Təcili tibbi yardım: 103
Hekiminiz

Tibbi ensiklopediya

Xəstəliklər Ensiklopediyası

Simptomlar, diaqnostika və müalicə haqqında yoxlanılmış məlumat. Hazırda 205 material.

Ümumi tibbi vəziyyətlər

Miotoniya

Miotoniya — əzələlərin iradi yığılmasından sonra onların boşalmasının ləngiməsidir. Daha çox aşağı temperaturda ifadəli olur , nəinki istidə . Təkrar hərəkətlərdə bu fenomen azalma göstərir.

Ətraflı oxu →
Ümumi tibbi vəziyyətlər

Mioz

Mioz (miosis: yun. μείωσις — kiçilmə, daralma) — göz bəbəyinin (diametri 2,5 mm dən az) daralması. Göz bəbəyini daraldan əzələnin yığılmasından ya da göz bəbəyini genişləndirən əzələnin iflicindən əmələ gəlir.

Ətraflı oxu →
Ümumi tibbi vəziyyətlər

Miozit sporadik inclusion body

Miozit sporadik inclusion body – 50 yaşdan yuxarı kişilər, ağrısız zəiflik tədricən aylar və illər ərzində artır, nəinki proksimal həmçinin distal əzələlər zədələnir. Ge-cikmiş mərhələdə disfagiya yaranır. KFK normal ola bilər, ENMQ-da miopatik və neyropatik dəyişikliklər tapılır. Biopsiyada qırmızı haşiyəli vakuollar tapılır. QK terapiyaya (3–6 ay ərzində bilinir) cavab vermir.

Ətraflı oxu →
Ümumi tibbi vəziyyətlər

Miyazlar

Miyaz (q.yun. μυῖα sözündən götürülmüş, "ağcaqanad" mənasını verir) — insan orqanizminin və heyvanların (o cümlədən ev və təsərrüfat heyvanlarının) toxuma və boşluqlarında milçək sürfələrinin yaratdığı entomozlar qrupundan olan parazitar xəstəlikdir. Nozologiyada unudulmuş xəstəliklər qrupuna aid edilir.

Ətraflı oxu →
Ümumi tibbi vəziyyətlər

Moniezioz

Moniezioz (lat. Monieziosis) — gövdeşən heyvanlarda helmint xəstəliyi.

Ətraflı oxu →
Ümumi tibbi vəziyyətlər

Monqol ləkəsi

Monqol ləkəsi — insanın bel və arxa nahiyələrində rast gəlinən göyümtül ləkə. Bu əsasən melamin piqmentinin derma qatına yığılması ilə əlaqədardır. Bu adın verilməsi əsasən ilk dəfə monqol uşaqlarında aşkarlanması ilə əlaqədar olmuşdur. Əslinə qalanda isə nəyinki monqoloid irqinə mənsub insanlarda həm də digər irqin nümayəndələrində belə müşahidə edilir.

Ətraflı oxu →
Ümumi tibbi vəziyyətlər

Multiorqan disfunksiya sindromu

Bir neçə orqan çatışmazlığı sindromu və ya Multiorqan disfunksiya sindromu (MODS) — iki və ya daha çox orqan və sistemdə baş verən funksional pozulmadır. Şok və ÜİS multiorqan disfunksiyasının əsas səbəbləridir. MODS-un meydana gəlməsində əsas mexanizm hüceyrə zədələnməsi və ya disfunksiyasıdır.

Ətraflı oxu →
Ümumi tibbi vəziyyətlər

Musiqili qulaq sindromu

Musiqili qulaq sindromu — adətən insanların ətrafda musiqi səsi, melodiyalar və ya digər səslər eşitməsi ilə xarakterizə olunan vəziyyət. Bu, əslində mövcud olmayan səsləri eşitmək deməkdir və halüsinasiyaların bir növü sayılır.

Ətraflı oxu →
Ümumi tibbi vəziyyətlər

Musofobiya

Musofobiya — Siçanlara və digər gəmiricilərə qarşı anormal və davamlı bir qorxu vəziyyəti.

Ətraflı oxu →
Ümumi tibbi vəziyyətlər

Narahat ayaqlar sindromu

Narahat ayaqlar sindromu — yuxu ya da istirahət zamanı (oturarkən və ya yatarkən) ayaqlarda hiss edilən rahatsızlıq, uyuşma bəzən də tam olaraq ifadə olunmayan bir hissdir. Bu xoş olmuyan hissə görə insan ayaqlarını hərəkət etdirir ki bu zaman da əlamətlər aradan qalxır. İdiopatik və simptomatik olaraq iki qrupa bölünür.

Ətraflı oxu →
Ümumi tibbi vəziyyətlər

Nefroptoz

Nefroptoz - böyrəyin sallanması, onun patoloji hərəkətli olmasına deyilir. Sağ tərəfdə daha çox təsadüf olunur. İki tərəfli visseroptoz (splonxnoptoz) fonunda olur. Qadınlarda daha çox (73%) təsadüf olunur.

Ətraflı oxu →
Ümumi tibbi vəziyyətlər

O´Donoxun qorxulu üçlüyü

O´Donoxun qorxulu üçlüyü (ing. O”Donoghue unhappy triad) – diz oynağında olur: ön xaçabənzər bağın, medial kollateral bağın və medial meniskin qopması.

Ətraflı oxu →
Ümumi tibbi vəziyyətlər

Ombrofobiya

Ombrofobiya (yunanca ombros – "yağış" və phobos – "qorxu") — Yağışa və ya yağışla bağlı hadisələrə qarşı həddindən artıq və məntiqsiz qorxu hissi ilə xarakterizə olunan spesifik fobiya.

Ətraflı oxu →
Ümumi tibbi vəziyyətlər

Onixofaqiya

Onixofaqiya (q.yun. ὄνυξ — dırnaq və φαγεῖν — yemək, gəmirmək) və Dırnaq yemə — dırnaqların yeyilməsi ilə müşahidə edilən bir psixoloji pozutudur.

Ətraflı oxu →
Ümumi tibbi vəziyyətlər

Oraq hüceyrəli anemiya

Oraq hüceyrəli anemiya - qırmızı qan hüceyrələrin (eritrositlərin) irsi xəstəliyi. Hemoqlobinopatiyalar (hemoqlobin pozuntuları) qrupuna aiddir, çünki hemoqlobinin beta zəncirində baş vermiş mutasiya sonucunda yaranır.

Ətraflı oxu →
Ümumi tibbi vəziyyətlər

Ornitofobiya

Ornitofobiya — Quşlardan irrasional və hədsiz dərəcədə qorxmaq fobiyası.

Ətraflı oxu →
Ümumi tibbi vəziyyətlər

Osqud-Şlatter xəstəliyi

Osqud-Şlatter xəstəliyi (ing. Osgood-Schlatter) – budun dördbaşlı əzələsinin vətərinin birləşdiyi qamış sümüyünün qabarcığının iltihabı və periostitidir. Daha çox yeniyetmə oğlanlarda fiziki yükdən sonra yaranır.

Ətraflı oxu →
Ümumi tibbi vəziyyətlər

Otit

Otit (q.yun. οὖς, ὠτός) — qulaqda iltihablı proses kimi yayılan qulaq, burun, boğaz xəstəliyi. Patoloji prosesin lokalizasiyasından asılı olaraq (xarici, orta və ya daxili qulağın strukturlarında) aşağıdakılarla fərqlənir: xarici otit orta otit labirint (daxili qulağın iltihabı) Otit xəstəliyi hər yaşda, xüsusən də uşaqlarda baş verə bilən xəstəlikdir. Ən çox yayılan orta qulağın iltihab xəstəliyidir. 3 yaşa qədər uşaqların 80%-də ən azı bir dəfə otit xəstəliyi müşahidə olunub.

Ətraflı oxu →