Tibbi ensiklopediya
Xəstəliklər Ensiklopediyası
Simptomlar, diaqnostika və müalicə haqqında yoxlanılmış məlumat. Hazırda 181 xəstəlik.
Abses
Abses (lat. abscessus - irinlik) — iltihab nəticəsində məhdud boşluqda irin toplanması. Abses dərialtı toxumada, əzələlərdə, sümükdə, həmçinin, qaraciyər, ağciyər, dalaq, beyin və s.-də inkişaf edə bilər. Abses irintörədən mikrobların zədələnmiş dəri və selikli qişalardan orqanizmə keçməsi, yaxud qan və limfa damarları ilə digər iltihab ocağından gətirilməsi nəticəsində əmələ gəlir. Kəskin və xroniki Absesə ayrılır. Kəskin Absesdə ağrı, qızartı, məhəlli şişkinlik, yüksək temperatur, yuxusuzluq, başağrısı və s. əlamətlər olur. Plevra və qarın boşluğunda Absesin yırtılması ağırlaşmaya səbəb o...
Ətraflı oxu →Açıq arterial axacaq
Açıq arterial axacaq və ya Açıq Botal axacağı anadangəlmə ürək qüsuru, dölün qan dövranında mühüm əhəmiyyətə malik arterial axacaq – Botal axacağı insan doğulduqdan sonra normada öz funksiyasını itirirdiyi üçün qapanmış olur. Bəzən bu axacaq qapana bilmir və açıq qalaraq eyniadlı ürək qüsurunu meydana çıxartmış olur. Aorta ilə ağciyər arteriyası arasında doğumdan öncəki dövrdə böyük və kiçik qan dövranını əlaqələndirən damardır. Ağciyərə qan ağciyəri qidalandırmaq üçün gedir, tənəffüsdə iştirak etmir bu dövrdə. Normada o, insan doğulduqdan sonra ilk həftələr ərzində tutularaq, eyniadlı bağa...
Ətraflı oxu →Afaziya
Afaziya (yun. ἀ — inkar hissəcik; φάσις — ifadə, bəyan) — formalaşmış nitqin sistem pozğunluğu.. Əsasən beyin qabığının travma, şiş toxuması, insult, iltihabi proseslər və bir neçə psixi xəstəliklər nəticəsində nitq şöbəsinin zədələnməsindən meydana çıxır.
Ətraflı oxu →Ağciyər iltihabı
Ağciyər iltihabı, sətəlcəm, pnevmoniya — ağciyərin tez-tez təsadüf edilən xəstəliyi. Gedişinə görə kəskin və xronik olur. Krupoz, ocaqlı, intersisial və s. formaları var. Krupoz pnevmoniya kəskin ağciyər xəstəliyidir, bakterial pnevmoniyaların ən təhlükəlisidir. Krupoz pnevmoniyada ağciyərin bir, bəzən də bir neçə payında patoloji dəyişiklik olur; xəstəliyi, əsasən, pnevmokoklar törədir. Xəstəlik başağrısı, yüksək hərarət (39–40°S), quru və bəlğəmli öskürəklə başlayır, döş qəfəsi sancır (öskürdükdə və dərin nəfəs aldıqda artır). Xəstəliyin ikinci günündən başlayaraq selikli bəlğəm ifraz olu...
Ətraflı oxu →Ağ ciyərin ödemi
Ağ ciyərin ödemi – arterial kapillyarlardan süzülən mayenin miqdarı venoz kapillyarlarla və limfa sistemi ilə çəkilən mayedən artıq olduqda baş verən xəstəlik. Ağ ciyərin ödemi qan dövranının sol mədəcik tipli pozulması, böyrəklərin bəzi zədələnmələri və s. səbəblərdən inkişaf edir.
Ətraflı oxu →Ağciyər tromboemboliyası
Ağciyər tromboemboliyası (ATE) — ağciyər kötüyünün və ya onun budaqlarının tromblarla tıxanması çox vaxt aşağı ətrafların dərin damar trombozları nəticəsində yaranır. Ağciyər tromboemboliyası ağciyər damarlarının trombla okklüziyası nəticəsində yaranan həyati təhlükəli vəziyyətdir. Qərb tibb ədəbiyyatında daha çox ağciyər emboliyası adı ilə daha geniş mənada istifadə olunur. Son illərdə bütün dünyada Venoz Tromboembolizm (VTE) termininin istifadəsinə də üstünlük verilir. Bu termin həm dərin venalarının trombozunu (DVT), həm ATE-ni əhatə edir.
Ətraflı oxu →Ağciyər xərçəngi
Ağciyər xərçəngi — ağciyər toxumalarındakı hüceyrələrin normadan artıq çoxalması ilə müşayiət olunan bir xəstəlik. Bu nəzarət edilə bilməyən artım hüceyrələrin ətrafdakı toxumaları əhatə etməsi və ya ağciyərdən digər orqanlara yayılması ilə (metastaz) nəticələnə bilər. Ümumdünya Səhiyyə Təşkilatının hesabatına görə ağciyər xərçəngi dünya miqyasında xərçəng xəstəlikləri arasında ən çox ölümə səbəb olan xərçəng növüdür və dünyada hər il təqribən 1,6 milyon insanın ölümünə səbəb olur. Ölümcüllüyü yüksək olan bu xərçəng növündə dünya miqyasında insanların siqaret çəkmə vərdişlərindəki dəyişməyə...
Ətraflı oxu →Allergiya
Allergiya – ətraf mühitin allergen adlandırılan bəzi faktorlarının (kimyəvi maddələrin, mikroorqanizmlərin və onların həyat fəaliyyəti məhsullarının, qida maddələrinin və s.) təsiri ilə əlaqədar orqanizmin qeyri-adi (qabarıq) cavab reaksiyasıdır. Alimlərin tədqiqatlarına əsasən planetimizin hər yeddi adamından biri allergiyaya düçardır, başqa sözlə, gündəlik həyatda rast gəlinən hər hansı bir təsirə qarşı yüksək hissiyata malikdir. Ən çox yayılmış təsiredici amillər – qida məhsulları, bitki mənşəli tozcuqlar və ev tozudur. Bununla yanaşı yüzlərcə digər allergen adlandırılan amillər mövcuddu...
Ətraflı oxu →Amneziya
Amneziya (yun. Αμνησία; hərfi tərcümədə "yaddaşsızlıq") — yaddaşın müəyyən müddətə itməsi və ya bəzi hadisələrin yaddan çıxması. Amneziya zamanı yaddasaxlama funksiyası və hadisələrin yada salınması zəifləyir. Amneziya dərin şüur pozuntusu ilə müşayiət edilir və zəhərlənmə, infeksiya, yaxud boğulma nəticəsində beyin hipoksiyası, başbeyin zədələnmələri, amensiya, özündəngetmə, insult zamanı müşahidə olunur.
Ətraflı oxu →Ampeloterapiya
Ampeloterapiya (ing. Grape therapy) — Xroniki xəstəliklərin müalicəsində üzüm və onun təzə sıxılmış şirəsindən istifadə ampelotepiya adlanır. Ampeloterapiya dietoterapiyanın bir hissəsi olub, həkimin təyinatı əsasında medikamentoz müalicə, dietoterapiya və ya klimatoterapiya ilə birgə tətbiq edilir. Ampeloterapiya zamanı qidada müəyyən məhdudiyyətlərə yol vermək lazımdır. Daha yaxşı olar ki, müalicə müddətində kvas, şirin qazlı içkilər, hisə verilmiş, turşuya, duza qoyulmuş, çox yağlı məhsullar, çiy kələm, çuğundur və turp yeyilməsin. Həmçinin digər giləmeyvə, meyvə və göyərtilərin qəbulu d...
Ətraflı oxu →Anadangəlmə kontraktur araxnodaktiliya
Anadangəlmə kontraktur araxnodaktiliya – Marfanabənzər xarici görkəm və döş qəfəsinin ağır deformasiyaları, amma Marfandan fərqli olaraq oynaqlarda hərəkətlilik azalır, iri oynaqların kontrakturası, "bükülmüş qulaqlar", ürək-damar və gözün zədələnməsinin olmaması.
Ətraflı oxu →Anal tromboz
Anal tromboz — Anal kanal ətrafında hemorroidal damar yumaqcıqlarının (kavernoz cisimciklərin) birinin və ya bir neçəsinin mənfəzinə qan laxtasının toplanması hadisəsidir.
Ətraflı oxu →Angiofibroma
Angiofibroma (angio + lat. fibralif + oma – şiş), hemangiofibroma – damar və lifli birləşdirici toxuma qarışığından ibarət xoşxassəli şiş. Selikli qişa angiofibroması rəngli, enli və ya ensiz ayaqcıqlı polip şəklində olur. Tez-tez baş verən qansızmalar nəticəsində şiş qonur rəng ala bilər. Burun-udlaq angiofibroması xüsusi klinik forma kimi təsvir olunur. Dəri angiofibroması kiçik formalı, aydın sərhədə malik düyün olub, kəsik səthi sarımtıl-qırmızı və ya qonur rənglidir. Dəri angiofibroması hüceyrə elementlərinin üstünlüyündən asılı olaraq lipid və ya siderotik ola bilər. Lipid dəri angiof...
Ətraflı oxu →Ankilostomoz
Ankilostomoz (lat. Ancylostoma duedenale; Onikibarmaq bağırsağın əyribaş qurdu) — yumru qurdların parazitlik edən mühüm nümayəndəsi. Erkək fərdi 8–11 mm, dişi fərd 10–14 mm. olur. Baş hissə bel tərəfə əyildiyindən əyribaş qurd adlanır. Diri parazitin rəngi qırmızımtıl, ölüsü isə bozumtul-sarı olur. Bədənin ön ucunda nisbətən iri kapsul vardır. Bu kapsulda bir neçə kutikula mənşəli dişciklər yerləşir. Ağız kapsuluna, başın alt hissəsində yerləşmiş dişciklərin əsasına 2 birhüceyrəli qida borusu vəzisi açılır. Məhz bu dişciklərin köməyi ilə əyribaş qurd insan bağırsağının selikli qışasına yapı...
Ətraflı oxu →Anoreksiya
Anoreksiya və ya nevrotik anoreksiya (lat. anorexia neurosa, an – inkar şəkilçisi + yun. όρυός – iştaha ) – qidalanmaya olan fizioloji tələbatın saxlanması ilə iştahanın olmaması, kökəlmədən əsassız qorxu hissi, eyni zamanda arıqlamağa güclü və dayanıqlı meyllə səciyyələnən qida qəbulu pozuntusudur. Qida mərkəzinin üzvi zədələnmələri (məs., şişlər, travma, insult, zəhərlənmələr və s.), sinir sisteminin funksional pozğunluqları (məs., nevrozlar, stress vəziyyətləri və s.), endokrin xəstəlikləri (hipofiz kaxeksiyası, addison xəstəliyi və s.), xroniki üzücü xəstəliklər (vərəm, yaman şişlər və...
Ətraflı oxu →Antifosfolipid sindromu
Antifosfolipid sindromu (AFS) və ya fosfolipid sindromu antifosfolipid anticisimlərinin yaratdığı otoimmün hiperkoaqulyasiya halıdır. AFS arteriyalarda və venalarda qan laxtalanmasına (tromboz) səbəb olur. Hamiləlik dövründə isə bu sindrom erkən doğuşa, ölü dölün doğulmasına və ya ağır dərəcəli preeklampsiyə səbəb ola bilir. Antifosfolipid sindromunun (AFS) diaqnozunun qoyulması üçün diaqnostik meyarlar, tromb və ya hamiləliklə bağlı ağırlaşma kimi bir klinik halın olmasından və qanda antifosfolipid antikorlarının aşkarlanması üçün iki qan analizinin aparılmasından ibarətdir. Bu analizlər a...
Ətraflı oxu →Antisosial şəxsiyyət pozuntusu
Antisosial şəxsiyyət pozuntusu (ing. Antisocial personality disorder; ASDP) — digər insanların hüquq və rifahına etinasızlıqla xarakterizə olunan xroniki davranış nümunəsi ilə müəyyən edilən şəxsiyyət pozuntusu. ASDP olan şəxslər çox vaxt sosial normalara zidd davranış nümayiş etdirirlər ki, bu da şəxslərarası münasibətlərdə, əmək fəaliyyətində və hüquqi məsələlərdə problemlərə səbəb olur. Bu vəziyyət, ümumiyyətlə, uşaqlıq və ya erkən yeniyetməlik dövründə özünü göstərir; bununla yanaşı, davranış problemlərinin müşayiət olunma tezliyi yüksək olur və simptomlar gec yeniyetməlik və erkən yetk...
Ətraflı oxu →Anton sindromu
Anton sindromu — nadir görülən bir nevroloji pozuntu, əsasən korluqla müşahidə edilən bir vəziyyət. Bu sindromda xəstələr kor olduqlarını inkar edirlər və hətta görmədikləri halda, ətraf mühit haqqında uydurma məlumatlar verirlər. Anton sindromu, korluq inkarı və ya anosognoziya kimi də tanınır. Bu vəziyyət, beyinin oksipital lobunun (görmə mərkəzinin) zədələnməsi nəticəsində yaranır və adətən insult (məğlubiyyət), travma və ya digər nevroloji xəstəliklərlə əlaqədardır.
Ətraflı oxu →