Təcili tibbi yardım: 103
Hekiminiz

Tibbi ensiklopediya

Xəstəliklər Ensiklopediyası

Simptomlar, diaqnostika və müalicə haqqında yoxlanılmış məlumat. Hazırda 86 material.

Tənəffüs sistemi xəstəlikləri

Sporotrikoz

Sporotrikoz — "qızılgül xəstəliyi" kimi da tanınan dəri, ağciyər, sümük və oynaqlara təsir edən və geniş yayıla bilən göbələk infeksiyası. Xəstəliyin törədicisi bütün dünyada rast gəlinir. Növ 1896-cı ildə onu insan nümunəsindən təcrid edən Benjamin Şenkin şərəfinə adlandırılmışdır.

Ətraflı oxu →
Mədə-bağırsaq xəstəlikləri

Svayer–Ceyms sindromu

Svayer–Ceyms sindromu — Həmçinin Swyer–James–MacLeod sindromu olaraq da bilinən, nadir rast gəlinən ağciyər xəstəliyi. Ağciyərin kiçik olması ilə xarakterizə olunur.

Ətraflı oxu →
Ürək-damar xəstəlikləri

Takayasu xəstəliyi

Takayasu xəstəliyi (ing. Takayasuˋs dis.), nəbzin olmaması xəstəliyi (ing. pulseless disease), aorta qövsü sindromu – ən çox Asiya mənşəli 40 yaşa qədər qadınlarda olur. Yuxarı ətraf və döşqəfəsi damarları daha çox zədələnir. Qollarda asimmetrik arterial təzyiq (fərqi 10 mm-dən çox olur). Arterial nəbz azalır. Fasiləli axsama, subklavian arteriya və aorta üzərində küy, baş ağrıları, arterial hipertenziya, ürək və ağciyərlərin zədələnməsi, qızdırma, artralgiya və çəki itkisi. Qızıl standart angioqrafiyadır. Histoloji fokal panarteriit aşkar edilir.

Ətraflı oxu →
Tənəffüs sistemi xəstəlikləri

Taun

Taun (lat. pestis), (XBT kodu A20.) — insan və heyvanlarda kəskin təbii ocaqlı, epidemik yayılmağa meyilli, taun çöpü (lat. Yersinia pestis) tərəfindən törədilən transmissiv infeksion xəstəlikdir. O, kəskin qızdırma, ağır ümumi intoksikasiya və limfatik düyünlərin, ağciyərin və başqa orqanların hemorragik-nekrotik iltihabı ilə təzahür edir. Endemik və pandemik yayılma imkanına görə taun "Beynəlxalq tibbi-sanitariya qaydalarının" şamil olduğu xüsusi təhlükəli karantin infeksiyaları qrupuna aid edilir. 1894-cü ildə fransız alimi A. Yersen və yapon alimi S. Kitazato xəstəliyin törədicisini kəş...

Ətraflı oxu →
Mədə-bağırsaq xəstəlikləri

Taxipnoe

Taxipnoe (yun. ταχύπνοια) — tənginəfəslik deməkdir. Dəqiqəlik tənəffüsün sayının normadan artıq olmas ilə xarakterizə olunur. Normada insan bir dəqiqə ərzində 15–16 dəfə nəfəs alıb-verir. Tənəffüsün sayının 15–16 sikldən artıq olması taxipnoe adlanır. Bir neçə səbəbdən irəli gələ bilir. Bu və digər patoloji proseslər zamanı orqanizmin oksigenə olan təlabatı ödəmək üçün meydana çıxan bir kompensator haldır.

Ətraflı oxu →
Tənəffüs sistemi xəstəlikləri

Transient takipniya

Yeni doğulmuş körpələrdə transient takipniya (müvəqqəti sürətli nəfəs alış) — doğuşdan dərhal sonra müşahidə edilə bilən tənəffüs problemi. Bu, ağciyər mayesinin həll olunmaması səbəbindən yaranır.

Ətraflı oxu →
Ürək-damar xəstəlikləri

Travmatik şok

Travmatik şok — faza formasında gedən patoloji prosesdir. Qan dövranının, tənəffüsün, maddələr mübadiləsinin, mərkəzi sinir sisteminin, humoral tənzimin pozulmasının müşayiəti ilə reflektor yolla zədəyə qarşı cavabıdır. Qanitirmə, soyuq, yorulma, aclıq və bu kimi başqa zədələyici amilin uzun vaxt təsiri şokun daha tez və ağır gedişinə mənfı təsir göstərir. Döş qəfəsinin, qarın boşluğunun üzvlərinin, onurğa sütununun, çanağın, kəllənin zədələnmələri zamanı və yanıqlarda daha tez-tez şok müşahidə edilir. Şok — ing. shock sözündən olub, zərbə, sarsıntı deməkdir. Şok, kəskin ağrıya qarşı orqani...

Ətraflı oxu →
Ürək-damar xəstəlikləri

Ürək astması

Ürək astması — bir neçə dəqiqədən bir neçə saata qədər davam edən boğulma tutmaları ilə özünü göstərən və miokard infarktı, kardioskleroz, ürək xəstəlikləri və ürək çatışmazlığı (sol ürək) ilə əlaqəli digər xəstəliklərlə baş verən simptom. Bu, ağciyərlərdə və ətrafında mayenin yığılmasına səbəb olur (ağciyər tıkanıklığı), ağciyərlərin qanı oksigenlə təmin etmək qabiliyyətini pozur. Öskürək və hırıltı mümkündür. Rentgen müayinəsi ürəyin ölçüsünün və ağciyər toxumalarında mayenin artdığını göstərir.

Ətraflı oxu →
Ürək-damar xəstəlikləri

Veber-Krisçen xəstəliyi

Veber-Krisçen xəstəliyi, febril residivləşən qeyri-irinli pannikulit – 30–50 yaşda qadınlarda daha çox rast gəlir. Klinika: qızdırma, dərialtı qırmızı rəngli, bərk, ağrılı düyünlər bəzən isə infiltrat formasında olur. Dəri infiltrat üzərində parıldayır. Sağaldıqda çapıqlar, piqmentasiya qalır. Bəzən daxili üzvlər zədələnir (ürək, ağciyərlər, qaraciyər, böyrəklər)

Ətraflı oxu →
Tənəffüs sistemi xəstəlikləri

Vərəm

Vərəm infeksion xəstəlik olub, adətən, Mycobacterium tuberculosis bakteriyası tərəfindən törədilir. Xəstəlik əsasən ağciyərlərə təsir edir, ancaq vücudun başqa hissələrinə də təsir edə bilir. Yoluxmuş fərdlərin çoxu heç bir simptom göstərmir. Simptomsuz orqanizmlərin 10%-ində xəstəlik aktiv mərhələyə keçir və müalicə olunmazsa, yarısı ölür.

Ətraflı oxu →
XBT-10: J42Tənəffüs sistemi xəstəlikləri

Xroniki bronxit

Xroniki bronxit ən azı 2 il ərzində ildə 3 aydan artıq bəlğəmli öskürəklə səciyyələnən vəziyyətdir. Tez-tez siqaretlə bağlıdır və KOXA spektrinə daxildir.

Ətraflı oxu →
Ürək-damar xəstəlikləri

Xroniki vəziyyət

Xroniki vəziyyət — Xroniki vəziyyət (həmçinin xroniki xəstəlik və ya uzunmüddətli xəstəlik kimi tanınır) uzun müddət davam edən və ya təsirləri davamlı olan sağlamlıq vəziyyəti və ya xəstəlikdir. "Xroniki" termini adətən xəstəliyin gedişi üç aydan artıq davam etdikdə istifadə olunur. Bu cür xəstəliklər çox vaxt ömürboyu davam edir və tam sağalma əvəzinə idarə olunması tələb olunur. Geniş yayılmış xroniki xəstəliklərə şəkərli diabet, funksional mədə-bağırsaq pozuntuları, ekzema, artrit, astma, xroniki obstruktiv ağciyər xəstəliyi, autoimmun xəstəliklər, genetik pozuntular və qazanılmış immun...

Ətraflı oxu →
Tənəffüs sistemi xəstəlikləri

Yapışqan trombosit sindromu

Yapışqan trombosit sindromu (ingiliscə: Sticky platelet syndrome, qısaca SPS) — Trombosit funksiyasının irsi pozulması. Burada trombositlərin hiperagreqasiyası hiperkoxaqulyabiliteyə səbəb olur. İlk dəfə 1983-cü ildə Mammen tərəfindən təsvir edilmişdir. Bu, avtosomal dominant irsiyyətə malikdir. Hələ ki, xüsusi bir gen ilə əlaqələndirilməyib və OMIM-də bir entitet olaraq tanınmır. Sticky platelet sindromu protein S defisiti və "factor V Leiden" ilə əlaqəli ola bilər. Hal-hazırda yapışqan trombosit sindromunun ayrıca bir xəstəlik olub-olmaması və ya daha yaxşı xarakterizə olunmuş bir koaguly...

Ətraflı oxu →
Ürək-damar xəstəlikləri

Yunis–Varon sindromu

Yunis–Varon sindromu (YVS) — Son dərəcə nadir olan, avtosomal resesiv irsiyyətlə keçən və çoxsaylı sistemləri əhatə edən, doğuşdan gələn sindrom. Bu sindrom sümük sistemi, ektodermal toxuma, ürək və tənəffüs sisteminə təsir edir. İlk dəfə "Kolumbiya Milli Universiteti"nin tədqiqatçıları Emilio Yunis və Humberto Varon tərəfindən təsvir edilmişdir.

Ətraflı oxu →