Tibbi ensiklopediya
Xəstəliklər Ensiklopediyası
Simptomlar, diaqnostika və müalicə haqqında yoxlanılmış məlumat. Hazırda 69 material.
Sarkoma
Sarkoma — bədxassəli şişdir, mezenximal (birləşdirici toxuma) mənşəli hüceyrələrdən yaranan xərçəng növüdür. Birləşdirici toxuma sümük, qığırdaq, əzələ, yağ, damar və ya digər struktur toxumaları əhatə edən geniş bir termindir və sarkomalar bu toxumaların hər hansı birində yarana bilər. Nəticədə, şişin yarandığı xüsusi toxuma və hüceyrə növünə görə təsnif edilən sarkomanın bir çox alt növləri var. Sarkomalar ilkin birləşdirici toxuma şişləridir, yəni birləşdirici toxumalarda yaranır. Bu, bədənin başqa yerindən (məsələn, ağciyər, döş toxuması və ya prostat vəzi) xərçəngin birləşdirici toxuma...
Ətraflı oxu →Septik şok
Septik şok — İnfuziyaya baxmayaraq hemodinamikanın düzəlməməsi septik şok adlandırılır. Hazırda septik şok ümumi iltihab sindromunun ağır formalarındın biri kimi qəbul edilir və mahiyyətcə hipovolemik və vazodilatator şok hesab edilir. Orqanizmin bütün orqanlarında baş verən iltihab (ÜİS) kapilyar keçiriliyicini artıraraq plazma itirilməsinə – hipovolemiyaya səbəb olur (sekvestrasiya, ödem, üçüncü sahə). Eyni zamanda iltihab mediatorları diffuz vazodilatasiya törədərək perferik müqaviməti azaldırlar. Septik şok ən çox travmalarda və iltihabi-destruktiv xəstələrdə rast gəlir. Erkən septik şo...
Ətraflı oxu →Şəkərsiz diabet
Şəkərsiz diabet (lat. diabetes insipidus) — poliuriya (gündə 6–15 litr sidik ifraz etmək) və polidipsiya (susuzluq) ilə xarakterizə olunan hipotalamusun və ya hipofiz vəzinin disfunksiyası ilə əlaqəli nadir xəstəlik (təxminən 100.000-ə 3-ü). İfraz olunan sidiyin miqdarı gündə təxminən 20 litrə qədər çata bilər. Maye miqdarının azaldılması sidiyin konsentrasiyasına az təsir edir. Fəsadları bədənin susuzlaşması və ya qıcolma ola bilər. Şəkərsiz diabet həm böyüklərdə, həm də uşaqlarda, hər iki cinsdə baş verən xroniki xəstəlikdir. Çox vaxt gənc yaşda olan insanlar bu xəstəliyə tutulurlar (18–2...
Ətraflı oxu →Sidik qaçırma
Sidik qaçırma (və ya Sidik tutmamazlıq, və ya Sidik saxlamamazlıq, və ya enurez) - bilincsiz sidik axması.
Ətraflı oxu →Sistit
Sistit — sidik kisəsinin selikli qişasının iltihabıdır. Bu sidik-cinsiyyət üzvlərin iltihabı xəstəliklərinin ən çox yayılmış formasıdır. Qadınların 20–25%-i müxtəlif formada sistit keçirirlər, 10%-i isə xroniki sistit xəstəsidirlər və bu rəqəmlər ildən-ilə artır. Kişilər bu xəstəlikdən nisbətən az əziyyət çəkirlər – sistit kişilərin 0,5%-ində olur. Çox vaxt sistitlə qadınlar xəstələnirlər və bu onların orqanizmlərinin anatomik quruluşu ilə bağlıdır: qadınlarda sidik kanalı geniş və qısadır, ona görə də kişilərə nisbətən qadınlarda sidik kisəsinə infeksiya düşməsi daha asandır. İnfeksion sis...
Ətraflı oxu →Sistosele
Sistosele — Qarının alt divarını təşkil edən əzələ və fassiyaların zəifləməsi nəticəsində sidik kisəsinin uşaqlıq yoluna doğru qabarmasıdır. Yüngül dərəcəli sistosele zamanı xəstələrin şikayətləri olmur. Tez-tez sidik qaçırma, usaqlıq yolundan sallanan sidik kisəsinin əllənməsi əsas şikayətlərdir.
Ətraflı oxu →Şmidt sindromu
Şmidt sindromu (ing. Schmidt's syndrome sözündən götürülmüş, avtoimmün poliqlandulyar sindrom tip 2, poliqlandulyar çatışmazlıq sindromu tip 2, tiro-adrenokortikal çatışmazlığı) böyrəküstü vəzi çatışmazlığı, limfositik tireoidit, hipoparatireoz və cinsi vəzilərin (cinsiyyət vəzilərinin) çatışmazlığı kimi xəstəliklərin əlamətlərini özündə birləşdirir. Bundan əlavə, I tip şəkərli diabet zamanı da müşahidə oluna bilər. Bu sindrom ilk dəfə 1926-cı ildə Schmidt A. tərəfindən təsvir edilmiş və onun şərəfinə adlandırılmışdır. Poliqlandulyar çatışmazlıq sindromlarının ən geniş yayılmış növü hesab o...
Ətraflı oxu →Stimmler sindromu
Stimmler sindromu — Nadir rastlanan, avtosomal resesiv bir genetik xəstəlik. İlk dəfə 1970-ci ildə Stimmler və digərləri tərəfindən təsvir edilmişdir. Bu sindrom kiçik boyluluq, şəkərli diabet, başın kiçik olması və sidikdə alanin səviyyəsinin yüksəkliyi ilə xarakterizə olunur.
Ətraflı oxu →Sümük şişi
Sümük şişi termini həm xoşxassəli, həm də bədxassəli sümük şişləri üçün istifadə edilən bir termindir. Lakin, daha çox osteosarkoma və ya osteoma kimi ilkin sümük şişləri üçün də istifadə olunur. Bəzi hallarda bu termin ikincili, metastatik sümük şişlərini də təsvir edir (məsələn, neyroblastomadan metastazlar, prostat xərçəngi və s.). Sümük xərçəngi isə bu xəstəliyə qoyulan səhv adlandırma hesab edilir.
Ətraflı oxu →Süzənək
Süzənək və ya qonoreya (yun. gonorrhoia, gonos – toxum + rheo — axıram), pereloy — əsasən, sidik-cinsiyyət orqanlarının selikli qişasını zədələyən infeksion xəstəlik. Zöhrəvi xəstəliklər qrupundandır. Törədicisini (qonokokk) 1879-cu ildə A.Neyser tapmışdır. Cinsi yolla yayılır, qeyri-çinsi yolla uşaqlar doğuş zamanı xəstə anadan (qonokokk uşağın gözünə düşüb blennoreya törədir, yaxud qız uşağının çinsiyyət orqanına düşür) və ya xəstənin əşyalarından (dəsmalından, yatağından və s.) istifadə etdikdə yoluxurlar. Süzənək xəstəliyində immunitet yaranmır. Bu xəstəlik irsi deyil və hər bir insan b...
Ətraflı oxu →Tarui xəstəliyi
Tarui xəstəliyi — qlikogenez VII tipdir, fosfofruktokinazanın defisiti ilə bağlıdır, fiziki yükdən əvvəl şəkər və ya saxaroza qəbulu əzələ simptomlarını gücləndirir. Bir qismində mioqlobinuriya, kreatinfosfokinazanın sidikdə artması və hemolitik anemiya yaranır.
Ətraflı oxu →Trombotik trombositopenik purpura
Trombotik trombositopenik purpura, TTP, Eli Moschcowitz sindromu – birincili və ikincili (immunodepressiv dərmanlar, xərçəng, HİV infeksiyası, ağır hamiləlik, Eschericha coliyə bağlı hemorragik kolit). Letallıq yüksəkdir. 5 əlaməti var: qızdırma, mental status pozulması, böyrək zədələnməsi, hemolitik anemiya, trombositopeniya. İdiopatik ola və SLE-də yarana bilər (bu kəskin TTP adlanır) və bu əsas xəstəliyin kəskinləşməsi kimi qəbul edilə bilər. Periferik qanda şistositlərin tapılması, komplementin normal səviyyəsi və ADAMTS13 aktivliyinin aşağı olması və ya ona qarşı AT aşkarı SLE üçün xar...
Ətraflı oxu →Uolkott–Rallison sindromu
Uolkott–Rallison sindromu (WRS) — Nadir, avtosomal resessiv xəstəlik olub, əsas klinik əlamətləri arasında uşaqlıq yaşlarında şəkərli diabet, çoxsaylı epifizal displaziya, osteopeniya, zehni gerilik və ya inkişaf geriliyi, həmçinin qaraciyər və böyrək disfunksiyası yer alır.
Ətraflı oxu →Veber-Krisçen xəstəliyi
Veber-Krisçen xəstəliyi, febril residivləşən qeyri-irinli pannikulit – 30–50 yaşda qadınlarda daha çox rast gəlir. Klinika: qızdırma, dərialtı qırmızı rəngli, bərk, ağrılı düyünlər bəzən isə infiltrat formasında olur. Dəri infiltrat üzərində parıldayır. Sağaldıqda çapıqlar, piqmentasiya qalır. Bəzən daxili üzvlər zədələnir (ürək, ağciyərlər, qaraciyər, böyrəklər)
Ətraflı oxu →Xroniki böyrək çatışmazlığı
Xroniki böyrək çatışmazlığı (XBÇ)- böyrəklərin bir neçə ay və ya il müddət ərzində getdikcə öz funksiyasının itkisi nəticəsində yaranır. XBÇ beş mərhələlidir. Hər mərhələ — böyrəyin yumaqcığında süzülmənin getdikcə pozulmasını göstərir və qanda kreatinin səviyyəsi bu pozulmanın göstəricisidir. 1-ci mərhələ — Bir necə aşkar simptomu ilə boyrək funksiyasının yüngül formada pozulmasıdır. 5-ci mərhələ — Hemodializə və ya böyrək köçürülməsinə ehtiyac olunan xəstəliyin ən ağır forması. Bu mərhələ böyrək çatışmazlığın terminal stadiyası də adlanır.
Ətraflı oxu →