Tibbi ensiklopediya
Xəstəliklər Ensiklopediyası
Simptomlar, diaqnostika və müalicə haqqında yoxlanılmış məlumat. Hazırda 181 material.
Revmatik polimialgiya
Revmatik polimialgiya – ən çox rast gəlinən autoimmun sindromlardan biridir, yaşı 50-dən yuxarı və daha çox olan qadınlar xəstələnir. Ətrafların proksimal hissəsi və boyun nahiyəsində ağrı (amma əzələ gücü normaldır), buxovlanma hissi, oynaq sindromu (eroziyasız), qızdırma, EÇS və CRP artması, seroneqativ (RF və anti-CCP) olan və kiçik dozada (15–20 mq) QK sürətli, yaxşı, dinamik effekt verməsi ilə gedən iltihabi sindromdur. Giqant-hüceyrəli arteriitdən başqa digər xəstəlikləri inkar etmək lazımdır.
Ətraflı oxu →Revmatik qızdırma
Kəskin revmatik qızdırma və ya KRQ — həssas insanlarda A qrupu beta hemolitik streptekoklar tərəfindən törədilən yuxarı tənəffüs yolları infeksiyasından 1–5 həftə sonra ortaya çıxan, ürək, oynaqlar, beyin, qan damarları, dəri və dərialtı bağ toxumasını tutan sistemik bir xəstəlikdir. KRQ — A qrupu streptekokları tərəfindən törədilmiş faringitin qaliği olaraq yaranmış, ən çox oynaqları və ürəyi, daha az mərkəzi sinir sistemi, dəri və dərialtı toxumaları tutan nonsupuratif (irinsiz) iltihabi cavab reaksiyasıdır.
Ətraflı oxu →Reyno fenomeni
Reyno fenomeni (ing. Raynaud´s) – əl və ayaq barmaq arteriyalarının və dəri arteriolalarının stress, soyuq nəticəsində artmış aktiv reaksiyasıdır (angiospazm), barmaqlar ağarır, göyərir, qızarır (3 rəngli Fransız bayrağı). Ağarma ən önəmlisidir. Adətən birinci barmaqlar prosesə qoşulmur. Prosesə qulaqlar, burun, dodaqlar da qoşula bilər. Etiologiyası: sistem revmatik xəstəliklər, travma zədələnmələri, dərman və kimyəvi maddələr, qanın özlüyünün artması, arteriyaların obliterəedici xəstəlikləri və s. I-li və II-li olur. Akrosianozdan ayırmaq lazım gəlir.
Ətraflı oxu →Sarı dırnaq sindromu
Sarı dırnaq sindromu — "Sarı dırnaqlar və plevral effuziya ilə əlaqəli əsas limfodema" kimi də tanınan, çox nadir tibbi sindrom. Bu sindrom plevral effuziyalar, limfodema (limfa damarlarının inkişaf etməməsi nəticəsində) və sarı distrofik dırnaqlar ilə xarakterizə olunur. Təxminən 40%-i həmçinin bronxiektaziya inkişaf etdirir. Bu sindrom xroniki sinusit və davamlı öskürək ilə əlaqəlidir. Əsasən yetkinlərə təsir edir.
Ətraflı oxu →Sarkoidoz
Sarkoidoz — 140 ildən çoxdur ki, tanınmasına baxmayaraq hələ də tam səbəbi və müalicəsi bilinməyən tibbin ən çətin, ən dəyişkən xəstəliklərindən biridir. Qadınlarda kişilərə nisbətən çox rast gəlinir. Siqaret çəkənlərdə və 20–40 yaş arası qadınlarda daha çox görünür. Uşaq və yaşlılarda bu xəstəliyə nadir hallarda rast gəlinir. Danimarkalı və isveçlilərdə digər avropa ölkələrinin nümayəndələrinə nisbətən daha çox rast gəlinir. Eyni zamanda afroamerikalilarda digər irqlərə nisbətən rast gəlmə tezliyi 10 dəfə çoxdur. Xəstəlik aylarla, illərlə davam edə bilir. Xəstəliyin etiologiyası barədə tam...
Ətraflı oxu →Sarkoma
Sarkoma — bədxassəli şişdir, mezenximal (birləşdirici toxuma) mənşəli hüceyrələrdən yaranan xərçəng növüdür. Birləşdirici toxuma sümük, qığırdaq, əzələ, yağ, damar və ya digər struktur toxumaları əhatə edən geniş bir termindir və sarkomalar bu toxumaların hər hansı birində yarana bilər. Nəticədə, şişin yarandığı xüsusi toxuma və hüceyrə növünə görə təsnif edilən sarkomanın bir çox alt növləri var. Sarkomalar ilkin birləşdirici toxuma şişləridir, yəni birləşdirici toxumalarda yaranır. Bu, bədənin başqa yerindən (məsələn, ağciyər, döş toxuması və ya prostat vəzi) xərçəngin birləşdirici toxuma...
Ətraflı oxu →Septik şok
Septik şok — İnfuziyaya baxmayaraq hemodinamikanın düzəlməməsi septik şok adlandırılır. Hazırda septik şok ümumi iltihab sindromunun ağır formalarındın biri kimi qəbul edilir və mahiyyətcə hipovolemik və vazodilatator şok hesab edilir. Orqanizmin bütün orqanlarında baş verən iltihab (ÜİS) kapilyar keçiriliyicini artıraraq plazma itirilməsinə – hipovolemiyaya səbəb olur (sekvestrasiya, ödem, üçüncü sahə). Eyni zamanda iltihab mediatorları diffuz vazodilatasiya törədərək perferik müqaviməti azaldırlar. Septik şok ən çox travmalarda və iltihabi-destruktiv xəstələrdə rast gəlir. Erkən septik şo...
Ətraflı oxu →Sinus taxikardiyası
Sinus taxikardiyası — sinoatrial düyündən yaranan elektrik impulslarının sürətinin artması ilə xarakterizə olunan yüksəlmiş sinus ritmi. Yetkinlərdə sinus taxikardiyası dəqiqədə 100-dən çox ürək dərəcəsi kimi müəyyən edilir. İnsanın istirahət zamanı ürək dərəcəsi dəqiqədə 60–90 döyüntüdür. Ürək qanla tam dolmur və qan axınının pozulması baş verir. Normal ürək döyüntüsü yaş və fiziki hazırlıq səviyyəsindən asılıdır: körpələrdə daha yüksək ürək döyüntüsü (dəqiqədə 110–150 vuruş), yaşlı insanlar isə daha aşağı olur. Sinus taxikardiyası, bədənin daha yüksək enerji və oksigen ehtiyaclarını ödəmə...
Ətraflı oxu →Sirroz
Sirroz — Qaraciyər löbüllerinin bağ toxumaları vasitəçiliyi ilə köçürülməsi. Sirroz qaraciyər toxumasının çapıqlaşmasını təsvir edən bir anlayışdır. Sirroz zamanı qaraciyərin normal fəaliyyətini təmin edən hüceyrələrin miqdarı azalır və onların yerini çapıq toxuması tutur. Qaraciyərdə çapıqlaşma fərqli səbəblərdən baş verən iltihabi proses nəticəsində formalaşır. Sirrozun ilkin mərhələlərində qaraciyər öz normal funksiyalarını yerinə yetirir. Amma sirrotik dəyişikliklər artdıqca qaraciyər orqanizm üçün həyati vaciblik daşıyan funksiyalarının həyata keçirə bilmir. Sirroza bir çox fərqli təri...
Ətraflı oxu →Sınıq qəlb sindromu
Sınıq qəlb sindromu — əsasən stressli vəziyyətlər və həddindən artıq emosiyaların səbəb olduğu ürək xəstəliyi. Bu sindrom həm də ciddi fiziki xəstəlik, yaxud ağır əməliyyətdan sonra da yarana bilər. Sınıq qəlb sindromunda xəstələrdə ani ürək ağrıları ola bilir və bu, bəzən infakt ilə səhv salınır. Sınıq qəlb sindromu yalnızca ürəyin bir hissəsinə təsir edərək qan dövranını müvəqqəti olaraq pozur.
Ətraflı oxu →Sızanaq xəstəliyi
Sızanaq və ya çivzə xəstəliyi — dərinin iltihabi xroniki xəstəliyidir. Elmi adı acne vulgaris olan bu xəstəlik əsasən yeniyetməlik dövründə meydana çıxır. Lakin istənilən yaşda yarana bilər. Kürəkdə, üzdə, saçlı dəridə əsasən irinli qabarcıqlar şəklində özünü göstərir.
Ətraflı oxu →Sklerodermiya
Sklerodermiya — dəri, qan damarları, əzələlər və daxili orqanlarda dəyişikliklərə səbəb ola bilən bir qrup autoimmun xəstəlik. Xəstəlik sadəcə dəri ilə də lokalizasiya ola və ya digər oqranlara da yayıla bilər. Sklerodermanın simptomları vəziyyətin növündən və şiddətindən asılı olaraq dəyişə bilər. Sklerodermanın ən çox görülən simptomlarından biri dərinin, xüsusən də barmaqlarda, əllərdə, üzdə və ayaqlarda qalınlaşması və sərtləşməsidir. Dəri daha parlaq və sıx görünə bilər. Həmçinin soyuq temperatur və ya stresə cavab olaraq əl və ayaq barmaqlarında olan qan damarlarının daralması halı, ə...
Ətraflı oxu →Şok
Şok (ing. shock zərbə deməkdir) — orqanizmin fövqəladə xarici qıcığa qarşı həyati vacib üzv və sistemlərin funksiyasını mühafizə etmək üçün vermiş olduğu kəskin kompensator cavab reaksiyası və eyni zamanda nəticə etibarilə sinir, qan dövranı, tənəffüs sistemlərində, maddələr mübadiləsində proqressiv pozğunluqlarla müşahidə olunan patoloji proses, həyat üçün təhlükəli bir haldır. Şokun ilkin simptomlarına zəiflik, sürətli ürək döyüntüsü, sürətli nəfəsalma, tərləmə, narahatlıq və artan susuzluq daxildir. Bu simptomları huşsuzluq və ya ürək dayanması kimi daha ağırlaşmış hallar izləyə bilər. Ş...
Ətraflı oxu →Şprenqel deformasiyası
Şprenqel deformasiyası (ing. Sprengelˋs deformity) – kürək sümüyü kiçik və çiyindən yüksək yerləşməklə yaranan anadangəlmə defekt.
Ətraflı oxu →Stenokardiya
Stenokardiya (lat. angina pectoris) — ürək xəstəliyi. Stenokardiya ürəyin işemik xəstəliklərindəndir. Stenokardiya və ya "döş inağı", adətən, döş sümüyünün arxasında tutmaşəkilli, sıxıcı, kəskin ağrı və narahatlıq hissi ilə, ağrının sol çənəaltı nahiyəyə, sol qola yayılması ilə müşayiət olunan xəstəlik halıdır. Bu ağrının yaranmasına səbəb ürəyi qidalandıran damarlarda qan dövranının pozulması və nəticədə oksigen çatışmazlığının baş verməsidir. Stenokardiya tutması bir çox hallarda ateroskleroz, koronar damar xəstəlikləri, fiziki və emosional gərginlik səbəbi ilə və ya idiopatik olaraq baş...
Ətraflı oxu →Streptokokk faringit
Streptokokk faringit və ya streptokokk anginası, A qrupu streptokokkların səbəb olduğu badamcıqlar da daxil olmaqla boğazın arxa hissəsinin infeksiyası. Ümumi simptomlara qızdırma, boğaz ağrısı, badamcıqların qızarması və boynun ön hissəsində genişlənmiş limfa düyünləri daxildir. Baş ağrısı və ürəkbulanma və ya qusma da baş verə bilər. Bəzi insanlarda skarlatinda olduğu kimi səpgilər əmələ gəlir. Simptomlar adətən infeksiyaya məruz qaldıqdan 1-3 gün sonra başlayır və 7-10 gün davam edir. Streptokokk anginası hava damcı yolu ilə — danışarkən, öskürərkən və ya asqırdıqda, üzərində damcı olan...
Ətraflı oxu →Susak sindromu
Susak sindromu koklea, tor qişa və beyin arteriollarını təsir edən son dərəcə nadir bir xəstəlikdir və qadınlarda daha çox rast gəlinir.
Ətraflı oxu →Takayasu xəstəliyi
Takayasu xəstəliyi (ing. Takayasuˋs dis.), nəbzin olmaması xəstəliyi (ing. pulseless disease), aorta qövsü sindromu – ən çox Asiya mənşəli 40 yaşa qədər qadınlarda olur. Yuxarı ətraf və döşqəfəsi damarları daha çox zədələnir. Qollarda asimmetrik arterial təzyiq (fərqi 10 mm-dən çox olur). Arterial nəbz azalır. Fasiləli axsama, subklavian arteriya və aorta üzərində küy, baş ağrıları, arterial hipertenziya, ürək və ağciyərlərin zədələnməsi, qızdırma, artralgiya və çəki itkisi. Qızıl standart angioqrafiyadır. Histoloji fokal panarteriit aşkar edilir.
Ətraflı oxu →