Tibbi ensiklopediya
Xəstəliklər Ensiklopediyası
Simptomlar, diaqnostika və müalicə haqqında yoxlanılmış məlumat. Hazırda 205 xəstəlik.
48, XXXY sindromu
48, XXXY sindromu cinsi xromosomların anevloidiyasının səbəb olduğu genetik bir vəziyyətdir. Bu sindrom zamanı insan bədənində əlavə olaraq 2 xromosom olur. Adətən, kişilərdə X və Y, qadınlarda isə iki X cinsi xromosomu olur. Fəaliyyət göstərən SRY genində bir Y xromosomunun olması kişi genlərinin formalaşmasına səbəb olur. Buna görə də XXXY sindromu yalnız XY genlərinə sahib olan kişilərə təsir göstərir. Koqnitiv və davranış problemləri, taurodontizm və sonsuzluq kimi problemlərdə daxil olmaqla, bu sindromla əlaqəli simptomların geniş spektri mövcuddur. Bu sindrom valideyn gametlərindən bi...
Ətraflı oxu →Abaroqnoziya
Abaroqnoziya — çəkini hiss etmək qabiliyyətinin pozulması. Baş beyin qabığının hissi pozuntusu olub baroqnoziyanın, yəni əldə tutulan əşyanın çəkisinin təyini və ya iki əşyanın çəkisi arasında fərqi müəyyən etmək bacarığının itirilməsidir. Bu pozuntuya təpə payının zədələnməsi səbəb ola bilər.
Ətraflı oxu →Abetalipoproteinemiya
Abetalipoproteinemiya ― (abetalipoproteinaemia) – akantoz, torlu qişanın piqment degenerasiyası, yağların sorulması və nəql edilməsinin pozulması, beta-lipoproteinlərin çatışmazlığı və ya olmaması, qanda doymamış yağ turşularının, xolesterin və fosfotidlərin səviyyəsinin aşağı olması ilə xarakterizə olunan irsi xəstəlik. Normotriqliseridemik abetalipoproteinemiya-triqliseridlərin normal olduğu abetalipoproteinemiya
Ətraflı oxu →Ablefariya
Ablefariya ― (ablepharia; а- + yun. Blepharon göz qapağı) – inkişaf anomaliyası: göz qapağının olmaması.
Ətraflı oxu →Ablutofobiya
Ablutofobiya – (ablutophobia lat. ablutio yuyunma) Yuyunmaq, çimmək və ya təmizliklə bağlı digər fəaliyyətlərdən qorxmaqla xarakterizə olunan xüsusi bir fobiya. Bu fobiya adətən uşaqlarda daha çox rast gəlinir, lakin bəzi hallarda yetkin insanlarda da müşahidə oluna bilər. Ablutofobiyası olan insanlar suya və ya təmizlənmə prosesinə qarşı güclü narahatlıq, qorxu və hətta panik ataklar keçirə bilərlər.
Ətraflı oxu →Ablütomaniya
Ablütomaniya – (ablutomania lat. Abluo, ablutum yumaq + maniya) – əlləri tez-tez yumağa patoloji dərəcədə meyillilikdən ibarət sayrışan hal.
Ətraflı oxu →Abruzzo–Erikson sindromu
Abruzzo–Erikson Sindromu — nadir görülən genetik bir pozğunluq olub, əsasən üz və skelet anomaliyaları ilə xarakterizə olunur.
Ətraflı oxu →Afrika tripanosomozu
Afrika tripanosomozu, yaxud yuxu xəstəliyi — insanlarda və heyvanlarda parazit vasitəsi ilə törənən xəstəlik. Xəstəliyə yoluxmuş adamlarda, xəstəliyin törədicisinin iki tipi olur: Trypanosoma brucei gambiense (T.b.g) və Trypanosoma brucei rhodesiense (T.b.r.). T.b.g 98%-dən çox qeydə alınmışdır. Hər iki törədici adətən, xəstəliyin daşıyıcısı olan Qlossina milçəklərinin dişləməsi nəticəsində yayılır və buna ən çox kənd yerlərində təsadüf edilir.
Ətraflı oxu →Akropektoral sindromu
Akropektoral sindrom — Nadir görülən genetik bir pozğunluq olub, əsasən əllər, ayaqlar və sinə nahiyəsində anomaliyalarla xarakterizə olunur.
Ətraflı oxu →Albinizm
Albinizm (lat. albus - ağ) – anadangəlmə dəriyə rəng verən piqmentin olmaması xarakterizə olunan, dəridə melanin əmələ gətirən melanositlərin çatışmazlığı və ya olmamasıdır. Nadir rast gəlinən və insanların marağına səbəb olan nadir xəstəliklərdən biridir. Belə insanlar (və ya digər canlılar) dərisi ağ rəngli olmaqla, ətrafdakıların diqqətini öz üzərlərinə cəmləyirlər. Onlar elmi dildə “albinos” adlanır. Albinizm xəstəliyinə tutulanlardan çoxu bunu kompleks hesab etsə də, bəziləri insanların reaksiyalarına alışdığını söyləyir. Molekulyar səbəbləri hipofizin orta payının melanosit stimuləedi...
Ətraflı oxu →Alisa möcüzələr ölkəsində sindromu
Alisa möcüzələr ölkəsində sindromu, Todd Sindromu və ya liliput hallüsinasiyası — insan dərrakəsinə təsir edən nevroloji vəziyyət. Xəstəliyə yoluxanlar mikropsiya, makropsiya və ya digər hissi vəziyyətlərin pozğunluğundan əziyyət çəkirlər. Hazırkı şəraitdə bu sindrom miqren, beyin xərçəngi və psixoaktiv dərmanların istifadəsi nəticəsində yarana bilər. Xəstəliyin simptomları daha çox uşaqlıq dövründə müşahidə olunur. Bu simptomlar yuxu tutmaları zamanı da müşahidə oluna bilər. Xəstəliyə beyin hissələrində anormal qan sızmasına səbəb ola bilən yüksək hərarət də gətirib çıxara bilər.
Ətraflı oxu →Alkoqol deliriyası
Alkoqol deliriyası — titrəmə ilə müşahidə olunur və xəstənin çox həyəcanlı bir vəziyyəti kimi ortaya çıxır. Alkoqolik şəxsin belə bir vəziyyəti yuxarıda izah edilən və alkoqoldan irəli gələn fiziki asılılıqdan ibarətdir. Demək olar ki, bütün alkoqolik şəxslərdə içkinin ardı kəsildikdən sonra müşahidə edilir. Xəstə bu zaman gözünün qarşısında qorxunc heyvanların, o cümlədən ilan və əqrəbin göründüyünü iddia edir. Əgər həmin vəziyyətdə olan bir içki düşkününə dərhal uyğun tibbi müdaxilə göstərilməzsə xəstə ölə bilər.
Ətraflı oxu →Alkoqolizm
Alkoqolizm — spirtli içkilərin istifadəsi nəticəsində yaranmış və xroniki intoksikasiya doğuran, spirtli içkilərdən psixi və (və ya) fiziki asılılıqla, habelə digər mənfi tibbi–sosial nəticələrlə ifadə olunan xəstəlikdir.
Ətraflı oxu →Alkoqol paranoidi
Alkoqol paranoidi — ruh pozulmasının əsas əlamətlərindən biri olub, özünü şiddətli qısqanclıq şəklində büruzə verir. Xəstə şəxs hamının onu aldatdığı qənaətinə gəlir. Eyni zamanda öz qızı və ya ona xidmət edən şəfqət bacısı haqqında da fikirləşir. Bundan başqa belə xəstə ailəsi içərisində də ona pis gözlə baxıldığını, onu öldürmək istədiklərini zənn edir.
Ətraflı oxu →Alkoqolsuzluq sindromu
Alkoqolsuzluq sindromu - Uzun müddətli və ya həddindən artıq alkoqol istifadəsindən sonra alkoqolun kəsilmiş və ya azaldılmış alkoqol dozaları nəticəsində yaranan fizioloji və psixoloji simptomlar kompleksi.
Ətraflı oxu →Allergik rinit
Allergik rinit və ya mövsümi tipi saman qızdırması — immun sisteminin havadakı allergenlərə həddən artıq reaksiya verməsi nəticəsində baş verən burnun iltihablanması ilə xarakterizə olunan vəziyyət. Əlamət və simptomlara burun axması və ya tutulması, asqırma, qızaran, qaşınan və yaşaran gözlər, həmçinin göz ətrafında şişkinliklər daxildir. Burundan gələn maye adətən şəffaf olur. Simptomlar adətən allergenlə təmasdan bir neçə dəqiqə sonra başlayır və yuxu, iş və digər fəaliyyətlərə təsir göstərə bilir. Bəzi insanlar simptomları yalnız ilin müəyyən dövrlərində, adətən polenlə təmas nəticəsind...
Ətraflı oxu →Allergiya
Allergiya – ətraf mühitin allergen adlandırılan bəzi faktorlarının (kimyəvi maddələrin, mikroorqanizmlərin və onların həyat fəaliyyəti məhsullarının, qida maddələrinin və s.) təsiri ilə əlaqədar orqanizmin qeyri-adi (qabarıq) cavab reaksiyasıdır. Alimlərin tədqiqatlarına əsasən planetimizin hər yeddi adamından biri allergiyaya düçardır, başqa sözlə, gündəlik həyatda rast gəlinən hər hansı bir təsirə qarşı yüksək hissiyata malikdir. Ən çox yayılmış təsiredici amillər – qida məhsulları, bitki mənşəli tozcuqlar və ev tozudur. Bununla yanaşı yüzlərcə digər allergen adlandırılan amillər mövcuddu...
Ətraflı oxu →Alport sindromu
Alport sindromu – qlomerulonefrit, ağır eşitmə, gözün zədələnməsi ilə gedən BT baryer anadangəlmə xəstəliyidir.
Ətraflı oxu →