Tibbi ensiklopediya
Xəstəliklər Ensiklopediyası
Simptomlar, diaqnostika və müalicə haqqında yoxlanılmış məlumat. Hazırda 196 material.
Süzənək
Süzənək və ya qonoreya (yun. gonorrhoia, gonos – toxum + rheo — axıram), pereloy — əsasən, sidik-cinsiyyət orqanlarının selikli qişasını zədələyən infeksion xəstəlik. Zöhrəvi xəstəliklər qrupundandır. Törədicisini (qonokokk) 1879-cu ildə A.Neyser tapmışdır. Cinsi yolla yayılır, qeyri-çinsi yolla uşaqlar doğuş zamanı xəstə anadan (qonokokk uşağın gözünə düşüb blennoreya törədir, yaxud qız uşağının çinsiyyət orqanına düşür) və ya xəstənin əşyalarından (dəsmalından, yatağından və s.) istifadə etdikdə yoluxurlar. Süzənək xəstəliyində immunitet yaranmır. Bu xəstəlik irsi deyil və hər bir insan b...
Ətraflı oxu →Təbii çiçək
Təbii çiçək və ya kiçikçiçək (ing. smallpox) — Orthopoxvirus cinsinə aid olan variola virusunun (çox vaxt çiçək virusu adlanır) yaratdığı yoluxucu xəstəlik. İnsanlar təkcə bilavasitə əlaqə nəticəsində deyil, həmçinin üçüncü şəxslər tərəfindən də yoluxa bilərlər. Toz vasitəsilə yoluxma binaların içərisində də yayıla bilər. Çiçək törədicisi inkubasiya dövründən sonra qana keçir və bir neçə gün ərzində qanda dövran edir. Qanın viruslarla dolması çox şiddətli ümumi reaksiyaya, bədənin yüksək hərarətinə, baş ağrısına, bel ağrısına, yaddaşın depressiyasına səbəb olur. 2–3 gündən sonra bədəndə, xü...
Ətraflı oxu →Tinnitus
Tinnitus — xaricdə səs olmadan qulaqlarda səsin- küyün eşidilməsidir. Tinnitus özlüyündə xəstəlik olmayıb , bir neçə səbəbdən meydana çıxa bilən simptomdur . Qulaqlarda küy baş və qulaq travmaları, qulaqda iltihabi proseslər, beyin qan damarlarının ateroskleroz nəticəsində patoloji daralması (belə daralma baş beyində qan dövranının pozulmasına gətirib çıxardır. Beyin damarlarının ateroskleroz xəstəliyi insult kimi ağır pozulmanın inkişafına səbəb ola bilər.), vestibulyar apparatının fəaliyyətində pozulmalar, boyun osteoxondrozu, nevroz, stress, həddən artıq yorğunluq, eşitmə apparatında yaş...
Ətraflı oxu →Travmatik şok
Travmatik şok — faza formasında gedən patoloji prosesdir. Qan dövranının, tənəffüsün, maddələr mübadiləsinin, mərkəzi sinir sisteminin, humoral tənzimin pozulmasının müşayiəti ilə reflektor yolla zədəyə qarşı cavabıdır. Qanitirmə, soyuq, yorulma, aclıq və bu kimi başqa zədələyici amilin uzun vaxt təsiri şokun daha tez və ağır gedişinə mənfı təsir göstərir. Döş qəfəsinin, qarın boşluğunun üzvlərinin, onurğa sütununun, çanağın, kəllənin zədələnmələri zamanı və yanıqlarda daha tez-tez şok müşahidə edilir. Şok — ing. shock sözündən olub, zərbə, sarsıntı deməkdir. Şok, kəskin ağrıya qarşı orqani...
Ətraflı oxu →Triçer Kollins sindromu
Triçer Kollins sindromu — Genetik bir xəstəlikdir və qulaqların, gözlərin, yanaq sümüklərinin və çənənin deformasiyası ilə xarakterizə olunur.
Ətraflı oxu →Uippl xəstəliyi
Uippl xəstəliyi (ing. Whipple´ s dis.), interstisial lipodistrofiya – ancaq kişilərdə təsadüf edən neytral yağların sorulma və sintezinin pozulması, ishal, qarında ağrı, limfadenopatiya, qızdırma, poliserozit, dərinin piqmentasiyası, revmatoloji simptomlarla gedir. Törədici tropheryma Whipplii hesab edilir. İlk dəfə 1907-ci ildə amerikan patoloqu George Hoit Whipple tərəfindən təsvir edilmişdir. Diareya, stetoreya, kəskin arıqlama və anemiya ilə təzahür edən naməlum xəstəlik hadisəsinin Wipple tərəfindən seksion təhlili zamanı mezenterial limfa düyünlərinin qabarıq böyüməsi və poliserozit a...
Ətraflı oxu →Uiver sindromu
Uiver sindromu — Son dərəcə nadir, avtosomal dominant genetik pozğunluq. Uiver sindromu hamiləlik dövründə başlayıb, uşaq və gənclik illəri boyunca sürətli böyümə ilə xarakterizə olunur. O, irəliləmiş sümük inkişafı və müəyyən üz quruluşu, skelet və nevroloji anomaliyalarla xarakterizə edilir. Sotos sindromu ilə oxşarlığı vardır və artıq böyümə sindromu olaraq təsnif edilir.
Ətraflı oxu →Ulnar deviasiya
Ulnar deviasiya – əl barmaqlarının dirsək sümüyünə tərəf əyilməsidir. MKF-ın yarımçıxığı ilə əlaqədardır. Ən çox assosiasiya olur: RA, SSk, DM, SLE, elastik psevdoksantoma, pannikulit və travma. Kalsium və fosfor səviyyəsi adətən normal olur
Ətraflı oxu →Uolkott–Rallison sindromu
Uolkott–Rallison sindromu (WRS) — Nadir, avtosomal resessiv xəstəlik olub, əsas klinik əlamətləri arasında uşaqlıq yaşlarında şəkərli diabet, çoxsaylı epifizal displaziya, osteopeniya, zehni gerilik və ya inkişaf geriliyi, həmçinin qaraciyər və böyrək disfunksiyası yer alır.
Ətraflı oxu →Xarici aksent sindromu
Xarici aksent sindromu — xəstədə qəfildən digər bir dil aksentinin yaranmasıdır. Xarici aksent sindromu adətən zərbə nəticəsində, bəzənsə kəllə-beyin travması nəticəsində yarana bilər. Bunlar sindroma tutulanların ən çox göstərdiyi səbəblər olsa da, miqren olan xəstələr də bu sindroma yaxalan bilərlər. 1941–2009-cu illər ərzində bu sindroma 62 nəfər tutulub. Bu simptomlar artikulyar planlaşdırma və koordinasiya prosesinin pozulması nəticəsində yaranır. Bunu da qeyd etmək lazımdır ki, xəstə bir-birə xarici dil bilgilərinə (qrammatika, söz ehtiyatı və.s) yiyələnmir. Təsdiqlənməmiş məlumata əs...
Ətraflı oxu →Xend-Şüller-Krisçen xəstəliyi
Hand–Şüller–Kristian xəstəliyi — Multifokal Langerhans hüceyrələrinin histiositozu ilə əlaqəli xəstəlik. Bu xəstəlik zamanı ekzoftalm, litik sümük lezyonları (tez-tez kəllədaxili) və şəkərsiz diabet (hipofizin funksiyasının azalması) də müşahidə oluna bilər. Xəstəlik öz adını Amerika pediatrı Alfred Hand Jr, Avstriya nevroluqu və radioloqu Artur Şüller və Amerika cərrahı Henri Eşbari Kristiandan almışdır. Onlar xəstəliyi müvafiq olaraq, 1893, 1915/16 və 1919-cu ildə aşkar etmişdir.
Ətraflı oxu →Xrizaz
Xrizaz — parenteral yolla qızıl duzlarının yeridilməsi nəticəsində yaranan dərmatologiya xəstəliyidir, adətən revmatoid artritin müalicəsində istifadə edilir. Bu müalicə metodu "çoxsaylı yan təsirlər və monitorinq tələbləri, məhdud effektivlik və çox yavaş təsir başlanğıcı" səbəbindən ən yaxşı praktika kimi öz əhəmiyyətini itirdi. Gümüşə bənzər olaraq, uzun müddət parenteral yolla istifadə edilən qızıl preparatı nadir hallarda dərinin daimi piqmentasiyasına səbəb ola bilər — xüsusilə dəri günəş işığına və ya süni ultrabənövşəyi şüalanmaya məruz qalırsa. Dərinin piqmentasiyası bu vəziyyətdə...
Ətraflı oxu →Xroniki vəziyyət
Xroniki vəziyyət — Xroniki vəziyyət (həmçinin xroniki xəstəlik və ya uzunmüddətli xəstəlik kimi tanınır) uzun müddət davam edən və ya təsirləri davamlı olan sağlamlıq vəziyyəti və ya xəstəlikdir. "Xroniki" termini adətən xəstəliyin gedişi üç aydan artıq davam etdikdə istifadə olunur. Bu cür xəstəliklər çox vaxt ömürboyu davam edir və tam sağalma əvəzinə idarə olunması tələb olunur. Geniş yayılmış xroniki xəstəliklərə şəkərli diabet, funksional mədə-bağırsaq pozuntuları, ekzema, artrit, astma, xroniki obstruktiv ağciyər xəstəliyi, autoimmun xəstəliklər, genetik pozuntular və qazanılmış immun...
Ətraflı oxu →Yanıq
Yanıq — termiki, kimyəvi, elektrik, günəş, şüa agentlərinin təsirindən orqanizmin dəri və toxumaların zədələnməsi. Zədələnmənin kütləvi xarakter aldığı fövqəladə vəziyyətlərdə (təbii fəlakətlər zamanı, istehsalat qəzalarında, hərbi münaqişələr zamanı və s.) yanıqlar xüsusi diqqət tələb edir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə yanıqlar bütün travmatik zədələnmələr arasında 3-cü yeri tutur. Hər il min nəfərdən biri yanıq zədəsinə məruz qalır. Son illərdə lokal müharibələrdə zədələnmələrin 10%-ini yanıqlar təşkil edir.
Ətraflı oxu →Yayılmış damardaxili laxtalanma
Yayğın damardaxili laxtalanma sindromu (YDDL) — qanın damar daxilində diffuz və davamlı laxtalanması ilə səciyyələnən patologiyadır. Bu sindrom birincili xəstəlik deyil, adətən xəstəliklərin ağırlaşmasıdır. Damardaxili laxtalanma sindromu yerli müdafiə prosesi olan laxtalanma prosesinin "həddini aşaraq" yayğınlaşması prosesidir. Buna bənzər digər patologiya ümumi iltihab sindromudur. Yayğın damardaxili laxtalanma sindromu klinik olaraq iki formada büruzə verir: xroniki və kəskin. Xroniki sindromda yavaş və nisbətən hüdudlu gedən laxtalanma trombozlar törədir. Laxtalanma faktorlarının "xərcl...
Ətraflı oxu →Yunis–Varon sindromu
Yunis–Varon sindromu (YVS) — Son dərəcə nadir olan, avtosomal resesiv irsiyyətlə keçən və çoxsaylı sistemləri əhatə edən, doğuşdan gələn sindrom. Bu sindrom sümük sistemi, ektodermal toxuma, ürək və tənəffüs sisteminə təsir edir. İlk dəfə "Kolumbiya Milli Universiteti"nin tədqiqatçıları Emilio Yunis və Humberto Varon tərəfindən təsvir edilmişdir.
Ətraflı oxu →