Təcili tibbi yardım: 103
Hekiminiz

Tibbi ensiklopediya

Xəstəliklər Ensiklopediyası

Simptomlar, diaqnostika və müalicə haqqında yoxlanılmış məlumat. Hazırda 154 material.

Ürək-damar xəstəlikləri

Tinnitus

Tinnitus — xaricdə səs olmadan qulaqlarda səsin- küyün eşidilməsidir. Tinnitus özlüyündə xəstəlik olmayıb , bir neçə səbəbdən meydana çıxa bilən simptomdur . Qulaqlarda küy baş və qulaq travmaları, qulaqda iltihabi proseslər, beyin qan damarlarının ateroskleroz nəticəsində patoloji daralması (belə daralma baş beyində qan dövranının pozulmasına gətirib çıxardır. Beyin damarlarının ateroskleroz xəstəliyi insult kimi ağır pozulmanın inkişafına səbəb ola bilər.), vestibulyar apparatının fəaliyyətində pozulmalar, boyun osteoxondrozu, nevroz, stress, həddən artıq yorğunluq, eşitmə apparatında yaş...

Ətraflı oxu →
Ürək-damar xəstəlikləri

Travmatik şok

Travmatik şok — faza formasında gedən patoloji prosesdir. Qan dövranının, tənəffüsün, maddələr mübadiləsinin, mərkəzi sinir sisteminin, humoral tənzimin pozulmasının müşayiəti ilə reflektor yolla zədəyə qarşı cavabıdır. Qanitirmə, soyuq, yorulma, aclıq və bu kimi başqa zədələyici amilin uzun vaxt təsiri şokun daha tez və ağır gedişinə mənfı təsir göstərir. Döş qəfəsinin, qarın boşluğunun üzvlərinin, onurğa sütununun, çanağın, kəllənin zədələnmələri zamanı və yanıqlarda daha tez-tez şok müşahidə edilir. Şok — ing. shock sözündən olub, zərbə, sarsıntı deməkdir. Şok, kəskin ağrıya qarşı orqani...

Ətraflı oxu →
Ürək-damar xəstəlikləri

Tromboz

Tromboz (thrombōsis "laxtalanma" ← q.yun. θρόμβος "laxta") — qan damarlarının içərisində qan laxtalarının (trombların) ömür boyunca formalaşması prosesi olub, qanın sərbəst axınını əngəlləyir. Tromboz həm bədənin qoruyucu mexanizmi, həm də patoloji proses ola bilər. Birinci halda, tromboz qanaxmanın dayandırılmasına kömək edir: qan damarı zədələndikdə qan laxtalanma sistemi aktivləşir, qan laxtası (tromb) əmələ gəlir, damar divarındakı qüsuru örtərək qan itirilməsinin mexaniki olaraq qarşısını alır. İkinci halda, tromboz müxtəlif xəstəliklərin və patoloji vəziyyətlərin gedişatını çətinləşdi...

Ətraflı oxu →
Sinir sistemi xəstəlikləri

Turet sindromu

Turet sindromu (Turet xəstəliyi, Jil de la Turet sindromu; DSM-5-də Turet pozuntusu, ing. Tourette’s disorder) — mərkəzi sinir sisteminin əsasən uşaq yaşlarında müşahidə edilən və çoxsaylı hərəkət tikləri və ən azı bir səs tiki ilə xarakterizə olunan genetik mənşəli pozuntusu. Əksər hallarda Turet sindromu ilə diqqət çatışmazlığı və hiperaktivlik pozuntusunun eyni vaxtda özünü göstərdiyi komorbid vəziyyət müşahidə edilir. Sindrom Jan-Martin Şarko tərəfindən öz şagirdi, bu xəstəliyin görüldüyü 9 nəfər haqqında 1885-ci ildə hesabat dərc etdirmiş fransız həkimi və nevroloqu Jil de la Turetin (...

Ətraflı oxu →
Sinir sistemi xəstəlikləri

Uiver sindromu

Uiver sindromu — Son dərəcə nadir, avtosomal dominant genetik pozğunluq. Uiver sindromu hamiləlik dövründə başlayıb, uşaq və gənclik illəri boyunca sürətli böyümə ilə xarakterizə olunur. O, irəliləmiş sümük inkişafı və müəyyən üz quruluşu, skelet və nevroloji anomaliyalarla xarakterizə edilir. Sotos sindromu ilə oxşarlığı vardır və artıq böyümə sindromu olaraq təsnif edilir.

Ətraflı oxu →
Ürək-damar xəstəlikləri

Ürək astması

Ürək astması — bir neçə dəqiqədən bir neçə saata qədər davam edən boğulma tutmaları ilə özünü göstərən və miokard infarktı, kardioskleroz, ürək xəstəlikləri və ürək çatışmazlığı (sol ürək) ilə əlaqəli digər xəstəliklərlə baş verən simptom. Bu, ağciyərlərdə və ətrafında mayenin yığılmasına səbəb olur (ağciyər tıkanıklığı), ağciyərlərin qanı oksigenlə təmin etmək qabiliyyətini pozur. Öskürək və hırıltı mümkündür. Rentgen müayinəsi ürəyin ölçüsünün və ağciyər toxumalarında mayenin artdığını göstərir.

Ətraflı oxu →
Endokrin xəstəliklər

Vudhauz–Sakati sindromu

Vudhauz–Sakati sindromu və ya diabet-hipoqonadizm-karlıq-əqli qüsur sindromu — başlıca olaraq endokrin və sinir sisteminə təsir edən autosom-resessiv formada ötürülən nadir irsi pozuntu.

Ətraflı oxu →
Sinir sistemi xəstəlikləri

Xarici aksent sindromu

Xarici aksent sindromu — xəstədə qəfildən digər bir dil aksentinin yaranmasıdır. Xarici aksent sindromu adətən zərbə nəticəsində, bəzənsə kəllə-beyin travması nəticəsində yarana bilər. Bunlar sindroma tutulanların ən çox göstərdiyi səbəblər olsa da, miqren olan xəstələr də bu sindroma yaxalan bilərlər. 1941–2009-cu illər ərzində bu sindroma 62 nəfər tutulub. Bu simptomlar artikulyar planlaşdırma və koordinasiya prosesinin pozulması nəticəsində yaranır. Bunu da qeyd etmək lazımdır ki, xəstə bir-birə xarici dil bilgilərinə (qrammatika, söz ehtiyatı və.s) yiyələnmir. Təsdiqlənməmiş məlumata əs...

Ətraflı oxu →
Endokrin xəstəliklər

Xend-Şüller-Krisçen xəstəliyi

Hand–Şüller–Kristian xəstəliyi — Multifokal Langerhans hüceyrələrinin histiositozu ilə əlaqəli xəstəlik. Bu xəstəlik zamanı ekzoftalm, litik sümük lezyonları (tez-tez kəllədaxili) və şəkərsiz diabet (hipofizin funksiyasının azalması) də müşahidə oluna bilər. Xəstəlik öz adını Amerika pediatrı Alfred Hand Jr, Avstriya nevroluqu və radioloqu Artur Şüller və Amerika cərrahı Henri Eşbari Kristiandan almışdır. Onlar xəstəliyi müvafiq olaraq, 1893, 1915/16 və 1919-cu ildə aşkar etmişdir.

Ətraflı oxu →
Sinir sistemi xəstəlikləri

Xroniki baş ağrısı

Xroniki baş ağrısı — hər ay 15 və ya daha çox gün baş ağrısı yaşayan şəxslərdə müşahidə edilən vəziyyət. Təxminlərə görə, xroniki baş ağrıları ümumi əhalinin 4%-5%-nə təsir edir. Xroniki baş ağrılarının müalicəsi geniş və müxtəlifdir. Dərman və dərman olmayan üsullar mövcuddur, çünki xroniki baş ağrıları tam olaraq müalicə edilə bilməz. Müalicə planları adətən fərdi əsasda hazırlanır və çox vaxt multimodal müalicə (dərman və dərman olmayan üsulların birləşməsi) tövsiyə olunur. Xroniki baş ağrıları üçün təklif olunan müalicə üsullarına dərmanlar, fizioterapiya, akupunktura, rahatlaşma təlimi...

Ətraflı oxu →