Təcili tibbi yardım: 103
Hekiminiz

Tibbi ensiklopediya

Xəstəliklər Ensiklopediyası

Simptomlar, diaqnostika və müalicə haqqında yoxlanılmış məlumat. Hazırda 196 material.

Ürək-damar xəstəlikləri

Abses

Abses (lat. abscessus - irinlik) — iltihab nəticəsində məhdud boşluqda irin toplanması. Abses dərialtı toxumada, əzələlərdə, sümükdə, həmçinin, qaraciyər, ağciyər, dalaq, beyin və s.-də inkişaf edə bilər. Abses irintörədən mikrobların zədələnmiş dəri və selikli qişalardan orqanizmə keçməsi, yaxud qan və limfa damarları ilə digər iltihab ocağından gətirilməsi nəticəsində əmələ gəlir. Kəskin və xroniki Absesə ayrılır. Kəskin Absesdə ağrı, qızartı, məhəlli şişkinlik, yüksək temperatur, yuxusuzluq, başağrısı və s. əlamətlər olur. Plevra və qarın boşluğunda Absesin yırtılması ağırlaşmaya səbəb o...

Ətraflı oxu →
Ürək-damar xəstəlikləri

Afaziya

Afaziya (yun. ἀ — inkar hissəcik; φάσις — ifadə, bəyan) — formalaşmış nitqin sistem pozğunluğu.. Əsasən beyin qabığının travma, şiş toxuması, insult, iltihabi proseslər və bir neçə psixi xəstəliklər nəticəsində nitq şöbəsinin zədələnməsindən meydana çıxır.

Ətraflı oxu →
Dayaq-hərəkət sistemi xəstəlikləri

Akustik travma

Akustik travma — eşitmə orqanlarının həddən artıq güclü səsin təsirindən zədələnməsi.

Ətraflı oxu →
Ümumi tibbi vəziyyətlər

Amputasiya

Amputasiya — ətrafın, yaxud hər hansı digər orqanın periferik hissəsinin kəsilməsindən ibarət cərrahiyyə əməliyyatı. Ətrafın və ya onun hissəsinin oynaqdan kəsilməsi ekzertikulyasiya adlanır. Amputasiyadan sonra güdülün anatomik və ya funksional yararsızlığı ilə əlaqədər aparılan təkrar əməliyyat isə reamputasiya adlanır. Amputasiya əsasən xəstənin həyatına yalnız xəstə orqanı kəsməklə xilas etmək mümkün olduqda tətbiq edilir. Amputasiyada baş verən ağırlaşma halları zamanı şok, irinləmə, tromboembolya və pnevmoniya kimi hallar müşahidə edilir. Güdül sağaldıqdan sonra amputasiya edilmiş ətr...

Ətraflı oxu →
Ümumi tibbi vəziyyətlər

Anadangəlmə kontraktur araxnodaktiliya

Anadangəlmə kontraktur araxnodaktiliya – Marfanabənzər xarici görkəm və döş qəfəsinin ağır deformasiyaları, amma Marfandan fərqli olaraq oynaqlarda hərəkətlilik azalır, iri oynaqların kontrakturası, "bükülmüş qulaqlar", ürək-damar və gözün zədələnməsinin olmaması.

Ətraflı oxu →
Mədə-bağırsaq xəstəlikləri

Anadangəlmə yod çatışmazlığı sindromu

Anadangəlmə yod çatışmazlığı sindromu — hamiləlik zamanı tez-tez qida ilə kifayət qədər yod qəbul edilməməsi nəticəsində yaranan, tiroid hormonunun çatışmazlığı (hipotireoz) nəticəsində doğuş zamanı yaranan fiziki və əqli inkişafın pozulması ilə müşahidə olunan xəstəlikdir. Bu, anadangəlmə hipotiroidizm adlanan və tarixən kretinizm (köhnəlmiş) olaraq adlandırılan, doğuş zamanı qeyri-aktiv tiroid funksiyasının səbəblərindən biridir. Müalicə edilməzsə, həm fiziki, həm də zehni inkişafın pozulması ilə nəticələnir. Simptomlara guatr, körpələrdə zəif boy artımı, böyüklərin boyunun azalması, dəri...

Ətraflı oxu →
Dayaq-hərəkət sistemi xəstəlikləri

Anal inkontinensiya

Anal inkontinensiya — qazların, duru və bərk nəcisin saxlanıla bilməməsinə deyilir. Çanaq sümüklərinin travmaları – çanaq dibi əzələlərinin zədələnməsi nəticəsində yarana bilir.

Ətraflı oxu →
Dayaq-hərəkət sistemi xəstəlikləri

Anevrizmatik sümük kistası

Anevrizmatik sümük kistası – osteolitik zədələnmədir, adətən lüləli sümüklərin metafizində olur, kortikal qat genişlənmiş və üfürülmüş şəkildə olur, kortikal qat və yumşaq toxumalar arsında sərhədin itməsi sınığa səbəb olur.

Ətraflı oxu →
Dayaq-hərəkət sistemi xəstəlikləri

Ankilozlaşan spondilit

Ankilozlaşan spondilit, Bexterev xəstəliyi və ya Mari xəstəliyi — oynaqların xroniki sistem xəstəliyi. Onurğanın fəqərələri arasında oynaqlar iltihablaşır, nəticədə fəqərələr biri-biri ilə bitişir və onurğanın hərəkətliliyi azalır. Xəstəlik, adətən, 20–40 yaşlar arası kişilərdə inkişaf edir. Qadınlarda bu xəstəliyə nadir hallarda rast gəlinir və kişilərə nisbətən yüngül keçir. Xəstəliyin dəqiq səbəbi məlum deyil. Autoimmun mənşəli və ya genetik meylliklə əlaqəli olduğu ehtimal olunur.

Ətraflı oxu →
Ürək-damar xəstəlikləri

Anoreksiya

Anoreksiya və ya nevrotik anoreksiya (lat. anorexia neurosa, an – inkar şəkilçisi + yun. όρυός – iştaha ) – qidalanmaya olan fizioloji tələbatın saxlanması ilə iştahanın olmaması, kökəlmədən əsassız qorxu hissi, eyni zamanda arıqlamağa güclü və dayanıqlı meyllə səciyyələnən qida qəbulu pozuntusudur. Qida mərkəzinin üzvi zədələnmələri (məs., şişlər, travma, insult, zəhərlənmələr və s.), sinir sisteminin funksional pozğunluqları (məs., nevrozlar, stress vəziyyətləri və s.), endokrin xəstəlikləri (hipofiz kaxeksiyası, addison xəstəliyi və s.), xroniki üzücü xəstəliklər (vərəm, yaman şişlər və...

Ətraflı oxu →
Ürək-damar xəstəlikləri

Anton sindromu

Anton sindromu — nadir görülən bir nevroloji pozuntu, əsasən korluqla müşahidə edilən bir vəziyyət. Bu sindromda xəstələr kor olduqlarını inkar edirlər və hətta görmədikləri halda, ətraf mühit haqqında uydurma məlumatlar verirlər. Anton sindromu, korluq inkarı və ya anosognoziya kimi də tanınır. Bu vəziyyət, beyinin oksipital lobunun (görmə mərkəzinin) zədələnməsi nəticəsində yaranır və adətən insult (məğlubiyyət), travma və ya digər nevroloji xəstəliklərlə əlaqədardır.

Ətraflı oxu →
Dayaq-hərəkət sistemi xəstəlikləri

Apert sindromu

Apert sindromu — yaxud "akrosefalosindaktiliya", əsasən kraniofasiyal (kəllə və üz) və əllər və ayaqlarda anomaliyalarla xarakterizə olunan nadir genetik xəstəlik. Bu sindrom, kəllə sümüklərinin vaxtından əvvəl birləşməsi (kraniosinostoz) nəticəsində baş və üz formasının qeyri-adi olması ilə nəticələnir. Apert sindromu, həmçinin əllərdə və ayaqlarda barmaqların bir-birinə yapışıq olması (sindaktiliya) ilə də müşahidə edilir. Bu xəstəlik, əsasən FGFR2 genindəki mutasiyalar nəticəsində yaranır və avtosomal dominant şəkildə irsi olaraq ötürülür.

Ətraflı oxu →
Onkoloji xəstəliklər

Artrit

Artrit (lat. arthrītis – "ağrı oynaqları") — oynaqlarda yaranan xəstəliklərin kollektiv adı. Simptomlara adətən oynaq ağrısı və hərəkətsizliyi aiddir. Digər simptomlara yoluxmuş oynaqlarda qızartı, qızdırma, şişmə və hərəkətlilik intervalının azalması aiddir. Bəzi artrit növlərində digər orqanlar da təsir görür. Təxminən 100 növ artrit mövcuddur. Onlardan ən yayılmışı osteoartrit (degenerativ oynaq xəstəliyi) və revmatik artritdir. Osteoartrit adətən yaşlılıqla əlaqələndirilir və barmaq, diz və budlara təsir göstərir. Revmatik artrit adətən əl və ayaqlara təsir göstərən avtoimmun pozğunluqd...

Ətraflı oxu →
Dayaq-hərəkət sistemi xəstəlikləri

Aşağı çənənin çıxıqları

Aşağı çənənin (gicgah-çənə oynağının) çıxıqları - aşağı çənənin oynaq başının (kondilus çıxıntısının) oynaq çuxurunda yerdəyişməsidir. Aşağı çənə başının yerdəyişmə istiqamətindən asılı olaraq aşağı çənə çıxıqları bölünür: ön çıxıqlar (çənə başı önə doğru yerini dəyişib); arxa çıxıqlar (çənə başı arxaya doğru yerini dəyişib); birtərəli çıxıqlar; ikitərəfli çıxıqlar. Daha çox ön çıxıqlara rast gəlinir. Çənə başının daxilə və ya xaricə yerdəyişməsi çox az müşahidə edilir, ona yalnız kondilus çıxıntısının sınığı ilə birləşdikdə rast gəlinir (sınıqlı çıxıq).

Ətraflı oxu →
Dayaq-hərəkət sistemi xəstəlikləri

Aseptik meningit

Aseptik meningit (ing. Aseptic meningitis) — beyin və onurğa beynini əhatə edən membranın serebrospinal maye testinin nəticəsi mənfi olan xəstələrdə beyin qişasının iltihabı. Aseptik meningitə viruslar, mikobakteriyalar, spiroketlər, göbələklər, dərmanlar və bədxassəli xəstəliklər səbəb olur. Həm meningit, həm də aseptik meningit üçün testlər əsasən eynidir. Bel ponksiyonu vasitəsilə serebrospinal maye nümunəsi götürülür və infeksiyanın olub olmadığını müəyyən etmək üçün leykositlərin hüceyrələrinin sayı üçün yoxlanılır və faktiki səbəbi görmək üçün əlavə testlər götürülür.

Ətraflı oxu →
Dayaq-hərəkət sistemi xəstəlikləri

Astiqmatizm

Astiqmatizm – gözün refraktiv gücündə fırlanma asimmetriyasından qaynaqlanan qırılma qüsurunun bir növüdür. Bu, istənilən məsafədə təhrif və ya bulanıq görmə ilə nəticələnir. Bu, gözün optik sisteminin defekti, gözün şüasındırma qüvvəsinin əsas meridianlarda eyni olmamasıdır. Astiqmatizmin əsas səbəbi buynuz qişanın qeyri-sferik olmasıdır, yəni ki, əsas meridianlarda əyrilik radiuslarının fərqli olmaları. Gözdə iki əsas, bir birinə perpendikulyar meridian var. Bunlardan biri ən güclü şüasındırma qabiliyyətinə malikdi, ikincisi isə ən zəif. Bu meridianların şüasındırma qüvvəsində fərq böyük...

Ətraflı oxu →
Dayaq-hərəkət sistemi xəstəlikləri

Atopiya

Atopiya — ətraf mühitdəki zərərsiz maddələrə qarşı immunoqlobulin E (IgE) immun reaksiyasına malik olmaq deməkdir. Belə atopik reaksiyaların klinik təzahürləri allergik xəstəliklərdir. Atopiya genetika vasitəsilə ötürülən xəstəlikdir. Hiperhəssaslıq reaksiyasının əsas səbəbi qıcıqlandırıcı ilə təmasın olmasıdır. Dölün inkişafı zamanı ananın aldığı psixoloji travma da atopiyanın inkişafının səbəblərindən biridir. Atopiya termini ilk dəfə 1923-cü ildə Artur F. Koka və Robert Kuk tərəfindən yaradılmışdır. Həkimlər və elm adamları IgE-nin iştirak etdiyi reaksiyaları izah etmək üçün "atopiya" te...

Ətraflı oxu →
Onkoloji xəstəliklər

At quyruğu sindromu

At quyruğu sindromu – onurğa beyni kötüklərinin bel-oma nahiyəsində sıxılması nəticəsində onurğa sutununun aşağı hissəsində ağrı, aşağı ətraflarda əzələ zəifliyi, yəhərvarı anesteziya (S4 zədələnməsi), həmçinin sidik və nəcisi saxlaya bilməmək. Səbəblər – fəqərə diskinin yırtığı, şiş, infeksion xəstəliklər, re-gionar anestesiya ilə bağlı ağırlaşma.

Ətraflı oxu →