Tibbi ensiklopediya
Xəstəliklər Ensiklopediyası
Simptomlar, diaqnostika və müalicə haqqında yoxlanılmış məlumat. Hazırda 205 material.
Gecikmiş yuxu mərhələsi sindromu
Gecikmiş yuxu mərhələsi sindromu (DSPD) — yuxu qrafikinin adi vaxtdan daha sonra başlaması və oyanma vaxtının da gecikməsi ilə xarakterizə olunan yuxu pozuntusu. Bu vəziyyət "gecə quşu" olaraq tanınan insanlarda daha çox müşahidə olunur. Bu pozuntudan əziyyət çəkən şəxslər üçün gecə erkən yatmaq və səhər tez oyanmaq çətindir, lakin onların öz təbii yuxu qrafiklərinə uyğun yatdıqları zaman yuxu keyfiyyəti normal olur.
Ətraflı oxu →Gelotofobiya
Gelotofobiya — İnsanların başqaları tərəfindən ələ salınmaqdan və ya lağa qoyulmaqdan həddindən artıq qorxması. Bu fobiyası olan insanlar zərərsiz və ya başqalarına aid olan zarafat və gülüşü özlərinə yönəlmiş kimi qəbul edə bilərlər.
Ətraflı oxu →Göz daxili təzyiq
Göz daxili təzyiq gözün içindəki mayenin təzyiqidir. Bunu müəyyən etmək üçün göz həkimləri göz tonometriyası adlı üsuldan istifadə edirlər. Göz daxili təzyiq qlaukoma riski olan xəstələrin izlənməsi və müəyyən edilməsi üçün mühüm aspektdir. Əksər tonometrlər təzyiqi millimetr civə ilə ölçmək üçün kalibrlənmişdir.
Ətraflı oxu →Günter xəstəliyi
Günter xəstəliyi — eritropoetik porfiriya. Xəstəlik 1991-ci ildə bu xəstəliyi araşdrmış alman həkimi Qans Günterin şərəfinə adlandırılmışdır. Cox nadir hallarda rast gəlinir: 1000000 yeni doğulmuşlardan yalnız birində rast gəlinə bilər.
Ətraflı oxu →Hallux valgus
Hallux valgus — Latınca tıbbi termin olub, baş ayaq barnağında olan deformasiya ya əyrilik, çəplik deməkdir. (lat. hallux — baş ayaq barmaq; lat. valgus — əyri, çəp)
Ətraflı oxu →Havana sindromu
Havana sindromu, həmçinin Anomal Sağlamlıq Hadisələri (ASH) — mübahisəli tibbi vəziyyət. Bu sindrom tibbi icma tərəfindən rəsmi olaraq bir xəstəlik kimi tanınmır.
Ətraflı oxu →Heberden düyünü
Heberden düyünü (ing. Heberden´s node) – OA-da əlin DİF-da, ilk növbədə klimakterik dövr qadinlarda ağrılı (sinovitə bağlı), simmetrik, hərəkəti məhdudlaşdıran düyünlər əllənir, çox vaxtı Buşar düyünləri ilə birlikdə olur.
Ətraflı oxu →Hiperhidroz
Hiperhidroz (q.yun. ὑπερ - həddən artıq və q.yun. ἱδρώς — tər sözlərinin birləşməsindən əmələ gəlmişdir) – tərləmə sisteminin funksional pozğunluğu. Bu zaman insan çox tərləyir. Həddindən artıq tərləmə həm xarici stimullara reaksiya, həm də hər hansı bir xəstəliyin nəticəsi olaraq inkişaf edə bilər.
Ətraflı oxu →Hipertrixoz
Hipertrixoz və ya qulyabani xəstəliyi — həddən artıq tüklənmə. Bu xəstəlik üzdə uzun və qara tüklərin çıxması ilə müşahidə olunur. Xəstəlik insanı canavara bənzətdiyi üçün, bu xəstəliyə canavar sindromu da deyirlər. Xəstəlik insanın müxtəlif sahələrinin həddən artıq tüklənməsi ilə büruzə olunur.
Ətraflı oxu →Hipertropiya
Hipertropiya — gözlərin səhv düzülüşü (çəpgözlük) və bunun nəticəsində bir gözün görmə oxu baxışları fiksasiya nöqtəsindən yuxarıya yönəlməsi. Şaquli dissosiasiya bir və ya nadir hallarda hər iki gözün yavaşca yuxarıya doğru sürüşməsinə səbəb olan hipertropiyanın xüsusi bir növüdür, adətən xəstə diqqətsiz olduqda.
Ətraflı oxu →Hıçqırıq
Hıçqırıq — Azərbaycan Vikipediyasına əsasən hazırlanmış qısa tibbi məlumat kartı. Ətraflı diaqnoz və müalicə üçün həkimə müraciət edin.
Ətraflı oxu →İntihar
İntihar və ya özünəqəsd — şəxsin bilərəkdən və şüurlu şəkildə öz həyatına son qoyma aktı. Risk faktorlarına depressiya, bipolyar pozuntu, şizofreniya, şəxsiyyət pozğunluğu kimi ruhi nasazlıqlar da aiddir. İntihar maliyyə çətinliklərindən, münasibətlər ilə bağlı çətinliklərdən və ya zorbalıqdan yarana bilər.
Ətraflı oxu →İşialgiya
İşialgiya (ing. sciatica) – beldə ağrı, ağrının budun arxa hissəsi ilə baldıra və pəncəyə ötürülməsi, ətrafda keyimə və zəiflik hissi nəzərdə tutulur.
Ətraflı oxu →Kabuki sindromu
Kabuki sindromu – genetik mənşəyə malik nadir genetik sindrom. Bu, müxtəlif simptomlar və şiddətlə bədənin bir çox hissələrinə təsir göstərir, baxmayaraq ki, ən çox yayılmış xarakterik üz görünüşüdür.
Ətraflı oxu →Kapqras sindromu
Kapqras sindromu — psixoloji xəstəlik növü. Bu pozğunluğu "mənfi oxşar cəfəngiyyatı" da adlandırırlar. Psixiatriyada xüsusi sindrom sayılan bu xəstəlikdən əziyyət çəkən iddia edir ki, onun ətrafında olan yaxınlarını (həyat yoldaşını, valideynlərini və s.) və ya onun özünü hansısa oxşarı əvəz edib. Sonuncu halda xəstə deyir ki, özünün etdiyi bütün xoşagəlməz hərəkətləri onun eynilə özünə bənzəyən oxşarı edib. Bu xəstəlik iki tipə bölünür: Autoskopik – xəstə əmindir ki, oxşarı canlı olaraq görür; Tipik Kapqras sindromu – oxşar görünməzdir.
Ətraflı oxu →Katapleksiya
Katapleksiya — pasient oyanıq olarkən postural tonusun ani itməsi(atoniya) nəticəsində onun düşməsinə səbəb olur. Atoniya — hər hansı bir əzələ qrupunu əhatə edə bilər. Narkolepsiya xəstəliyi üçün səciyyəvidir.
Ətraflı oxu →Keratodermiya
Keratodermiya (ing. keratoderma blennorhagicum) – ən çox pəncə və ovucda yerləşən ağrısız ocaqlı və birləşmiş hiperkeratoz olub, ReA üçün xarakterikdir.
Ətraflı oxu →Kernikterus
Kernikterus — yeni doğulmuş uşaqların şiddetli sarılıq keçirməsi nəticəsində qanda yüksələn bilirubinin hemato-ensefalitik baryeri keçərək baş beyinin müəyyən hissələrinin — bazal qanqlionlar və beyin kötüyü nüvələrinin — zədələnməsi ilə müşahidə olunur.
Ətraflı oxu →