Tibbi ensiklopediya
Xəstəliklər Ensiklopediyası
Simptomlar, diaqnostika və müalicə haqqında yoxlanılmış məlumat. Hazırda 205 xəstəlik.
Aşağı ətrafların varikoz genəlməsi
Aşağı ətrafların varikoz genəlməsi aşağı ətrafın səthi venalarının genişlənməsi, vena qapaqcıqlarının çatışmazlığı nəticəsində qan axınının pozulması- Varikoz termini lat. varix; varicis sözündən götürülmüş, mənası "köpmüş, gərilmiş, üfürülmüş" deməkdir.
Ətraflı oxu →Assit
Assit — böyük həcmli rezeksiyalarda və sirrotik xəstələrin əksəriyyətində rast gəlməsinə baxmayaraq onun klinik büruzə verən forması 25%—35% xəstədə müşahidə edilir.
Ətraflı oxu →Asteniya
Asteniya — adətən fiziki və ya zehni yorğunluqla əlaqəli bir hiss. Bu, insanın ümumi enerjisiz, zəif və yorğun hiss etməsi vəziyyətidir. Astenik vəziyyət, bədən və ya ağılın normal funksiyalarını yerinə yetirməkdə çətinlik çəkdiyi zaman meydana çıxır. Bu, bir çox səbəbdən qaynaqlana bilər, məsələn, fiziki və ya emosional stres, pis yuxu, həddindən artıq iş və ya bəzi tibbi vəziyyətlər. Astenik hislər, həm də "zəiflik hissi" olaraq da tanınır və bəzən depressiya və ya digər psixoloji narahatlıqlarla əlaqələndirilə bilər.
Ətraflı oxu →Axiliya
Axiliya (yun. a + yun. χυλός – şirə) – mədə şirəsində xlorid turşusu və pepsin fermentinin olmaması ilə səciyyələnən patoloji vəziyyət. Axiliya mədənin vəzi apratının anadan gəlmə funksional zəifliyi, mədənin selikli qişasının xəstəliyi (atrofik qastritdə mədə vəzilərinin zədələnməsi) və ya başqa xəstəliklərin (intoksikasiyalar, anemiyanın bəzi formaları, sinir sisteminin funksional xəstəlikləri və s.) təzahürüdür.
Ətraflı oxu →Axondroplaziya
Axondroplaziya (axondroplastik — cırtdanlıq) — autosom dominant əlamət olub, sümük sistemində baş verən ümumi xəstəlik: borulu sümüklərin epizifar qığırdağında baş verən pozulmalar, bədənin normal inkişaf etməsinə baxmayaraq ətrafların qeyri-bərabər nisbətdə qısalığı.
Ətraflı oxu →Ayaq uzunluğunun fərqliyi
Ayaq uzunluğunun fərqliyi (leg length discrepancy) — anadangəlmə və qazanılma, anatomik və fuksional, mexanizminə görə: qisa (AİR – anterior, ilial, rotation, ağrı dizdə olur) və uzun (PİR – posterior, ilial, rotation, ağrı pəncədə) olur. Anatomik – anadangəlmə və ya qazanılmış səbəbdən yaranır: qamış sümüyünün ön-bayır tini ilə tış topuq arasında məsafə ölçülür; ≥1 sm fərq aradan qaldırılmalıdır. Funksional – skolioz və ya bud-çanaqda kontraktura ilə bağlı çanağın meyilliyi yaranır: göbək ilə iç topuqlar arasında məsafə ölçülür; fərq olsa funksional səbəblidir, həqiqi fərqdə isə məsafə eyn...
Ətraflı oxu →Bədxassəli hipertermiya
Bədxassəli hipertermiya, Narkoz-Hypertermiya-Sindromu (lat. maligne Hyperthermie, maligne Hyperpyrexie) nadir rast gəlinən, həyat üçün çox təhlükəli bir hal olub, ümumi anesteziya zamanı bir fəsad kimi özünü büruzə verir. İnhalyasion anestetiklərə və əzələ reaksantı, suksinilxolin preparatına qarşı bir reaksiya olan bədxassəli hipertermiya zamanı sklet əzələlərində oksidləşmə metobolizmi hədsiz artması, oksigenə olan təlabatı artırır, nəticə etibarilə qanda karbon qazının miqdarının kəskin artması bədən hərarətinin kəskin qalxması baş verir. Son halda təcili tədbirlər görülmədikdə orqanizmi...
Ətraflı oxu →Bipolyar pozuntu
Bipolyar pozuntu — (bipolyar — bi — latınca iki, polyar-qütblü deməkdir.) Emosiyaların iki əks qütblü dəyişiklikləri ilə səciyyələnən xəstəlikdir. Ümumiyyətlə, əhvali-ruhiyyənin dəyişməsi sağlam insan üçün də təbii hesab olunur. Bipolyar pozuntudan əziyyət çəkən insanlarda emosional dəyişikliklər özünü çox güclü şəkildə büruzə verir və maniakal, yaxud depressiv vəziyyətlərə çatır (əvvəllər bu xəstəliyi "maniakal-depressiv pozuntu" adlandırırdılar). Bir qayda olaraq, bipolyar pozuntu zamanı insan emosiyalarının "kənar qütblərində" uzun müddət (həftlələrlə və ya aylarla) qalır. Bipolyar pozun...
Ətraflı oxu →Boş pəncə
Boş pəncə (ing. pes excavatus) – pəncə tağının hündür olması.
Ətraflı oxu →Böyümə ağrısı
Böyümə ağrısı – funksional xarakterlidir, 4–12 yaşda, cins fərq yoxdur, ağrılar budda və baldırda, gecə və axşamlar olur, heç vaxt səhərlər olmur, müayinədə obyektiv və laborator dəyişikliklər tapılmır
Ətraflı oxu →Brunner sindromu
Brunner sindromu — nadir rastlanan genetik xəstəlik. Əsasən, davranış və intellektual funksiyalarda problemlərlə xarakterizə olunur. Bu sindrom, "MAO-A" genindəki mutasiyalar nəticəsində yaranır və monoamin oksidaz A (MAO-A) fermentinin fəaliyyətinin pozulması ilə əlaqədardır. Bu ferment, beyindəki serotonin, dopamin və noradrenalin kimi neyrotransmitterlərin tənzimlənməsində mühüm rol oynayır.
Ətraflı oxu →Çarpaz sindromlar
Çarpaz sindromlar və ya Overlap sindromu (ing. Overlap syndrome) — iki və ya daha çox xroniki xəstəliyin eyni zamanda mövcud olması və bir-birinə təsir etməsi ilə xarakterizə olunan tibbi vəziyyət. Bu sindrom, adətən müxtəlif orqan sistemlərinə təsir edən xəstəliklərin kombinasiyası zamanı müşahidə edilir.
Ətraflı oxu →Çay və tost sindromu
Çay və tost sindromu — Yaşlı insanlar arasında yayılmış qidalanma pozğunluğu.
Ətraflı oxu →Cırtdan boy
Cırtdan boy (ing. dwarfism) – anomal kiçik boy, ən çox xondrodistrofik mənşəli olur.
Ətraflı oxu →Daban mahmızı
Daban mahmızı – çox vaxtı plantar fassiitlə əlaqədar yaranır, bir qismində isə simptomsuz olur. Adətən aydın kortikal kənarlı olur. İltihabi mahmızda qeyri-aydın kortikal qat və (və ya) eroziyalar olur.
Ətraflı oxu →Dalağın yırtılması
Dalağın yırtılması — çox ağır simptomlarla müşayiət olunan bir orqanın anatomik struktur bütövlüyünün bədən tərəfindən pozulması nəticəsində yaranan bir patoloji. Tez-tez qarın boşluğunun digər orqanlarının zədələnməsi ilə birləşir. Orqan qanla yaxşı təmin olunduğundan, həyat üçün dərhal təhlükə yaradan və təcili cərrahi müdaxilə tələb edən ağır qanaxma ehtimalı var.
Ətraflı oxu →Daltonizm
Daltonizm — rəngli görmənin anadangəlmə pozuntusu; əsasən, qırmızı və yaşıl rəngləri seçmə qabiliyyətinin olmaması ilə səciyyələnir. Ən çox kişilərdə təsadüf edilir.
Ətraflı oxu →Daun sindromu
Daun sindromu (yaxud Trisomiya 21) — 21-ci xromosom cütlüyünün trisomiyası (üçlük) sonucunda yaranan sindrom. Ümumiyyətlə fiziki inkişafdan geriyə qalma, yüngül və orta dərəcədə zəka əlilliyi və xarakterik üz xüsusiyyətləri ilə ortaya çıxır. Daun sindromlu bir yetkin gəncin orta intellekt əmsalı 50-dir, lakin bu göstərici fərqli də ola bilər. Sindroma səbəb olan 21-ci cütdəki əlavə xromosomun təsadüfən meydana gəldiyinə inanılır, çünki bu ehtimalı yüksəldəcək məlum olan ətraf mühit faktoru yoxdur.
Ətraflı oxu →