Tibbi ensiklopediya
Xəstəliklər Ensiklopediyası
Simptomlar, diaqnostika və müalicə haqqında yoxlanılmış məlumat. Hazırda 196 material.
Autoimmunitet
Autoimmunitet orqanizmin öz sağlam hüceyrələrinə və toxumalarına qarşı immun reaksiyaları sistemidir. Bu cür anormal immun reaksiya nəticəsində yaranan hər hansı bir xəstəliyə "autoimmun xəstəlik" deyilir. Autoimmun xəstəliklərin simptomları, ilk növbədə, xəstəliyin spesifik növündən və təsir etdiyi bədənin hissəsindən asılı olaraq geniş şəkildə fərqlənə bilər. Simptomlar müxtəlifdir və mülayimdən şiddətə qədər dəyişən keçici ola bilər və adətən bədən hərarətində cüzi artım, yorğunluq və ümumiyyətlə özünü pis hiss etmək halları olur. Bununla belə, bəzi autoimmun xəstəliklər oynaq ağrısı, də...
Ətraflı oxu →Axondroplaziya
Axondroplaziya (axondroplastik — cırtdanlıq) — autosom dominant əlamət olub, sümük sistemində baş verən ümumi xəstəlik: borulu sümüklərin epizifar qığırdağında baş verən pozulmalar, bədənin normal inkişaf etməsinə baxmayaraq ətrafların qeyri-bərabər nisbətdə qısalığı.
Ətraflı oxu →Behçet xəstəliyi
Behçet xəstəliyi — ağız boşluğu və cinsiyyət orqanlarının selikli, gözün ağlı qişasının residiv verən xroniki xəstəliyi. Etiologiyası məlum deyildir. Türk dermatoloqu H.Behçet müəyyən etdiyinə görə, onun adı ilə adlanır. Əlamətləri: ümumi narahatlıq, temperaturun yüksəlməsi, revmatoid xarakterli ağrılar, müxtəlif böyüklükdə eroziya və xoralar və s. ağız boşluğunda xəstəliyin klinik gedişi aftoz stomatit tipli olur, bəzən tez partlayan suluqlar əmələ gəlir. Ağrının təsirindən xəstənin qida qəbulu və danışığı çətinləşir. Suluqlar partladıqdan sonra yerində səthi eroziya izləri qalır. Behç...
Ətraflı oxu →Beyin qansızması
Beyin qansızması və ya Hemorragik insult — qeyri-travmatik beyin qansızması daha çox (60% hallarda) arterial hipertenziyanın fəsadı kimi baş verir. Hipertenziv beyindaxili qansızma başlıca olaraq, beynin perforasiyaedici arteriyaları hövzəsində — bazal nüvələr – (50%), talamus (15%), beynin ağ maddəsi (15%), körpü (10%) və beyincik (10%) hövzəsində lokallaşır. Beyin qansızmasının başqa bir səbəbi aretriovenoz malformasiyanın (AVM) yırtılması və ya kisəli anevrizmadır. AVM zamanı hematomalar əsas baş beyinin ağ maddəsində və ya bazal nüvələrdə lokallaşır. Ahıl yaşlarda əsas səbəb isə amiloid...
Ətraflı oxu →Birkameralı sümük kistası
Birkameralı (sadə) sümük kistası – adətən lüləli sümüklərdə, travma olmazsa simptomsuz gedir, həqiqi sümüyün əmələ gəlməsi yox, böyümə zonasında inkişafın pozulması baş verir.
Ətraflı oxu →Blau sindromu
Blau sindromu — nadir rast gəlinən genetik avtoinflamatuar xəstəlik. Bu sindrom əsasən dəri, oynaq və gözlərdə iltihablarla müşayiət olunur. Erkən başlayan sarkoidoz bənzər simptomlarla xarakterizə olunduğu üçün bəzi mənbələrdə bu adla da tanınır.
Ətraflı oxu →Bruton xəstəliyi
Bruton xəstəliyi (Aqammaqlobulinemiya) – I-li humoral immunodefisitdir, B-limfositlərin yetişməsi pozulur, Ig və plazmositlərin olmamasıdır. İlkin əlamətlər 1 yaşa qədər olur, residivləşən infeksiyalar, vaksinasiya nəticəsində şiddətlənmə, autoimmun xəstəliklər, bəd xassəli şişlər, epizodik artrit və ya miqrəedici poliartralgiya.
Ətraflı oxu →Bud sümüyünün sınıqları
Bud sümüyünün sınıqları — çox vaxt yaşlılarda onların sümüklərinin mexaniki davamlılığının azalması nəticəsində məişət zədələnmələri zamanı baş verir. Daha cavanlarda belə zədələnmələr avtomobil qəzalarından sonra ola bilər.
Ətraflı oxu →Büllur xəstəliyi
Tamamlanmamış osteogenez (lat. osteogenesis imperfecta) və ya Büllur – genetik xəstəliklər qrupuna aid olan, sümüklərin həddindən artıq kövrək olması ilə nəticələnən xəstəlik. Xəstələrdə kollagen miqdarı lazım olan qədər deyil, ya da mövcud olan kollagenin tərkibi normaya uyğun olmur. Kollagen maddəsi orqanizimdə mühüm zülal olduğu üçün, onun çatışmamazlğı sümüklərin zəif və kövrək olmasına gətirib çıxardır.
Ətraflı oxu →Burun arakəsməsinin hematoması
Burun arakəsməsinin hematoması burun arakəsməsini zədələyən, selikli qişa altına qan sızması nəticəsində hematomanın yaranması ilə müşayiət olunan bir xəstəlikdir. Əgər hematoma infeksiyalaşarsa, sonradan abses əmələ gələ bilər. Burun arakəsməsi hematomasının yaranma səbəbi çox zaman travmalar olur. Burun arakəsməsinin hematoması burun arakəsməsinin qığırdağı ilə onun üstündə yerləşən perixondrium (qığırdaqüstü toxuma) arasında qan toplanmasıdır (burun arakəsməsinin qığırdaq hissəsinin en kəsiyinə uyğun nahiyə). Hematoma, burun arakəsməsinin qığırdağını onu qidalandıran selikli qişadan ayır...
Ətraflı oxu →Caynaq əl
Caynaq əl (ing. claw-hand) – əl barmaqlarında fleksio və kontraktura, MKF oynaqlarda açma nəticəsində yaranan deformasiyadır.
Ətraflı oxu →Çiyin sümüyünün sınıqları
Çiyin sümüyünün sınıqları — mexaniki təsirin xarakterindən asılı olaraq (qabağa uzadılmış əlin və bədənə sıxılmış əlin üstünə yıxıldıqda) çiyin sümüyü baş hissəsində, üst 1/3, orta 1/3 hissədə sına bilər, lakin iri damarların və sinirlərin zədələnməsi ehtimalı olan daha təhlükəli sınıqlar çiyin sümüyünün aşağı hissəsindədir.
Ətraflı oxu →Dağınıq skleroz
Dağınıq skleroz (lat. sclerosis disseminata) — sinir sisteminin iltihabi xəstəliyi olub, baş və onurğa beynində sinir hüceyrələrinin örtük qişasının zədələnməsi ilə müşahidə olunur. Bu zədələnmə sinir sistemi hissələri arasında əlaqəni pozur və bunun nəticəsində bir sıra simptom və sindromlar yaranır. Dağınıq skleroz xronik, vaxtaşırı kəskinləşmə ilə keçən və pasiyentlərin müxtəlif dərəcədə əlilliyinə səbəb olan xəstəlikdir. Xəstəliyin başlanmasından 20 il sonra xəstələrin 60%-i sərbəst hərəkət edə bilmir. Çox hallarda xəstəlik ömrün uzunluğuna o qədər də təsir etmir, lakin nadir hallarda x...
Ətraflı oxu →Dang qızdırması
Dang qızdırması (ing. Dengue fever) — Virus növlü bir xəstəlikdir. Buna dang, denq qızdırması və ya sümük qıran qızdırma da deyilir. Bu xəstəlik insanlara aedes (tiger mosquito) ağcaqanadları adlı ağcaqanad vasitəsilə ötürülür. Asiya pələngi kimi tanınan bu ağcaqanad dünyanın tropik bölgələrində, xüsusən də Cənub-Şərqi Asiyada, o cümlədən Malayziyada mövcuddur. Bu xəstəlik geniş yayılmış və çoxlu sayda insan tələfatına səbəb olmuşdur. Bu xəstəliyin əlamətləri baş və bel ağrıları, adətən şiddətli qızdırma və bəzi hallarda bədənin müxtəlif yerlərində qaşınma və səpkiləri ilə müşahidə olunur....
Ətraflı oxu →Dekompression xəstəlik
Dekompression xəstəlik – yüksək atmosfer təsyiqi altında işləyənlərdə (təhlükəsizlik texnikasının pozulması nəticəsində) oynaqların avaskulyar zədələnməsi ola bilər.
Ətraflı oxu →De-Lanqe sindromu
De-Lanqe sindromu — ilk dəfə 1933-cü ildə Hollandiya həkimi De-Lanqe tərəfindən təsvir edilmişdir. Sindromun başlıca cəhətləri bunlardır: xəstələr boyca kiçik, arıq olub özünəməxsus sifətləri ilə diqqəti cəlb edir. Qaşları həddindən artıq tüklü, burunları qısa, burun deşikləri bir qədər yuxarıda yerləşir. Kəllə həcmcə kiçik, braxisefal quruluşa malik olur. Əlləri kiçik, şəhadət barmaqları qısa, çəçələ barmaqları içəri doğru əyilir, bəzən bir barmaqları çatmır. Bədənin digər hissələrinin (onurğa sütunu, köks qəfəsi) və daxili orqanların (böyrəklərin) anomaliyası da tez-tez təsadüf edilir. Xə...
Ətraflı oxu →Depersonalizasiya
Depersonalizasiya — psixoloji xəstəlik növü. Bu zaman insan sanki öz şəxsiyyətindən və bədənindən ayrılır, qıraqdan öz hərəkətlərini müşahidə edir və hesab edir ki, bu onun özü deyil və ona müdaxilə edə bilməz. Bəzən xəstə özünü robot və ya kompüter oyununun personajı kimi qəbul edir. Depersonalizasiyaya səbəb olan keçmişdə keçirilən travma və ya beyin şişi belə ola bilər.
Ətraflı oxu →Diabetik neyropatiya
Diabetik neyropatiya (q.yun. νεϋρον — "sinir" + q.yun. πάθος — "əzab, xəstəlik") — şəkərli diabetdə kiçik qan damarlarının zədələnməsi ilə əlaqəli sinir sisteminin pozğunluqları — yalnız iş qabiliyyətinin azalmasına deyil, həm də tez-tez baş verən ağırlaşmalardan biridir. Ağır əlillik hallarının yaranmasına və xəstələrin ölümünə səbəb olur. Patoloji proses bütün sinir liflərinə təsir göstərir. Müəyyən liflərin zədələnmə dərəcəsindən asılı olaraq müxtəlif növ diabetik neyropatiya müşahidə olunur: sensor (həssas), sensor-motor, avtonom. Eləcə də neyropatiyalar mərkəzi və periferik olaraq ayır...
Ətraflı oxu →