa düyünlərinə limfogen yolla metastazlar verir.

Ətraflı oxu →
Sinir sistemi xəstəlikləri

Paresteziya

Paresteziya — dəridə hiss edilən və açıq-aydın uzunmüddətli təsiri olmayan sızıltı, qaşınma, uyuşma, sancma və ya yanma hissidir. Narahat ayaqlar kimi sindromlar zamanı sızıltı, uyuşma, yanma, qaşınma və ağrı kimi hisslər eyni vaxtda baş verə bilər. Bu söz yunan dilində olan para ("anormal") və aistesia ("hiss") sözlərinin birləşməsindən əmələ gəlmişdir. Dəridə olan hissləri onurğa beyni vasitəsilə ötürən periferik həssas sinirlərdə və ya trigeminal sinir yollarındakı hər hansısa bir pozğunluq paresteziyanın yaranmasına səbəb ola bilər.

Ətraflı oxu →
Sinir sistemi xəstəlikləri

Parez

Parez — nevroloji sindrom olub , müəyyən bir əzələ qrupunda əzələ gücünün azalması ilə büruzə verir. Ətraflarda olan formalarına görə ; Monoparez — bir ayaq və ya bir qol Paraparez — hər iki ayaq Hemiparez — bir ayaq və bir qol Tetraparez- bütün 4 ətraf

Ətraflı oxu →
Sinir sistemi xəstəlikləri

Parkinson xəstəliyi

Parkinson xəstəliyi — neyroendogen xəstəliklər qrupuna daxil olub, mərkəzi sinir sistemində dopamin neyronlarının dağılıb məhv olması ilə inkişaf edir.

Ətraflı oxu →
Sinir sistemi xəstəlikləri

Paroksizmal hemikraniya

Paroksizmal hemikraniya — Paroksizmal hemikraniyanın klaster baş ağrısına bənzər xüsusiyyətləri var, lakin hücumlar daha qısa müddətli olur (2-45 dəqiqə) və onlar daha tez-tez – gün ərzində 40 dəfəyə qədər baş verir, adətən, qadınlarda daha çox müşahidə olunur. Xəstələrin əksəriyyəti xəstəliyin epizodik deyil, Xronik formasından əziyyət çəkir. Hücumların əksəriyyəti öz-özünə baş verir, lakin 10% halda mexaniki səbəblərdən (başın bükülməsi və ya fırlanması) baş verə bilər. Diaqnozun təsdiqlənməsi üçün istifadə edilən İCHD-II (Baş Ağrılarının Beynəlxalq 2-ci Təsnifatı) meyarları indometasinlə...

Ətraflı oxu →
Sinir sistemi xəstəlikləri

Pedofiliya

Pedofiliya (ing. Pedophilia or paedophilia) — yetkin bir insanın və ya böyük yeniyetmənin yetkinlik yaşına çatmamış uşaqlara qarşı cinsi cazibə hiss etməsi ilə xarakterizə olunan bir psixi vəziyyət. Qızlarda yetkinlik dövrü adətən 10 və ya 11 yaşında, oğlanlarda isə 11 və ya 12 yaşında başlayır, lakin psixiatriyada istifadə olunan diaqnostik meyarlara görə pedofiliya üçün yetkinlik yaşı həddi 13 yaşa qədər uzadılır. Bu pozuntusu olan şəxslər çox vaxt pedofillər adlandırılır. Pedofiliya bir parafiliya növüdür. Formal diaqnostik sistemlərin son versiyalarında, məsələn, DSM-5 və ICD-11-də “ped...

Ətraflı oxu →