Təcili tibbi yardım: 103
Hekiminiz

Tibbi ensiklopediya

Xəstəliklər Ensiklopediyası

Simptomlar, diaqnostika və müalicə haqqında yoxlanılmış məlumat. Hazırda 181 material.

Ürək-damar xəstəlikləri

Elektrik zədələnmələri

Elektrik zədələnmələri — müxtəlif gərginlikli elektrik cərəyanı ilə kontakt nəticəsində baş verən yanıqlardır; Sadə şəkildə desək, elektrik zədələnmələri elektrik cərəyanın bədənin toxumaları boyunca yayılması nəticəsində əmələ gələn istiliyin təsirindən baş verən yanıqlardır. Elektrik enerjisi adətən dərin yanıqlara səbəb olur. Elektrik zədələnmələrinin səbəbi insanın elektrik enerjisi mənbəyi ilə birbaşa, yaxud dolayısilə əlaqədə olmasıdır. Düz (birbaşa) elektrik zədələnmələr — elektrik cərəyanının insan bədəninə elektrik dövriyəsini açarkən birbaşa keçməsi nəticəsində baş verir. Vasitəli...

Ətraflı oxu →
XBT-10: G40Sinir sistemi xəstəlikləri

Epilepsiya

Epilepsiya – bir nevroloji xəstəlikdir. Əsas əlaməti təkrarlanan və adətən provokasiya olunmayan (refleks epilepsiyalar istisna olmaqla) epilepsiya tutmaları (ET) olan, müəyyən sindromlar zamanı şəxsiyyətin dəyişilməsinin xüsusi tipi və psixi pozuntularla müşayiət edilən müxtəlif etiologiyalı heterogen xəstəliklər qrupudur. Epilepsiya tutması – baş beyin neyronlarının həddən artıq güclü, hipersinxron boşalmasının klinik təzahürüdür. ET epileptik boşalmalara cəlb olunmuş baş beyin şöbələrinin funksional vəziyyətindən asılıdır və bu zaman ali baş beyin funksiyalarının pozulması, düşüncənin po...

Ətraflı oxu →
Ürək-damar xəstəlikləri

Eritremiya

Eritremiya (yunanca erythros-qırmızı haima-qan) — qan yaradan orqanların xronik xəstəliyi. Qanda eritrositlərin və hemoqlobinin miqdarının artması, dalağın böyüməsi, habelə arterial qan təzyiqinin yüksəlməsi ilə müşaiət olunur. Damar trombozu və qansızma ilə nəticələnə bilər.

Ətraflı oxu →
Ürək-damar xəstəlikləri

Evans sindromu

Evans sindromu – pozitiv kardiolipin AT, idiopatik trombositopeniya, Kumbs müsbət hemolitik anemiya ilə xarakterizə olunur.

Ətraflı oxu →
Ürək-damar xəstəlikləri

Eyzenmenger sindromu

Eyzenmenger sindromu — anadangəlmə ürək qüsurlarında sistem arterial təzyiqin qüsur dəliyi vasitəsilə ağciyər arteriyasına ötürülməsi nəticəsində meydana çıxan ağciyər arteriyasının hipertenziyasıdır. Bu zaman ağciyərlərin damar sistemində, xüsusilə kiçik diametrli ağciyər arteriolalarında obstruktiv dəyişikliklər (damar divarının gedən struktiv dəyişikliklər nəticəsində qalınlaşması prosesi) gedərək onlarda diffuz daralmalar əmələ gəlir ki, bu da onların qandaşıma funksiyasının pozulmasına gətirib çıxarır. Eyzenmenger sindromunda ağciyər arteriyasındakı təzyiq sistem arterial təzyiqə bərab...

Ətraflı oxu →
Ürək-damar xəstəlikləri

Əl-ayaq sindromu

Oraqvarı-hüceyrə artropatiyası, oraqvarı-hüceyrə daktiliti, "əl-ayaq sindromu" – əl-ayaq sindromu, hiperurikemiya və podaqra, sümük infarktı və aseptik nektoz, hemartroz, septik artrit, oynaqlarda qeyri-iltihabi maye, oynaqların xroniki iltihabı, əzələlərin ocaqlı nekrozu, rabdomioliz.

Ətraflı oxu →
Ürək-damar xəstəlikləri

Fallo tetradası

Fallo tetradası — tez-tez rast gəlinən göy tip – sianotik anadangəlmə ürək qüsuru olub, patanatomiyası Mədəciklərarası çəpərin qüsuru, ağciyər arteriyasının daralması – stenozu, sağ mədəcik çıxacağının obstruksiyası: infundibulyar (25%), valvular (15%) və ya qarışıq (60%) sağ mədəciyin hipertrofiyası və aortanın dekstrapozisiyası – sağa yerdəyişməsi əlamətlərilə səciyyələnir.

Ətraflı oxu →
Ürək-damar xəstəlikləri

Faringit

Faringit — udlaq kimi tanınan boğazın arxa hissəsinin iltihabı. Adətən boğaz ağrısı və qızdırma ilə nəticələnir. Digər simptomlar arasında burun axması, öskürək, baş ağrısı, udma çətinliyi, limfa düyünlərinin şişməsi və boğuq səs ola bilər.

Ətraflı oxu →
Ürək-damar xəstəlikləri

Fasiləli axsama

Fasiləli axsama (ing. intermittent cladication) – aşağı ətrafların işemiya kompleksinə aiddir. Arteriyalarda okklyuzion-stenotik dəyişikliklərlə əlaqədar aşağı ətraflarda, xüsusi ilə baldır əzələlərində yeridikdə yaranan tutmaşəkilli ağrı, qıcolma, yorğunluq hissi və əlamətlərin sakitlikdə itməsidir.

Ətraflı oxu →
Ürək-damar xəstəlikləri

Fibromialgiya

Fibromialgiya (lat.fibro- fibroz toxuma, Yun. myo-əzələ, Yun. algos- ağrı) — xüsusi ilə kürək, boyun, bazu və qalça nahiyyəsində yayılmış sümük-oynaq ağrısı, yorğunluq ilə büruzə verən xəstəlikdir. Hər yaşda və hər iki cinsdə müşahidə edilməklə bərabər, daha çox qadınlarda, 30–60 yaş arasında görülür.

Ətraflı oxu →
Ürək-damar xəstəlikləri

Fil xəstəliyi

Fil xəstəliyi və ya elefantiaz – İnsan bədəninin hər hansı bir hissəsinin hədsiz böyüməsi. Fil xəstəliyi filarioidea ailəsinə daxil olan qurdlar tərəfindən törədilən parazitar xəstəlikdir. Bu xəstəlik parazitar xəstəliklərə aid olub, onu törədən qurdlar maralların orqanizmində yaşayır, ağcaqanadlar tərəfindən yayılır. Əgər alimlər maralların orqanizmində bu qurdun inkişafının qarşısını ala bilsə, insanlar arasında bu xəstəliyin qarşısını da almış olacaqlar. Tibdə elefantiyazis adlanan xəstəliyin açması "kobudcasına genişlənən üzvlər"dir. Bu xəstəlik kobudca genişlənmiş, ya da şişmiş ayaqlar...

Ətraflı oxu →
Ürək-damar xəstəlikləri

Fobiya

Fobiya (yunanca φόβος — fobos (qorxu)) — təşviş və qorxu hissləri, həmçinin müxtəlif vegetativ əlamətlərlə müşayiət olunan haldır. Tez-tez müşahidə edilirsə təşviş pozuntuları adlanan müxtəlif növ nevrozlar təzahürü kimi təyin edilir. Fobiya dayanıqlı şəkildə qorxunun yaranmasıdır. Onun çox sayda mənbələri vardır. Çox qəribə fobiyalar vardır: pelidofobiya — keçəllərdən qorxmaq, alektrofobiya — toyuqlardan qorxmaq, triskaidekafobiya — 13 rəqəmindən qorxmaq, fobofobiya — qorxmaq qorxusu və s. Göstəriciləri - ürək döyünməsi, baş gicəllənməsi, tərləmə, titrəmə, tənginəfəslik, ürək bulanması, əz...

Ətraflı oxu →
Ürək-damar xəstəlikləri

Fokal nodulyar hiperplaziya

Fokal nodulyar hiperplaziya (FNH) — normal hepatositlərdən əmələ gəlmiş hamartomatoz və ya yerli zədələnməyə, xüsusən damar anormallığı bölgələrində inkişaf edən regenerativ törəmə olduğu hesab edilir. Hepatik adenomadan sonra ən çox rast gələn birincili xoşxassəli epitelial şişdir.

Ətraflı oxu →
Ürək-damar xəstəlikləri

Giqant-hüceyrəli arteriit

Giqant-hüceyrəli arteriit və ya Xorton xəstəliyi – 50 yaşdan yuxarı, xüsusi ilə qadınlarda rast gələn iri damar vaskulitidir, çox vaxt revmatik polimialgiya ilə birgə təsadüf edir. Klinik yeni tip baş ağrıları, çənənin "fasiləli" axsaması (kladikasyon), görmənin pozulması (korluq birdən və ağrısız yaranır və biopsiyanın cavabını gözləmədən yüksək doza QK tələb olunan haldır), EÇS 50 mm/saat yuxarı olması, temporal arteriyada nəbzin zəifləməsi və ya olmaması, sistem əlamətlərlə özünü göstərir. Seroloji analizlər (RF, anti-CCP, ANA) mənfidir. Aortanın zədələnməsi anevrizmaya gətirir və IgG 4-...

Ətraflı oxu →
Ürək-damar xəstəlikləri

Göyöskürək

Göyöskürək — kəskin antroponotik hava-damcı bakterial infeksiyası, tənəffüs yollarının təhlükəli yoluxucu xəstəliyi. Ən xarakterik əlaməti paroksismal spazmodik öskürəkdir. İki yaşdan kiçik uşaqlar üçün çox təhlükəlidir. 1950-ci ilə qədər peyvəndin geniş tətbiqindən əvvəl, göyöskürək uşaqlar arasında ən çox yayılmış xəstəliklərdən biri idi. Peyvənd xəstəliyin qarşısını alır, lakin peyvənd edilmiş insanlar bakteriyaların daşıyıcısı ola bilər və onu peyvənd olunmamış insanlara ötürə bilirlər, nəticədə sonuncular hələ də xəstəliyin inkişaf riski altındadır.

Ətraflı oxu →
Ürək-damar xəstəlikləri

Hantavirus infeksiyası

Hantavirus infeksiyası — böyrək sindromlu Hantavirus hemorragik qızdırması və Hantavirus ağciyər sindromu kimi xəstəliklərə səbəb olan infeksiyadır. Böyrək sindromlu Hantavirus hemorragik qızdırması simptomlarına əsasən baş ağrısı, qarın ağrısı, qızdırma, ürəkbulanma, qanaxma və böyrək çatışmazlığı daxildir. Hantavirus ağciyər sindromunda isə yorğunluq, qızdırma, əzələ ağrısı, öskürək və nəfəs darlığı müşahidə edilir. İlkin simptomlar yoluxmadan 1–8 həftə sonra ortaya çıxır. Böyrək sindromlu Hantavirus hemorragik qızdırması Köhnə Dünya hantaviruslarından, Hantavirus ağciyər sindromu isə Yen...

Ətraflı oxu →
Ürək-damar xəstəlikləri

Hava emboliyası

Hava emboliyası — qaraciyər venalarının və ya aşağı boş venanın zədələnməsi nəticəsində baş verən nadir (<1%), lakin təhlükəli ağırlaşmadır. Damarı zədələməmək, ağciyər ventilyasiyasını aşağı təzyiqlərdə aparmaq profilaktik tədbirlərdir. Emboliya baş verdikdə isə, xəstənin baş tərəfini aşağı salmaq, kardio-pulmonar intensiv terapiya məsləhət görülür.

Ətraflı oxu →
Ürək-damar xəstəlikləri

HELLP sindromu

HELLP sindromu hamiləliyin ilk III ayında (35> həftəsində) nadir hallarda rast gəlinən fəsadlaşma olub, ürəkbulanma, qusma, sağ qabırğaaltı nahiyyədə olan ağrılar, ödem, baş ağrıları ilə xarakterizə olunur. Sindrom ilk dəfə 1954-cü ildə amerikan ginekoloqu Cak A. Pritçard tərəfindən təhlil edilmişdir. Pritçard sindromu üç xarakterik əlamətinin ingiliscə baş hərfləri ilə adlandırır: H — ing. Hemolysis — hemoliz EL — ing. Elevated Liver enzymes — qaraciyər fermentlərinin aktivliyinin artması LP — ing. Lоw Platelet соunt — trombositopeniya (trombosit sayının azalması) HELLP sindromunda ana let...

Ətraflı oxu →