Tibbi ensiklopediya
Xəstəliklər Ensiklopediyası
Simptomlar, diaqnostika və müalicə haqqında yoxlanılmış məlumat. Hazırda 86 material.
Abses
Abses (lat. abscessus - irinlik) — iltihab nəticəsində məhdud boşluqda irin toplanması. Abses dərialtı toxumada, əzələlərdə, sümükdə, həmçinin, qaraciyər, ağciyər, dalaq, beyin və s.-də inkişaf edə bilər. Abses irintörədən mikrobların zədələnmiş dəri və selikli qişalardan orqanizmə keçməsi, yaxud qan və limfa damarları ilə digər iltihab ocağından gətirilməsi nəticəsində əmələ gəlir. Kəskin və xroniki Absesə ayrılır. Kəskin Absesdə ağrı, qızartı, məhəlli şişkinlik, yüksək temperatur, yuxusuzluq, başağrısı və s. əlamətlər olur. Plevra və qarın boşluğunda Absesin yırtılması ağırlaşmaya səbəb o...
Ətraflı oxu →Açıq arterial axacaq
Açıq arterial axacaq və ya Açıq Botal axacağı anadangəlmə ürək qüsuru, dölün qan dövranında mühüm əhəmiyyətə malik arterial axacaq – Botal axacağı insan doğulduqdan sonra normada öz funksiyasını itirirdiyi üçün qapanmış olur. Bəzən bu axacaq qapana bilmir və açıq qalaraq eyniadlı ürək qüsurunu meydana çıxartmış olur. Aorta ilə ağciyər arteriyası arasında doğumdan öncəki dövrdə böyük və kiçik qan dövranını əlaqələndirən damardır. Ağciyərə qan ağciyəri qidalandırmaq üçün gedir, tənəffüsdə iştirak etmir bu dövrdə. Normada o, insan doğulduqdan sonra ilk həftələr ərzində tutularaq, eyniadlı bağa...
Ətraflı oxu →Adenoidlər
Adenoidlər (lat. adenoid, yun. ἀδήν — vəz) – burun-udlaq badamcıqlarının əsasını təşkil edən limfa toxumasının törəmələri. Burun tənəffüsündə çətinlik, eşitmə itkisi və digər pozuntulara səbəb olur. Adenoid termini adenoidlərin hipertrofiyasına, udlaq badamcıqların anormal böyüməsinə istinad etmək üçün də istifadə olunur.
Ətraflı oxu →Ağciyər iltihabı
Ağciyər iltihabı, sətəlcəm, pnevmoniya — ağciyərin tez-tez təsadüf edilən xəstəliyi. Gedişinə görə kəskin və xronik olur. Krupoz, ocaqlı, intersisial və s. formaları var. Krupoz pnevmoniya kəskin ağciyər xəstəliyidir, bakterial pnevmoniyaların ən təhlükəlisidir. Krupoz pnevmoniyada ağciyərin bir, bəzən də bir neçə payında patoloji dəyişiklik olur; xəstəliyi, əsasən, pnevmokoklar törədir. Xəstəlik başağrısı, yüksək hərarət (39–40°S), quru və bəlğəmli öskürəklə başlayır, döş qəfəsi sancır (öskürdükdə və dərin nəfəs aldıqda artır). Xəstəliyin ikinci günündən başlayaraq selikli bəlğəm ifraz olu...
Ətraflı oxu →Ağciyərlərin xroniki obstruktiv xəstəliyi
Ağciyərlərin xroniki obstruktiv xəstəliyi (AXOX) — tənəffüsün çətinləşməsi və təngnəfəsliklə müşayiət olunan həyat üçün təhlükə yaradan tam müalicə olunmayan ağciyər xəstəliyi. AXOX-un açıqlanması aşağıdakı kimidir: ağciyərlərin – yəni, proses ağciyərlərdə baş verir xronik – yəni proses uzun müddətli və tam sağalmayandır obstruktiv – hava keçiriciliyinin qismən pozulması – hava yollarının daralması xəstəlik – funksiyaların pozulması deməkdir
Ətraflı oxu →Ağciyər tromboemboliyası
Ağciyər tromboemboliyası (ATE) — ağciyər kötüyünün və ya onun budaqlarının tromblarla tıxanması çox vaxt aşağı ətrafların dərin damar trombozları nəticəsində yaranır. Ağciyər tromboemboliyası ağciyər damarlarının trombla okklüziyası nəticəsində yaranan həyati təhlükəli vəziyyətdir. Qərb tibb ədəbiyyatında daha çox ağciyər emboliyası adı ilə daha geniş mənada istifadə olunur. Son illərdə bütün dünyada Venoz Tromboembolizm (VTE) termininin istifadəsinə də üstünlük verilir. Bu termin həm dərin venalarının trombozunu (DVT), həm ATE-ni əhatə edir.
Ətraflı oxu →Ağciyər xərçəngi
Ağciyər xərçəngi — ağciyər toxumalarındakı hüceyrələrin normadan artıq çoxalması ilə müşayiət olunan bir xəstəlik. Bu nəzarət edilə bilməyən artım hüceyrələrin ətrafdakı toxumaları əhatə etməsi və ya ağciyərdən digər orqanlara yayılması ilə (metastaz) nəticələnə bilər. Ümumdünya Səhiyyə Təşkilatının hesabatına görə ağciyər xərçəngi dünya miqyasında xərçəng xəstəlikləri arasında ən çox ölümə səbəb olan xərçəng növüdür və dünyada hər il təqribən 1,6 milyon insanın ölümünə səbəb olur. Ölümcüllüyü yüksək olan bu xərçəng növündə dünya miqyasında insanların siqaret çəkmə vərdişlərindəki dəyişməyə...
Ətraflı oxu →Allergik rinit
Allergik rinit və ya mövsümi tipi saman qızdırması — immun sisteminin havadakı allergenlərə həddən artıq reaksiya verməsi nəticəsində baş verən burnun iltihablanması ilə xarakterizə olunan vəziyyət. Əlamət və simptomlara burun axması və ya tutulması, asqırma, qızaran, qaşınan və yaşaran gözlər, həmçinin göz ətrafında şişkinliklər daxildir. Burundan gələn maye adətən şəffaf olur. Simptomlar adətən allergenlə təmasdan bir neçə dəqiqə sonra başlayır və yuxu, iş və digər fəaliyyətlərə təsir göstərə bilir. Bəzi insanlar simptomları yalnız ilin müəyyən dövrlərində, adətən polenlə təmas nəticəsind...
Ətraflı oxu →Allergiya
Allergiya – ətraf mühitin allergen adlandırılan bəzi faktorlarının (kimyəvi maddələrin, mikroorqanizmlərin və onların həyat fəaliyyəti məhsullarının, qida maddələrinin və s.) təsiri ilə əlaqədar orqanizmin qeyri-adi (qabarıq) cavab reaksiyasıdır. Alimlərin tədqiqatlarına əsasən planetimizin hər yeddi adamından biri allergiyaya düçardır, başqa sözlə, gündəlik həyatda rast gəlinən hər hansı bir təsirə qarşı yüksək hissiyata malikdir. Ən çox yayılmış təsiredici amillər – qida məhsulları, bitki mənşəli tozcuqlar və ev tozudur. Bununla yanaşı yüzlərcə digər allergen adlandırılan amillər mövcuddu...
Ətraflı oxu →Amputasiya
Amputasiya — ətrafın, yaxud hər hansı digər orqanın periferik hissəsinin kəsilməsindən ibarət cərrahiyyə əməliyyatı. Ətrafın və ya onun hissəsinin oynaqdan kəsilməsi ekzertikulyasiya adlanır. Amputasiyadan sonra güdülün anatomik və ya funksional yararsızlığı ilə əlaqədər aparılan təkrar əməliyyat isə reamputasiya adlanır. Amputasiya əsasən xəstənin həyatına yalnız xəstə orqanı kəsməklə xilas etmək mümkün olduqda tətbiq edilir. Amputasiyada baş verən ağırlaşma halları zamanı şok, irinləmə, tromboembolya və pnevmoniya kimi hallar müşahidə edilir. Güdül sağaldıqdan sonra amputasiya edilmiş ətr...
Ətraflı oxu →Angiofibroma
Angiofibroma (angio + lat. fibralif + oma – şiş), hemangiofibroma – damar və lifli birləşdirici toxuma qarışığından ibarət xoşxassəli şiş. Selikli qişa angiofibroması rəngli, enli və ya ensiz ayaqcıqlı polip şəklində olur. Tez-tez baş verən qansızmalar nəticəsində şiş qonur rəng ala bilər. Burun-udlaq angiofibroması xüsusi klinik forma kimi təsvir olunur. Dəri angiofibroması kiçik formalı, aydın sərhədə malik düyün olub, kəsik səthi sarımtıl-qırmızı və ya qonur rənglidir. Dəri angiofibroması hüceyrə elementlərinin üstünlüyündən asılı olaraq lipid və ya siderotik ola bilər. Lipid dəri angiof...
Ətraflı oxu →Ankilostomoz
Ankilostomoz (lat. Ancylostoma duedenale; Onikibarmaq bağırsağın əyribaş qurdu) — yumru qurdların parazitlik edən mühüm nümayəndəsi. Erkək fərdi 8–11 mm, dişi fərd 10–14 mm. olur. Baş hissə bel tərəfə əyildiyindən əyribaş qurd adlanır. Diri parazitin rəngi qırmızımtıl, ölüsü isə bozumtul-sarı olur. Bədənin ön ucunda nisbətən iri kapsul vardır. Bu kapsulda bir neçə kutikula mənşəli dişciklər yerləşir. Ağız kapsuluna, başın alt hissəsində yerləşmiş dişciklərin əsasına 2 birhüceyrəli qida borusu vəzisi açılır. Məhz bu dişciklərin köməyi ilə əyribaş qurd insan bağırsağının selikli qışasına yapı...
Ətraflı oxu →Antifosfolipid sindromu
Antifosfolipid sindromu (AFS) və ya fosfolipid sindromu antifosfolipid anticisimlərinin yaratdığı otoimmün hiperkoaqulyasiya halıdır. AFS arteriyalarda və venalarda qan laxtalanmasına (tromboz) səbəb olur. Hamiləlik dövründə isə bu sindrom erkən doğuşa, ölü dölün doğulmasına və ya ağır dərəcəli preeklampsiyə səbəb ola bilir. Antifosfolipid sindromunun (AFS) diaqnozunun qoyulması üçün diaqnostik meyarlar, tromb və ya hamiləliklə bağlı ağırlaşma kimi bir klinik halın olmasından və qanda antifosfolipid antikorlarının aşkarlanması üçün iki qan analizinin aparılmasından ibarətdir. Bu analizlər a...
Ətraflı oxu →Anti-sintetaza sindromu
Anti-sintetaza sindromu – DM bir variantıdır. Aminoasil-tRNT-sintetazalara qarşı AT yaranır. Klinika: kəskin başlayan interstisial ağciyər zədələnməsi, qızdırma, Rf, miozit, pozitiv Jo-1 antitel.
Ətraflı oxu →Aspergilloz
Aspergilloz — Aspergillus cinsinə aid göbələklərin törətdiyi geniş spektrli xəstəlikləri əhatə edən anlayışdır. Ən çox rast gəlinən formalar allergik bronxopulmonar aspergilloz, aspergilloma (invaziv olmayan aspergilloz) və ağciyərlərin invaziv aspergillozudur. İnsanların əksəriyyəti gündəlik həyatda aspergilloz sporları ilə nəfəs alır. Lakin, immun sistemi zəifləmiş şəxslərdə (xəstəlik nəticəsində və ya immunosupressiv müalicə fonunda) bu xəstəlik inkişaf edir. Nəticədə kəskin leykoz və hematopoetik hüceyrə transplantasiyası meydana gəlir ki, bu da ölümlə nəticələnir. Ən çox rast gəlinən y...
Ətraflı oxu →Bronxial astma
Bronxial astma – ilk növbədə bronxların – ağciyər tənəffüs yollarının iltihabi-allergik xəstəliyidir. Lakin iltihabın allergik reaksiya və ya xroniki xəstəlik olmasından asılı olaraq allergik komponentli astmanı qeyri-allergik astmadan fərqləndirirlər. Qeyri-allergik astmada xroniki iltihablı tənəffüs yolları həddən artıq həssasdırlar. Hər hansı qıcıqlanma bronxların spazmasına aparır, tənəffüs məhdudlaşır və bu da öskürək və boğulmalara gətirib çıxarır. Astmatiklər üçün tutmalara səbəb olan bir çox faktorlar vardır, məsələn; siqaret tüstüsünün kəskin iyi, məişət kimyası vasitələri, sabun,...
Ətraflı oxu →Bronxiolit
Bronxiolit — bronxiol adlanan kiçik hava yollarının viral infeksiyalar səbəbilə iltihablanması nəticəsində inkişaf edən alt tənəffüs yolu xəstəliyidir. İltihablanma, hava yollarının daralmasına və körpənin nəfəs alıb verməsini çətinləşdirən xırıltılı tənəffüsə yol aça bilər. Ən çox səbəbi RSV-dir, qrip və soyuqdəymə virusları da bronxiolitə səbəb ola bilər.
Ətraflı oxu →Bronxit
Bronxit (lat. bronchitis, bronx + -itis — iltihab) — bronx divarları selikli qişasının iltihabıdır. Bronxlar udulan havanı ağciyərlərə aparan müxtəlif diametrli şaxələnmiş boru şəbəkələrindən ibarət olaraq bronxial ağac adlanır. Bronxit tamamilə müstəqil xəstəlik olaraq inkişaf edə bilər (birincili bronxit), lakin o çox vaxt kəskin respirator infeksiyanın və ya soyuqdəymənin (ikincili bronxit) ağırlaşmasıdır və bronxların iltihabının bir xüsusiyyəti də ondan ibarətdir ki, bakterial infeksiyanın qoşulma təhlükəsi var. Tənbəki tüstüsü və toz bronxit xəstəliyi risqini artırırlar. Hətta "passiv...
Ətraflı oxu →