Tibbi ensiklopediya
Xəstəliklər Ensiklopediyası
Simptomlar, diaqnostika və müalicə haqqında yoxlanılmış məlumat. Hazırda 196 material.
Hemoxromotoz
Hemoxromotoz (ing. haemochromatosis), bürünc diabet (ing. bronze diabetes), siderofiliya (ing. iron-storage disease) – Anadangəlmə olub, dəmirin toxumalara artıq toplanması, hepatomeqaliya, artropatiya (II və III əl darağı falanqa oynaqlarının zədələnməsi), qəhvəyi rəngli dəri, hipoqonodizm, şəkərli diabet, durğunluq ürək çatışmazlığı ilə xarakterizə olunur. Yatrogen səbəbdən 2-cili hemoxromatoz yarana bilər.
Ətraflı oxu →Hepatoblastoma
Hepatoblastoma — uşaqlarda ən çox rast gələn (50%) bəd xassəli birincili qaraciyər şişidir. Histoloji cəhətdən embrional hepatositlərə bənzəyən hüceyrələrdən təşkil olunmuşdur. Şiş daxilində osteoid, gığırdaq, fibroz tipli mezenximal toxumalara da rast gəlmək olur.
Ətraflı oxu →Heterotopik ossifikasiya
Heterotopik ossifikasiya – yumşaq toxumalarda anomal sümük lövhəsinin yaranması ilə bağlı oynaqlarda ağrı və hərəkət məhdudluğu. Adətən baş və onurğa beyninin travmasından sonra yaranır. İdiopatik skelet hiperostozu və ya AS xəstələrdə oynaq protezindən sonra yaranma riski vardır.
Ətraflı oxu →Hidrosefaliya
Hidrosefaliya (q.yun. ὕδωρ "su" + κεφαλή "baş") ― baş beyinin maye ilə dolu boşluq və mədəciklərinə onurğa beyin mayesinin normadan artıq toplanması nəticəsində başın genişlənməsi ilə müşahidə olunan xəstəlik.
Ətraflı oxu →Hipermobil spektrum pozğunluğu
Hipermobil spektrum pozğunluğu (ing. Hypermobility Spectrum Disorder, HSD) — birləşdirici toxumaların həddindən artıq elastik olması nəticəsində oynaq və digər orqan sistemlərində müxtəlif simptomların ortaya çıxması ilə xarakterizə olunan bir vəziyyət.
Ətraflı oxu →Hiperparatiroidizm
Hiperparatiroidizm qanda paratiroid hormonunun (PTH) səviyyəsinin artmasıdır. Bu vəziyyət paratiroid vəzilərində pozğunluq səbəbindən (birinci dərəcəli hiperparatireoz) və ya xarici stimullara (ikinci dərəcəli hiperparatireoz) cavab olaraq baş verir. Hiperparatireozun simptomları paratiroid hormonunun istehsalının artmasına cavab olaraq sümüklərdən və qan dövranına xaric edilən qan kalsiumunun qeyri-adekvat normal və ya yüksək səviyyədə olması ilə əlaqədardır. Sağlam insanlarda qanda kalsium səviyyəsi yüksək olduqda, paratiroid hormonu səviyyəsi aşağı olmalıdır. Uzun müddət davam edən hiper...
Ətraflı oxu →İnsulinomalar
İnsulinomalar — Mədəaltı vəzi travmaları adacıqlarının B tipli hüceyrələrindən təşkil olunmuş şişlərdir və əksər hallarda hormonal aktivlik göstərərək aşırı insulin sintezinə və hipoqlikemik krizlərə səbəb olurlar. Adacıq şişləri arasında ən çox rast gələni və xoşxassəli ehtimalı (90%) ən yüksək olanı insulinomalardır.
Ətraflı oxu →İntervertebral yırtıq
Fəqərəarası (intervertebral) yırtıq (disk yırtığı) lifli halqanın bütövlüyünün pozulması nəticəsində fəqərəarası diskin nüvəsinin onurğa kanalına çıxması (ekstruziyası) olur. Lomber-sakral onurğanın fəqərəarası disklərinin yırtıqları daha çox (ildə 100.000 əhaliyə 150 hal), boyun onurğasında və torakal fəqərələrdə ise daha az rast gəlinir. Yırtıqlar nadir hallarda cərrahi müdaxilə tələb edir, lakin buna baxmayaraq hər il ABŞ- da 200.000-dən çox, Almaniyada isə 20.000-dən çox müdaxilə edilir. 48% hallarda yırtıqlar lumbosakral bölgənin L5-S1 səviyyəsində, 46% hallarda — L4-L5 səviyyəsində, q...
Ətraflı oxu →Kalsinoz
Kalsinoz (ing. calcinosis) – kalsium duzlarının toxumalarda anomal çökməsidir. dəri (calcinosis cutis) – kalsiumun dəridə toplanması baş verir: distrofik, metastatik, idiopatik və yatrogen olur. şiş – iri kalsifisə olunmuş düyünlər oynaqətrafı boşluqlara toplanaraq ağrı və hərəkət məhdudluğu yaradır. Tipləri: birincili normofosfatemik, birincili hiperfosfatemik və ikincili şiş kalsinozu.
Ətraflı oxu →Kamurati-Enqelmann xəstəliyi
Kamurati-Enqelmann xəstəliyi (ing. Camurati-Engelmamm dis.), hiperostoz anadangəlmə sistemli – fiziki inkişafdan geriqalma, hipoqonadizm, ağrı sindromu, ətraf seqmentlərinin deformasiyası və oynaqların kontrakturası.
Ətraflı oxu →Kaplan sindromu
Kaplan sindromu və ya silikoz-poliartrit sindromu — əsasən kömür mədənçilərində və toza məruz qalan fəhlələrdə müşahidə edilən vəziyyət. Bu sindrom, silikoz (tozlaşmış silikat hissəciklərinin tənəffüs yolu ilə ağciyərlərə daxil olması nəticəsində yaranan xəstəlik) ilə revmatoid artritin birgə görülməsidir. Kaplan sindromu, ağciyərlərdə nodulların formalaşması və oynaqlarda iltihabi proseslərlə xarakterizə olunur.
Ətraflı oxu →Karies
Karies — dişin sümük toxumasının müxtəlif mikroblar tərəfindən zədələnməsidir. Müxtəif səbəblər nəticəsində baş verir. Karies diş ərpi olan yerdə (dişlərin arasında, diş ilə damaq arasında, diş səthindəki yuvacıqlarda) inkişaf edir.
Ətraflı oxu →Kaşin-Bek xəstəliyi
Kaşin-Bek xəstəliyi, endemik osteoartrit – endemik xəstəlikdir, enxondral sümüklərin qazanılmış pozğunluğudur, uşaq yaşdan başlayır, sümükləşmə prosesi pozulur, kiçik boylu olurlar, çoxsaylı simmetrik oynaq deformasiyası ilə gedən kontrakturalar yaranır, X-ray: metafizdə böyümə zonasının genişlənməsi, qeyri-düzgün formalı olması aşkar edilir.
Ətraflı oxu →Katarakta
Katarakta və ya Mirvari suyu — göz büllurcuğunun görmə qabiliyyətinin zəifləşməsinə və korluğa səbəb olan donuqlaşması ilə nəticələnən göz xəstəliyidir. Katarakta bəbəyin arxasında yerləşən və görməmizdə vacib rol oyanayan büllurun şəffaflığını itirərək bulanıqlaşması və tədricən görmənin itməsinə səbəb olan xəstəlikdir. Yunan dilindən tərcümədə katarakta – "şəlalə" deməkdir. Qədim yunanlar belə hesab edirdilər ki, katarakta zamanı bəbəyin bulanıq boz rəngi onun üzərinə şəlalə kimi düşən və görməni zəiflədən pərdə ilə bağlıdır. Kataraktalı xəstə ətrafa sanki "çirkli pəncərə" arxasından baxı...
Ətraflı oxu →Keratit
Kaeratit (rus. Керати́т) — gözün buynuz qişasının iltihabı. Travmatik və ya infeksion (qrip, vərəm) mənşəli ola bilər. Keratit bəzən görmənin itirilməsi ilə nəticələnə bilər .
Ətraflı oxu →Kerniq simptomu
Kerniq simptomu — xəstə arxası üstə uzanmış vəziyyətdə həkim düz bucaq altında bud-çanaq və diz oynaqlarında ayağı bükür və sonra diz oynağında açır. Baş beyin və onurğa beyni qişalarının qıcıqlanması zamanı diz oynağında ətrafın açılması əzələlərin tonik gərginləşməsinə görə çətinləşir, bəzən ağrı olur. Meningitlər zamanı qeydə alınan əsas nevroloji simptomlardan hesab olunur.
Ətraflı oxu →Kəllə-beyin zədələnməsi
Kəllə-beyin zədələnməsi, Kəllə-beyin travması (qısaca KBT, yun. τραύμα — zədə), adından göründüyü kimi hər hansı bir zərbə nəticəsində kəllə və baş beyinin müştərək zədələnməsi deməkdir. Kəllə-beyin zədələnməsi açıq və qapalı olmaqla iki yerə bölünür. Zərbə nəticəsində kəllə qapağının tamlığının pozulması ilə müşayiət olunarsa, onda bu açıq kəllə-beyin zədələnməsi, əks təqdirdə isə qapalı kəllə-beyin zədələnməsi adlanır. Kəllə-beyin zədəsi almış hər bir kəs nevroloji simptomların meydana çıxıb — çıxmamasından asılı olmayaraq beyin qanaxması kimi fəsadlaşmanı vaxtında müəyyən etmək üçün hosp...
Ətraflı oxu →Kəllə sümüklərinin sınıqları
Kəllə sümüklərinin sınıqları — açıq və qapalı sınıqlara ayırd edilərək, bütün bədəndə olan sümük sınıqları ilə müqaisədə ən qorxulu sınıqlara aiddir. Avtomobil, istehsalat qəzası, bərk, güclü zərbə, hündürdən yıxıldıqda, yaxud müxtəlif səbəbli fövqəladə hallar və s. kəllə sümüklərinin sınmasına səbəb ola bilər.
Ətraflı oxu →